Bipolyar ( 2 qütblü ) Affektiv Pozuntu(BAP)

48

Bipolyar ( 2 qütblü ) Affektiv Pozuntu(BAP)

Bu xəstəlik enerji və aktivlik səviyyəsində dalğalanmalarla gedən , beyində qeyri – adi dəyişikliklərlə xarakterizə olunan ruhi pozulmadır . Bu qeyri – adi dəyişikliklərin nəticəsində xəstə gündəlik işlərini belə yerinə yetirməkdə çətinlik çəkir . BAP xəstənin münasibətlərinə ciddi zərər vura bilən , onun kareyerasında əngəl törədə bilən ciddi ruhi xəstəlikdir . Bu emosional dəyişikliklər xəstənin intihara əl atmasına səbəb olacaq qədər şiddətli ola bilər .

Bu xəstələrin psixi vəziyyətində maniyadan ( şəxsin əhvali-ruhiyyəsinin , aktivlik dərəcəsinin , özgüvən kimi hisslərin qeyri – normal dərəcədə artması və eyforiya ilə müşayiət olunan ruhi xəstəlikdir ) depressiyaya qədər olan , həmçinin , hipomaniya ( manianın daha yüngün formasıdır ) da müşahidə oluna bilən şiddətli dalğalanmalar olur . Adətən, xəstənin ruh halı yüksəlmə və enmələr arasında normal olur. Hipomaniya fazasında manik fazadan fərqli olaraq, şəxs özünü çox yaxşı hiss edə bilər, həyat şəraiti əlverişli ola və işlərində yaxşı performans göstərə bilər . Xəstələr nəyinsə tərs getdiyini hiss etmir , lakin ailə üzvləri və dostları xəstənin vəziyyətindəki dəyişikliklərin BAP-a oxşar olmasının fərqində ola bilərlər. Әgər bu müalicə olunmasa hipomaniya maniyaya çevrilə bilər. Xoşbəxtlikdən bu xəstəlik müalicə olunandır və xüsusi qayğı və dərman müalicəsi ilə xəstələr iş həyatında yaxşı performans göstərə və əlverişli həyat tərzinə qayıda bilərlər.

 

BAP-ı olan xəstələrin yarıdan çoxu təxminən 15-25 yaş aralığında olan şəxslərdir. Ailəsində bipolyar diaqnozu olan xəstələrdə BAP daha tez başlaya bilər. Qadınlarda və kişilərdə xəstəliyin rast gəlinmə tezliyi  təxminən eynidir. BAP-ın alt tiplərinə nəzər salsaq, depressiv fazanın çoxluğu ilə müşayiət olunan vəziyyət qadınlarda kişilərə nisbətən daha çox , manik fazanın üstünlüyü ilə qeyd olunan alt tip isə kişilərdə daha çoxdur.

 

   Səbəbləri  :

  • Əksər ekspertlər təsdiq edir ki, BAP monoetioloji xəstəlik deyil. Bu bir neçə faktorun birgə təsirinin nəticəsi kimi meydana çıxır.
  • Genetik faktorlar : Bəzi ” Balaca əkiz araşdırmalar ” göstərir ki, BAP riskinə səbəb olan genetik faktorlar var. Әkizlərin birində bu xəstəlik varsa , digərində də rast gəlinə bilər. Bu xəstəliyi olan insanların qan qohumlarında xəstəliyin inkişaf etmə riski daha yüksəkdir.
  • Bioloji xüsusiyyətlər : Ekspertlər deyir ki, bu xəstələrin beyinlərində tez-tez psixi dəyişikliklərə rast gəlinir. Heç kim bilmir ki, necə olur ki bu dəyişikliklər BAP-a gətirib çıxarır.
  • Beyində kimyəvi maddələrin disbalansı : Neyrotransmitterlərin disbalansı BAP da daxil olmaqla bir çox ruhi pozulmalarda açar rolu oynayır.
  • Hormonal problemlər : Hormonal disbalans BAP-ı stimulə edə və ya onun yaranmasına səbəb ola bilər.
  • Etraf aləmdəki faktorlar: Stress, alçaldılma, xəstə üçün əhəmiyyət daşıyan itki və əksər travmatik hadisələrin BAP riskində payı ola bilər.

 

Manik/hipomanik ərəfədə rast gəlinən simptomlar aşağıdakılardır :

 

  • Özünü dünyanın mərkəzində hiss etmə, eyforiya, çox şən olmaq.
  • Xəstələr çox və tez-tez danışır.
  • Xəstələr çoxlu pul israf edə bilər.
  • Xəstənin aglına fikirlər tez gəlib, tez də gedir. Bəzən xəstənin beyninə qəribə ideyalar gələ və onlar buna görə hərəkət edə bilərlər.
  • Bu dövrdə xəstələr çox mehriban, canayaxın, həssas olur, lakin bəzən aqressiv də ola bilərlər.
  • Fikirləri asanlıqla qarışır.
  • İşi vəya məktəbi buraxma halları və ya özünü lazımı qədər ifadə edə bilməmə.
  • Xəstə riskli davranışlar edə bilər, bura yüksək libido, qanunsuz dərmanların qəbulu, alkaqol daxildir. Həmçinin təhlukəli aktivitələrdə iştirak edə bilərlər.
  • Özgüvənləri həddən artıq arta bilər.
  • Xəstənin qərarları tez -tez dəyişə bilər.

 

Depressiv ərəfədə rast gəlinən simptomlar aşağıdakılardır :

  • Həddən artıq gərgin olmaq.
  • Bir sıra hallarda xəstə həyatına son vermək haqqında düşünə və cəhd də edə bilər.
  • Yuxu problemləri, yata bilməmək.
  • Mənasız şeylər haqqında narahatlıq.
  • İşləri tərs gedəndə və ya nəsə tərslik çıxanda özlərini günahkar bilmə hissi.
  • Qidalanmanın pozulması –  Bəzi xəstələr daha çox bəziləri isə az qidalana bilər.
  • Çəkinin azalması və ya artması.
  • Həmişə zövq aldığı maraq və aktivitələrə qarşı maraq hissinin azalması.
  • Həddən artıq yorğunluq, tükənmişlik, biganəsizlik.
  • Diqqətin azalması.
  • Asanlıqla qıcıqlanma: Buna səbəb səs, qoxu və başqa şeylər ola bilər, hansı ki xəstələr əvvəllər bunlara reaksiya vermirdilər.
  • Bir çox xəstələr işə və ya məktəbə getməyə cəhd edə bilmirlər, bununla üzləşə bilmirlər.

Bipolyar Affektiv Pozuntunun 4 tipi vardır :

  • Manik fazanın azı 7 gün davam etməsi və xəstənin təcili hospitalizasiyasını gərəkdirın şiddətli manik simptomların olması müşahidə olunur. Adətən depressiv faza azı 2 həftə davam edir. Depressiv faza mərhələsində depressiv və manik simptomların eyni vaxtda rast gəlinməsi də mümkündür. Bu digər növlərə nisbətən daha ağır keçir.

 

  • Depressiv və hipomanik fazalarla müşahidə olunan tipdir.

 

  • Tsiklotimiya :  2 il müddətində (uşaqlarda 1il) mütəmadi davam edən yüngül dərəcəli depressiv və hipomanik fazaların ardıcıl yaşandığı, 2 aydan çox davam edən müsbət tipdir.

 

  • Yuxarıda qeyd olunan 3 tipin heç birinə uyğun gəlməyən tip.

Uşaq və yeniyetmələrdə isə xəstəliyin simptomları daha çox dəyişkən ruh halı, aqressiyanın çoxalması, hər an partlamağa hazır əsəb hissi və vecsiz davranışlardır. Unutmamaq lazımdır ki, bu müalicə oluna bilən ruhi xəstəlikdir. Lazımi qayğı ilə bu simptomlar kontrol altına alına və xəstə normal, əvvəlki həyat tərzinə qayıda bilər.

 

İndi isə bir qədər bu xəstəliyə tutulan tarixi şəxsiyyətlər haqqında məlumat verək :

 

Ludvig von Beethoven

Bəstəkar 1827-ci ildə qaraciyər çatışmazlığından ölməmişdən qabaq alkoqolla əlaqəli sağlamlıq problemlərindən 10 il ərzində müalicə almışdır. Onun əziyyət çəkdiyi xəstəliklərdən biri də BAP idi. Beethovenin manik tutmaları ətrafındakı dostları tərəfindən də bilinirdi və manik tutmanın pik nöqtəsində o xeyli əsər bəstələmişdi, hətta onun ən məşhur əsərlərinin çoxu elə bu ərəfədə bəstələnmişdir.

1813-cü ilin əvvəllərində o, elə bir depressiv perioddan keçirdi ki, öz görünüşü haqqında düşünməyi belə dayandırmışdı və axşam şənliklərində o çox qəzəblənə bilirdi. O, bu vaxt ərzində demək olar ki, tamamilə əsər bəstələməyi də dayandırmışdı.

Winston Churchill

Linkoln kimi Churchill də böyük lideri idi. O, sadəcə beynəlxalq aləmdə deyil, eyni zamanda öz beynindəki ( düşüncəsindəki ) çətinliklərin də öhdəsindən gəlirdi. 30 yaşlarında o, dostlarına şikayətlənirdi ki, o ” depressiyanın qara iti ” tərəfindən izlənir. O, parlament binasında oturur və intihar etmək barədə düşünürdü. O həkiminə deyirdi ” Mən qatar stansiyasında olanda çox ehtiyatlı olmağa çalışıram. Qatar keçib gedəndə mən platformanın kənarında dayanmağı sevmirəm. Sağda, arxada durmağı və mümkündürsə, qatarla mənim aramda bir sütun olmağını istəyirəm.

Mən gəminin kənarında dayanmağı və aşağı-suya doğru baxmağı sevmirəm. 2-ci hərəkət hər şeyin sonu ola bilər. ” Qara it ” onu həyatının sonuna qədər izləmişdir. O, manik fazada olanda çox səmimi bir insan olurdu, lakin onun əhval-ruhiyyəsi tez-tez dəyişirdi. Manik fazanın pik səviyyəsində o, bütün gecəni oturub yazı ilə məşğul olurdu, nəticədə o, siyasi həyatının zirvəsində olanda 43 kitab dərc etdirmişdir.

 

  • Məqalə ingilis dilindən tərcümə olunub .

Tərcümə etdi : Nuranə Əlizadə

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin