Sürrealizm və beyin

160

Sürrealizm.İnstinktdən şüura keçid.

Ötən əsr incəsənətinin  ən sonuncu cərəyanı olan Sürrealizm cərəyanı simvolizm,ekspressionizm və dadaizmin təsiri altında yaranmışdır.Təxminən əsrin 20-ci illərindən etibarən Fransada təşəkkül tapmış bu cərəyana sürrealizm terminini ilk dəfə fransız yazıçı Gilyom Appoliner vermişdir.Appolinerlə yanaşı R.Desnos,L.Araqon,P.Elüar da bu cərəyanın yaradılmasında və inkişaf etdirilməsində xüsusi rola sahib yazıçılardır.XX əsrin 30-cu illərində ədəbiyyatda tənnəzülə uğrayan sürrealizmin 40-cı illərdə mərkəzi ABŞ olmuşdur.Bu illərdə sürrealizmin adı A.Breton,M.Düşan,S.Dali kimi şəxsiyyətlərlə bağlı olmuşdur.Sözü gedən dövrdə bu şəxsiyyətlər ABŞ-a köç etmiş və burada cərəyanın daha da inkişaf etdirilməsi ilə bağlı vəzifəli olmuşlar.

Abstrakt təsəvvürün məhsulu olan sürrealizm Ziqmund Freydin konsepsiyasına əsaslanır ,yəni irrasionalizm və aloqizmlə yaxın əlaqədə olaraq subyektivizmi tərənnüm edir.Əsas cəhətləri qəribəlik,irrasionallıq və standartdan kənar olmasıdır.Müxtəlif növləri olmasına baxmayaraq,əsasən fərdin instinktinin qeyri-adi yaradıcı qüvvə olmasını və onun şüurdan üstün olmasını aşılayır.Freydin tezis və yanaşmalarına – daha dəqiq ifadə etsək şüurdan instiktə keçid üçün “azad assosiasiya” teoriyasına əsasən yaradılan sürrealizm ötən əsrin ən uzunömürlü cərəyanlarından biridir.Sürrealizm cərəyanını sistemləşdirən şəxs fransız Andre Breton olmuşdur.Cərəyanın digər banilərinin əksəriyyəti kimi Breton da dadaist idi.Ümumiyyətlə sürrealistlərin sələfləri məntiqi inkar edən dadaistlər hesab olunur.Sürrealizmi sistemləşdirməzdən öncə Breton ətrafına Paul Eluard,Qala Eluard,Rene Crevel,Robert Desnos,Marcel Duchamp,Andre Manson və F.Supo kimi şəxsiyyətləri toplamışdı.Birinci Dünya Müharibəsi illərində psixiatriya sahəsində çalışmış Breton Ziqmund Freydin fikirlərindən təsirlənərək cərəyanı sistemləşdirmiş və bu haqda ilk məlumat 1924-cü ildə çap olunmuş “Le Premier Manifeste du Surrealisme”(Sürrealistik Manifest) ,ikinci tamamlanmış məlumat isə bir neçə il sonra,daha dəqiq desək 1930-cu ildə nəşr etdirilən “Le Second Manifeste du Surrealisme”(İkinci Sürrealistik Manifest) kitablarında öz əksini tapmışdır.Bretonun fikrinə görə bu cərəyan reallıq və arzu arasındaki ziddiyəti aradan qaldırmalı idi.Lakin onun böyük səylərin baxmayaraq sürrealistlər arasında da fikir ayrılığı yaranaraq bir-biriləri ilə mübahisələri düşürdü.İkinci kitab nəşr olunduqdan sonra Antonin Artoud,Robert Desnos və Fillip Şopolt cəmiyyətdən uzaqlaşdırıldı.Onlar da öz növbəsində Çilarda nəşr etdikləri Un Cadavre (Bir Cəsəd) braşürunda Bretonu ciddi tənqid edirdilər.1938-ci ildə Parisdə təşkil olunmuş Beynəlxalq Sürrealizm Sərgisi axımın ən yüksək nöqtəsi oldu.Sərgidə 14 ölkədən 70-ə yaxın sənətçi iştirak etmişdi.

Sürrealizmin inkişafına fəlsəfə sahəsində  fransız filosofu Henri Berqsonun “İntuitibizm”adlı yanaşması da ciddi təsir göstərmişdir.Onun fikrinə görə ruh ağıldan daha üstündür.Sürrealizmin ilk inkişaf mərhələlərində qələm və fırça sahibləri müharibənin dəhşətlərindən təsirlənərək şüurdankənar arzular dünyasına qapanmaları ilə seçilirdilər.Sürrealizmin banilərindən birinin fikrinə görə “Ruhi xəstələr əsl sürrealistlərdir”.Zaman keçdikcə bu fikir özünü böyük ölçüdə doğrultmuşdur.Həqiqətən də  sürrealist insanlarda ciddi psixoloji pozuntular və ruhi xəstəliklər özünü büruzə verir.Maraqlı faktlardan biri də budur ki , sürrealist insanların böyük əksəriyyətini şizofreniyadan əziyyət çəkənlər təşkil edir.Şizofreniyadan əziyyət çəkən insanların müəllifi olduğu istənilən rəsmi bu cərəyana aid etmək olar.Səbəb kimi isə sürrealizmdə heç bir sərhədin olmamasını göstərmək olar.Cərəyanın əsas cəhətlərindən biri də qeyri-standartlıq olduğundan bu rəsmlərin heç də hamı tərəfindən başa düşülməməsi və bəyənilməməsi bir o qədər də təəccüblü deyil.Şizofreniya və şizofreniyadan əziyyət çəkənlərin çəkdiyi rəsmlər haqda blogumuzda kifayət qədər məlumat olduğundan digər məşhur sürrealist ədəbiyyatla və rəsm əsərləri ilə yaxından tanış olmaq daha məqsədəuyğundur.

Sürrealist ədəbiyyata Crevelin müəllifi olduğu və 1931-ci ildə işıq üzü görmüş “Cənab Bıçaq və xanım Çəngəl (Mr. Knife Miss Fork) əsərini nümunə göstərmək olar.Bundan başqa Peretin “Donuzlara ölüm” (Death to the Pings – 1929),Artaudun “Le Pesse Nerfs” (1926) kimi əsərləri də misal göstərmək olar.

Mr. Knife Miss Fork

Məşhur sürrealist rəssamlardan biri də ispan Salvador Dali olmuşdur.Onu bəzən “Sürrealizmin Yehudası” da adlandırırlar.Maraq üçün qeyd edək ki,Dali Andre Bretonun ən yaxın dostlarından biri olmuşdur.Bir dəfə Breton zarafat ilə dostunun adını Salvador Dali yox,anaqramdan istifadə edərək Avido Dollars kimi qeyd etmişdi.Qeyd edək ki,Dalinin bir neçə rəsm əsərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Muzeyinin qalereyasında  yaxından izləyə bilərsiniz.Dalinin ən məşhur rəsm əsərlərindən biri də “Yaddaşın Daimiliyi” əsəridir.Bu əsər rasionallığa qarşı çıxması ilə diqqətləri öz üzərinə çəkmiş və bir çox rok qruplarının albom şəkli üçün ilham mənbəyinə çevrilmişdi.

Salvador Dali – Yaddaşın Daimiliyi (The Persistence of Memory-1931)
Salvador Dali –Təzad (Əsər hal hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Muzeyində sərgilənir)
Salvador Dali – Geopolitik Uşaq (1943)

Sürrealizm cərəyanın məşhur nümayəndələrindən biri də belçika əsilli rəssam Rene Maqritdir.Onun 1928-ci ildə tamamlamış olduğu Sevgililər rəsm əsəri sürrealizmin incilərindən hesab olunur.Anasının intiharı Renenin yaradıcılığına böyük təsir göstərmişdir.Belə ki,özünü çaya ataraq intihar edən anasının cəsədi çaydan çıxarılarkən paltarının üzünü örtüyü qeyd olunur.Cəsədin sudan çıxarılması anında Renenin də orada olması deyilsə də bu fakt öz təsdiqini tapmamışdır.Lakin rəssamın 1927-1928-ci illərdə üzü örtülü insan rəsmləri seriyası çəkməsində,xüsusilə də bu əsərdə  o hadisənin təsirini görməmək mümkün deyil.Onun özü isə bu barədə danışmağı heç sevmirdi.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin