Baş transplantasiyası mümkündürmü? İki başlı it təcrübəsi.

88

Elm bəzən çox maraqlı və bir o qədərdə ürküdücü təcrübələrlə qarşımıza çıxıb bizi təəccübləndirir. Bir çox iflic olmuş insanın böyük ümidlə gözlədiyi baş transplantasiyası əməliyyatının yaxın gələcəkdə reallaşması gözlənilir.

0kqv0hzgcusenkmge6n_oaİtalyan beyin cərrahı Dr. Sergio Canavero 40 milyonluq pul və əməliyyat icazəsi olarsa 2017-ci ilin dekabr ayında bu əməliyyatı həyata keçirə biləcəyini demişdi. Hindistanda “Times of İndia” qəzetinə müsahibə verən cərrah əməliyyat üçün lazım olan texniki bazaya və əməliyyatı həyata keçirə biləcək heyətə sahib olduğunu iddia etdi. Bu əməliyyatı əslində baş transplantasiyasından daha çox bədən transplantasiyası adlandırsaq düzgün olar çünki, bədəni normal yaşaya bilməyə imkan verməyəcək dərəcədə zədələnmiş insanın başı qəza nəticəsində ölmüş xəstənin bədəni ilə birləşdiriləcək. Əzələ və damarların yeni bədənə birləşdirilməsindən sonra xəstə 1 ay koma vəziyyətində saxlanılacaq. İddiaya görə bu prosesdən sonra xəstə, yeni bədənində yaşamağa başlayacaq. Canavero bu əməliyyatı bir meymun üzərində uğurla etdiyini və insanlar üzərində də edə biləcəyini iddia etmişdi.

usy1g-qsaugketxdsjxp2wTarixdə bu mövzuda bir çox təcrübələr aparılmışdır. İlk dəfə  baş transplantasiyasını məşhur Sovet alimi Vladimir Demixov  1954-cü ildə itlər üzərində  təcrübədən keçirdi.

1430859970413732Dr.Demixov təcrübəyə hazırlıq üçün bir itə süni ürək rolunu oynayan qurğu taxdı. Sonra digər itin döş qəfəsinə ikinci bir ürək yerləşdirdi. İkinci ürəyin yerləşməsi üçün ağciyərin bir hissəsin çıxarmışdı. İkinci ürək ritmini dəyişmədən normal şəkildə fəaliyyət göstərdi. Ardıcıl təcrübələrdən sonra iki ürəkli itlərin iki ay yarım yaşadıqları müşahidə olundu.1430860076406436

Əvvəlki təcrübələrdən əldə etdiyi nəticələr ilə iki başlı it təcrübəsinə keçən Dr. Demixov bu təcrübədə, bir itin başını kəsib digər bir itə birləşdirərək iki başlı bir it yaratmaq istəyirdi. Demixov əvvəlcə balaca bir itin başını, ön ayağları ilə birlikdə yetkin bir itə birləşdirdi. Başı köçürülmüş it balaca olduğundan yetkin itin ürəyi hər iki başa kifayət qədər qan çatdıra bilirdi.1430860360053174Bu cür itlər bir ay yaşadı. Onlar ayrı arılıqda süd içə bilir, hətta bir-birinin qulağını da dişləyə bilirdilər.143086029064789Dr.Demixov təcrübələrə davam etdi, növbəti təcrübədə o, kəsilmiş bir itin başını süni bir ürək və ağciyərlə birləşdirərək  kəsilmiş başı bədəndən ayrı olaraq bir müddət həyatda saxlamağa çalışdı. Kəsilmiş baş alətə bağlı olarkən refleksləri işləyirdi, işığa və səsə reaksiya verə bilirdi. Bu təcrübələrdən insanlığın qazandığı ən önəmli nəticə bədəni olmadan bir it başını müəyyən müddətdə həyatda saxlamağın mümkün olduğunu öyrənmək oldu.

 

 

mənbə: şəkillər “life magazine” jurnalından götürülmüşdür.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin