AlMAN DİLİNDƏ ŞƏXSLƏR

Alman dilində 3 şəxs vardır  –  1-ci , 2-ci , 3-cü şəxs və onların cəm formaları .

ich – mən        wir – biz              Sie – siz ( hörmət mənasında )
du – sən           ihr – siz
er  – o              sie – onlar
sie – o
es – o

  • er ” kişi cinsində olan sözlər üçün işlədilir .
  • sie ” qadın cinsində olan sözlər üçün işlədilir .
  • es ” orta cinsdə olan sözlər üçün işlədilir .

Qeyd :  Böyük hərflə yazılan ” Sie ”  hörmət mənasında işlədilir . Hansı ki , bu dilimizdə də var .

Nümunə :

Entschuldigung  , besuchen Sie auch Deustchkurs ?
Bağışlayın Siz də alman dili kursuna gedirsiz ?

Cümlənin əvvəlində gələrkən həm hörmət mənasında işlədilən “Sie ” , həm də 3-cü şəxs təkdə işlədilən ” sie ” böyük hərflə yazıldığından bunun hansı mənaya gəldiyini yalnızca felin şəxsə görə formasından müəyyən etmək olar .

Sie fahren auch nach Deutschland.   –   Siz də Almanyaya gedirsiz .

Sie fährt auch nach Deutschland . –  O da Almanyaya gedir .

Bu cümlələrdə ” fahren ” felinin   ” fahren ” və ” fährt ” formalarına görə  cümlənin şəxsini müəyyən etmək mümkündür .

Felin şəxsə görə hallandırılması növbəti dəfələrdə izah olunacaq.

————————————————————————————————————————–

LÜĞƏT

sagen – [ zagen ] – demək                               auch – [ aox ] – həmçinin
antworten – [ antvorten ]  – cavab vermək      der Name – [der name ] – ad
bezahlen – [ betsalen ] – ödəmək                    der Familienname – [ der famili:nname ] – soyad
bestellen – [ beştellen ] -sifariş etmək            das Heim – [ das haym ]  – yurd
reisen – [ rayzen ]  – səyahət etmək               der Garten – [ der garten ] – bağça
Vüqar M.

 

3 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin