Kainatın genişləndiyini necə bilirik?

0

Bu gün kainat haqqında bəzi təməl fikirlərə sahibik. Bunlara qarşı olan bəzi fikirlər də var lakin böyük əksəriyyətin qəbul etdiyi bir şeyi ələ alaq. Kainatın genişlədiyi. Necə olur ki, kainatın genişləndiyi nəticəsinə gəlirik?

 

Uzaqlardakı və çox uzaqlardakı qalaktikaların məsafələrini ölçə bilirik. Bunu etməyin ən praktik yolu, kainatın standart şam işıqları olaraq adlandırdığımız Tip 1A Supernovaları müşahidə etməkdir. Çünki bu Supernovalar mütləq parlaqlığı həmişə sabitdir (təxmin olaraq). Yəni harda bir Tip 1A Supernova partlayırsa partlasın, eyni işığı verəcək. Lakin bu Supernovanın bizdən uzaqlığı dəyişdikcə, bizim ölçdüyümüz parlaqlığı da dəyişəcək. Eynilə uzaqdakı bir avtomobil farasının yaxınımıza gəldiyi zaman daha təsirli görünməsi kimi. Kölgəsi parlaqlığı həmişə eynidir lakin uzaqlığına görə bizim gördüyümüz şiddəti dəyişir. Beləliklə sadə bir praktikayla, qalaktikaların ölcə bilirik.

 

 

 

 

 

 

 

Tip 1A Supernova olan  SN1994D

 

Ölçdüyümüz bir başqa şeyi də nəzərə almalıyıq. Bir qrafik çəkmək üçün əlimizdə ən az iki parametrə sahib olmalıyıq. Əlimizdə bu anda müxtəlif qalaktikaların uzaqlıq məlumatları var. Bəs yaxşı bunlarla nə etsək kainatın genişləyib genişləmədiyini anlaya bilərik? Əgər kainat genişləyirsə digər qalaktikalarla aramız davamlı uzaqlaşacaq, beləliklə o qalaktikalar bizdən uzaqlaşır kimi görünəcək. Qeyd edim ki uzaqlaşan qalaktikalar deyil qalaktika çoxluqlarıdır.Bunu ətraflı öyrənmək üçün Kainat genişlənirsə, qalaktikalar niyə bir-birinə yaxınlaşır? yazımızı oxumaqda fayda var. Elə isə biz, bizdən uzaqlaşıb uzaqlaşmadığına baxmalıyıq. Bunu da Doppler təsiri ilə ölçürük.

 

Maddə, təbiətinə görə işıq üzərində bir sıra təsirlərə malikdir. Bizə gələn işığı araşdırdığımız zaman, orada olan elementlərə görə bir sıra əks olma və əmilmə xəttləri adını verdiyimiz xəttlər görərik. Bunlar hər element üçün ayrı-ayrı təyin olunmuşdur. Bu səbəbdən bir çizgi naxışı görsək bunun nəyə aid olduğunu anlaya bilərik. Yaxınlaşma və uzaqlaşmadan ötəri bu xəttlər tayf üzərində sağa ya da sola (maviyə ya da qırmızıya) doğru sürüşərlər. Biz buna qırmızıya sürüşmə (uzaqlaşanlar üçün) və maviyə sürüşmə (yaxınlaşanlar üçün) deyirik.

 

 


 

 

Ortadakı tayf, xəttlərin normalda lazım olan yerini göstərir. Üstdəki isə uzaqlaşmaqda olanların qırmızıya sürüşən xəttlərini, altdakı isə yaxınlaşmaqda olanların maviyə sürüşən xəttlərini göstərir. Element eyni, lakin xəttlər yalnız uzaqlaşmış vəziyyətdədir. Beləliklə yaxınlaşıb uzaqlaşdığını anlaya bilirik.

 

Baxdığımız zaman uzaq qalktikalar bizdən uzaqlaşdığını lakin daha uzaqda olanların isə daha böyük bir sürətlə uzaqlaşdığını müşahidə edirik. Yəni bir qalaktika bizdən nə qədər uzaqdadırsa bizdən o qədər böyük bir sürətlə uzaqlaşır. Buradan da kainatın genişlədiyi şərhini edirik.

 

Qaynaq; kozmikanafor

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar