Niyə indi meymunlar insana çevrilmir?

0

Əziz, elm!  Nə üçün yer üzərində hominidlər qalmayıb?

Hominidlər, yəni, insanabənzər meymunlar. Əgər təkamül prosesi davam edirsə, növlər həmişə dəyişir və uyğunlaşırsa, qocalmışları ölsə belə, biz meymunlardan təkamül edərək insana bənzər növləri niyə bu gun görmürük? Elmin buna verdiyi cavab belə olmalıdır: Bunu sizə demək istəmirdik, ancaq siz də meymunsunuz.
Elə Neandertallar da, Hobbitlər də, Lyusi Avstrolopitekus da, Tuanqlı uşaq da, Pekinli adam da meymun idi… Söhbət düşmüşkən, oranqutanlar, qorillalar, bonobolar və şimpanzelər də. Bizim hamımızın 14 milyon il əvvəl yaşayan və Hominidae adli ailə taksonomiyasını yaradan ümumi  bir əcdadımız var. Onları hominid və ya böyük meymunlar da adlandırırlar.
Və Yer kürəsində hominidlər qalıb – bunlar bizik. “Hominid” arxaik və müasir insana verilmiş addır, texniki termindir – yəni, qorilla və şimpanzelərə bizdən daha yaxın olan varlıqlar. Və bizim indiyədək bu mühitdə yeganə olduğumuzu başa düşmək üçün siz təkamülün necə işlədiyini anlamalısınız. Birincisi, bizim meymun adlandırdığımız varlıqlar bizim əcdadımız yox, bizim əmiuşaqlarımızdır. Sadəcə olaraq, onların bizim kimi təkamül etməsinə nə isə mane olub.

 

Əziz, elm! Niyə mən evin içində həmişə üşüyürəm?
“Bu gün arxaik insanın nə üçün qorillalardan yaranmadığını soruşmaq, əmiuşaqlarınızın uşaqlarının niyə sizə çox oxşamadığını soruşmağa bənzəyir.” Leykxed Universitetinin professoru, antropoloq  və insanın təbii tarixi yaranması proqramı milli muzeyinin tədqiqatçısı Met Toşeri belə demişdi: “Bu varlıqlar öz inkişaf yollarında 10 milyon il mövcud olmuşlar. Siz həmin dövrə geri dönüb bir də qayıda bilməzsiniz”
Hətta şimpanzelərin birdən-birə avstralopitekə çevrilmə imkanları olsaydı belə onlar bunu istəməzdi. Təkamülün bir silsilə, daha çətinə doğru yönəlmiş inkişafda olan, birhüceyrəli amöbdən başlayıb bizimlə qurtaran bir hərəkat olduğunu düşünmək asandır. Ancaq təkamülün son ünvanı yoxdur. Hətta olsaydı belə, güman ki, bu ünvan insan olmazdı. Bir çox hallarda təkamül sadəliyə üstünlük verir. Bu səbəbdən də mağarada yaşayan canlıların gözləri tutulur və yerüstü məməlilər nəslindən olan balinaların demək olar ki, ayaq sümükləri yoxdur. Heç intellekt də qüsursuz deyil: Mərkəzi sinir sistemi olmayan dəniz kirpiləri beyni olan varlıqdan təkamül etmişdir.
“Təkamül müəyyən şərtlər altında yaşam mübarizəsi və təsadüfi mutasiyalar haqqındadır”. Penn ştatının paleoantropoloqu Nina Yablonski belə deyir: “Orada təsadüfilik elementi çox, istiqamət elementi isə demək olar ki, yoxdur. Yaşayan məxluqlar sadəcə olaraq düşdükləri mühitin həyat şəraitinə və ətraf mühitinə uyğunlaşmağa çalışır.”

 

Əziz, elm! SPF (Günəşdən Qorunma Faktoru) nə deməkdir və əgər onlar qarışdırılarsa nə baş verər?
İnsan təkamülünün erkən mərhələlərində hominidlərin bəzi növləri buna cəhd etmişdir. Belə bir nəticəyə gəlinir ki, avstralopitekus afarensis, (yəni Lüsinin aid olduğu növlər) təkamül nəticəsində insan buduna bənzər buda sahib olmuşlar və bu da onlara ayaq üstə gəzmək və savanna üçün çox faydalı vərdiş olan qida toplamaq üçün ağır əşyaları daşımaq imkanı yaratmışdır. Parantroplar quru mühitdə mövcud olan kobud, lifli qidaları çeynəmək üçün güclü, böyük çənəyə malik idi. Homo habilislərin (bacarıqlı insan növü) nisbətən böyük beyin kütləsi var idi və bu, onlara ilkin daş alətləri düzəltməkdə kömək edirdi. Antralopitek boisei-lərin iri azı dişləri onlara əsasən qoz-fındıq və toxumlarla qidalanmağa yardımçı olurdu. Ancaq hominidlərin əmək alətləri mürəkkəbləşdikcə, onların ekoloji sığınacaqları da genişləndi. Onların artıq bərk toxumları çeynəmək üçün iri azı dişlərinə və ət parçalamaq üçün iti köpək dişlərinə ehtiyacları yox idi – alətlər vasitəsilə onlar qidalarını yeməzdən əvvəl parçalaya bilirdilər.
İnsanların texnoloji mürəkkəbliyi artdıqca, keçmişdə iki-üç nəfərin edə bildiyini indi aləti olan bir nəfər də bacarırdı. Yablonski deyirdi: “İri beynə və kiçik dişlərə malik olan Homo növləri ekoloji cəhətdən daha uğurlu olduğu üçün, təkamül bu qruplara üstünlük verdi. Dilin inkişafı əcdadlarımızın alətlərinin təkamülünə əlavə olaraq, onlara ovçuluqda, səyahətdə, təhlükəni hiss edib qorunmaqda kömək oldu. 200 min il əvvəl mövcud olmuş Homosapienslər istənilən çətin şəraitdə və istənilən şərtlərdə yaşamağa qadir idilər. “Onlar dünyanın istənilən iqlim şəraitinə uyğunlaşmağı bacarırdılar, çünki bir çox müxtəlif işlərin öhdəsindən gələ bilirdilər,” – Yablonski deyirdi.
Müasir insan digər hominidləri yaşamaq uğrunda mübarizədə üstələyə bilərdi. Çünki biz alətlərlə təchiz olunmuşduq. Biz meymun əcdadlarımızın nə üçün təkamül etməməsi sualını özümüzə verərkən bunu yadda  saxlamalıyıq.

 

Müasir böyük meymunlar sıx meşələrdə ağaca dırmanmaq qabiliyyətinin üstünlük sayıldığı yerlərdə məskunlaşır və beləliklə, insan kimi düz yeriməyə ehtiyac duymurdular. Şimpanze və bonobo kimi canlılar primitiv alətlərlə özlərinə yuva qurmağı bacarır, gözəlliyi dəyərləndirir və hətta öz ölülərinə matəm də saxlayırlar – onlarda bizim kimi enerjimizi tükədən böyük beyin kütləsi olmadan belə.
“Biz bu gün öz meymun qohumlarımıza baxdıqda yaxşı ki, onlar elə meymundurlar deyə düşünürük” – Yablonski deyir. “Onlar öz meymun işləri ilə məşğuldur – şimpanze öz işiylə, qorilla öz işiylə, oranqutan öz işiylə; onların insana bənzəməyə ehtiyacı yoxdur, çünki onlar öz hallarından məmnundur.” “Əlbəttə ki,” – o əlavə edir, – “Müasir insan onların meşələrini qırmazsa, və onları təbii yaşayış mühitindən məhrum etməzsə… Ancaq bu, artıq başqa mübahisəli məsələdir.”

 

Qaynaq: Tədqiqatçı Sarah Kaplanın “Vaşinqton Post”da çap olunmuş “Əziz elm! Niyə indi meymunlar insana çevrilmir?” məqaləsi.

Redaktə: Lalə Həsənova

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar