Məməli tükü, quş lələyi və sürünən pulcuqlarının mənşəyinin eyni olduğu aydın oldu

0

İnsan saçı, quş tükü və sürünən pulcuğu bir-birlərindən olduqca fərqli görünür. Keçdiyimiz günlərdə tamamlanan bir araşdırmada isə bu strukturların hamısının eyni ortaq əcdadan təkamül etdikləri bir dəfə daha ortaya qoyuldu. Məməlilərin, quşların və sürünənlərin (repiteli) ortaq əcdadının, təxminən 300 milyon il əvvəl yaşamış olan və görünüşcə sürünəni xatırladan bir canlı olduğu bilinir.

Vyana Tibb Universitetindən dermatoloq araşdırmaçı Leopold Eckhart bu işin təkamül nəzəriyyəsində uzun müddətdir ki davam edən bəzi müzakirələrə nöqtə qoya biləcəyini ifadə edir. Özü söz mövzusu olan araşdırma edən qrupda yer almır, amma bildiyi qədəriylə əhəmiyyətli sualların bir hissəsinin cavablarını dəqiqləşdirən bir araşdırma olduğunu ifadə edir.

Məməlilərdəki tüklər ilə quşlardakı lələklərin, embrionlardan kolumnar hüceyrə olaraq bilinən xüsusi hüceyrələr tərəfindən və plakod adı verilən qalınlaşmış hüceyrə yığınlarından inkişafı uzun zamandır bilinirdi. Bu yığınların sürünən embrionlarında aparılan araşdırmalarda tapılmadığından, alimlər sürünən pullarının tük ya da quş lələkləri ilə bir əlaqəsi olmadığını düşünmüşdü. Quşlar ilə məməlilər fərqli təkamül şaxələnməsi nəticəsində ortaya çıxdıqları üçün geriyə iki fərziyyə qalırdı: Ya plakod hüceyrələri quşlarda və məməlilərdə eyni zamanlarda amma ayrı-ayrılıqda təkamül etmişdi ya da sürünənlər zaman içində plakodlarını itirmişdi.

“İnsanlar, sürünənlərdə plakod hüceyrələrinin olmamasını açıqlamaq üçün son dərəcə kompleks nzəriyyələr irəli sürürdülər” deyir İsveçrə Geneva Universitetindən genetik Michel Milinkovitch. Özü bir ev heyvanları mağazasında gördüyü qeyri-adi bir saqqallı Avstraliya əjdahasıyla birlikdə fərqində olmadan özünü bu müzakirələrin ortasında tapmışdı. Mağazadakı pulcuqsuz saqqallı əjdaha alan Milinkovitch, onun DNT-sini araşdırmış və ectodysplasin-A (EDA) geninin bir mutasiyasının pulcuqsuzluğa yol açdığını tapmışdır. Bu gendəki mutasiyaların ayrıca öcələrdən aparılmış başqa araşdırmalarda keçəlliyə, diş və dırnaqda konstruktiv pozuqluqlara yol aça bildiyi də bilinir. Etdiyi kəşf Milinkovitch və Helsinki Universitetindən yoldaşı bioloq Nikolas Di-Poi-ni  saç və pulcuq inkişafı arasında bir əlaqə olub olmadığını araşdırmağa sövq etmişdir.

pulucuqları olmayan Avstraliya əjdahası
 
 

Hadisənin əslini anlamaq üçün Saqqallı əjdaha, Nil timsahlarının və Misir ilanlarının rüşeymlərini araşdıran alimlər, daha əvvəl edilən araşdırmaların tərsinə, sürünənlərin əslində plakod hüceyrələrinə sahib olduqlarını tapdı. Araşdırma nəticələri Science Advances jurnalında nümayiş olunan məqalə ilə paylaşıldı.

Kiçik embrionların müşahidəsi üçün elektron mikroskopları ilə işləyən edən alimlər, yüzlərlə plakod hüceyrələrinin olduğunu gördü. Plakodların hər biri, irəlidə bir pulcuğun meydana gələcəyi yerlərdə tapılırdı. Lakin sadəcə kiçik çıxıntılar olaraq görülən bu strukturlar, inkişaf müddətində müxtəlif yer və zamanlarda görünüb itirdi. Yəni doğru zamanda doğru nöqtəyə baxmadıqca, bu plakodları görmək mümkün deyildir. Buradan da əvvəlki tədqiqatçıların plakod hüceyrələrinə niyə rastlanmadığı aydın olur. Sürünənlərdəki dəri çıxıntıları həm çox kiçikdir, həm çox qısa müddət ərzində görünürlər, həm də məməlilərdəkindən fərqli olaraq hamısını eyni anda müşahidə etmək olmur.

 
ən altdakı: normal, ortadakı: heteroziqot mutant (EDA deninindəki mutasiyanının tək alllenini daşıyır) və üstdəki: homoziqot mutant (EDA deninindəki mutasiyanının iki alllenini də daşıyır)

Qrup araşdırmalarında üç tip saqqallı əjdahadan istifadə etdi. Bunlardan biri təbii və normal olan,
yəni EDA mutasiyası daşımayan, digəri bir nüsxədə (hetoroziqot) olan mutasiyanı daşıyan və üçüncüsü isə iki nüsxədə də (homoziqot) mutasiya daşıyan saqqallı əjdahalar idi. İki valideynlərdən də mutant gen alaraq, EDA mutasiyasının iki kopyasına sahib olan sürünənlərdə plakodlar heç yaranmırdı və pulcuqlar formalaşmırdı. Mutasiyanın tək kopyasına sahib olanlarda isə pulcuqlar nisbətən kiçik inkişaf edirdi.

Daha əvvəl aparılan bir araşdırmada məməlilərdəki tük inkişafına nəzarət edən gen ilə quşlarda və sürünənlərdə ayaqların dərisinin inkişafına nəzarət edən genin eyni olduğunu tapan Eckhart, bu sahədə artıq sualların cavabının insanlar üçün aydın ola biləcəyini söyləyir. Bununla belə sürünənlərdən quşlara və məməlilərə olan keçidi, bununla da təkamül nəzəriyyəsinin doğruluğu bir daha sübut olunur.

Saqqallı əjdaha yumurtasındakı rüşeymin histololoji şəkli; 1-ci şəkildə yumurtlandıqdan 20 gün sonra çıxıntılarının əmələ gəlməyə başladığı (ağ ox) görünür. 2-ci şəkildə qırmızı ox, görülən dəri parçasının bədəndə hansı nöqtədə olduğuna işarə edir. 3-cü şəklidə bala böyüyərkən çıxıntılar formalaşmağa baqşlayır. 4-cü şəkildə isə yumurtlandıqdan 38 gün sonrakı vəziyyət görünür. (Müəllif: Nicolas Di-poi & Michel Milinkovitch)

 
Mənbə:Bilimfili
  • Science News, “Reptile scales share evolutionary origin with hair, feathers”
    < https://www.sciencenews.org/article/reptile-scales-share-evolutionary-origin-hair-feathers >
  • Motherboard, “Hairy Humans and Scaly Lizards Have More in Common Than You Think”
    < http://motherboard.vice.com/en_ca/read/hairy-humans-and-scaly-lizards-have-more-in-common-than-you-think >
  • Science, “Human hair, bird feathers came from reptile scales”
    < http://www.sciencemag.org/news/2016/06/human-hair-bird-feathers-came-reptile-scales >
Əlaqədar məqalə:: N. Di-Poï and M. Milinkovitch. The anatomical placode in reptile scale morphogenesis indicates shared ancestry among skin appendages in amniotes. Science Advances. Published online June 24, 2016.  doi: 10.1126/sciadv.1600708.
< http://advances.sciencemag.org/content/2/6/e1600708 >
Müəllif: Hikmət Həmdullayev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin