Təkamül; ortaq ata nədir?

1

 

Ortaq ata, Təkamül Ağacı üzərində götürülən hər hansı iki və ya daha çox növün hamısının soy xətlərinin başlanğıc mövqeyində olan canlılardır. Başqa bir sözlə ortaq ata, iki və ya daha çox canlının soy xəttlərini keçmişə doğru təqib etdiyimiz zaman, bu soy xətlərinin birləşdiyi nöqtədə yaşamış canlılardır.

 

Şəkildə zaman, kökdən yuxarı doğru axır. Zaman keçdikcə “ortaq ata” mövqeyindəki canlının populyasiyaları müxtəlif səbəblərlə (mexaniki, müvəqqəti davranış, genetik, coğrafi) təcrid olur. Bu izolyasiya səbəbindən eyni növə aid fərqli populasiyalar, bir-birindən fərqli seçim təzyiqləri altında qalarlar. Buna görə də bu fərqli populyasiyalarda, fərqli xüsusiyyətlər ortaya çıxmağa başlayar və hər nəsildə bir-birlərindən bir az daha fərqlənərlər. Nəhayət eyni növə aid olan iki ayrı populyasiyada, iki ayrı canlı növü təkamül keçirər. Təkamül müddətində yeni canlılar bu şəkildə ortaya çıxarlar. Daha əhəmiyyətlisi, var olmuş, olan və olacaq olan hər canlının mütləq bir ortaq atası vardır.

 

Şəkildə diqqət ediləcək lazım olan əhəmiyyətli nöqtə, A və C növlərinin ortaq atasının, eyni zamanda B və C-nin də ortaq atası olmasıdır. Yəni zamanda geriyə getdikcə çatdığımız ortaq atalar, gedərək artan sayda müasir canlı növünün atasıdırlar. Eynilə soy xəttimizdə geriyə getdikcə çatdığımız babalarımızın və babalarımızın babalarının və onların babalarının gedərək artan sayda törəmələrə sahib olmaq məcburiyyətində olmaları kimi …

 

Məsələn günümüzdəki müasir insan növüylə (Homo sapiens), müasir şimpanze növlərinin (Pan növləri) yaşayan başqa heç bir törəməsi yoxdur. Ancaq, Neandertallar, Homo habilis və ya digər insanabənzər növlər də şempanzelərlə olan bu ortaq atamızın törəmələridir,lakin bunlar yox olmuşdur. Digər tərəfdən yenə eyni insan növüylə banan bitkisinin ortaq atası 2 milyard il qədər əvvəl yaşamış tək hüceyrəli canlılardır. Ortaq atasını axtardığımız bu iki növ o qədər çox çox uzun zaman bir-birindən ayrılmışdır və ortaq əcdadları o qədər qədim zamanda yaşamışdır ki, bu ortaq atanın yüz minlərlə törəmə növü olması qaçınılmazdır. Məsələn banan ilə insanın ortaq atası, eyni zamanda şimpanze və ya köpəkbalıqları ilə də banan bitkisinin ortaq atasıdır. Bunun səbəbi, təkamülün zəncirləmə kimi bir proses deyil, ağac şəklində budaqlanan bir proses olmasıdır.

 

 

Qaynaqlarla;

1)Biological Reviews

2) evrimagaci.org

 

Leave a Reply

1 Comment on "Təkamül; ortaq ata nədir?"

Notify of
avatar
Sort by:   newest | oldest | most voted
trackback

[…] bir-birlərindən təkamül edə bilməzlər. Yalnızca ortaq bir ataya sahibdirlər. (Burda ortaq ata nədir yazımızı və İnsan ilə digər canlıların genom müqayisəsi və bənzərlik […]