Şeytan üçbucağı

0

Bermud üçbucağı (digər adı ilə Şeytan üçbucağı) – gəmilərin və təyyarələrin sirli bir şəkildə yox olduğu bir yerdir.Üçbucağın təpə nöqtələri Bermud adaları, Florida və Puerto Ricoda yerləşir.Hər bir tərəfi təxminən 1600km bərabərdir.
Bu anlayışı ilk dəfə 1964-cü ildə yazıçı Vincent Gaddis “Argosy” jurnalında işlətmişdir.Ancaq Bermud üçbucağı ifadəsi Berlitz tərəfindən beynəlxalq populyarlıq qazanmışdır.1974-cü ildə nəşr etdirdiyi “Bermud üçbucağı” adlı kitabından sonra bu ifadə hər kəsin bildiyi və çəkindiyi bir yer kimi tanınmışdır.Həmin kitabda itmiş şəhər Atlantida haqqında da məlumatlar var.Bu kitabdan sonra Atlantida və Bermud haqqında müxtəlif fərziyyələr irəli sürülmüşdür.Bunlardan birində deyilir ki,Atlantida həmin bölgədə suyun altındadır.Gəmilərin və təyyarələrin batmağına və ya yox olmağına səbəb isə Atlantidada olan “kristal enerji”dir.Daha ütopik yanaşmalarda isə burada başqa planetlilərin bazalarının olduğu deyilir.Onların fikirlərinə görə guya kainatın başqa hissəsindən bizim planetə açılan bir yarıq sayəsində yadplanetlilər oraya gəlib çıxa biliblər.Əlbəttə ki,bu ən az reallıq payına malik olan fərziyyədir.

Buna qarşılıq olaraq bəzi mülahizələrdə,bu hadisənin təbiətin müxtəlif qüvvələrindən qaynaqlandığı fərz olunur.Məsələn,dənizin altında böyük miqdarda mövcud olduğu bilinən yanıcı metan qazı cəbhələri,gəmi və təyyarələri yox edə bilər,bəlkə də gəmi və ya təyyarələrin tam yanında səthə çıxan metan qabarcıqları ildırım və ya elektrik qığılcımı vasitəsilə yanır və onları heç bir izsiz batırır.Bu fərziyyə ilə əlaqədar bir neçə məntiq problemi var.Bunlardan biri ondan ibarətdir ki,metan onsuz da təbii olaraq ətrafımızda mövcuddur və bu günə qədər heç bir belə dağıdıcı hadisə ilə qarşılaşmamışıq.

Bu görüntü süni peyk tərəfindən çəkilib və Bermud üçbucağının şərqində olan dəniz qırışıqlığına aiddir.

Bəzi alimlər də qabarma-çəkilmə prosesini bu hadisələrin əsas səbəbi kimi göstərir.Və ya pilotların istiqamətlərini tapmalarına mane olan geomaqnit pozuqluqları da ola bilər,ancaq pilotlar elektron naviqator olmadan da təyyarəni idarə edə bilirlər.Həm də bu fərziyyə gəmilərin yox olmağını açıqlamır.

 

Bütün bu açıqlamaları qəbul etməzdən əvvəl şübhə etməyi bacaran insan belə bir sual verməlidir.Həqiqətən də açıqlanması lazım olan bir sirr varmı? Larry Kusche adlı bir jurnalist bu sualı ortaya qoydu və təəccüblü bir cavabla qarşılaşdı.Əslində Bermud üçbucağında belə bir sirr yox idi.Larry bu hadisələri təkrar-təkrar araşdırdı və sonunda onların ya səhv danışılmış hadisələrdən ibarət olduğu,ya da uydurma olduğu ortaya çıxdı.
Hər şeyi açıqlayan “The Bermuda Triangle Mystery-Solved”(Bermud üçbucağının sirri açıldı) kitabında Kusche yazır ki,çox az sayda yazıçı bu haqda yazmazdan əvvəl araşdırma edir,bəzi yazıçılar isə bu məlumatı əvvəlki yazıçıların məqalələrindən,kitablarından götürüb eynilə öz yazılarına əlavə edir.Təəssüf ki Berlitz də bu səhvi edib.Təbiət üstü hadisələrlə əlaqədər kitabları və yazıları belə səhvlərlə dolu idi.Hətta Bermud Üçbucağı anlayışı Charles Berlitzin səhvləri ucbatından ortaya çıxmışdır.Daha sonra Kusche Berlitzin araşdırmalarının səhv olması haqqında belə bir əlavə edir ki,əgər Berlitz bir gəminin qırmızı olduğunu iddia etmişdirsə,siz dəqiq olaraq bilməlisiniz ki,gəmi əslində başqa rəngdədir.

Bəzən isə “yox olduğu iddia olunan” gəmilər və təyyarələr haqqında heç bir məlumat tapılmır.Yəni bunların hamısı həmin yazıçıların xəyalından başqa heç bir yerdə mövcud olmamışdır.Başqa hadisələrdə Berlitz və digərləri gəmilərin şiddətli fırtınalar nəticəsində batdığını qeyd etmədilər.Digərlərində isə gəmi və təyyarələr əslində Bermud üçbucağından kənarda batmışdı.
Hətta onu da qeyd etmək lazımdır ki,Bermud üçbucağının olduğu bölgə sərnişin və yük gəmilərinin tez-tez keçdiyi bölgədir.Avropa və Şimali Amerika arasındakı gəmilər burdan keçdiyindən,belə hadisələr tez-tez yaşanmalıdır,ancaq son zamanlarda heç bir hadisə yaşanmayıb.

 

Bermud üçbucağının yalanı 10-larla ildir ki,ortaya çıxarıldığına baxmayaraq,hələ də yeni kitablarda “açılmamış sirr” olaraq təqdim olunur.Əlbəttə ki,bunu edənlər əksərən gerçəklərdən çox,sensasiyalı hadisələrə üstünlük verən yazıçılardır.Nəticə olaraq zaman qapılarına,Atlantidaya,yadplanetlilərin bazalarına,geomaqnit pozuntularına,qabarma-çəkilmə dalğalarına və başqa şeylərə müraciət etmək lazım deyil.Bermud üçbucağının tək sirri var.O da başdan sovdu araşdırmalar və yalançı məlumatlardır.

 

 

Mənbə; livescience.com

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar