Mem, 1976-ci ildə Richard Dawkins’in “Eqoist Gen” (The Selfish Gene) adlı kitabında ortaya atdığı və dilə yerləşmiş sosial düşüncənin ötürülmə vahididir. Mövzuyla əlaqədar bir çox bənzər düşüncə, fərqli elm adamları tərəfindən irəli sürülmüşdür. Tək-tək hər birini izah etməyəcəyik ancaq öncüləri; Richard Semo, Luigi Luca Cavalli-Sforza, Marcus Feldman, Malcolm Gladwell, Aaron Lynch, Daniel Dennett, Richard Brodie kimi elm insanlarıdır. Dawkinsin zamanına qədər inkişaf etdirilən bu anlayış, Dawkins tərəfindən zirvəyə çıxarılmış və təkrar məşhur edilmişdir.

Mem, bir mədəniyyət içərisində adamdan adama köçürülərək keçən fikir, davranış və ya məlumat parçalarına deyilir.

Dawkinsə görə nəsillər dəyişdikcə, mədəni və ictimai məzmun bir sonrakı nəslə mem tərəfindən köçürülür. Bu eynilə bioloji əlamətlərin DNT ilə köçürülməsi kimidir. Lakin mem, DNT kimi mikroskop altında görülə bilən konkret bir informasiya kodları deyil, daha çox mücərrəd anlayışdır. Bu baxımdan ona sosioloji gen də demək olar.

 

Sözün mənası Yunanca “mimeme” dən gəlir. Ancaq Richard Dawkins, Gen Eqoistdir kitabında ifadə etdiyi üzrə “gen” sözü kimi tək hecalı bir ad istədiyindən bunu “mem” olaraq qısaltmıştır. Ayrıca “même” sözünün Fransızca “öz” mənasını verən köküylə də əlaqəlidir. Mem sözünün yaradıcısı Richard Dawkins olsa belə, “memetik” (mem elmi) olduqca qədimlərə, 1844-ci ildə Max Stirner’ın “Eqo və Özü” adlı kitabında belə rast gəlinir. Burada da bənzər anlayışların mədəniyyətlərdə olduğu və fərdlər arasında köçürülüb inkişaf etdiyi irəli sürülür. Stirner, kitabında nümunə olaraq milliyyətçiliyi və dini verir. Bunlar, indiki vaxtda da memlərə aid ən gözəl nümunələr olaraq qalırlar. Keçmiş bir zamanda, müəyyən cəmiyyətlərdə, müəyyən təsir altında yaradılan bu inanc, düşüncə və davranışlar indiyə qədər köçürülmüş və təkmilləşmişdir. Bu səbəblə də insanlıq tarixində yüz milyonlarla fərqli din və Tanrı, bir o qədər fərqli siyasi görüş və ideologiya var. Bunlar atadan oğula, qulaqdan qulağa və ya kitabdan kitaba köçürülən məlumat növləridir. Hər yeni nəsildə, eynilə genlər və fərdlər kimi dəyişmə məruz qalır. Müvəffəqiyyətsiz olanlar (məsələn qədim yunan tanrıları) seçilim təsiri altında məhv olmaqdadır, ən güclü olanlar və həmin dövr insanlarının ehtiyaclarına ən çox cavab verən düşüncə isə varlığını davam etdirməkdədir (məsələn islam, xristianlıq, kapitalizm, sosializm və s.).

self-pride

Max Stiner 1806-1856

Musiqilər, düşüncələr, şüarlar, zövqlər, əxlaq, dəyər, tərbiyə və s. mem nümunələrindəndir. Genlərin sperma və ya yumurta vəasitəsi ilə bir bədəndən digərinə ötürülərək gen hovuzunda çoxaldıqları kimi, memlər də, geniş mənada təqlid (qarşılıqlı) deyilə biləcək bir mexanizm yolu ilə, bir beyindən digərinə ötürülərək özlərini çoxaldarlar.

 

Digər tərəfdən ənənə halındakı memlər də, genlər kimi nəsildən nəsilə ya da mədəniyyətdən mədəniyyətə köçürülə bilər. Köçürülmə zamanı dəyişimə də məruz qala bilər. Eynilə genlərdə baş verən mutasiyalar kimi memlərin belə xüsusiyyətləri vardır və seçməyə məruz qalar.  Eyniylə genlər və fərdlərin üzərində olduğu kimi, memlərin “seçilim təzyiqləri” olduğu düşünülməkdədir. Çünki bir mem (düşüncə, davranış, fikir) əgər ki, kifayət qədər güclü, həyata xidmət edən və ya inandırıcı deyilsə, köçürülməsinə son verilir və yox olur. Odur ki, cəmiyyətdə müəyyən edilmiş müəyyən norma gənclər tərəfindən məhv edilir. Bu hadisəni, canlıların Təbii seçmənin təsiri altında məhv olmasına bənzədirlər. Eyni şəkildə, bu seçilim təsiri altında memlərin inkişafa doğru evulyasiya edə biləcəyi düşünülməkdədir. Məsələn, hər mədəniyyətdə fərqli növləri olan bir mem kompleksi də nikahlardır. Nikahlar, içərisində mərasimləri, yeyilən yeməkləri və oynanan oyunları kimi fərqli memlər saxlayarlar. Məsələn İndoneziyada ‘Tidung’lular toyalarına 3 gün qalmış tualetə getməyi özlərinə qadağa hesab edir. Səbəbsə belə uşaqlarının daha sağlam doğulacaqlarına inanmalarıdır. Halbuki, uzun müddət tualetə getmədikdə böyrək çatışmazlığı, sistit və s problemlərə nəticə ola bilər.

 

Richard Dawkins’in ortaya atdığı bu düşüncə bir çox elm insanı tərəfindən dəstəklənmiş və memetik elm sahəsinin yaradılmasına səbəb olmuşdur. Buna görə “memetik” elm sahəsinin qurucusu Richard Dawkins sayılır.

 

Heyvanlarda Mem

Richard Dawkins, bu faktın yalnız insanlara xas olmadığını ifadə edir. P.F.Jenkinsin Yeni Zelandiyadakı nəğmə söyləyən Yəhərli quşlar (Philesturnus carunculatus rufusater) üzərində etdiyi araşdırmanı nümunə olaraq göstərir. Jenkins, valideynlərin və gənclərin oxuduğu məğmələri müqayisə edərək bunun genetik olaraq köçürülmədiyini göstərdi. 1 növün ayrı-ayrı areallarda 9 müxtəlif nəğmə oxuduqlarını müşahidə etmişdi. Hər gənc erkək quş, insanların dili istifadəsinə bənzər bir yolla qonşu bölgələrdən mahnılar öyrənə bilirmiş.

Yəhərli quşlar – Philesturnus carunculatus rufusater

‏Jenkins zaman zaman köhnə bir mahnının təqlidi əsnasında səhvən ortaya çıxan yeni bir mahnının “kəşfinə” şahidlik etmə şansına sahib olurdu. Jenkins belə yazır:

Yeni mahnı formaları, bir notun dəyişməsi, bir notun təkrarlanması, bəzi notların çıxarılması, başqa mahnılardan parçaların bir araya gətirilməsi kimi müxtəlif yollarla ortaya çıxırdı … Bu yeni formatın ortaya çıxışı ani olurdu və illər boyunca eyni qalırdı. Daha da sonrası, bir neçə hadisədə, dəyişdirilmiş forma yeni əvvəlki mahnını yerinə keçirilir və bənzər müğənnilərdən ibarət olan ahəngli bir qrup yaranırdı.

Jenkins, yeni mahnıların meydana gəlməsinə “Mədəni mutasiyalar” olaraq istinad edilirdi.



UNITED KINGDOM - NOVEMBER 1976: Scientist Dr. Richard Dawkins who is studying insect behavior by noting the reactions of crickets to recorded mating calls. (Photo by Terry Smith/Time & Life Pictures/Getty Images)
UNITED KINGDOM – NOVEMBER 1976: Scientist Dr. Richard Dawkins

Təqlid, uşağın başqa digər dilləri deyil də öz ana dilini öyrənmə üsulu, şəxsin  başqa insanların valideynləri kimi deyil də öz valideynləri kimi danışmasının, bölgəli dialektin və uzun zaman müddətində ayrı dillərin ortaya çıxmasının və dinlərin hər nəsildə yenidən seçilmək yerinə ailə soyları boyunca davam etdirilməsinin tək səbəbidir. Burada, genlərin nəsillər içində boylamasına və viruslardakı genlərin üfüqi köçürülməsinə ən azından səthi bir bənzərlik vardır. Bu bənzətmənin faydalı olub olmadığını mühakimə etməyə keçmədən əvvəl, sözlərin, fikirlərin, inancların, üslubların və zövqün ötürülməsində bir gen rolu oynaya biləcək bu varlıq üzərinə danışa bilmək üçün ona bir ad verməyimiz yerinə düşərdi. Kəlimə ilk ortaya atıldığı 1976-dan bu yana artan sayda insanlar ‘mem’ adını gen bənzəri bu varlıq üçün mənimsəmişdir.

 

Richard Dawkins – Bir Şeytanın Keşişi

 



daniel_dennett_1

 

İndi memlər dünya ətrafında işıq sürətində yayılırlar və o qədər sürətli özlərini çoxaldırlar ki, meyvə milçəkləri və maya hüceyrələri ilə müqayisə etmək belə mənasız olacaqdır. Fərddən fərdə, mühitdən mühitə idarəsizcə atılırlar və nəzarət altına alınmasının az qala qeyri-mümkün olduğunu göstərirlər.

 

Daniel Dennett



 

Bir elm olaraq memetika, 1990-cı illərdə təşəkkül tapmışdır və memləri təkamül mexanizmləri daxilində araşdırmağı hədəfləyir. Günümüzdəki neyro-araşdırmalar sayəsində, əlaqədar təcrübi araşdırmalar etmək mümkündür, hələ rəsmi bir elm sahəsi olmasa da bu onun yanlış olduğu mənasına gəlmir. Dərsiklərdə də bu haqda məlumat demək olar ki heç yoxdur.

“Memetik” adlı bir elmi məqalə jurnalı, 1997-2005 illəri arasında elektron olaraq nəşr olunmuşdur. Ancaq daha sonra jurnalı yaradanların dağılmasıyla jurnalın nəşri də dayandırılmışdır.

İndiki vaxtda, mövzunun terminologiyası və əhatəsi inkişaf etdirilməkdə və bəzi universitetlərdə mövzuyla əlaqədar araşdırmalar aparılır. Mövzu, elmi olaraq olduqca tutarlı görünməkdədir və qısa bir müddət sonra gerçək və rəsmi bir elm sahəsi olaraq elm dünyasında iştirak edəcəyi şübhəsizdir. Əlbəttə ki, memetikanın da bir çox tənqidçisi və əleyhdarı var. Məsələn Luis Benitez-Bribiesca adlı bir elm insanı memləri və memetikanı “saxta-elmi doqma” (pseudo-scientific dogma) adlandırmaqda və təkamül biologiyasının digər elmlərlə qatışdırıldığına çalışıldığını irəli sürməkdədir. Mary Midgley adlı bir digər elm insanı isə, cəmiyyətin bu formada tək və məhdud anlayışlarla ümumiləşdirildiyini və müşahidə ediləcəyini düşünmür.

Qısacası, bu elm sahəsinin hələ inkişaf etdirilməsi lazımdır. Ancaq bəzi anlayışları olduqca yaxşı şərh etməsi səbəbiylə, get-gedə gücləndiyi də bir gerçəkdir. Elm, qarşılıqlı fikirlərin davamlı zidd düşdüyü və həmişə daha yaxşı fikirlərin bu sayədə seçildiyi bir sahədir.

Müəllif: Hikmət Həmdullayev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin