Craniopagus parasiticus 10 milyon doğumda 4-6 dəfə rast gəlinən “parazit əkizliyin” son dərəcə nadir bir növüdür.Bu xəstəlikdə, parazit əkizin başı ilə inkişaf etməmiş bədəni, inkişaf etmiş əkizin başına birləşir.Yapışıq əkiz bu cür bir çox hallarda ədəbiyyatda daha az sənədləşdirilmişdir.Çox körpələr bu vəziyyətdə ölü doğulurlar və ya doğumdan qısa müddət sonra ölürlər.Keçmişdə əkiz parazitləri təsvir edərkən terminologiyanın istifadəsi bir qədər ziddiyyətli olmuşdur.Parazit əkiz digər əkizin inkişaf etmiş bədəninə müəyyən anatomik vəziyyətdə birləşir.İnkişaf etməmiş əkiz “parazit” adlanır.İnkişaf edən əkizin də bir sıra anormallıqları vardır həmçinin.Ən azından tək başına yaşaya biləcəyi yerə qədər inkişaf etmişdir.
Craniopagus parasiticusun dəqiq inkişafı çox da məlum deyil.Əslində çox az insanlar doğuma qədər sağ qalır, xəstəliyin yeganə müalicəsi isə parazit əkizi ayırmaq üçün əməliyyat etməkdir.Əməliyyat baxmayaraq ki,çox çətindir yalnız bir dəfə uğurlu alına bilər.Cərrahi müdaxilə ilə bağlı problem ordadır ki,başın arteriya damarları olduqca iç-içədir və buna görə də qanaxmanı idarə etmək çox çətindir.Parazit əkizin arteriyal təchizatını kəsərək inkişaf edən əkizin sağ qalması təmin edildiyi halda isə demək, əməliyyat uğurlu alınmışdır.
Məqaləmin davamında xəstəliyə yoluxmuş bir neçə şəxs haqqında danışmaq istərdim.
13103324_1789063221369781_4233410057362817034_n

Paskal Pinon …
Paskal Pinon(1889-1929) Meksikalı bir ailənin övladı idi. Onun başının ən üstündə inkişaf etmiş və heç bir şey hiss edə bilməyən başqa bir insan başı var idi.
1917-də “Sells Floto” sirkində işə başlayan Pasqual maraqlı görünüşü sayəsində həyatını davam etdirə biləcək çoxlu sayda pul qazanmağa başladı. Başındakı ağırlıq onun davamlı boyun ağrısı çəkməsinə səbəb olurdu.
Dünyada bənzəri olmayan insan 2005-ci ilə qədər ilk belə insan idi ta ki Misirli Manar Maged doğulanadək.
Manar Maged də Pasqualda olduğu kimi ‘qardaşını’ başında daşıyırdı. Lakin 2006-cı ildə keçirdiyi əməliyyat zamanı həyatını itirmişdi..

ed3

Edvard Mordreyk…
Edvard İngiltərənin ən nüfuzlu ailələrindən birinin varisi olub. Tanışları onun haqqında parlaq insan deyə danışırdılar. Fitrətən xeyirxah kimi tanınan bu şəxs müxtəlif musiqi alətlərində çala bilirdi.
Edvardı yaxından tanıyanlar onun çox gözəl simaya malik olduğunu söyləyirdilər, ancaq bu qarşı tərəfdən baxanda belə idi. Arxada isə onun başqa siması var idi. Zalımlıq yağan bu üz çox eybəcər olub. Edvardın bu tərəfi tənhalığı seçmişdi və hətta ailə üzvlərinin belə onu ziyarət etməsini istəmirdi.
Tibbdə belə patalogiya «Sraniophagus Parasiticus» adlanır və bir bədəndə siam ekizlərinin birləşməsi zamanı baş verir.
Şahidlər ikinci üzün heç bir zaman səsini eşitmədiklərini və onun nə vaxtsa qidalandığını görmədiklərini bildiriblər. Bununla belə, ikinci üzün gözləri ətrafdakıları daim diqqətlə izləyib, bəzən müəyyən emosiyalar da göstərib: gülümsəyib, ya da qaşqabağını sallayıb. Ən maraqlısı isə ikinci üz həmişə birincinin əksinə emosiyalar göstərirdi. Məsələn Edvard ağlayanda, ikinci üz gülürdü, nəyəsə sevinirdi. Onun dodaqları daim tərpənirdi, elə bil nəsə deyirdi.
İkinci üzün səsini eşidən olmasa da, Edvard yatdığı zaman yuxudan onun pıçıltısına ayıldığına and içirdi. O iddia edirdi ki, «zalım üz» ona gecələr iblisanə sözlər pıçıldayır.
Edvard dəfələrlə cərrahlardan ondan ikinci üzünün çıxardılmasını xahiş etmiş, ən ağır əməliyyatlara hazır olduğunu demişdi. Lakin həkimlər ölümlə nəticələnəcəyindən qorxaraq buna razı olmurdular.
Nəhayət, daim həkim nəzarətində olmasına baxmayaraq Edvard 23 yaşında özünə qəsd edir. Onun ölümü barədə 2 versiya var. Birinci versiyaya görə, o, zəhər içib, 2-ci versiyada «zalım üzün» alnının ortasından atəş açıb.
Yaxınları onun ölümqabağı yazdığı məktubu tapırlar. Mərhum son arzusu olaraq kimsəsiz bir yerdə dəfn olunmasını və basdırılmamışdan əvvəl «şeytani» üzünün çıxarılaraq məhv edilməsini istəyirdi. Səbəbini isə «qoy o, dəhşət dolu pıçıltılarını qəbirdə davam etməsin» deyə izah etmişdi.
Birinci arzusu yerinə yetirilir: kimsəsiz yerdə basdırılır, baş daşı qoyulmur. İkinci sifətinin çıxarılması barədə vəsiyyətinin isə həyata keçib keçmədiyini heç kim bilmir…
2006-cı ildə Edvardın nəvələrindən alınmış DNT testindən sonra həkimlər bildirib ki, çox güman ki, keçmişdə İngiltərədə hakimlərin gücün digər şəxslərin əlinə keçməməsi üçün öz bacıları ilə evlənməsi bu qəribə hadisəyə səbəb olub. Belə ki, öz bacıları ilə evlənmiş şəxslərin övladlarında genetik pozğunluğun yaranma ehtimalı olduqca yüksəkdir.
Qeyd edək ki, hazırda da dünyada bir neçə şəxsin başında iki üzü var. Amma Edvardın tam başının arxasında, özü də qəmli və şad olmaq istedadına sahib ikinci sifətə malik olması onu hamıdan fərqləndirib.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin