Artıq mən türkəm, farsam, talışam və ya ərəbəm demədən öncə işin əsli ilə maraqlanmağınızın vaxtı gəlmişdir. Türkiyə və Azərbaycan türkləri varmı? Bu yazımızda sizləri təəccübləndirəcək məqamlar olacaqdır. Bu zamana kimi özünüzü bir türk olaraq hesab etmisizsə, bu haqda hətta millət anlayışı haqqında yenidən düşünün.

2005-ci ildə National Geographic tərəfindən başladılan ‘Genom’ layihəsi olduqca sürətli irəlilədi, 2007-ci ildə insan oğlunun gen xəritəsi çıxarıldı və bu gün artıq millətlərin qohumluq əlaqələrini təyin edəcək yetərli məlumata sahib vəziyyətdəyik. Bu gün tibdə, ata ilə oğul arasındakı qohumluq əlaqələrini genetik yolla müəyyən etmək mümkündür. Bu həmçinin iki qardaş arasında da edilə bilər. Müxtəlif ərazilərdə yaşayan insanların qohumluq əlaqələrini də yoxlamaq üçün Y-DNT Haplogrup anlayışından istifadə edilir.

Y-DNT Haplogroup Nədir?
 

Y-DNT haplogrupu (ata tərəfindən), on minlərlə il əvvəl yaşamış atanının nəsil şəcərəsini bildirir. Y-DNT haplogrupları, atadan oğula köçürülən y-xromosomunun minlərlə il ərzində uğradığı mutasiyalarla meydana gəlmişdir. Yəni, haploqrupların fərqliliyi çoxaldıqca, bizim atalarımızın babalarımızdan daha tez ayrılığını demək mümkün olur. Haplogruplar hərflərlə ifadə edilir. Aşağıdakı şəkildə “atanın atasının atası …” şəklində davam edən ata xətti (Y-DNT soy ağacı) göstərilmişdir. Bir zamanlar irqlərin mövcudluğu elmdə təsdiq edilsə də bunun yanılma olduğu hazırkı elm adamları tərəfindən təsdiqlənmişdir. İnsanların bir irqi mövcuddur. [1]
y-dna

Bu arada niyə ‘ata’ sözcüyünə vurğu etdiyimizi dərhal açıqlayaq; Y-xromosomu yalnız kişilərdə var, ana tərəfindən soyağacınızı təyin etmək istəsəniz mitoxondrial- DNT testi etdirməniz də lazımdır. Y xromosomunun vəzifəsi cinsiyyətin təyin olunmasıdır. Yəni oğlan uşaq sahibi ola bilməyən yoldaşlarımız ‘mənə bir oğul övlad verə bilmədin’ deyə qadını günahlandırmaq yerinə, bu vəziyyətdən öz Y-xromosomlarını məsul tutsalar daha doğru bir iş görmüş olarlar.
Bütün haplogrupların atası, A0-T olaraq adlandırılmaqdadır və 235.500 il bundan əvvələ aid olduğu müəyyən edilmişdir. 66.000 il əvvəl də A və B haplogruplarına əlavə olaraq C, D, E və F ata haplogrupları meydana gəlmişdir. Günümüzdəki haplogruplar bu ata qruplarından törəmişdir. Aşağıda ilk kişidən günümüzə Y-DNT haplogrup soy ağacını yekunlaşdıran bir vizual iştirak etməkdədir.
 y-dna-haplogrup-agaci-haplogroups-tree

Digər haploqruplar barədə məlumat verib uzatmaq istəmirəm, amma əlavə məlumat əldə etmək istəyənlər buraya daxil ola bilərlər. Bizi maraqlandıran əsas qrup J2 haploqrupdur. Çünki Azərbaycan və Türk xalqlarında əsas dominant Haplogrup J2-dir.

J2, 32.000 illik bir keçmişə malikdir. Bu səbəblə J2’nin budaqları indiki vaxtda çox sayda xalqda görülməkdədir. Eyni zamanda dediyimiz kimi Türkiyə və Azərbaycanda ən çox görülən Y-DNT haplogrupudur. J2 haplogrupu, ümumi olaraq Orta Asiyadan, Qərbi Asiyaya doğru sıxlıq göstərməyə başlayır. Nisbətən bzlərdə digərlərindən çox olan J2 (hərçənd infoqrafiyada J Haplogrupu göstərilib J Haplogrupu J1 və J2 olmaqla iki yerə bölünür) haploqrupu Türkiyə və Azərbaycan kimi ölkələrdə sadəcə genlərin 25%ini təşkil edir, aşağıdakı şəkildə isə MA ilə işarələnmiş Ərəb ölkələrində bu haploqrupun atası olan J haploqrupu genlər 50%  təşkil edir, nə qədər çətin də olsa bu o mənaya gəlir ki, bizlər türk yox, ərəb mənşəli genləri daha çox daşıyırıq. Bu isə Türkiyə və Azərbaycanda yaşayıb özünü türk hesab edənlərin sadəcə 25% “ərəb kökənli” olduğu mənasına gəlir. Geniş bir çərçivədən baxsaq əslində bütün insanların atası olan A0-T bütün haploqruplara başlanğıc vermişdir. Yəni burada hər hansı bir millət ayrıseçkiliyi etmənin mənası yoxdur.

Aşağıdakı şəkilə diqqətlə nəzər salmanızı tövsiyyə edirəm. Özünüz də “türk xalqlar”ında (TU) olan gen müxtəlifliyini görə bilərsiz.

haplogroups-of-the-world-y-1

 

Bütün haploqruplara nəzər salmamız çətin olacaq, ona görə aralarından bəzilərini seçib sizin işinizi asanlaşdıracam. Nümunə olaraq R1a haplogrupuna baxaq. Bu qrup 25 min il əvvəl təxminən Şərqi Avropa və ya Cənubi Asiyada meydana gəlmişdir. Daha çox  Slavyan və German’larda rast gəlinən bir haploqrupdur.

Bu gün Rusiya, Ukrayna, Polşa kimi Slavyan ölkələrində R1a-nın sıx olduğunu yuxarıdakı şəkildə görəcəksiniz. Buradan yola çıxaraq R1a’nın dominant Rus və ya Slavyan xalqlarının geni olduğunu söyləyə bilmərik. Bəli, slavyanlar ataları R1A haplogrupundandır, ancaq 25 min il əvvəl ortaya çıxan bu qrup 19-27% nisbətində Norveç və İsveçdə də görülür. Demək ki R1A həm Slavyan həm də Skandinaviya millətlərinin ortaq atasıdır. Bir mənada bu xalqların ehtiva etdiyi R1a nisbəti qədər bir-birləriylə qohumdur deyilə bilər. Türkiyədəki insanlarda da 16 %  R1a genlərinə rast gəlinməsi, onların Slavyan və Skandinavlara da yaxın olduğunu göstərir.

Türkiyəyə baxdığımızda isə sanki bir gen mozaikası görürük, az qala heç bir haploqrup dominant deyil. Əgər yaşıl rəng diqqətinizi çəkdiysə, qərar verməkdə tələsiklik etməyin. Yaşıl, yuxarıda da dediyimiz kimi J1 və J2 qruplarını işarələyir, bunlar Orta Asiya doğumlu deyildir. Necə ki bu araşdırmanı edən qaynaq, Türkiyə üçün xüsusi bir qeyd də yazmışdır, tərcüməsi eynilə belədir; “Türkiyə, bu cədvələ alınmayan Afrika və Asiya haplogruplarını da (A, ExE1b1b, C, H, L, O, R2)  8.5%  nisbətində saxlayan tək ölkədir…”

Sual yaranır əgər 25% ərəb atalı, 16 % slaviyan köklü genlərimiz varsa, bəs Orta Asiyadan köç edən əsl türklərin genləri haradadır? Orta Asiya xalqlarında olan Q haploqrupunun Q1a1b (M25) budağı ümumiyyətlə Turkmənlərdə yüksək nisbətlərdə görülür. Q1a1a1 (M120) budağı isə Monqollar arasında müəyyənləşən digər bir şaxədir. Yenə bu haploqrup antik DNT nümunəsi (Q1a) olaraq dəmir dövrünə Altaylarda J2 və R1A haplogrupu ilə birlikdə qarşımıza çıxmaqdadır. Türkiyədə isə bu  4.2% kimi olduqca aşağı nisbətlərdədir. Yəni türklər nə qədər qəribə səslənsə də 4.2% türkdür. Bəli, azca da olsa genetik olaraq Orta Asiya türkləri ilə qohumluğumuz var, amma bu kiçik qohumluq bizi türk etmir. Türklərin Xəzər sahili ərazilərə və Anadoluya yürüşlərindən çox – çox öncə bu ərazilərdə yerli xalqlar yanmışdır. Türklər isə bizlərə sadəcə 4.2% genlərini, dillərini və bəzi mədəniyyətləri miras qoydular. Amma nə qədər  hakimiyyətləri dövrdə bizləri dəyişə bilsələr də onlardan öncə buralarda yaşamış xalqların mədəniyyətlərinin izləri qalmışdır. Orta Asiya türklərinin buralara yürüşü ilk dəfə 1071’də Malazgirt döyüşü ilə başlamışdır. Ən dərin tarixi məlumatlarda isə IV əsrdə Qərbi Hunların yürüşlərinin olduğu ‘ehtimal’ edilir. Yəni bizm türk olduğumuz barədə məlumatlar, sadəcə tarixçilərin dil qruplarından çıxardığı bir nəticədir.

Q və N haplogruplarının ortaq atası isə 36 min il əvvəlki ‘NOP’ haplogrupudur. Xronoloji cədvələ baxdığınızda kimlərlə qohum olduğunuzu görəcəksiniz. Bəli, gözlərinizə inanın, bütün Avropa və Orta Asiya millətləri 36 min il əvvəl eyni soydan yarandılar. Tipik Avropalılar olan R1A və R1b’nin atası olan R haplogrupu 30 min il əvvəl Orta Asiyada doğuldu.

Bir çox adamın bu gen testinə mülayim baxmadığını bilirik. Son zamanlarda yalan nəzəriyyələrdə yaxşıca özümüzü itirmişkən bəzilərinin bu genetik araşdırmaları şiddətlə rədd edəcəyini təxmin edə bilərik. Amma Galileyin dediyi kimi elm inkar qəbul etmir, bəziləri ‘xeyr olmaz’ desə də Yer dövr etməyə davam edir.

Mənbə:

  • https://dna-explained.com/2013/01/24/what-is-a-haplogroup/
  • http://www.haplogruplar.com/y-dna-haplogruplari/

Müəllif: Hikmət Həmdullayev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin