İnsanın Təkamülü

0

Bu dəfə sizlərə insanın təkamülündən bəhs edəcəyik. Uzun bir mövzu olduğuna görə birbaşa izaha keçmək istəyirik. Dərhal başlayaq.

Ümumi olaraq, fosillər üzərindən irəliləsək, bilməyimiz lazım olan şey, yer qabığında dərinlərə endikcə zamanda geriyə getdiyimizdir. Çünki ilk fosilləşən sümüklər, yer qatlarının ən altında iştirak edir, üzərinə bir çox qat minmişdir. Həmçinin arxeologiya, paleontologiya və paleoantropologiya olduqca yavaş irəliləyirlər. Qazma metodlarını görmüsünüz, görməmisinizsə də, Böyük Kanyon qədər dərin çuxurlar qazmaq üçün belə yalnız diş fırçaları istifadəsi nümunəsini verə bilərik. Çox yavaş irəliləmək məcburiyyətindədirlər, çünki qalıqlar çox həssasdırlar və asanca dağıla bilərlər. Bu da, təkamül dəlillərinə çatma sürətimizi azaldır; lakin əlbəttə bu dərd deyil, əldəki məlumatlarla belə təkamül dəfələrlə və asanlıqla təsdiq edilir.
Həyat ağacımızda geriyə doğru getdiyimizdə, “insan” olaraq bizlərin də digər bütün canlılar kimi bir ayırım nöqtəsindən keçdiyimizi görürük. Bu ayrılma nöqtəsində təkamül, bizlər ilə hal-hazırda “meymun” olaraq bildiyimiz canlıları ortaq əcdaddan ayırmışdır. Bunun səbəbləri saysız ola bilər və təkamülün bütün pillələri üçün etibarlıdır. Lakin təməl olaraq, coğrafi şərtlər, ortaq əcdadımızın fərqli bölgələrdə yaşaması, iqlim şərtləri kimi ekoloji faktorları saya biləcəyimiz kimi, saysız cinsi artım nəticəsində yaranan fərqli dəyişikliklər də görülə bilər. Əlbəttə insanların hal-hazırda “təkamül” sözündən anladıqları, bir canlının bir anda başqa bir canlıya “çevrilməsi” olduğu üçün, bu ayrılmanı anlamaqda çətinlik çəkirlər. Lakin bu fərq çox yavaş bir şəkildə reallaşır və yüzlərlə, minlərlə nəsil alır.

Bu yerdə bəzi təriflər əlavə etməkdə fayda var. Məsələn, hominid biologiyada insanları əlaqələndirən bütün təkamül pillələrini təyin etmək üçün istifadə edilir, “insana gedən yol” mənasındadır. Hominidae, meymunlar ilə insanlar son ortaq əcdaddan ayrıldıqdan sonra, insan tərəfində qalan təkamül hissəsini təyin edən adlandırmadır.

Əlimizdəki saysız tapıntılar, insanlar ilə hal-hazırda yaşayan şimpanzelərin, bu ikilinin ortaq əcdadından təxminən 6 milyon il əvvəl ayrıldığını sübut edir. Bütün meymunların ortaq əcdadına yaxın olan Darwinius masillae adlı növ 46 milyon il əvvəl yaşamışdır. Yəni bildiyimiz bütün meymunlar (və bu səbəbdən də insan) 46 milyon il əvvəl bu növün əcdadlarından təkamülləşməyə başlamışdır. Lakin o vaxtdan dövrümüzə qədər gələndə heç bir insana rast gəlinmir. Əvvəl fərqli meymun qrupları bu növdən ayrılırlar, daha sonradan bu meymunların bir qrupundan, dediyimiz kimi, 6 milyon il əvvəl hominid ayrılır və təkamülləşməyə başlayır. Bu səbəbdən bundan 6 milyon il əvvəldən daha qədim zamanlarda insanlara rastlamırıq. 6 milyon il əvvəlindən daha qədim tarixlərdə, meymunabənzər (və insanı xüsusiyyətləri də daşıyan) ortaq əcdad dediyimiz növlərə rast gələrik. Bizim bu yazımızın mövzusu isə 6 milyon il əvvəlini əhatə edən təkamül deyil, 6 milyon il əvvəl başlayıb bu günə qədər hələ də davam edən “insanın təkamülü” olacaq.

Yuxarıdakı fotoşəkildə olduqca dəqiq bir şəkildə, insan qolunun digər meymunlardan ayrılması görülür. Bizi daşıyan qol, Homo cinsinə aid qoldur və buradan geriyə gedildikcə digər meymunlarla olan ortaq əcdadlarımıza bağlanılır. Aşağıda da yenə gözəl bir vizual görürük:

Öz mövzumuza dönək:

Qazıntı tədqiqatları nəticəsində, indiyə qədər çata bildiyimiz ən yaşlı növümüz Sahelanthropus tchandesis adıyla tanınan əcdadımızdır. Bu, əlbəttə hal-hazırda bildiyimiz insanlara bənzəmir. Bu növ, günümüzdən 6 milyon il qədər əvvələ aiddir. Yəni insanlar (Homo cinsi) olaraq ayrıldığımız dövrdən çox əvvəllər! Yenə də bu növ müasir insandan o qədər uzaq və “meymunabənzər” (əlbəttə müasir meymunlar kimi deyil, onların da əcdadı kimi) bir quruluşdadır ki, ona insan demək belə olduqca çətindir. Bu insan növünün beyni təxminən 350 cc’dir. Bu hominid növünün olduqca meymunabənzər xüsusiyyətləri var. Bunlardan ən əhəmiyyətlisi də beyninin kiçik olmasıdır. Bunun yanında, insani də bir çox xüsusiyyəti mövcuddur: qaş və kürək quruluşu, insanlarınkına bənzər, meymunlarınkına görə daha kiçik kök dişləri var. Təkcə bunlar belə bu növün şimpanzelər ilə insanların ortaq əcdadına yaxın olduğunu söyləmək və görmək üçün kifayətdir. Gəlin bir də fosil görünüşünə baxaq:

Afrikada, Çad ərazisində yaşayan bu Sahelanthropus tchandesis növündən sonra qarşımıza Orrorin tugenensis olaraq adlandırılan təkamülümüzün bir digər pilləsi çıxır. Bu növə aid qalıqlar iyul 2001-də Keniyada tapılmışdır. Təəssüf ki, kəllə sümüyü fosilləşməmiş olan bu növün qol və oynaq sümükləri dəqiq bir şəkildə ayırd edilə bilinmişdir. Həmçinin dişləri, alt çənəsi, digər sümükləri də tapılmışdır. Bu tapıntılar üzərində edilən testlər nəticəsində isə, bu növün 6 milyon il əvvəlinə aid olduğunu öyrəndilər. Bu qalıqlar üzərində edilən fizioloji araşdırmalar göstərdi ki, dişi bir şimpanzə böyüklüyündə olan bu əcdadımız, ağaclara dırmaşma məsələsində olduqca müvəffəqiyyətli idi, həm də bir insan kimi 2 ayağı üzərində dura bilirdi! Yaxşı, yalnız sümüklərə baxaraq bu qədər çox xüsusiyyəti necə bilirik? Sümüklərimiz bizim həyatımızdaki bir çox şeyi qeyd altında məbləğləyirlər, biz fərqində olmadan belə. Keçirdiyimiz fizioloji narahatlıqları, gündəlik nə qədər hərəkət etdiyimizi, həyatımız boyunca nə kimi şərtlər altında çalışdığımızı, fizioloji vəziyyətimizi və daha çoxunu. Bu sayədə, yalnız bir sümükdən belə, o canlıyla əlaqədar bir çox məlumata yiyələnirik. Orrorin tugenensis‘ə aid tapıntıların fotoşəkillərinə da bir nəzər salaq:

Bu son dərəcə həyəcan verici tapıntıların baş qəhrəmanı Orrorin tugenensis‘dən sonra dərhal qarşılaşdığımız, O. tugenensis‘ə görə inkişaf etmiş və təkmilləşmiş olan əcdadımız, Ardipithecus ramidus‘dur. Bu növə hər nə qədər ilk tapıldıqda “Australopithecus ramidus” adı verilmiş olsa da, ilk tapıntıdan qısa bir müddət sonra əldə edilən yeni tapıntılar, növün Ardipithecus cinsinə aid olduğunu göstərdi. Bu möhtəşəm kövrək qalığın araşdırmaları o qədər çətin olmuşdur ki, araşdırmalar tam 15 il davam etmişdir! Ardipithecus, 120 sm boyunda, 50 kq ağırlıqda idi. Kəllə sümüyü və beyni bir şimpanzeninki qədər kiçik idi. İki ayağı üzərində yeriyə bilirdi, amma iki ayağı üzərində bir Australopithecus cinsi qədər rahat hərəkət edə bilmirdi. Ağaclarda isə açıq-aşkar 4 üzvünü də istifadə edirdi. Meşəlik sahələrdə yaşadığı çox açıq idi, bu da bizə iki ayaq üzərində yeriməyin savanalarda təkamülləşmədiyini göstərir. 1997 və 2001-ci illərdə tapılan eyni növə aid qalıqlar bu növün 5.2 ilə 5.8 milyon il əvvəl yaşadığını göstərir. Ardipithecus ramidus‘un bir alt növü olan Ardipithecus ramidus kadabba daha sonra təkamülləşərək Ardipithecus kadabba adıyla yeni bir növ halına gəlmişdir və bu bir neçə min il almışdır. Bu təkamül mərhələsinə dair qalıq qeydləri də əlimizdə var. Fotoşəklə baxaq:

Ardipithecus‘dan sonra səhnəyə çıxan yeni növ, Australopithecus anamensis deyilən bir növdür. Bu növə aid olan 9 qalıq 1994-cü ildə Kanapoi, Keniyada, 12 ədəd qalıq da Allia körfəzi, Keniyada 1988-ci ildə tapılmışdır. Bunların əksəriyyəti diş nümunələri olmaqla birlikdə, kəllə sümüyü də tapılmışdır. Bu növ üzərində aparılan araşdırmalar, anamensis‘in 4.2 ilə 3.9 milyon il əvvəl yaşadığını göstərir. Bu növü möhtəşəm edən kəllə sümüyünün primitiv, bədənin isə modernləşmiş olmasıdır. Yəni kəllə sümüyü, hələ də dövrün primitiv şimpanzelərinə bənzəməkdəykən, artıq dəyişən cins növü olaraq Australopithecus sözündən də aydın ola biləcəyi kimi, bədən olaraq primitiv şimpanzelərdən daha inkişaf etmiş bir canlı profili çəkməkdəydi. Dişlər və çənə, bundan əvvəl bəhs etdiyimiz əcdadlarınkına olduqca bənzəyirdi. Müasir bir canlı olaraq insan qıçında olan və alt qıç sümüklərindən böyüyü olan tibia sümüyünün primitiv halının meydana gəlməsi, iki ayaq üzərində yeridiyinə qəti bir dəlildir. Həmçinin bir insanın üst qol qismində olan alt humerus sümüyü bu növdə inanılmaz bir şəkildə insan bənzəridir. Kəllə sümüyü isə budur:

Bir sonrakı növümüz Kenyatropus platyops deyilən bir əcdaddır. Kəllə sümüyünün bir qismi Keniyada tapılmışdır və 3.5 milyon il yaşındadır. Kəllə sümüyünün böyüklüyü Australopithecus afarensisAustralopithecus africanus (az sonra bunlara da gələcəyik) kimidir və böyük, yastı bir üzə və kiçik dişlərə malikdir. Tapılan kəllə sümüyü də budur:

K. platyops adlı əcdadımızdan bir sonra gələn bir başqa “ara növ”, Australopithecus africanus‘dur. Bu əcdad, 3-2 milyon il əvvəl yaşamışdır və afarensis kimi iki ayaq üzərində yeriyə bilirdi. Lakin africanus‘un bədəni daha böyükdür. Beyin böyüklüyü də, bu təkamülləşmə müddətində artıq 450-500 cc arasına çıxmışdır. Bu beyin böyüklüyü dövrümüzün müasir şimpanzelərinkindən bir az daha böyükdür, (bədən böyüklüyü demək olar ki eyni olsa da) lakin hələ də danışma bacarığı üçün kafi deyil. Arxa dişləri, afarensis‘ə görə bir az daha böyükdür. Hər nə qədər africanus‘un dişləri və çənəsi müasir insanınkına görə çox daha böyük olsa da, diş quruluşu bir meymununku ilə müqayisədə insanınkına daha çox bənzərdir. Artıq çənə quruluşu da müasir insanlarınkı kimi tamamilə parabolikdir; həmçinin it dişləri də afarensis‘lə müqayisədə çox daha kiçikdir. Australopithecus africanus‘a da bir göz yetirək:

Yolumuza davam edək: qarşımıza çıxan yeni növümüz (və “ara növümüz”) Australopithecus garhi deyilən növdür. Aprel 1999-da kəşf edilmişdir. Təəssüf ki, yenə dağılmış bir kəllə sümüyü tapıla bilmişdir, amma buna baxmayaraq, analizlər etmək üçün bəs edir. Australopithecus garhi, əcdadlarına görə olduqca böyük arxa dişlərə və inkişaf etməmiş bir morfologiyaya malikdir. Kəllə sümüyüylə birlikdə olan humerusfemur (ayaqda olan sümüklər) insanlarda görülən nisbətə sahibkən, üst və alt qolları meymunlarda görülən nisbətə malikdir.

Bir sonrakı dayanacağımızda gördüyümüz əcdadımız Australopithecus sediba‘dır. Malapa, Cənubi Afrikada, 2008-ci ildə tapılmışdır, üstəlik böyük bir şansla, iki ədəd skelet: biri yetkin bir dişi, digəri də gənc bir erkək. 1.78-1.95 milyon il əvvəl yaşadıqları təsbit edilmişdir. Tapıntılar bu növün Australopithecus ilə Homo arası keçidi başladan və ən irəli nöqtəyə daşıyan növ olduğunu göstərir. Bu növ, bir Homo‘ya digər Australopithecus‘lardan daha çox bənzəyir. Australopithecus sediba iki ayaqları üzərində yeriyə bilirdi, həmçinin uzun qolları sayəsində dırmaşmada da olduqca müvəffəqiyyətli idi. Artıq daha çox insani xüsusiyyətə sahib bir növ idi: kəllə sümüyü, dişlər və çanaq sümüyü baxımından. Erkəyin kəllə sümüyü 420 cc həcmində və iki qalıq da olduqca qısa, 130 sm ətrafındadır:

Yuxarıda, Australopithecus sediba‘nın tapılan sümükləri və analiz nəticələri sayəsində bütün bədənin sümük quruluşunun olması lazım olduğu halını görürük. İndi, qazıntıyla məşğul olan alimlərin işinin nə qədər çətin olduğunu anlayarsınız yəqin ki.

Davam edək. Növbədə Australopithecus aethiopicus var. Bu növ, 2.6-2.3 milyon il əvvəl yaşamışdır. Birazdan haqqında bəhs edəcəyimiz robustusboisei‘nin əcdadı olduğu məlumdur. Primitiv və modern xüsusiyyətlərin möhtəşəm bir qarışığına sahib idi. Beyni olduqca kiçik idi, 410 cc ətrafında və xüsusilə arxa hissələri olduqca primitiv, eynilə bir afarensis kimi idi. Lakin digər xarakteristikaları, üzün, çənənin, dişlərin kütləsi çox daha insanabənzər xüsusiyyətlərə sahib idi. Bundan başqa “sagittal crest” deyilən, kəlləsində olan bir çıxıntı indiyə qədər bilinən ən böyük quruluşa sahib idi. Bu möhtəşəm kəllə sümüyünə bir baxaq:

Bir sonrakı əcdadımız olan Australopithecus robustus eynilə bir africanus‘un bədən tipinə sahib idi. Lakin daha böyük bir bədənə və çox daha möhkəm bir kəllə sümüyünə və diş quruluşuna sahib bir növ idi. 2-1.5 milyon il əvvəl yaşamışdı. İri quruluşlu üzü düz formada idi, demək olar ki, alınsız idi və böyük qaş çıxıntılarına sahib idi. Ön dişləri nisbi olaraq kiçik idi, amma arxa çeynəmə dişləri böyük çənəsi kimi böyük idi. Çox növdə kəllədəki “sagittal crest” var idi, amma bir hissəsində bu quruluşa artıq rastllanmırdı; qısaca, təkamül reallaşırdı. Ümumiyyətlə çox çiynənilməsi lazım olan sərt yeməklərlə qidalanırdı, bu da çənə və arxa diş quruluşunun evolyusional olaraq şərhini edir. Beyin həcmi 530 cc idi. Robustus’un iti cisimlərlə qazma öyrəndiyini düşünə biləcəyimiz tapıntılara və qalıqlara sümüklər sayəsində çatılmışdır. Fosil isə belədir:

Robustus‘dan sonra qarşımıza Australopithecus boisei çıxır. Bu növ (“ara növ”) 2.1-1.1 milyon il əvvəl yaşayan və robustus‘a olduqca bənzəyən bir əcdaddır. Lakin ondan fərqli olaraq, üzü və dişləri çox daha böyükdür və bəzi kök dişləri 2 sm-dən belə uzundur. Beyin həcmi ümumi olaraq robustus ilə eynidir (530 cc). Hətta bəzi elm adamları robustus ilə boisei‘nin eyni növün alt-növləri ola biləcəyini belə iddia etmişdilər, lakin sonradan bunların fərqli növlər olduğu qəbul edilmişdir. Əgər bu növlər arasında gen ötürülməsi olub-olmadığını anlaya bilsək, növləşmənin tamamlana biləcəyi qədər, yəni iki canlının bir-biri ilə səmərəli döllər verə biləcək şəkildə cütləşib-cütləşməyəcəyini öyrənə bilərik. Bu mövzuda tədqiqatlar hələ də davam etməkdədir. Boisei‘yə də bir nəzər salaq:

Nəhayət gəlib-çatdıq Homo cinsinə! Yəni, latınca “homo”, ingiliscə “human”, bizim dildə isə “insan” adlandırılan cinsə. Bundan sonra gələnlər artıq təkamülün irəliləyişi daxilində modern insanlara olduqca bənzəyən və təbii ki əcdadımız olan Australopithecus‘dan da xüsusiyyətlətlər daşıyan növlərdir.

İlk olaraq qarşınızda Homo habilis‘dir. Yəni “handy man” (“əlini istifadə edən adam”, “bacarıqlı adam”). Bu növün əlini istifadə etdiyinə dair məlumatlar və istifadə etdiyi alətlər tapılmışdır. Xüsusiyyətləri isə belədir:

Habilis, 2.4-1.5 milyon il əvvəl yaşamışdır. Əvvəl burada bir az dayanaq. Yəqin ki fikir verdiniz, zaman intervalları olduqca bir-birinin içərisinə girmiş vəziyyətdədir. Bu, növləşmənin nə qədər yavaş olduğunu və bəzən, əcdad növ ilə fərqliləşən növün eyni zamanlarda, lakin ehtimalla bir-birlərindən təcrid edilmiş bir şəkildə yaşadıqlarını göstərir. Unutmamaq lazımdır ki Təkamül daxilində hər şey addım-addım irəliləyir. Hər şey bir-birinin içərisindədir, amma bir-birindən ayırd edilə bilər. Bir növ digərinə addım-addım təkamülləşərkən əslində növün bütün nümunələri eyni anda təkamülləşmir. Bir qismi olduqları kimi qalır ya da başqa cür təkamülləşirlər.

Habilis, Australopithecus‘lara bir çox istiqamətdən bənzəyirdi. Üzü hələ də olduqca sadə (primitiv) idi, lakin ilk baxışdan belə bir africanus olmadığı məlum olurdu. Arxa dişlər daha kiçik idi, lakin müasir insanlardan daha böyük idi. Beyin həcmi 650 cc-ə çıxmışdı! Olduqca böyükdür! Hətta 800 cc-ə qədər çıxan kəllə sümüyü nümunələri belə tapılmışdır (500 cc – 800 cc arasında dəyişən nümunələr tapılmışdır). 500 cc ətrafında olanlar əcdadı Australopithecus‘lara, 800 cc olanlar isə, nəvələri olacaq olan Homo erectus‘lara yaxın idi. Strukturca kəllə sümüyü də insanlarınkına daha çox bənzəyirdi. Hətta beyin strukturlarında aparılan təhlillər habilis‘in primitiv mənalı səslər çıxara bildiyini göstərir. Buna, beynin “broka hissəsi” deyilən qismində aparılan təhlillər nəticəsində çatmaq olar. Habilis, 127 sm boyunda, 45 kq ağırlığındadır və dişiləri çox daha kiçikdir. Elm adamları arasında habilis ilə əlaqədar Australopithecus‘laramı, yoxsa Homo‘lara mı daxil ediləcəyi mövzusunda sıx müzakirələr aparılmışdır, bir neçə dəfə adı dəyişdirilmişdir. Hal-hazırda, habilis, Homo cinsi altında qiymətləndirilir və qəbul edilir. Bu növə aid tapıntılar isə bunlardır:

Bir dənə də təmsili Homo habilis rəsmi göstərməkdə fayda var, nəyə bənzədiyini anlaya bilməyimiz üçün:

Hər nə qədər bəzi elmdən kənar kütlələr bu tip təmsili şəkillərə hücum edərək Təkamül təlimi ilə əlaqədar bəzi əsassız iddiaları irəli sürsələr də, bu təmsili şəkillər xüsusi kompüter proqramları tərəfindən, diqqətlə hazırlanır. Fərqli qaynaqlarda, bir növə aid bir-birindən fərqli kimi görünən təmsili şəkillər ola bilər, lakin bu demək deyil ki elm adamları arasında bir ziddiyyət var. Əsla! Bu fərqliliklərin tək səbəbi, bu şəkilləri hazırlayan proqramlara yerləşdirilən məlumatların fərqli “vasvasılıq ünsürləri” daxilində təyin olunmasıdır. Bir qrup elm adamı, bir çox dəyişikliyi nəzərə alaraq məlumat əldə edir, bir digər qrupsa daha ümumi nəticələr əldə edə bilmək üçün daha az dəyişikliyi hesaba qatır. Amma bu təmsili şəkillər yalnız insanın xəyal gücünə xitab edə bilmək üçündür və bütün elm adamları, kiçik elmi əsaslı müzakirələr xaricində, növlərin görünüşləri ilə əlaqədar olaraq ümumi bir razılığa gəlmişdirlər. Davam edək.

Növbədə Homo georgicus var. 2002-ci ildə Dmanisi, Gürcüstanda tapılan bu fosil habilis ilə erectus arası keçidi göstərir. Tapılan 3 ədəd parçalanmış kəllə sümüyü və 3 ədəd alt çənə sümüyü nümunəsi, georgicus‘un 1.8 milyon il əvvəl yaşadığını sübut edir. Beyin həcmi 600-780 cc arasında dəyişir. Kəşf edilən o kəllə sümüklərindən biri və təmsili bir Homo georgicus rəsmi:

İndi isə növbədə çox məşhur və haqqında bura qədər izah etdiklərimizə nisbətən daha çox məlumat olan növ var: Homo erectus. Bu növ (“ara növ”) 1.8 milyon il ilə 300.000 il əvvəlinə qədər varlığını davam etdirmişdir. Habilis kimi, çıxıntılı bir çənə sümüyünə və böyük kök dişlərinə, qalın qaş çıxıntılarına, uzun bir alt sümüyə və 750-1225 cc arası dəyişən bir beyin həcminə malik idi. İlk zamanlara aid olan erectus beyinləri 900 cc idi və sonradan yaşayanlar isə orta hesabla 1100 cc ətrafında bir beyin həcminə sahib idilər. Skeleti, müasir bir insanınkına bənzər şəkildə olduqca möhkəm idi və bu da daha güclü olduğunu göstərir. Bədən nisbətləri fərqli idi. “Turkana oğlanı” adı verilən erectus müasir insanlara oxşadıla biləcək şəkildə uzun və incə idi. “Pekin Adamı” olaraq adlandırılan erectus isə daha qısa və çəlimsiz bir quruluşda idi. “Turkana oğlanı” adı verilən erectus üzərində aparılan tədqiqatlar bu növün müasir insanlardan “daha yaxşı” yerimə qabiliyyətinə sahib olduğunu göstərir. Bunun səbəbi, inkişaf etmiş bədən şəklinə nisbətən, bədəninin və beyninin yüngül olmasıdır. Həmçinin bizim yerişimizin daha “çətin” və “pis” olma səbəbi skeletimizin ağır əzələlərimizi və böyük beynimizi daşımaq məcburiyyətində olmasından qaynaqlanır. Bu da bizə, bizim təkamülləşməyimiz nəticəsində meydana gələcək növlərin yeriməkdə çox daha müvəffəqiyyətli ola biləcəyi mövzusunda bir məlumat çatdırır. Həmçinin habilis və bütün Australopithacus‘lar yalnız Afrikada tapılmışkən, erectusAfrika, AsiyaAvropada da tapılmışdır! Bu da, onun çox daha rahat yeridiyini və sürətlə müxtəlif ərazilərə yayıla bildiyini göstərir. Daha da maraqlısı, erectus‘un atəş istifadə edə bildiyinə və habilis‘lə müqayisədə daş istifadə edərək çox daha təcrübəli alətlər yarada bildiyinə dair tapıntılarımız və dəlillərimiz var. İki fotoşəkil əlavə edək:

Keçid alaq Homo ergaster‘ə. Bu növ də erectus ilə olduqca çox bənzərliyə sahibdir. Ergaster‘in üzərində çox dayanmayacağıq, çünki bu yeni tapılan növ üzərində aparılan tədqiqatlar hələ də davam edir. Lakin məlumat olaraq deyək ki, yuxarıdakı “Turkana oğlanı”nın inkişaf etmiş xüsusiyyətlərinə baxaraq, bunun bir ergaster ola biləcəyi mövzusunda elm adamları işlər aparırlar. Bu da Homo ergaster‘in kəllə sümüyü nümunəsi:

Növbədə Homo antecessor var. 1977-ci ildə İspaniyada bir mağara sahəsi olan Atapuercada tapılmışdır. 780.000 il əvvəl yaşadığı məlum olmuşdur və bu növ məlum olan ən köhnə Avropalı əcdadımızdır. Üzünün mərkəzi hissəsi olduqca müasir görünür, lakin diş, alın və qaş çıxıntıları daha primitiv quruluşdadır. Elm adamları antecessor mövzusunda da şübhələrə malikdirlər, çünki təsnifat daha yetkin bir fosil üzərindən edilmişdir; lakin işlər davam edir. Aşağıdakı fosillərə və bir dənə də rekonstruksiya edilmiş başa baxaq:

Bu uzun təkamül zəncirindən sonra, nəhayət ki bütün Dünyanı və Kainatı qavrama tutumuna sahib olan bildiyimiz ilk canlı olan, ancaq çox təəssüf ki bu tutumunu çox fərqli məqsədlərə istifadə Homo sapiens‘ə gəldik.

Homo sapiens bir neçə alt növə ayrılır. Bunlar Archaic (artıq mövcud olmayan, köhnə) Homo sapiens, Homo sapiens neanderthalensis (bəzi elm adamlarına görə Homo neanderthalensis), Homo floresiensis və son olaraq Homo sapiens sapiens‘dir.

Arxaik Homo sapiens təxminən 500.000 il əvvəl ortaya çıxmışdır. Həm Homo erectus‘a, həm də modern insanlara aid xüsusiyyətlər daşıyırdı. Beyin həcmi erectus‘a görə daha böyük, müasir insanlara görə daha kiçik idi, orta hesabla 1200 cc ətrafında. Kəllə sümüyü də erectus‘a görə daha yastıdır. Sümükləri və dişləri erectus‘a görə daha az möhkəmdir, amma müasir insanlara görə daha möhkəmdir. Çoxu (Təkamülün bir növün bütün nümunələri üçün eyni şəkildə işləmədiyinə toxunmuşduq) hələ də qalın qaş çıxıntılarına, içə çökük bir alına və gicgahlara malikdir. Ümumiyyətlə erectus ilə archaic‘i ayırmaq olduqca çətindir və əksəriyyətlə adlandırma, 500.000-200.000 il əvvəl aralığında uyğun olan hissəyə düşdüklərinə görə edilir. Bu da archaic‘ə aid olan fosillər:

İndi isə növbədə olduqca maraqlı bir növ var: Homo sapiens neanderthalensis.

Homo sapiens neanderthalensis, 230.000-30.000 il əvvəlinə qədər yaşamış, beyin həcmi müasir insanlardan bir az daha böyük olan (orta hesabla 1450 cc) bir növdür. Kəllə sümükləri müasir insanlarınkına görə uzun və alçaqdır və kəllənin arxasında bir çıxıntı var. Erectus kimi çıxıntılı bir çənəsi və içə çökük bir alnı var. Üzünün mərkəzi hissəsi erectus ya da sapeins‘də olmayan bir şəkildə çıxıntılıdır və bu da soyuq mühitə adaptasiya ola bildiyinin göstəricisidir. Müasir insanlara görə bəzi kiçik anatomik fərqləri də var. Bunların ən maraqlısı çiyinlərindəki çıxıntılar və çanaq sümüyündəki cinsi orqana yaxın sümüklərdir. Neandertal‘lar əksəriyyətlə soyuq bölgələrdə yaşayırdılar və eynilə, soyuq bölgələrdə yaşayan müasir insanlar kimi kiçik bədənlərə və sərt, qısa ayaqlara malik idilər. Erkəkləri təxminən 168 sm uzunluqda idi. Sümükləri qalın və ağır idi və güclü əzələlərə sahib olduqları məlumdur. Əgər Neandertal‘lar hal-hazırda yaşasaydılar, inanılmaz qüvvətli və dayanıqlı olardılar, çünki sümük analizləri nə qədər çətin və sərt şərtlərdə yaşadıqlarını göstərir. Neandertallar‘ın yaşadıqları ərazilərdə çox sayda əl aləti və əl istehsalı silah tapılmışdır. Belə ki, Homo erectus‘ların hazırladıqlarından daha çoxunu hazırlamışdılar! Neandertal’lar ovçular kimi yaşayırdılar. Ölülərini basdırırdılar. Daha çox Avropa və Orta Şərqə yayılmışdılar. O qədər çox sayda fosilləri kəşf edilib ki, onları hətta müxtəlif ərazilərə görə ayırmaq mümkündür. Məsələn, Qərbi Avropada yaşayanlar çox daha qüvvətli və möhkəm sümüklərə sahib idilər və “Klassik Neandertallar” olaraq adlandırıldılar. Bəzi nümunələrə nəzər yetirək:

Homo floresiensis isə İndoneziya adalarında, 2003-cü ildə tapılmışdır. Tapılan ən aydın qalıq yetkin bir qadına aiddir. 1 metr boyunda və 417 cc beyin həcminə malikdir. Bu sizi çaşdırmasın. Çünki qalıqlar göstərir ki, bu boy və beyin həcmi, floresiensis üçün çox normal idi. Çünki bunlar cırtdan növ idilər. Bu vəziyyət, Təkamül Nəzəriyyəsiylə olduqca gözəl bir şəkildə açıqlana bilər, çünki adalar təcrid olunmuş bir mühit yaradır və Təkamül ilə Təbii Seçmə, ümumiyə görə bənzərsiz bir şəkildə işləyir. Bu növ, eynilə digər müasirləri kimi, iki ayaq üzərində yeriyə bilirdi, əl işləri ilə məşğul olurdu, silahlar hazırlayırdı və atəşi istifadə edə bilirdi. İşin maraqlı yanı, eyni adalarda cırtdan fillərə də rast gəlindiyi görülmüşdür, ki bu da, vəziyyətin normallığını dəstəkləyir. Bəzi qalıqlar belədir:

Və bütün bu uzun, dolaşıq və həyəcan verici İnsan Təkamülü izahatından sonra, son olaraq: Homo sapiens sapiens! Yəni müasir insanlar. Bizim bildiyimiz qədəriylə “ilk müasir insanlar” 195.000 il əvvəl meydana gəlmişdirlər. Beyin həcmləri 1350 cc ətrafındadır. Alınları dik bir şəkildə yüksəlir, qaş çıxıntıları çox naməlumdur ya da yoxdur. Skeletləri çox narındır. 40.000 il əvvəl “Cro-Magnon” mədəniyyətinin ortaya çıxmasıyla istifadə edilən alətlər çox daha təcrübəli bir hal almışdır. Sümük və maral buynuzu əl alətləri kimi istifadə edilməyə başlamışdır. Artıq geyimlər hazırlanmağa başlanmış, iplik və heykəl nümunələri görülməyə başlanmışdır. Əl işləri, dekorasiya məqsədli istifadə edilən alətlər, muncuqlar, fil dişi alətlər, gil fiqurlar, musiqi alətləri və divar şəkilləri, sonrakı 20.000 il ərzində inkişaf etmişdir.

Son 100.000 il içərisində belə təkamülü daha kiçik kök dişlərinə və daha zəif və yüngül skeletə doğru sürüşmüşdür. Mezolit dövründə yaşayan insanların (bundan 10.000 il əvvəl) sümükləri bizimkilərdən 10% daha qüvvətlidir. Son Paleolit dövründəki insanların (30.000 il qədər əvvəl) sümükləri isə 20-30% daha qüvvətlidir. Bu dövrdə yaşamış olan insanlara müasir deyilsə belə, primitivlik əlamətləri də göstərməkdədirlər. Avstraliyada yaşayan Aborigenlər’də hələ də archaic sapiens‘ə aid diş strukturları müşahidə edilməkdədir. Bu da Təkümülün hələ də müşahidə edilə biləcək dəlilləri olduğunu göstərir.

Beləcə, “Canlıların Əşrəfi” hesab olunan, özü-özünü ucaltma mövzusunda rəqib tanımayan canlı növü olan İnsan və onun 6 milyon illik təkamülü bu şəkildə reallaşmışdır. Və qətiyyən şübhə yoxdur ki, hələ də davam etməkdədir. Bundan sonrasının necə olacağı, təkamülümüzün hansı istiqamətlərə doğru yol alacağı yalnız və yalnız bizlərdən asılıdır.

Mənbələrlə oxuma;
  1. Heng HH (May 2009). “The genome-centric concept: resynthesis of evolutionary theory”. BioEssays 31 (5): 512–25. doi:10.1002/bies.200800182. PMID 19334004.
  2. Klages, Arthur (2008) “Sahelanthropus tchadensis: An Examination of its Hominin Affinities and Possible Phylogenetic Placement,” Totem: The University of Western Ontario Journal of Anthropology: Vol. 16: Iss. 1, Article 5. http://ir.lib.uwo.ca/totem/vol16/iss1/5
  3. Brunet M., Beauvilain A., Coppens Y., Heintz E., Moutaye A.H.E. et Pilbeam D., 1995. “The first australopithecine 2,500 kilometres west of the Rift Valley (Chad)” Nature, 378 (6554)
  4. Guy F., Lieberman D. E., Pilbeam D., Ponce de Leon M. S., Likius A., Mackaye H. T., Vignaud P., Zollikofer C. P. E. et Brunet M., (27 December 2005). “Morphological affinities of the Sahelanthropus tchadensis (Late Miocene hominid from Chad) cranium” [1] PDF fulltext Supporting Tables, PNAS, 102 (52) : 18836–18841.
  5. Reynolds, Sally C; Gallagher, Andrew (2012-03-29). African Genesis: Perspectives on Hominin Evolution. ISBN 9781107019959.
  6. Stanford, Craig B. (2012). “Chimpanzees and the Behavior ofArdipithecus ramidus”. Annual Review of Anthropology 41: 139. doi:10.1146/annurev-anthro-092611-145724.
  7. White, Tim D.; Asfaw, Berhane; Beyene, Yonas; Haile-Selassie, Yohannes; Lovejoy, C. Owen; Suwa, Gen; WoldeGabriel, Giday (2009). “Ardipithecus ramidus and the Paleobiology of Early Hominids”. Science 326 (5949): 75–86.
  8. Gibbons, Ann (2009). “A New Kind of Ancestor: Ardipithecus Unveiled”. Science 326 (5949): 36–40.
  9. Jamie Shreeve (2009-10-01). “Oldest Skeleton of Human Ancestor Found”. National Geographic magazine.
  10. Haile-Selassie, Yohannes; Suwa, Gen; White, Tim D. (2004). “Late Miocene Teeth from Middle Awash, Ethiopia, and Early Hominid Dental Evolution”. Science 303 (5663): 1503–1505.
  11. M. G. Leakey, C. S. Feibel, I. MacDougall & A. Walker (1995-08-17). “New four-million-year-old hominid species from Kanapoi and Allia Bay, Kenya”. Nature 376 (6541): 565–571.
  12. Cartmill, Matt; Fred H. Smith, Kaye B. Brown (2009). The Human Lineage. Wiley-Blackwell. p. 151. ISBN 978-0-471-21491-5.
  13. Johanson, D.C. (2009). “Lucy (Australopithecus afarensis)”. In Michael Ruse & Joseph Travis. Evolution: The First Four Billion Years. Cambridge, Massachusetts: The Belknap Press of Harvard University Press. pp. 693–697.
  14. Brunet, Michel, Beauvilain, Alain, Coppens, Yves, Heintz, Emile, Moutaye, Aladji H.E., and David Pilbeam. 1995 The first australopithecine 2,500 kilometres west of the Rift Valley (Chad). Nature 378: 273-275.
  15. Asfaw, B; White, T; Lovejoy, O; Latimer, B; Simpson, S; Suwa, G (1999). “Australopithecus garhi: a new species of early hominid from Ethiopia”. Science 284 (5414): 629–35. doi:10.1126/science.284.5414.629. PMID 10213683.
  16. Juliet King (June 4, 2010). “Australopithecus sediba fossil named by 17-year-old Johannesburg student”. Origins Centre.
  17. Berger, L. R.; de Ruiter, D. J.; Churchill, S. E.; Schmid, P.; Carlson, K. J.; Dirks, P. H. G. M.; Kibii, J. M. (2010). “Australopithecus sediba: a new species of Homo-like australopith from South Africa”. Science 328 (5975): 195–204. doi:10.1126/science.1184944. PMID 20378811.
  18. Watson, Peter (2002). The Modern Mind: An Intellectual History of the 20th Century. New York: Perennial. pp. 486–487. ISBN 0-06-008438-3.
  19. Scott, R.S., Ungar, P.S., Bergstrom, T.S., Brown, C.A., Grine, F.E., Teaford, M.F., and Walker, A. (2005). “Dental microwear texture analysis shows within-species dietary variability in fossil hominins”. Nature 436 (7051): 693–695. doi:10.1038/nature03822. PMID 16079844.
  20. Leakey, M. G., et al (2001). New hominin genus from eastern Africa shows diverse middle Pliocene lineages, Nature, Volume 410, pgs. 433-440
  21. Curnoe, D. 2010, “A review of early Homo in southern Africa focusing on cranial, mandibular and dental remains, with the description of a new species (Homo gautengensis sp. nov.).” HOMO – Journal of Comparative Human Biology, vol.61 pp.151–177.
  22. Herries et al., 2009. “A multi-disciplinary seriation of early Homo and Paranthropus bearing palaeocaves in southern Africa” Quaternary International 202 (1-2) , pp. 14-28
  23. Wood and Richmond; Richmond, BG (2000). “Human evolution: taxonomy and paleobiology”. Journal of Anatomy 197 (Pt 1): 19–60. doi:10.1046/j.1469-7580.2000.19710019.x. PMC 1468107. PMID 10999270. p. 41
  24. Wayman, Erin (8 August 2012). “Multiple Species of Early Homo Lived in Africa”. Smithsonian Magazine.
  25. Hazarika, Manji (16–30 June 2007). “Homo erectus/ergaster and Out of Africa: Recent Developments in Paleoanthropology and Prehistoric Archaeology”
  26. Antón, S. C. (2003), Natural history of Homo erectus. Am. J. Phys. Anthropol., 122: 126–170. doi:10.1002/ajpa.10399
  27. Wood, Bernard, and Mark Collard (2001). “The Meaning of Homo”. Ludus Vitalis 9 (15): 63–74.
  28. Augusti, Jordi; Lordkipanidze, David (June 2011). “How “African” was the early human dispersal out of Africa?”. Quaternary Science Reviews 30 (11–12): 1338–1342. doi:10.1016/j.quascirev.2010.04.012.
  29. Rightmire, G. Philip; Van Arsdale, Adam P.; Lordkipanidze, David (June 2008). “Variation in the mandibles from Dmanisi, Georgia”. Journal of Human Evolution 54 (6): 904–8.
  30. Antón, S. C. (2003), Natural history of Homo erectus. Am. J. Phys. Anthropol., 122: 126–170. doi:10.1002/ajpa.10399
  31. Mallegni, F (2003). “Homo cepranensis sp. nov. and the evolution of African-European Middle Pleistocene hominids”. Comptes Rendus Palevol 2 (2): 153–159.
  32. Klein, Richard. 2009. “Hominin Disperals in the Old World” in The Human Past, ed. Chris Scarre, 2nd ed., p. 108.
  33. Mounier, Aurélien; Marchal, François; Condemi, Silvana (2009). “Is Homo heidelbergensis a distinct species? New insight on the Mauer mandible”. Journal of Human Evolution 56 (3): 219–46. doi:10.1016/j.jhevol.2008.12.006. PMID 19249816.
  34. Burger, Lee (November 2007). “Our Story: Human Ancestor Fossils”. The Naked Scientists.
  35. Stringer, Chris (2011). The Origin of our Species. Penguin. p. 202. ISBN 978-0-141-03720-2.
  36. Johansson, Donald; Edgar, Blake (2006). From Lucy to Language. Simon & Schuster. p. 222. ISBN 978-0-7432-8064-8.
  37. J. L. Bischoff et al. (2003). “The Sima de los Huesos Hominids Date to Beyond U/Th Equilibrium (>350 kyr) and Perhaps to 400–500 kyr: New Radiometric Dates”. J. Archaeol. Sci. 30 (30): 275. doi:10.1006/jasc.2002.0834.
  38. Richard E. Green et al (2010). “A Draft Sequence of the Neanderthal Genome”. Science 328 (5979): 710–722. Bibcode:2010Sci…328..710G. doi:10.1126/science.1188021. PMID 20448178.
  39. White, Tim D.; Asfaw, B.; DeGusta, D.; Gilbert, H.; Richards, G. D.; Suwa, G.; Howell, F. C. (2003), “Pleistocene Homo sapiens from Middle Awash, Ethiopia”, Nature 423 (6491): 742–747, Bibcode:2003Natur.423..742W, doi:10.1038/nature01669, PMID 12802332
  40. Wilford, John Noble (November 2, 2011). “Fossil Teeth Put Humans in Europe Earlier Than Thought”. The New York Times. Retrieved June 8, 2012.
  41. Fagan, B.M. (1996). The Oxford Companion to Archaeology. Oxford, UK: Oxford University Press. p. 864. ISBN 978-0-19-507618-9.
  42. Goodman M, Tagle D, Fitch D, Bailey W, Czelusniak J, Koop B, Benson P, Slightom J (1990). “Primate evolution at the DNA level and a classification of hominoids”. J Mol Evol 30 (3): 260–266. doi:10.1007/BF02099995. PMID 2109087.
  43. Antón Susan C., Swisher Carl C., III; Swisher (2004). “Early Dispersals of homo from Africa”. Annual Review of Anthropology 33: 271–296. doi:10.1146/annurev.anthro.33.070203.144024.
  44. David Leveille (31 August 2012). “Scientists Map An Extinct Denisovan Girl’s Genome”. PRI’s The World,.
  45. Krause, Johannes; Fu, Qiaomei; Good, Jeffrey M.; Viola, Bence; Shunkov, Michael V.; Derevianko, Anatoli P. & Pääbo, Svante (2010), “The complete mitochondrial DNA genome of an unknown hominin from southern Siberia”, Nature 464 (7290): 894–897, doi:10.1038/nature08976, PMID 20336068
  46. Washington Post
  47. Animal Diversity Web
  48. Australian Museum
  49. About Archaeology
  50. Archaeology Info
  51. Macroevolution
  52. Talk Origins-1
  53. Talk Origins-2
  54. Evrim Bilgisi

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar