Təkamülün sübutları: Giriş

0
İnsanların müəyyən bir qismi doqmatizmdən uzaqlaşaraq təkamül nəzəriyyəsini bir elm olaraq artıq qəbul edib, təbii ki bu müəyyən bir qismə az inkişaf etmiş cəmiyyətlərdən çox az insan daxildir. Təkamül nəzəriyyəsi haqqında çox yazılar yazıldı, videolar çəkildi və s. bu mövzuda əks mövqe tutanlar da az olmadı. İndi isə sosial şəbəkələr sayəsində görürük ki, təkamül nəzəriyyəsini dəstəkləyənlər və dəstəkləməyənlər arasında bu mövzu üzrə daha çox məlumat əldə etmək istəyənlər vardır. İnsanlar artıq Carl Sagan kimi inanmaq yox bilmək istəyirlər. Bu isə çox müsbət bir haldır. Hər kəs bu mövzu üzrə akademik biliyə sahib ola bilməz əlbəttə, amma biz artıq bu üzrə ciddi işlər görməyə başlayacağıq. Bu yolda sizi maraqlandıran bir sıra suallar ola bilər. Bloqumuzda hal-hazırda məndən başqa 3 daha tibb tələbəsi vardır. Təkamül nəzəriyyəsi haqqında suallarınız olarsa ( səhifə və ya bloq vasitəsilə) əminəm ki, dostlarım da mənə qoşularaq sizlərə məmnuniyyətlə cavab verəcəklər. Bu gün istərdim ki, təkamül dərsliklərində olduğu kimi başdan başlayım yəni Qədim dövrlərdə təkamül ideyaları, Darvindən öncə olan fikirlər, Darvin, Yerdə həyatın yaranması və s belə davam edim amma bilirəm ki, təkamülü qəbul etməyən biri bu yazıları maraq üçün 1-2 dəfə oxuyacaq və sonra yetəri qədər fikrini dəyişdirə bilmədiyimiz üçün bir daha çətin yenidən bloqa daxil olub bu haqda məlumat toplasın. Ona görə ilk öncə təkamülə dair sübutlardan başlamaq daha yaralı olacaq deyə düşünürəm. Bu yazımız isə başlıqdan da gördüyünüz kimi sadəcə bir girişdir.

Təkamül nəzəriyyəsi nədir?
Təkamül nəzəriyyəsi, təkamülün bir nəticəsi olaraq növlərin dəyişməsini və yeni növlərin meydana gəlməsini, təkamülə təsir edən faktorları və mexanizmləri ilə açıqlayan nəzəriyyədir. Bunun yanında təkamül nəzəriyyəsi, növlərin meydana gəlməsinə dair son elmi araşdırmaların gətirdiyi nəticələr və yeni tapıntılar ilə izah etməyə çalışır. Çarlz Darvinin ilk dəfə 1859-cu ildə nəşr olunan Növlərin Mənşəyi adlı kitabında, Darvin, bioloji təkamül nəzəriyyəsini təbii seçmə, irsiyyət və dəyişkənlik mexanizmləri əsasında qurmuşdur, zaman içində edilən daha dərin elmi araşdırmaların sayəsində isə bu elm sahasində inkişaf və irəliləmələr olmuşdur. Xüsusilə, təkamülün mexanizmləri və bir-birləriylə olan təsirləri haqqında da daha başqa nəzəriyyələrinin yaranmasını mümkün hala gəlmişdir. Daha ətraflı buradan oxuya bilərsiniz.

 
 


Təkamül nəzəriyyəsinin 1927-ci ildə Y.A.Filipçenko tərəfindən mikrotəkamülmakrotəkamül olmaqla iki yerə bölünməsi təklif edilmişdir. Mikrotəkamül növ səviyyəsində baş verən təkamül prosesidir. Makrotəkamül isə növdən yüksək səviyyədə olan təkamül prosesidir və bu proses zamanı yeni cinslər, fəsilələr, dəstələr, şöbələr, tiplər, aləm əmələ gəlir. Mikrotəkamülə dair misal olaraq Mançester şəhərində 20 il ərzində Tozağacı Qarışcısı (Biston betularia) kəpənəklərində olan rəng dəyişməsini göstərmək olar. Belə ki, bu sənaye şəhərində havanın tüstülü olmasından tozağacı meşələrində ağacların gövdəsinin qaralması prosesi başlamışdır, Nəticəsində isə ağ rəngli bu kəpənəklər onlarla qidalanan heyvanlardan 20 il ərzində gizlənə bilmişdir. Bu necə baş verə bilərdi? Əlbəttə ki, təkamüllə. Demək ağ rəngli bu kəpənəklərin, çoxalma anında ağ rəngini müəyyən edən genində mutasiya baş verir. Bu mutasiyanın nəticəsi olaraq ağ rəngli kəpənəklər arasında tünd rəngli növlər meydana gəlir. Tünd ağac gövdəsində olan tünd kəpənəklər digər kəpənəklərdən fərqli olaraq artıq komuflaj ola bilirdi. Və çoxalaraq öz genlərini buradakı kəpənək populyasiyasına ötürdü. Nəticədə artıq tünd rəngli kəpənəklər üstünlük təşkil etdi. Bundan başqa hovuzda olan balıqlar. üzərində aparılan müəyyən təcrübələr vardır. Amma bütün bunlara irəlidəki zamanlarda bir bir toxunacağıq. Bu haqda yuxarıdakı videodan da qısa müddətdə yeni növ əmələ gəlmə prosesinə şahid ola bilərsiniz.

 

Təkamülün daha böyük nəticələrini görmək üçün makrotəkamülü araşdırmaq lazımdır. Makrotəkamül isə çox geniş bir mövzudur və onu sübut edən 8 əsas usul vardır. 

 

  1. Paleontologiya

 

  1. Biocoğrafiya

 

  1. Morfologiya

 

  1. Embriologiya

 

  1. Sistematika

 

  1. Genetika

 

  1. Biokimya

 

  1. Molekulyar biologiya

 

  1.  

 

Təkamül nəzəriyyəsi yuxarıda gördüyünüz elmlər əsasında formalamışdır. Müəyyən qədər çox çalışacağıq ki, bu üzrə olan məqalələrimiz tez ərsəyə gəlsin. Hər birini anlaşıqlı formada sizlərə izah edəcəyik. Siz isə bizi daim izləməyi unutmayın. Suallarınızı isə çəkinmədən bloqda və ya facebook səhifəmizdəki paylaşımların altına rəy olaraq yaza bilərsiniz. 
Müəllif: Hikmət Həmdullayev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin