Sarışan hallar nevrozu

56

                      Sarışan hallar nevrozu   

Yəqin ki, çoxunuz gündəlik həyatda sarışan hallar sözünü eşitmisiniz. Və əminəm ki, əksəriyyətiniz sarışan halların nə olduğunu bilmir.

Ümumiyyətlə, sarışan hallar çox insanın həyatında baş verir və əksəriyyətiniz bunu adi hal kimi qəbul edib, ona çox da baş qoşmur. İndi belə bir sual verək: sarışan hallar nədir? Hansı simptomlarla özünü büruzə verir? Necə yaranır? Müalicəsi varmı?

Sarışan hallar nevrozu  digər adı ilə – “Obsessiv kompulsiv pozuntu” – təşviş yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin obsessiyaların öz növbəsində müxtəlif sarışan hərəkətləri (kompulyasiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. Xəstə həmin fikirlərin və hərəkətlərin lüzumsuzluğunu və bayağılığını başa düşməsinə baxmayaraq, onlardan qurtula bilmir. Bu xəstəlik (xüsusilə müalicə olunmadıqda) uzun müddət davam edə bilir.

Bunu da unutmamaq lazımdır ki, insanlarda tez-tez qısamüddətli sarışan fikirlər ola bilər. Əgər bu ciddi narahatlıq və psixi gərginlik yaratmırsa, tez keçirsə, dəfələrlə təkrarlanmırsa və kompulyasiyalar baş vermirsə, narahat olmağa dəyməz. Çünki belə hallar sağlam insanda da ola bilər. Həmçinin obsessiv-kompulsiv nevrozdan əziyyət çəkməyən insanlar müxtəlif vərdişlər (təsbeh fırlatmaq, hər hansı bir əşyanı əldə oynatmaq və s.) edə bilərlər. Əvvəldə qeyd etdiyim kimi, əgər bu sarışan fikirlərlə bağlı deyilsə, bu vərdişlər psixi normanın variantı hesab olunur və bunları asanlıqla tərgitmək olur.

“Adi” sarışan hallardan fərqli olaraq obsessiv-kompulsiv pozuntuda sarışan fikirlər, hərəkətlər təşviş və psixoloji diskomfort hissi ilə bağlı olur, tez-tez təkrarlanır və tərgidilməsi ciddi problemə çevrilir.

Bu xəstəlik zamanı insanın şüurunda və davranışlarında aşağıdakı sxem üzrə dəyişiklikər baş verir :imgres

Bu xəstəlik nevroz müddətində sanki “öz-özünü müalicə edirmiş” situasiyası yaradır. Lakin bu, belə deyil. Psixoloji diskomfort nəticəsində müxtəlif sarışan hərəkətlər edən xəstə müvəqqəti də olsa,bununla yüngülləşir. Amma müvəqqəti olduğu üçün yenə bu sarışan fikirlər meydana gəlir və bu, xəstədə dəfələrlə müşahidə edilir.

Obsessiv-kompulsiv pozuntu kifayət qədər geniş yayılmış nevrozdur. Onunla xəstələnmə riski orta hesabla 2,5 %-dir. Bu nevroza intellektual şəxslərdə daha çox təsadüf edilir. Belə ki, ali təhsilli şəxslərin  xəstələnmə riski orta təhsilli şəxslərdən 1,5 dəfə çoxdur.Qadınlar və kişilər arasında isə bu nevroz eyni dərəcədə yayılmışdır.

Bəs bu nevroz nədən yaranır?

Obsessiv-kompulsiv pozuntuya səbəb kimi iki amili ön plana çəkmək olar : bioloji və psixoloji amil.

Bioloji amillər :

Bu xəstəlikdə irsi meyillilik vardır ki, obsessiv-kompulsiv nevrozu yeniyetməlik dövründə qazanan insanların təxminən yarısının bu xəstəlikdən əziyyət çəkən qohumları vardır.

Bioloji faktorlardan biri də seratonin hormonudur. El arasında “xoşbəxtlik hormonu” kimi tanınan bu maddənin azlığı obsessiv-kompulsiv nevrozun yaranma səbəblərindəndir.

Psixoloji amillər :

Obsessiv-kompulsiv pozuntuya təkan verə bilən psixoloji amillərə insanın həyatında baş verən müxtəlif psixi gərginliklər, stress situasiyaları aiddir.

Xəstəliyi keçirən fərd hər şeyə bədbin yanaşmağa başlayır. Öz təsəvvüründə adi əlamətləri dəlil gətirərək, olmayan bəd hadisəni canlandırırpeas-lined-up-in-a-row

28 yaşlı bir xəstə orta məktəbdə kimya müəlliməsi işləyir. Ailəlidir, iki uşağı vardır. Əvvəllər diqqəti cəlb edən heç bir xəstəlik keçirməyib. Yaxın qohumları arasında ruhi xəstəliklərə tutulan olmayıb. Anası erkən (47 yaşında) klimaks başlamış və uzun illər “klimaterik nevroz” xəstəliyinə qarşı müalicə olunmuşdur. Xəstənin söylədiyinə görə, tələbəlik illərində utancaq olmuş və qətiyyətsizliyi ilə fərqlənmişdir. Lakin işləməyə başladıqdan sonra bu xasiyyətlər artıq yox olmuşdur. Vəzifə borcuna və uşaqlarının tərbiyəsinə qarşı məsuliyyətlidir. Altı aya yaxındır ki, özünü xəstə hiss edir. Ağır xəstəliyə – mədə xərçənginə tutulacağından qorxur. Dəlil kimi 2 kq arıqladığını, udqunmasının çətinləşdiyini və boğazında şişəoxşar düyünün olduğunu söyləyir. Mütəxəssislərin fikrincə, həmin şəxsdə xərçəng xəstəliyinin heç bir əlaməti yoxdur. Arıqlamasının səbəbi isə az qida qəbul etməsidir. Müayinə olunmaq “xəstəliyini” təsdiq etdirmək üçün keçmiş SSRİ-nin bir neçə şəhərlərinə gedib, lakin hər dəfə sağlamlığına zəmanət veriblər. Söhbət zamanı xəstə özünü bədbin, iztirab keçirən ağır xəstə kimi aparır. “Hansı əsasa görə özünüzü xəstə hesab edirsiniz?”-deyə soruşduqda, cavab verir: “Tutarlı bir əsasım yoxdur. Məni müayinə edən həkimlərə də inanmamağa haqqım yoxdur. Amma şübhələrdən azad ola bilmirəm. Bəzən xəstə olduğum yadımdan çıxır, özümü tam sağlam hiss edirəm. Lakin boğazımdakı düyünə toxunub, güzgüyə baxıram. Orada “şişkinlik” görən kimi yenə şübhələnməyə başlayıram. Xəstəyə dərman preparatları ilə yanaşı, hipnosuqqestiv psixoterapiya təyin edilmiş və 3 həftədən sonra xəstə bütün şübhələrdən azad olmuşdur.

Sarışan hallar nevrozu bundan başqa müxtəlif formalarda da təzahür edə bilər : ağır xəstəliyə tutulmaq qorxusu – nozofobiya, yüksəklikdən qorxmaq – akrofobiya, yaxın adamlarını itirmək və ya evdə tək qalmaq qorxusu – monofobiya, ağlını itirmək, ruhi xəstəliyə tutulmaq qorxusu – psixofobiya və s. Bu qorxu vəziyyətləri pasiyentləri edə bildiyi və ya edə biləcəyi bir işi yerinə yetirə bilməmə təşvişi yaradır. Məsələn , iyirmi beş il ali məktəbdə mühazirə oxumuş bir müəllim nevroza tutulduğu zaman auditoriyaya girməkdən qorxur, mühazirə oxuya bilməyəcəyindən ehtiyat edərək, tədricən sevimli peşəsindən uzaqlaşır.

Psixiatr və psixoanalitik Eldar Haqverdi bir müsahibəsində “Sarışan hallar” nevrozu haqda belə bir ifadə işlətmişdir :  “Sərbəstliyin səviyyəsi nə qədər aşağıdırsa, OKP-li pasiyentlər bir o qədər çoxdur”. İnsanlar nə qədər sərbəst yaşasalar, bir o qədər az “Sayrışan hallar” nevrozuna tutularlar.

Bəs bu xəstəliyin müalicəsi nədir?

Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.

Dərman müalicəsi : Obsessiv-kompulsiv pozuntunun dərman müalicəsində müxtəlif  farmakoloji preparatlardan istifadə olunur. Müalicə, əsasən, antiobsessiv (sarışan fikirlər əleyhinə) təsirə malik antidepressantlar və anksiolitik  (təşviş əleyhinə) dərmanlarla aparılır.

Psixoterapiya : Obsessiv-kompulsiv pozuntunun müalicəsində psixoterapiya pasiyentin müxtəlif psixoloji problemlərinin (emosional, şəxsi və s.) həllinə yönəlir. Bu müalicə metodu pasiyentin mütəmadi olaraq (bir qayda olaraq hər həftə)  psixoterapevtlə ünsiyyətdə olmasını nəzərdə tutur.

Obsessiv-kompulsiv pozuntunun müalicəsində daha çox tövsiyə olunan psixoterapiya metodu koqnitiv-biheyvioral psixoterapiyadır.

Koqnitiv-biheyvioral psixoterapiya: pasiyentin neqativ  fikirlərini aşkar etməkdə və onların yanlış olmasını dərk etməkdə, həmçinin irrasional davranış, vərdiş və stereotiplərini aradan qaldırmaqda ona kömək edir. Bu psixoterapiya  metodu, adətən, həftədə 1 dəfə olmaqla 12-20 psixoterapevtik seans keçirilməsini nəzərdə tutur.

Çox güman ki, bu məqaləni oxuduqdan sonra deyilən bəzi simptomların sizdə də olduğunu düşündünüz və özünüzə sual verdiniz ki, görəsən məndə də sarışan hallar mövcuddurmu? Əgər öyrənmək istəyirsinizsə, aşağıdakı testdən keçin. Bunun üçün sizə qeydiyyat aparmaq üçün kağız və ya kalkulyator lazım olacaq. Hər cavaba verilən xalları toplayın və sonda nəticəyə baxın.

1.1)  Siz hansısa xəstəliyə yoluxa bilərsiniz

A)Bəli-(1)

B)Xeyir-(0)

1.2)  Öz üzərinizdə nəzarəti itirə bilərsiniz

A)Bəli-(1)

B)Xeyir-(0)

1.3)   Özünüzə və ətrafdakılara zərər verə bilərsiniz

A)Bəli-(1)

B)Xeyir-(0)

1.4)  Hansısa pis hadisə baş verə biləcəyi barədə narahatlıq

A)Bəli-(1)

B)Xeyir-(0)

1.5)   Seksual məzmunlu ədəbsiz təsəvvür

A)Bəli-(1)

B)Xeyir-(0)

1.6)   Din əleyhinə fikirlər(küfr)

A)Bəli-(1)

B)Xeyir-(0)

2) Xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürlər sizin real həyat problemləri ilə əlaqədardırmı?

A) Tamamilə əlaqədar deyil-(0)

B) Az dərəcədə-(1)

C) Müəyyən qədər-(2)

D) Xeyli dərəcədə-(3)

E) Çox güclü dərəcədə-(4)

3) Xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürlər sizi nə dərəcədə narahat edir?

A) Tamamilə narahat etmir-(0)

B) Az dərəcədə narahat edir-(1)

C) Müəyyən qədər narahat edir-(2)

D) Xeyli dərəcədə narahat edir-(3)

E) Çox güclü dərəcədə narahat edir-(4)

4)Xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürlər nə qədər vaxt sizi narahat edir?

A) Vaxtımın az hissəsini-(0)

B) Vaxtımın müəyyən hissəsini-(1)

C) Vaxtımın xeyli hissəsini-(2)

D) Əksər vaxtımı-(3)

E) Demək olar ki, daima-(4)

5) Xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürlər sizin həyat fəaliyyətinizə nə dərəcədə mane olur?

A) Qətiyyən mane olmur-(0)

B) Az dərəcədə mane olur-(1)

C)Müəyyən dərəcədə mane olur-(2)

D) Xeyli dərəcədə mane olur-(3)

E) Çox güclü dərəcədə mane olur-(4)

6) Xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürləri özünüzdən uzaqlaşdırmağa çalışırsınızmı?

A) Ümumiyyətlə çalışmıram-(0)

B) Vaxtımın az hissəsini-(1)

C) Vaxtımın müəyyən hissəsini-(2)

D) Vaxtımın xeyli hissəsini-(3)

E) Vaxtımın əksər hissəsini-(4)

7) Xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürləri özünüzdən uzaqlaşdırmaq üçün üçün əllərin yuyulması, dəfələrlə yoxlamalar və bu kimi təkrar olunan hərəkətlər icra edirsinizmi? (yaxud “ürəyinizdə” hansısa sözləri təkrar edir, dua oxuyursunuzmu?

A) Ümumiyyətlə etmirəm-(0)

B) Vaxtımın az hissəsini-(1)

C) Vaxtımın müəyyən hissəsini-(2)

D) Vaxtımın xeyli hissəsini-(3)

E) Vaxtımın əksər hissəsini-(4)

8) Sizi narahat edən xoşagəlməz fikirlər, xəyallar və ya təsəvvürləri özünüzdən uzaqlaşdırmaq üçün təkrarlanan hərəkətlər və əqli prosesləri icra etmək tələbatınız nə dərəcədədir?

A) Cüzi tələbat-(0)

B) Mülayim tələbat-(1)

C) Xeyli tələbat-(2)

D) Güclü tələbat-(3)

E) Çox güclü tələbat-(4)

9) Təkrarlanan hərəkətlər və əqli proseslər sizin gündəlik həyat fəaliyyətinizi nə dərəcədə pozur?

A) Qətiyyən pozmur-(0)

B) Cüzi pozur-(1)

C) Bir qədər pozur-(2)

D) Əhəmiyyətli dərəcədə pozur-(3)

E) Çox güclü dərəcədə pozur-(4)

 

Yığılan xalları toplayın və nəticəyə baxın.

Nəticə:

0-10 xal arası: Siz tam normal psixoloji vəziyyəttəsiniz.

10-15 xal arası: Sizdə sarışan halların yüngül forması mövcuddur. Sizin də psixoloji vəziyyətinizi normal hesab etmək olar. Ancaq, hər ehtimala qarşı həkimə müraciət etməyiniz məsləhət görülür.

15-25 xal arası: Sizdə sarışan halların orta dərəcəsi müşahidə olunur. Siz həkimə müraciət etməlisiniz.

25-30 xal arası: Sizdə sarışan halların ağır dərəcəsi mövcuddur. Sizin həkimlə məsləhətləşməyiniz artıq vacib hal alıb.

30+ : Sizdə sarışan halların olduqca ağır dərəcəsi mövcuddur. Bu ciddi narahatlıq yaradır. Siz təcili olaraq həkimə müraciət etməlisiniz.

Mənbə: Psychiatry.org

Diagnostic and Statistical Manual of Mental Disorders, Fifth Edition

(DSM-5)

Testin müəllifi:MentalHealth.az

Hazırladı: İlkin Əhmədov,                                                                        Məhəmməd Səmədli,                                                                Adil Nəbiyev.

56 ŞƏRH

  1. […] fоrmаsının əsаs əlаməti sаrışаn, əlçəkməyən, yоrucu fikirlərdən ibаrətdir. Sаrışаn hаllаr nеvrоzunun üç fоrmаsı аyırd еdilir: 1) sаrışаn fikirlər, 2) sаrışаn qоrxu, 3) sаrışаn […]

  2. Təşəkkür edirəm gözəl paylaşım üçün. Mən də sarışan hallar nevrozundan əziyyət çəkirəm. Məncə bunun müalicəsi sadəcə insanın özündən asılıdır. Yavaş-yavaş tərgitməklə bütün hərəkətləri stabilləşdirmək və idarəni tam ələ almaq mümkündür.

  3. I simply want to mention I’m beginner to blogging and site-building and absolutely savored you’re blog site. Almost certainly I’m planning to bookmark your blog . You really come with remarkable stories. Bless you for sharing with us your web page.

  4. Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

  5. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

  6. I simply need to reveal to you that I am new to having a blog and very much cherished your post. Most likely I am going to store your blog post . You certainly have outstanding article content. Be Grateful For it for expressing with us your favorite website webpage

  7. Can I merely say such a relief to discover somebody who really knows what theyre dealing with on the net. You actually have learned to bring a worry to light and make it important. The diet should check out this and fully grasp this side with the story. I cant believe youre less well-known simply because you undoubtedly develop the gift.

  8. I haven’t checked in here for a while as I thought it was getting boring, but the last few posts are great quality so I guess I will add you back to my daily bloglist. You deserve it my friend 🙂

  9. I do believe all the concepts you’ve presented in your post. They’re very convincing and can certainly work. Still, the posts are very quick for beginners. May just you please lengthen them a bit from next time? Thanks for the post.

  10. you are in reality a good webmaster. The website loading velocity is incredible. It seems that you are doing any unique trick. Also, The contents are masterwork. you have performed a great process on this topic!

  11. I’m really impressed with your writing skills as well as with the layout on your blog. Is this a paid theme or did you customize it yourself? Anyway keep up the nice quality writing, it is rare to see a nice blog like this one these days..

  12. I carry on listening to the newscast talk about receiving free online grant applications so I have been looking around for the most excellent site to get one. Could you tell me please, where could i acquire some?

  13. Thanks a lot for giving everyone remarkably brilliant opportunity to read in detail from this blog. It’s usually so amazing and also stuffed with a lot of fun for me personally and my office fellow workers to search your web site on the least three times a week to see the newest secrets you will have. And of course, we are actually amazed for the outstanding guidelines you serve. Some 2 ideas on this page are surely the most suitable we have ever had.

  14. Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

  15. What i don’t understood is if truth be told how you are now not actually a lot more smartly-favored than you might be now. You are so intelligent. You understand therefore significantly in terms of this topic, made me in my view imagine it from numerous various angles. Its like men and women don’t seem to be fascinated except it is something to do with Girl gaga! Your own stuffs great. At all times handle it up!

  16. Wonderful goods from you, man. I’ve understand your stuff previous to and you’re just too great. I actually like what you’ve acquired here, really like what you’re stating and the way in which you say it. You make it enjoyable and you still take care of to keep it wise. I cant wait to read much more from you. This is actually a great web site.

  17. I enjoy you because of your entire labor on this website. Kate enjoys getting into internet research and it’s easy to see why. All of us notice all relating to the powerful manner you present valuable tricks through the web blog and even boost participation from some other people on this content and our own daughter is becoming educated a lot. Have fun with the remaining portion of the year. You are doing a pretty cool job.

  18. Excellent weblog here! Additionally your site a lot up fast! What web host are you the use of? Can I am getting your affiliate link for your host? I want my web site loaded up as quickly as yours lol

  19. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

  20. Fantastic site. Plenty of helpful information here. I am sending it to some buddies ans additionally sharing in delicious. And certainly, thank you in your effort!

  21. I carry on listening to the rumor talk about getting free online grant applications so I have been looking around for the most excellent site to get one. Could you advise me please, where could i get some?

  22. you are actually a excellent webmaster. The site loading speed is incredible. It seems that you’re doing any unique trick. In addition, The contents are masterwork. you’ve performed a great job on this subject!

  23. Good ¡V I should definitely pronounce, impressed with your web site. I had no trouble navigating through all the tabs as well as related information ended up being truly simple to do to access. I recently found what I hoped for before you know it at all. Quite unusual. Is likely to appreciate it for those who add forums or something, website theme . a tones way for your customer to communicate. Excellent task..

  24. I really wanted to jot down a small comment in order to say thanks to you for these splendid tricks you are placing at this website. My particularly long internet search has at the end been recognized with pleasant ideas to write about with my guests. I would admit that most of us site visitors actually are quite fortunate to exist in a great website with so many outstanding professionals with great tactics. I feel pretty fortunate to have discovered your entire web page and look forward to so many more exciting minutes reading here. Thank you once more for all the details.

  25. Thank you, I have just been looking for info approximately this topic for a long time and yours is the greatest I have discovered so far. However, what in regards to the conclusion? Are you certain in regards to the source?

  26. Nice read, I just passed this onto a colleague who was doing a little research on that. And he just bought me lunch as I found it for him smile Thus let me rephrase that: Thank you for lunch! “We have two ears and only one tongue in order that we may hear more and speak less.” by Laertius Diogenes.

  27. I think this is among the most important info for me. And i am glad reading your article. But want to remark on some general things, The website style is perfect, the articles is really excellent : D. Good job, cheers

  28. I would like to thank you for the efforts you’ve put in writing this blog. I am hoping the same high-grade web site post from you in the upcoming also. In fact your creative writing abilities has encouraged me to get my own blog now. Really the blogging is spreading its wings rapidly. Your write up is a great example of it.

  29. hey there and thank you for your info – I have certainly picked up something new from right here. I did however expertise a few technical issues using this website, as I experienced to reload the site many times previous to I could get it to load properly. I had been wondering if your web host is OK? Not that I am complaining, but slow loading instances times will very frequently affect your placement in google and can damage your quality score if ads and marketing with Adwords. Anyway I’m adding this RSS to my email and can look out for much more of your respective exciting content. Make sure you update this again very soon..

  30. You are my aspiration, I possess few blogs and rarely run out from brand :). “Analyzing humor is like dissecting a frog. Few people are interested and the frog dies of it.” by E. B. White.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin