Kainatımızda Neçə Ulduz Var?

82

 

Kainatımızda neçə ulduz olduğunu çılpaq gözlə və ya inkişaf etmiş teleskoplarla sayaraq öyrənməyə çalışmaq, sərf edilən zamanın böyüklüyündən ötəri qeyri-mümkün görünür. Yaxşı alimlər bu sualın cavabını necə tapır?

Bu cavaba çatmağın yolu; Qalaktikadakı təqribi ulduz sayını qalaktik kütlə hesabı ilə müəyyən etmək və bu rəqəmi kainatdakı güman edilən qalaktika sayına vurmaq.

 Edilən bəzi araşdırmalar nəticəsində ortaya çıxan təxminlərə görə Samanyolu Qalaktikası Günəşdən 100 milyard qat daha ağırdır. Buda o deməkdir ki qalaktikamızda Günəş kimi 100 milyard ulduz var (bu sayı Günəşin kütləsilə müqayisə nəticəsində tapıldığından dəyişənlik göstərə bilər, çünki qalaktikamızda tam olaraq neçə ulduzun kütləcə Günəşdən böyük və ya kiçik olduğunu bilmirik). Bunun böyük bir rəqəm olduğunu düşünə bilərsiniz amma kainatdakı qalaktika sayının yanında o qədərdə böyük deyil.

İllər içində həyata keçirilən işlər daxilində Habl Kosmos Teleskopu tərəfindən əldə edilən görünüşlərdə kiçik nöqtələr halında qalaktikalar təyin olunmuşdur. Məsələn 1995-ci ildə qeydə alınan görüntülər sayəsində Böyük Ayı bürcü bölgəsində təxminən 3000 qalaktika sayılmışdır. 2012-ci ildə Habl Kosmos Teleskopunun ultra dərin sahə görünüşlərinin  birləşdirilməsi və daha ətraflı işlərlə Fornax bürcü bölgəsində təxminən 5,500 qalaktika təyin olunmuşdur. (Ultra dərin sahə görüntüsü: Kosmosun bir bölgəsindən əldə edilən görünüşlərin bir yerə gətirilməsiylə formalaşan böyük görünüşdü). Bu an mövcud aktual məlumatlara görə kainatdakı qalaktika sayı təxminən 10 trilyon olaraq hesablanmışdır.

Samanyolu qalaktikasında olan 100 milyard ulduz məlumatından yola çıxıb bu ədədi kainatdakı qalaktika sayı olan 10 trilyon ilə vursaq qarşımıza 1,000,000,000,000,000,000,000,000 rəqəmi çıxır. Daha sadə bir şəkildə ifadə etmək istəsək, kainatımızda təxminən 10^24 dənə ulduz olduğunu deyə bilərik.\

 

Qaynaqlar:

 https://www.nasa.gov/audience/foreducators/5-8/features/F_How_Big_is_Our_Universe.html

http://chandra.harvard.edu/photo/constellations/fornax.html

http://www.huffingtonpost.com/dr-sten-odenwald/number-of-stars-in-the-milky-way_b_4976030.html

http://www.universetoday.com/20727/fornax/

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin