Telefonların təkamülü.

0

Telefon (qədim yun. τῆλε «uzaq» və φωνή«səs»)— səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazı.

İndiyə qədər uzun təkamül yolu keçmişdir. Müasir dövrdə əsasən GSM yaxud UMTS standartı ilə işləyən mobil telefonlardan və stasionar ev telefonlarından geniş istifadə edilir. İctimai istifadə üçün də əsasən əhalinin gur olduğu yerlərdə qoyulan taksofonlar da yayılmışdır. Bu gün heç kəs öz həyatını mobil telefonu olmadan təsəvvür belə edə bilmir. Gündəlik həyatımızda istifadə etdiyimiz bu mobil telefonlar müxtəlif ölçü, forma və funksiyalara sahibdirlər. Qısası, müasir insanın cibində daşıdığı mobil telefon sahib olduğu funksiyalar baxımından artıq çoxdandır ki, öz əcdadlarını geridə qoyub. Uzun məsafələri aşaraq uzaqda olan insanla ünsiyyət qurmaq ehtiyacı hələ sivilizasiyanın əvvəllərindən mövcud idi. Lakin son dövrə qədər bunu effektiv, sürətli və rahat vasitələr ilə etmək mümkün deyildi. Cibdə daşınması mümkün olan telefonun ideyası təqribən 19-cu əsrdə, Aleksandr Graham Bell-in telefonu patentləşdirməsindən bir qədər sonra yarandı. Əslində, mobil əlaqə texnologiyasının peyda olmasının izlərini İkinci dünya müharibəsindən sonra müşahidə etmək olar. Bu zaman hərbçilər döyüş meydanında ünsiyyət qurmaq üçün ratsiyalardan istifadə edirdilər. 1940-cı illərdən sonra əldə daşınan radioqəbuledici və ötürücülərdən istifadə edilməyə başladı. Tezliklə əfsanəvi Bell Labs şirkəti istifadəçilərə avtomobillərdən zəng etməyə imkan verən mobil sistem üzərində işləməyə başladı. 1946-cı ildə AT & T kimi şirkətlər “mobil telefon xidməti” təklif etməyə başladı. Lakin bu xidmətin kifayət qədər məhdud imkanları var idi və yalnız şəhərin qəsəbələrində əlçatan idi.

new_att_logo_in_dallas_tx

Daha sonra, 1957-1961-ci illərdə sovet mühəndisi Leonid Kupriyanoviç kiçik, portativ mobil telefonların sınaq modelləri üzərində işləməyə başladı. Belə modellərdən birinin çəkisi 70 qram idi. Lakin SSRİ bu texnologiyanın inkişaf etdirilməsini maliyyələşdirməyi dayandırmışdı. Araşdırma başlayandan (1947-ci il) 20 il sonra Bell Labs şirkətinin gənc mühəndislərdən ibarət qrupu faktiki olaraq müasir mobil əlaqənin əsasını qoydu. Riçard X.Frenkel, Coel Engel və Filip Porter Bell uzaq məsafələrdən siqnal qəbul etmək iqtidarında olan şəbəkə antennlərini yaratdılar. Bu tapşırığın son hissəsi mobil telefonların özünün antennlərinin yaradılması oldu. Bu yenilik yaradıldıqda sonra Motorola “etibarlı və portativ mobil telefon” yarada bilən ilk şirkət oldu. Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün “Motorolla” şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı.

ilk motorolalardan biri
ilk motorolalardan biri

Bütün telefonlar danışmaq üçün mikrofona və səsi eşitmək üçün qulaqlığa malikdirlər. Mikrofon səs dalğalarını elektrik siqnallarına çevirir, bu siqnallar telefon xətti vasitəsilə digər tərəfdəki telefona ötürülür. Həmin telefonun qulaqlıqı bu siqnalları qəbul edərək onu yenidən səs dalğalarına çevirir və digər tərəfdəki insanın danışdığı şəxsin sözlərini anlamağa imkan yaradır. Telefon dupleks kommunikasiya sistemi hesab olunur, belə sistemlərdə hər iki tərəfdəki insanlar eyni vaxtda danışa bilirlər. Qlobal telefon şəbəkəsi avtomatlaşdırılmış telefon stansiyaları vasitəsilə birləşdirilən telefon xətləri, optik lif kabelləri, mikrodalğa ötürücüləri, kommunikasiya peykləri və sualtı telefon xətlərindən ibarətdir. Bu şəbəkə dünyanın istənilən nöqtəsindəki bir telefonu digəri ilə bağlamağa şərait yaradır. Hər bir telefon onu təyin edən bir telefon nömrəsinə sahibdir Rəqəmsal telefonlar, rəqəmsal elektronika məhsullarının rəqəmsal telefon və sistemlərinin vəziyyətində istifadə olunmasıdır. 1960-cı illərdən etibarən bütün dünyadakı telefon sistemləri kütləvi şəkildə analoq sistemdən rəqəmsal sistemlərə doğru keçid etməyə başladı. Keçid şəbəkələrinin bir çoxu eyni zamanda rəqəmsal formada qurulmağa başlandı. Rəqəmsal telefon sistemləri ilk zamanlar səsli xidmətin qiymətinin ucuz olması üçün istifadə olunmağa başlanmışdı. Lakin sonradan belə telefon sistemlərinin yeni şəbəkə xidmətləri (İSDN kimi) göstərə bildiyi və böyük həcmdə informasiyanı rəqəmsal qurğular vasitəsilə telefon xətləri üzərindən ötürmək imkanının olduğu ortaya çıxıb. Bu texnologiya bir çox cəhətlər baxımından dünyanı dəyişdi. Təbii ki, 1970-ci ildən bu günə qədər mobil telefonların dizaynı köklü şəkildə dəyişib. Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin