AlMAN  DİLİNDƏ  BƏZİ  SƏSLƏRİN  TƏLƏFFÜZÜ

Qoşa saitlər uzun tələffüz olunur

das Haar [ das ha:r ]  das Meer [ das me:r ]

“ie”   birləşməsində   “i “  uzun  tələffüz olunur ,  ”e”   isə tələffüz olunmur

fliegen – [ fli:gen ]     lieben – [ li:ben ]

“ch” birləşməsi   “ai” , “i” , “e” , “ü” , “ei”  səslərindən sonra  və  “l” ,  “m”  ,  “n”  , samitlərindən sonra “ x’ “  kimi tələffüz  olunur .
İch  [ ix’ ]     richtig [ rix’tix’ ]

“sch”   isə dilimizdəki   “ş”  səsini verir
schön  [ şön ]               der Tisch  [ der Tiş ]

“chs”   hərf birləşməsi isə  “ks”  kimi oxunur
erwachsen  [ ervaksen ]

“sp” və “st” hərf birləşmələri sözlərin əvvəlində və ya vurğulu hecada gələrsə   “şp”   və   “şt” kimi oxunur
schreiben  [şrayben ]       aufstehen [ aufşteyen ]

“z”   hərfi  və   “tz”   isə   “ts”  kimi tələffüz olunur
das  Zimmer [ das tsimmer ]        setzen  [ zetsen ]

“s” hərfi isə  dilmizdəki  “z”  hərfi kimi tələffüz olunur
singen [ zingen ]

“ss”   və ya   “ß”  – “ss” isə  dilimizdəki  “s”   kimi tələffüz olunur .
die Straße   [ di: ştrase ]         der  Buß [der  Bus ]
Qeyd :  “ß” hərfi   “ss” deməkdir .

“v”  samiti sözlərin əvvəlində və ya vurğulu  hecada   “f”   kimi , alınma sözlərdə   “v”   kimi tələffüz olunur
Der Vater   [ der  Fater ]   die Vase [ di:  Vaze ] –  fransız sözü

“tsch”   hərf birləşməsi  dilimizdəki   “ç”  hərfi  kimi oxunur
Tschüß [ çüs ]

“qu”   birləşməsi   “kv”  kimi tələffüz olunur
Quadrat [ kvadrat ]
“dt”   hərf birləşməsi  isə   “t”   kimi tələffüz olunur
Die Stadt  [ di: ştat ]

“ck”  və   “kk”   hərf  birləşmələri  isə qısa  “k”   kmi oxunur
backen  [ baken ]

“th”   hərfi birləşməsi  “t”   kimi tələffüz olunur
das  Theater  [das teater ]

DIFTONQLAR
“ei”   və   “ai”  diftonqları dilimizdə  “ay”   kimi tələffüz olunur
ein [ ayn  ]           der   Mai  [ der may ]

“au”  diftonqu   ” ao”    kimi tələffüz  olunur
laufen [ laofen ]   bauen  [ baoen ]

“eu”   və  “äu”  səsləri  dilimizdə  “oy”  kimi tələffüz olunur
neun  [ noyn ]    die  Gebäude  [ di:  geboyde ]

QEYD : Sözlərin kök əvvəlində və ayrıla bilən prefiksli ( prefix – sözönü ) sözlərdə  diftonqlar və saitlər sərt tələffüz olunur .
Einschreiben –  [ ^aynşrayben ]   der  Buchstabe  [  der  ^buxştabe ]
Vurğu  [ ayn ] və  [ bux ]  hecaları üzərindədir .
——————————————————————————————————————————————
LÜĞƏT
gehen – getmək
das Buch  – kitab
trinken – içmək
der Buchstabe – hərf
sehen – görmək
die Frucht – meyvə
fliegen – uçmaq
das Gemüse – tərəvəz
hören – eşitmək
das Haus  – ev

Vüqar M.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin