Homoseksual qadınların beyni hetero kişilərin beyni kimi reaksiya verir

0

Lesbiyanların beynləri heteroseksual kişilərin beyni kimi reaksiya verdiyi ortaya çıxdı. İsveçli elm adamlarının etdiyi araşdırma, lesbiyan beyninin heteroseksual kişininki kimi reaksiya verdiyini göstərdi. Ancaq bu reaksiya bənzərliyinin, homoseksual kişi ilə heteroseksual qadınlardakı qədər olmadığı ifadə edilir.

 

 

 

Nəticələri, ‘Proceedings of the National Academy of Sciences’da dərc olunan araşdırma çərçivəsində, könüllü iştirakçılara, qadın və kişi cinsiyyət hormonlarından əldə edilən kimyəvi maddələr (feromonlar) qoxladıldı və insanların beynində yaranan reaksiyalar araşdırıldı. Hetero qadınlar, qadın və kişi feromonlarına təxminən eyni reaksiyanı verdiyi halda, kişilər və lesbiyanlar qadın feromonunu kişi feromonundan daha çox sevdilər.
Brain scans depict activity in the brains of heterosexual women (left), lesbian women (center), and heterosexual men (right) when exposed to potential human pheromones AND and EST
Araşdırmada hər üç qrup üçün də, 12 ədəd sağlam, tibb təhsili almamış, sağ əlini istifadə edən və HIV mənfi təcrübə istifadə edildi. Feromonlar, hələ də mübahisəli bir yerdə olsa da, 2000-ci ildə edilən bir araşdırmada Amerikalı araşdırmaçılar, burundakı insan feromonu qəbul edicisini tapdıqlarını iddia etmişdilər.

 

Shows brain activation after exposure to AND.
Note similarities between heterosexual women (HeW) and homosexual men (HoM) (www.newscientist.com).

 

 

Homoseksuallığın öyrənilən bir şey olmadığı qənaətini dəstəkləyən araşdırma, Stockholmdakı Beyin İnstitutundan Ivanka Saviçin başcılığı ilə reallaşdırıldı. Oxşar qrup, bir il əvvəl gey kişilərlə əlaqədar etdiyi araşdırmada da bənzər nəticələr tapmışdı. Beyin quruluşu və cinsi meyllilik üzərə mütəxəssis elm adamı Sandra Witelson, bu araşdırma nəticələrini şərh etdi. Witelson, “Bu araşdırmaların əhəmiyyəti, bioloji faktorların cinsi meyillilik üzərində bir təsiri olduğunu göstərməsidir” dedi.

 

 

Qaynaq; newscientist

 

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar