Sirləri tək bir genə əsaslanır

0

Solomon adalarındakı yaşayan xalq, Afrika əhalisinin ən qara dərili cəmiyyətlərindən biridir. Buna baxmayaraq, Avropadan sonra sarışın əhalinin də ən çox olduğu yer hesab olunur. Bu maraqlı xüsusiyyətin səbəbini araşdıran elm insanları, zənci əhalidəki sarışınların tək bir genlə digərlərindən ayrıldığını təyin etmişdilər.

 

Science jurnalında dərc olunan araşdırmaya görə, Solomon adasındakı əhalinin yarısının sarı saçlı olmasının səbəbi tək bir gen mutasiyasına söykənir. Araşdırmada ən diqqət çəkici detal isə bu mutasiyanın Afrikalılarla evlənən Avropalılardan deyil, Avstraliyadan gəlməsi idi. Araşdırma qrupunda iştirak edən ABŞ-ın Stanford Universitetindən Eimear Kenny, “İnsanda sarı saç xüsusiyyəti, Avstraliyada müstəqil olaraq ortaya çıxdı. Bu son dərəcə gözlənilməz və bir o qədər təsir edicidir” dedi.

 

Kennynin qrupunda iştirak edən Sean Myles və Nicholas Timpson, Solomon adalarına gedərək, burada sayları son dərəcə çox olan sarışın əhalini araşdırdı. Nova Scotia Kənd Təsərrüfatı Universitetində alim olan Myles, Live Science saytına, “Dəriləri çox tünd rəngdir, ancaq sarı saçları var. Bu çox qəribədi. Bir gen mühəndisi olaraq, çimərlikdə oynayan uşaqların yarısının sarışın olduğunu fərq etdim” dedi.

 

 

 

SARIŞIN GEN

Solomon adalarındakı sarışınların ümumi əhaliyə nisbəti, Avropadakı nisbətə çox yaxındır. Myles, sarı saçların mənşəyini ortaya çıxarmaq üçün, Solomon adalarında yaşayan 43 sarışın və 42 əsmər insanın tüpürcək nümunələrini götürdü. Edilən analizlər, bu gün sahib olduğumuz tək bir xüsusiyyətin arxasında ondan çox gen ola bilməsinə baxmayaraq, zənci sarışınların bu xüsusiyyətlərini tək bir gendən aldıqlarını göstərdi. TYRP1 adı verilən bu gen, insanlarda olan 23 cüt xromosomdan doqquzuncusunda iştirak edir. Bu gen, Solomon adalarındakı əhalinin yüzdə 46.4’ünün sarışın olmasının tək s
əbəbidir. Araşdırmalar, bu gendə yaşanan mutasiyanın, insanlarda dəriyə rəng qazandıran fermentlərə təsir etdiyini ortaya qoydu.

 

Mavi gözlərdən fərqli

Elm insanları, bu mutasiyanın Avropa insanının genomlarında olmadığını ifadə etdi. Bu nəticə, dünya daxilində 52 insan cəmiyyəti üzərində edilən analizlərlə əldə edildi. Və Solomon adalarındakı əhalini sarışına çevirən mutasiya müstəqil olaraq ortaya çıxdı və Melaneziya bölgəsinə yayıldı. Araşdırmalar, bu xüsusiyyətiylə TYRP1 geninin, gözlərə mavi rəng qazandıran gendən fərqli olduğunu ifadə etdi. Gözlərə mavi rəng qazandıran gen, 6-10 min il əvvəl müasir insanın ortaq atalarından ortaya çıxıb. Bu tarixlərdən əvvəl, insanlarda mavi gözlü olma xüsusiyyəti yox idi.

 

Stanford univeristetindən başqa bir alim Carlos Bustamante isə “edilən araşdırmayla genetik bir sirrin həll edildiyini, ancaq əldə edilən nəticənin genetik tapıntıları cəmiyyətlərin ümumisi üçün dəyərləndililməyəcəyini ortaya qoyduğunu” dedi. Bustamante, “Yeni nəsillər üçün genetik məlumatlara söykənən müalicələr ortaya qoyarkən diqqətli olmalıyıq. Bütün genetik xüsusiyyətləri insanlığın hamısı üçün etibarlı qəbul etsək, inkişaf etdirəcəyimiz müalicələrdə bir qrup əhaliyə fayda təmin edərkən, digərlərinə zərər verə bilərik” dedi.

 

Mənbə: NTV

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar