Paleontologiya qədim orqanizmlərin qalıqlarını öyrənərək onların müasir orqanizmlərlə oxşarlıq və fərqlərini aydınlaşdırır. Paleontoloji məlumatlara əsasən yerin üst laylarından tapılan orqanizmlərin aşağıdakı laylardakı formalara nisbətən quruluşca mürəkkəbləşməsi və müasir formalara daha oxşar olması müşahidə olunur. Qazıntı halında tapılan orqanizmlərə əsasən keçid formalar müəyyən edilir və müxtəlif sistematik qruplar arasında qohumluq əlaqələri dəqiqləşdirilir. Biz nə qədər çox keçid forma forma tapsaq, təkamül nəzəriyyəsinin doğruluğunu isbat edərik. 
 
Paleontoloji qalıqlara başqa adla Fosillər də deyirlər. Fosilləşmə prosesi elə də sadə bir proses deyil. Bunun üçün xüsusi şərait lazımdır. Belə ki, fosilləşmə müəyyən şərtlər daxilində ölmüş orqanizmlərin mineralların daxilində qalaraq süxurlaşma prosesində morfoloji xüsusiyyətlərinin qayaya köçürülməsidir. Fosilləşmə prosesi təbiətdə uzun zaman tələb etməsinə baxmayaraq, süni yollarla da ‘fosilləşmə’ mümkündür. Hətta bu mövzu üzərində müəyyən məlumatı olmayan insanlar ‘fosillər’ sərgiləyən “elm insanları” tərəfindən çox aldadılırlar. Əgər bir fosil sizə göstərilirsə onun güvənilən araşdırma mərkəzi tərəfindən təsdiqlənmiş olduğuna əmin olun. Mövzudan çox uzaqlaşmayaq, qayıdaq fosilləşmə prosesinə. Bunun üçün bir sıra şərtlər vacibdir. Onlardan əsas olanlarını bunlardır.
 
1) Canlı orqanizm göl, dəniz və ya hər hansı su hövzəsi yaxınlığında ölməlidir. Çünki ancaq su bu mineralları sedimanter (tortul) qayalarına çevirə bilər.
 
2) Ölmüş heyvanın cəsədi leşyeyənlər və ya bakteriyalar tərəfindən dağıdılmasın. Bu isə vəhşi təbiətdə nadir hadisələrdən biri olardı.
 
3) Təbii hadisələr zamanı fosilləşmə prosesinə maneə olmasın.
 
Digər kiçik məsələlər də vardır, amma əsas bu üçüdür. Buradan anladığınız kimi Paleontolgiya üzrə araşdırma aparan alimlər çox çətin bir yoldadırlar. Buna baxmayaraq yüz minlərə fosil tapılmışdır. Bunların çoxu isə dəniz canlıları təşkil edir, çünki quru calılarına görə onların fosilləşmə şansı daha yüksəkdir.
 
National Geographic sənədli filmlərindən birində geoloq belə deyirdi: “Litosferin hər bir qatı dünya üzərində olan canlılığın tarixini yazan ən yaxşı tarixçidir”.
 
Litosferin ayrı-ayrı laylarının tədqiq edilməsi zamanı tapılan paleontoloji qalıqların hesabına dəyişilən formaların ardıcıl şəkildə sıraya düzülməsi, bəzi növlərin paleontoloji sıralarının müəyyən olunması mümkün olmuşdur. Palentoloji sıralar a-b-c-d-e kimi düz bir istiqamətdə getmir, təkamülü anlamaq üçün ağacı gözunuzün qarşısına gətirə bilərsiz. Tutalım sizin babanızın 5 övladı var, hər övladın da 3 övladı, bu bir ağacın 5 budağı və hər budağın 3 zoğu varmış mənasına gəlirsə təkamül ağacını da belə təsəvvür edə bilərsiz.
Gördüyünüz bu şəkil ardıcıllıq gözlənilməklə pliosen dövründə Guraulus cinsindən olan molyuskların təkamül ağacınını göstərir. Buradakı bir molyusk birbaşa gigərinə təkamül etməyib biri ilə digəri arasında uzun bir dövr vardır. Bu qənaətə isə məşhur elm insanı Şmalhauzen gəlmişdir. O özü də qeyd edir ki, müxtəlif laylarda müxtəlif quruluşda canlılara rast gəlinir. Bu isə dəyişərək çoxalmanın bariz nümunəsidir. Arada gördüyünüz molyusklar aralıq keçid formalar adlanır. Əlbəttə ki, paleontoloji sübutlar molyusklarla bitmir sadəcə molyusklar dəniz canlısı olduğu üçün daha çox fosillərinə rastlanmışdır.
İşi bir az ciddiləşdiməyin vaxtı gəldi deyə düşünürəm.
 
Qazıntı halında tapılan keçid formalar – qədim və müasir qrup orqanizmlərin əlamətlərində uyğunluq təşkil edən orqanizm formalarıdır. Belə formaların axtarışları və dəqiq təsvir edilməsi ayrı-ayrı qrupların filogenezini (tarixi inkişafını) bərpa etməkdə üçün mühüm üsul kimi xidmət edir.
Buna ən yaxşı misal kimi paleontoloji qalıq halında tapılmış İchthyostega-nı göstərmək olar. Bu forma balıqlara yerüstü onurğalılarda olan bir sıra əlamətləri özündə birləşdirir. İchthyostega’nın Devon dövrünə aid balıq və quru onurğalılar arsında keçid forma olduğu elmi olaraq təsdiqləmişdir. Steqosefallar qrupundan olan qədim yerüstü onurğalılar da həmçinin balığabənzər bəzi əlamətləri saxlayır.
 
 
“Buz Dövrü” çizgi filmindən çıxmış bu canlı o dövrlərə aid yeganə aralıq keç forması deyil.
 
 
Buradakı şəkildə isə həm digər aralıq keçid formalarını həm də onların üzgəcli ətrafdan beşbarmaqlı ətrafa keçidi aydın göstərilmişdir. Bir az digər keçid formalara misal çəkmək istəyirəm.
 
Proterogyrinus: Missisippian Dövründə ( təxminən 320 milyon il əvvəl) yaşamış olan bu sürünən amfibi, balıqlardakı dişlərə sahib olmaqla birlikdə üzgəc yerinə 5 barmaqlı ayaqlara malikdir (qurbağa skelet quruluşu, balıqlardakına bəzən bənzəyir amma ümumi olaraq olduqca fərqlidir). Amfibilərlə sürünənlər arası möhtəşəm bir keçid göstərən bu növ, getdikcə daha çox sürünənə bənzəməyə başlayan bu sürünənvari qurbağa klassik qurbağa kimi bir kəlləyə və dişlərə sahib olduğu; ancaq sürünənlərdəki kimi bir onurğaya, çanaq sümüyünə (pelvis) və bazu sümüyünə (humerus) malikdir. Biləkləri amfibilərdəki ilə eynidir.
 
 
Hylonomus və Paleothyris: Erkən Pennsylvania Dövründə (311 milyon il əvvəl) yaşayan bu “protothyrid” lər (qurbağa ilə ilkin sürünənlər arası qrup), çox erkən cotylosaurlardır, yəni primitiv sürünənlərdir. Olduqca çox sürünənlərə bənzəyən bir böyüklüyə sahibdirlər və qurbağa kəllə quruluşunu daşıyarlar (beyin epifizi və s. baxımından). Ayrıca çiyin strukturları, çanaq sümükləri (pelvis), qıç sümükləri (limb), orta dişləri və onurğaları da qurbağaya bənzəməkdədir. Ancaq bunun xaricində qalan skeleti, tamamilə sürünənlərinkinə bənzər. Hətta sudan quruya əsaslı keçidin möhtəşəm bir xüsusiyyəti və təkamülün möcüzə bir dəlili olaraq qulaq pərdəsininin meydana gəlməsi belə primitiv olduğu olsa da, təyin olunmuşdur.
Şəkil: Hylonomus
 
Daha neçəsi haqqında yaza bilərdik amma mümkün qədər qısa olması üçün biz sadəcə adlarını yazırıq. Siz isə istərsəniz hər biri haqqında əlavə məlumat əldə edə bilərsiz: Solenodonsaurus, Limnoscelis, Tseajaia, Captorhinus, Protocaptorhinus, Eocaptorhinus, Romeria, Hyperodapedon, Trilophosaurus, Proterosuchus, Protorosaurus, Prolacerta, Planocephalosaurus, Claudiosaurus, Apsisaurus, Petrolacosaurus, Araescelis, Hylonomus, Paleothyris
148-150 milyon il əvvəl Yura dövrünə aid, göyərçin böyüklüyündə yaşamış olan və Darvinin “Növlərin mənşəyi” nin nəşr olunmasından 2 il sonra tapılmış olan (1861) dinozavrlarla quşlar arasında iştirak edən bir ara keçid forma Archaeopteryxdir. Növə aid ümumi 11 ədəd fosil tapılmışdır. Archeopteryxdə sürünənlərdə olduğu kimi uzun fəqərələli quyruq olmuşdur ki, 20-25 sırada lələklərlə örtülmüşdür, ağzında isə dişləri olmuşdur. Bu artıq müasir quşlara bənzər idi: bədəninin digər hissələri də yaxşı inkişaf etmiş lələklərlə örtülmüşdü, ön ətraflar qanadlara çevrilmişdi amma indiki quşlardan fərqli olaraq bir ətrafında 3 yox sürünənlərdəki kimi 5 barmaq var idi. Arxeopteriksdə müasir quşlardakı kimi döş tili olmadığı üçün yaxşı uça bilmirdi.
 
 
 
Kresionistləri eşitmisiniz yəqin ki. Əgər yardılışçı ‘elm insanları’ ağlınıza gəlirsə hə demək eşitmisiniz. Onların Arxeopteriks haqqında müəyyən əks arqumentləri var “Arxeopteriksdə sürünən xüsusiyyətləri yoxdur o sadəcə bir quşdur, İndiki Hoatzin adlı quşda da pəncə var, Qazkimilərdə də dişlər var və Arxeopteriksdən 75 milyon il öncə də quş yaşamışdır” deməli bu növ aralıq keçid forması deyildir ( onlara görə). İndi isə istəyirəm arxeopteriks haqqında olan bu yalanları aradan götürüb sizlərin bu növ haqqında məlumatınızı dərinləşdirim, quşlar və sünənlərə aid fərqli və oxşar cəhətləri ayırmağa kömək olum.
İlk olaraq sürünənlərə aid olan oxşar xüsusiyyətlərə nəzər salaq.
1. Archaeopteryx skelet sisteminin quruluşu baxımından dinozavrlara çox yaxındır. Eyni dövrdə yaşadığı Comsogncttus (və digər Theropod dinozavrlar) kimi iki ayağının üzərində, önə meylli dayanmaqdadır. Bütün skelet sistemi, quşlardan fərqlidir və bir dinozavra bənzəyir.
2. Archaeopteryx’in 23 quyruq fəqərəsindən ibarət quyruğu heç bir quş növündə yoxdur. Bu quyruq, Trias və Yura dövrlərində yaşamış quyruqlu uçan Saurianlaf’larda da mövcuddur. Bu quyruq heyvanın uçmağa çalışarkən və ya qaçarkən, ani istiqamət dəyişdirməsinə kömək olmaqdadır. Müasir quşlarda bu quyruq kiçilmiş və tək büzdüm sümüyünə çevrilmişdir.
3. Archaeopteryx’in ağırlıq mərkəzi və qanadının skelet quruluşu bütün digər quşlardakından fərqlidir, bu Archaeopteryx’ın bildiyimiz quşların uçduğu qədər rahat uça bilməyəcəyini göstərir.
4. Sürünənlərin ayaqdakı metatarsal (daraqarxası) sümükləri bir-birindən ayrıdır; modern quşlarda bu metatarsal sümüklər tək sümük olaraq birləşmişdir. Archaeopteryx’dən əvvəl meydana gəlmiş və anatomik olaraq Archaeopteryx’ə çox oxşayan, Compsognatus’da ayaqdakı metatarsallar ayrıdır, Archaeopteryx isə bu metatarsallar yarı-bitişmişdir, yəni Archaeopteryx ayaq metatarsal sümükləri baxımdan quş ilə sürünənlər arasında bir yerdədir.
5. Archaeopteryx ayaqları Theropod dinozavr əcdadlarındakına oxşayır; üç uzun ayaq barmağı, bir də geri gedən biz insanlardakı baş barmaqla homoloji olan qısa barmağı var.
6. Archaeopteryx’in qanadlarında heç bir quşda olmayan dinozavr pəncələri mövcuddur; bir tək Hoatzin adlı bir quşun inkişaf vaxtında qısa bir müddət üçün qanad pəncələri meydana gəlir. Bu isə pəncə deyil, adi bir qərni törəmədir. Bu quşlar ağaclarda yuvaladığı üçün yumurtadan çıxan balalar ağaclardan bu törəmələri vasitəsi ilə tutunub dayanırlar. Yetkinlik dövründə isə bu quşlarda pəncələrə rast gəlinmir (aşağıdakı şəkillərdən də Hoatzini gördüyünüz kimi). Müasir quşlarda qanad sümükləri birləşmişdir və  bunlar qanadlara yapışır. Archaeopteryx’in isə qanadların ucunda dinozavr pəncələri var.
 
 
7. Archaeopteryx’dəki pektoral (sinə) əzələləri, dinozavrlarda olduğu kimi incə gastral (qarın) qabırğalarına bağlanmışdır . Qarın qabırğalarına malik olması belə sürünənlərə xas əlamətdir.
8. Yaxşı uçucu quşlarda hava kisəcikləri, ağciyərlərdən sümüklərə qədər uzanıb, birləşirlər; beləcə uçuş əsnasında xərclənən enerjinin təmin edilməsi üçün, oksigen ehtiyacı qarşılanmış olur. Archaeopteryx’də hava kisəcikləri olmadığı göstərilmişdir; yəni Archaeopteryx uçucu bir quş deyil.
9. Sürünənlərdəki kimi Archaeopteryx’in beyni də zəif inkişaf etmişdi.
 
10. Arxeopteriksdə qədim sürünənlərdəki kimi çənə üzərində dişlərə rast gəlinir. Qazkimilər dəstəsindəsə dişlər yoxdur sadəcə suyu süzməyə xidmət edən dimdik çıxıntıları mövcuddur.
Digər tərəfdən Archaeopteryx’in quşlarda olan xüsusiyyətləri də var.
1. Archaeopteryx’də də quşlardakı kimi sümüklərin böyümə mərkəzi uclardadır, sürünənlərdə isə bu sümüyün mərkəzindədir, Archaeopteryx’də quşlardakı kimi içi boş sümüklərə aid bir izə isə rast gəlinməmişdir.
2. Archaeopteryx’in caynaqlı qanadında və quyruğunda lələklər vardır, bu da onu sürünənlərdən ayıran və quşlara yaxınlaşdıran bir xüsusiyyətdir.
3. Archaeopteryx lələkləri asimmetrik və aerodinamik bir quruluş göstərir. Dəvəquşu, Hind toyuğu kimi uçma qabiliyyətini itirmiş quşlarda isə tüklər simmetrik quruluşdadır. Bu xüsusiyyəti ilə Archaeopteryx uça bilən quşlara daha yaxındır.
4. Archaeopteryx’də çəngəlşəkilli körpücük və pəncə lüləsinin olması müasir quşlara da yaxın olduğunu göstərir.
Yuxarıda kresionistlərin iddialarına birindən başqa hamısına cavab verdiyimi düşünürəm. Qaldı ki, “Archaeopteryx quşların əcdadı ola bilməz, ondan 75 milyon əvvəl Protoavis quşu yaşamışdır” iddiasına, aşağıdakı heyvan Protavisdir və oxumağa davam edin.
                                     
 
Archaeopteryx bundan 150 milyon il əvvəl yaşamışdır, amma ondan əvvəlki 100 milyon il içində şübhəsiz ki, bir çox sürünən və dinozavr növü, həm məməlilərə həm də quşlara təkamül etməyə davam etmişdir. Təkamül nəzəriyyəsi quşlara başlanğıc verən növün yeganə olaraq Archaeopteryx olduğu demir. Ondan əvvəl də aralıq keçid formalar mövcud ola bilər. Unudulmaması lazım olan nöqtə, müddətlərin milyon illərlə ifadə edilməsidir. Protoavis, Archaeopteryxdən 75 milyon il əvvəl yaşamışdır, çox dağınıq bir skeleti tapılmışdır, quşlara isə Archaeopteryx’dən daha çox bənzəmir, lakin bir dinozavr quşdur. Bu məlumat quşların sürünənlərdən təkamül etməsi nəzəriyyəsini təkzib etmir, əksinə gücləndirər. Çünki bu deməkdir ki, ən az 225 milyon ilə 150 milyon il əvvəl, quşlara və sürünənlərə bənzəyən canlılar var idi və 65 milyon il əvvəl dinozavrlar yox olana qədər, ən az bir 160 milyon il təkamül etməyi davam etdirdilər. Əlimizdə olan paleontoloji qalıqlar quru heyvanları məsələ mövzusu olduqda çox azdır. Ona görə də Protoavis ilə Archaeopteryx arasında nəsil şəcarəsinin qurulması çətin məsələdir. Kim bilir bəlkə də Archaeopteryx’in əcdadı Protoavis ola bilər. Amma bu əlimizdə sürünən-quşlara aid yeganə aralıq keçidlər deyil. Digər donazavr-quşlarla maraqlanmaq istəyənlər üçün dinozavrlardan quşlara doğru olan aralıq keçid ardıcıllığı tərtib etdim, hər bir ad bir linkə açılır buyrun:
 
Müəllif: Hikmət Həmdullayev