Anti-maddə atomu ilk dəfə olaraq lazerlə bağlanıb və ölçülüb

95

Hidrogen anti-maddələrinin kopyası özünün əsl rənglərini göstərib və onlar məhz fiziklərin müəyyən etdiyi kimidir.

Anti-hidrogen atomları mənfi yüklü anti-protonun ətrafında dövr edən pozitrondan (elektronun müsbət yüklü versiyası) əmələ gəlmişdir. Hissəciklər fizikasının standard modelinə uyğun olaraq, bu anti-atomlar hidrogenlə eyni dalğa uzunluğunda işığı udmalı və buraxmalıdır. İndi anti-hidrogen spektri, nəhayət ki, ölçülüb və bu, ehtimalları təsdiq edir.

Anti-maddələrlə işləmək, təəssüf ki, çox çətindir, çünki o, normal maddəyə toxunanda hər ikisi daha kiçik hissəciklərin partlayışında və radiasiyada məhv olurlar. Anti-maddəni diqqətlə nəzərdən keçirmək üçün fiziklər onu mümkün qədər soyuq saxlamalı və güclü maqnit sahələrindən istifadə edərək bağlamalı (qapalı yerə qoymalı) olurlar.

Jeffrey Hangst və onun İsveçrədə, Cenevrə yaxınlığında CERN (Nüvə Araşdırmaları üzrə Avropa Təşkilatına) əsaslanan ALPHA birgə əməkdaşlıq üzrə həmkarları bir dəfəyə 14 anti-hidrogen atomunu bağlamağa nail olublar – bu, əvvəlki təcrübələrin bir və ya iki atomu üzərində dramatik bir irəliləyişdir. Spektrdə maksimuma çatmaq üçün onlar antihidrogen atomlarının üstünə güclü lazer işığı vurmuşlar ki, ayrılan şüaların enerjisi udula və yenidən buraxıla bilsin.

Komanda aşkar etmişdir ki, anti-hidrogen spektrində ən aşağı enerji fotonları hidrogenlə eyni dalğa uzunluğuna malikdir.

Anti-maddə atomunu lazerlə əlaqəyə girməyə daha öncələr heç kəs məcbur edə bilmədiyinə görə ölçmələr hələ də bizim hidrogen üzrə ən yaxşı müşahidələrimizlə müqayisədə xeyli az dəqiqliyə malikdir.

Dəqiqliyin artırılması ikisi arasında enerji səviyyələrindəki hər hansı mümkün fərqləri müəyyən ede bilər, bu isə fizikanın standart modelini sarsıda bilər.

“Onların nail olduqları, həqiqətən, ayrıca bir mərhələdir”, anti-maddəni sınaqdan keçirmək üzrə rəqiblərdən biri, CERN AEglS birgə əməkdaşlığından Michael Doser deyib.

Journal reference: Nature, DOI: 10.1038/nature21040

 Mənbə: https://www.newscientist.com/article/2116547-antimatter-atom-trapped-and-measured-with-a-laser-for-first-time/
BəyənDaha çox reaksiya göstər

Rəy Bildir

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin