ALMAN DILINDƏ HAL –  der Kasus


Dilimizdən fərqli olaraq alman dilində 4 hal vardır . 
 
Nominativ       Genitiv       Dativ     Akkusativ
Nominativ – azərbaycan dilində olan adlıq haldır .
der  Spiegel  –  ayna  [ der  şpigel ]
Hər iki söz adlıq haldadır .
Genitiv –   dilimizdəki yiyəlik haldır .
des Hauses – evin  [ des hauzes ]
Hər iki söz yiyəlik haldadır .” des “ – ” das ” yiyəlik hal formasıdır.

” Hauses ” isə ” Haus ” sözünün yiyəlik hal formasıdır .      Sondakı ” es “ yiyəlik hal səbəbilə əlavə olunmuşdur .

Dativ –  bəzi hallarda yerlik hal fuksiyası daşısa da  azərbaycan dilində tam olaraq qarşılığı yoxdur . Dil bilikləriniz dərinləşdikcə bunu daha yaxşı anlayacaqsız .

Akkusativ –  bir çox halda özünü dilimizdəki təsirlik hal kimi  gösdərsə də  bu halın da tam olaraq qarşılığı yoxdur .

——————————————————————————

LÜĞƏT – der Wortschatz

im_hotel_deutsch

 

die Tasche – [ di: taşe ] – çanta

das Bett – [ das bett ] – yataq

der Teppich – [ der teppix’ ] – xalça

der Koffer – [ der koffer ] – çamadan
das Handtuch – [ der hanttux ]  – əl dəsmalı
die Lampe – [ di: Lampe ] – lampa
die Frau – [ di: frau ] – xanım

Bu sözlərdən bəziləri  keçən dərslərdə artıq öyrəndiklərinizdir .

Əvvəlki dərsdə fellərin təsriflənməsindən danışdıq .  Aşağıdakı sözləri şəxslərə görə təsrifləndirin .

bauen ;  schwimmen ; fliegen .

Bu sözlərin doğru təsrifləndirilməsi 6-cı dərsdə mövcud olacaq .

 

Vüqar M.