SÖZLƏRİN YAZILIŞI
Alman dilində bir qayda olaraq bütün isimlər böyük hərflə yazılır .Bununla bağlı hansısa istisna yoxdur .

das Auto – maşın [ das aoto ]                           die Erde – yer ( planet )  [ der erde ]                            

die Sonne – günəş [ di: zonne ]                        der Beruf – iş , peşə  [ der beruf ]

der Tag – gün  ( həftənin günü ) [ der tag ]        die Tasse – fincan [ di: tasse ]


İstər cümlə  içərisində işlədilsin , istərsə də  isim özü tək yazılsın , isimləri yazarkən böyük hərflə başlamaq lazımdır .

İch lese  das Buch .    –   Mən kitab oxuyuram .

die Kirche –  kilsə   [ di: kirx’e ]

Geriyə qalan bütün sözlər ( sifət , zərf , fel modal sözlər və s. )   kiçik hərflə yazılır .

 Qeyd : Alman dilində cümlənin əvvəlindəki bütün sözlər böyük hərflə yazılır .

Nümunə :

Gehen wir in die Berge !  –   Gəlin dağlara gedək !

Bu cümlədə “gehen ” feli cümlənin başında gəldiyi üçün böyük hərflə yazılıb  .

Könnten Sie bitte es mir erzählen ? – Zəhmət olmasa bunu mənə danışa bilərdiz ?

“Könnten ”  isə ” können ” modal felinin  Subjunctive II  formasıdır .  Yenə başda gəldiyi üçün böyük hərflə yazılıb .
Subjunctive II  növbəti dəfələrdə izah olunacaq .


Qeyd: Əgər sözlər isimləşərsə onlar isimlərin izah etdiyimiz yazılış xüsusiyyətlərini götürürlər .

Nümunə :


die Betroffene –  nədənsə yoluxmuş insan  


Bu söz  ” betreffen ” felindən yaranmışdır . 

————————————————————————————————————————–

LÜĞƏT

ja – [ ya ] – hə                  aber [ aber ]  – amma / ancaq
nein – [ nayn ] – yox        denn – [ denn ]- çünki
noch – [ nox ]  – hələ        oder – [ oder ] – yoxsa
schon – [ şon ] – artıq        dann – [ dann ] – onda
und – [ und ]- və               mit – [ mit ] – ilə

Dostlar ! Xarici dildə söz öyrənərkən mütləq həmin dildə bir neçə cümlədə işlədilməklə izah edilməlidir . Biz hələ çox əvvəldə olduğumuz üçün baza qurduqdan sonra artıq sözlər almanca da izah oluacaq .

Əgər hansısa suallarınız varsa bunu şərh bölməsində ünvanlıya bilər və ya  anteros.hs@gmail.com  mail adresi vasitəsilə mənimlə əlaqə saxlaya bilərsiz .

Vüqar M.




CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin