Klüver-Bucy sindromu. (Pedofiliya və zoofiliyaya yol açan sindrom)

Klüver-Byüsi sindromu Dünyada pedofiliya, zoofiliya, hiperseksuallığa az rast gəlinmir. Odur ki, simptomları içində bu problemləri də ehtiva edən Klüver-Byüsi sindromu barədə ana dilimizdə bilgi olmadığına görə bu haqda kiçik məqalə hazırlamağı borc bilirik. Bu sindromun səbəbi olan Amiqdala problemlərinin tədqiqi gələcəkdə böyük cinayətləri önləyəcək müayinə və müalicə üsullarının yaradılmasına geniş yol aça bilər.

55

 

Klüver-Byüsi sindromu

Dünyada pedofiliya, zoofiliya, hiperseksuallığa az rast gəlinmir. Odur ki, simptomları içində bu problemləri də ehtiva edən Klüver-Byüsi sindromu barədə ana dilimizdə bilgi olmadığına görə bu haqda kiçik məqalə hazırlamağı borc bilirik. Bu sindromun səbəbi olan Amiqdala problemlərinin tədqiqi gələcəkdə böyük cinayətləri önləyəcək müayinə və müalicə üsullarının yaradılmasına geniş yol aça bilər.

zooooooo

Bir meymunda hər beynin iki gicgah payının ön bölgələri dağıdıldıqda təkcə ön bölgələr deyil, buranın daxilində yerləşən Badamabənzər cisimlər də dağılır.  Bu Klüver-Byüsi sindromu deyilən bir sıra davranış dəyişikliklərinə səbəb olur.

bucy

Belə heyvanlarda yüksək dərəcəli qorxusuzluq,hər şeyə qarşı maraq, tez unutma, hər şeyi ağzına aparma, hətta sərt nəsnələri də yeməyə çalışma, tez-tez körpə heyvanlarla, hətta fərqli cinsiyyət və növə aid heyvanlarla belə cütləşməyə çalışacaq səviyyədə cinsi impulslar meydana çıxır. Bənzər xəstəliyə nadir hallarda insanlarda da rast gəlinsə də, simptomlar heyvandakılardan çox fərqli olmur.

Məsələn, aşağıda sindromlu meymunda ilana qarşı qorxunun itməsi göstərilmişdir.

qorxunun-itmesi

İndi isə daha elmi dildə yanaşaq.

Biz sindromun simptomlarını aşağıdakı şəkildə təsnif edə bilərik.

  1. Xatirələri anma bacarığının itməsi ilə xarakterizə olunur. Bu zaman həm köhnədən qalan, həm də yeni yaranan məlumatlar xatırlanmır.  Amneziya dərəcəsi yetərincə ciddi olur.
  2. Latınca “docere” öyrətmə sözündən əmələ gəlib. Bu kommandalara qarşı aqressiya və etirazın itməsi ilə xarakterizə olunur.
  3. Yəni həddən artıq yemə və uyğun olmayan obyektləri yemə meyili.
  4. Hiperorallı Ozava tərəfindəən təsvir edilib. Qarşısına çıxan obyektləri ağzına aparmaqla xarakterizə olunur.
  5. Hiperseksuallı Bu uyğunsuz obyektlərə qarşı seksual meyil olmasıdır.                                                                          Sindromlu pişikdə yad növlərə meyillənmə:zoofil
  6. Vizual aqnoziya. Gördüyü obyektləri , hətta ailə üzvü olsa belə anlaya bilmir.

Əlavə olaraq: Hipermetamorfoz.  Neyrologiyada ətraf-mühitə kəskin maraqla xarakterizə olunan durum.

Apatiya və ya qeydsizlik, vecsizlik.

Bu xəstəliyin öyrənilməsində qan qruplarındakı o amilin də tapıldığı Rezus meymunlar önəmli rol oynayıb.

İlk dəfə insanlarda  1955-ci ildə gicgah lobektomiyası zamanı qeydə alınıb. Lakin herpes səbəbli ensefalit, meninqoensefalit zamanı da müşahidə oluna bilər. Həmçinin bir sıra vəziyyətlər Klüver-Byüsi sindromunu odlaya(trigger), bilərlər. Məsələn, Pik xəstəliyi, Altshaymer xəstəliyi, işemiya, anoksiya, proqressiv subkortikal qlioz, Rett sindromu, porfiriya və dəm qazı zəhərlənməsi və s.  Qeyd edək ki, Klüver-Byüsi xəstəliyinin yuxarıda adlarını çəkdiyimiz simptomlarının hamısına insanlarda da rast gəlinir.

Biz görürük ki, bu xəstəliyin simptomlarından biri də yuxarıda izahını verdiyimiz hiperseksuallıqdır. Odur ki, beynin gicgah payının içəri nahiyəsinin, xüsusilə də qabıqaltında yerləşən badamabənzər cisimlərin həmçinin bu hissələrin formalaşmasına nəzarət edən xromosomların ətraflı tədqiqi pedofiliya, zoofiliya, təcavüz və s. hadisələrin ciddi sürətdə azalmasına, ən azı bu problemlərin patoloji, mutasion aspektdən qarşısının alınmasına səbəb ola bilər.

 

 

İstifadə olunan qaynaqlar:

http://www.ninds.nih.gov/disorders/kluver_bucy/kluver_bucy.htm

Guyton and Hall textbook of medical Physiology

https://en.wikipedia.org/wiki/Kl%C3%BCver%E2%80%93Bucy_syndrome

 

Gündüz Osmanlı

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin