Həyatın var olduğu düşünülən planet

93
NASA astronomları, kosmik ətrafımızda, üzərində 100% həyat olduğunu düşündükləri və dünyaya nisbətən yaxın bir planet kəşf etdiklərini söylədilər. Gliese 581d ilə tanış olun. 


Gliese 581, təxminən 20 işıq ili uzaqlıqdadı, 
Tərəzi bürcü qrupu ulduzlarına aid, qırmızı bir cücə ulduzdur. Bir işıq ilinin 6 trilyon mil (10 trilyon km) olduğunu düşünsək, Gliese 581, milyardlarla ulduz içində Günəşə ən yaxın, bilinən 89’cu ulduzdur.

2005-ci ildə, astronomlar ulduzlarının orbitində altı exo-planet (Günəş sisteminin xaricindəki planet) kəşf etdi; bunlar Gliese b, c, d, f və g olaraq adlandırıldı. Bu planetləri müəyyən etmək üçün xüsusi bir yoldan istifadə edildi ki, bu da planetlərin bilavasitə teleskopla görünmədiyi mənasını verir: Astronomlar, vektorial sürət məlumatlarından istifadə etdilər. Bu metod, bir ulduzun ən kiçik hərəkətlərini belə xüsusi cihazlarlarla müşahidə edərək, orbitlərində dönən cisimlərin cazibə qüvvələri və ulduzları ətrafında dövr müddətləri sayəsində planetlərin kütlələrinin təyininə söykənir. 

Gliese 581d’nin çox isti olmayan, ancaq çox soyuq mühitə də sahib olmayan Goldilocks (Dünyaya bənzər iqlim şəraiti ola biləcək planetlərin qurşağı) bölgəsində olduğu müəyyən edildi; bu sahədə, həyatın meydana gəlməsi üçün ideal şərait var olduğu düşünülür. Hətta bəzi astronomlar bundan olduqca əmindir:

Şəxsən mən, həyatın Dünyada su olan hər yerdə olma meylini göz önünə alaraq, əlverişli şərait olduğu müddətdə də hər yerdə yarana biləcəyinə inanıram. Mənim şəxsi fikrim, bu planetdə həyat olma ehtimalının 100% olduğu istiqamətindədir” deyir California Universiteti astronomiya və astrofizika professoru Steven Vogt.

“Demək olar ki, heç şübhəm yoxdur”

Lakin bundan əmin ola bilərikmi? Belə ki, bir çox sözdə həyat ola biləcək planet kəşf edildi; amma sonradan çıxdaş olunduıar. Bu səbəblə, əhatəli müşahidələrin bu planeti də çıxdaş etməsi hələ ehtimal daxilindədir. Əslində, 2014-cü edilən bir iş, super-Dünya GJ 581d’nin var olmadığını və bunun əslində bir əməliyyat səhvi, süni bir səs və ya ulduzlararası bir fəaliyyət olduğunu iddia etmişdi. Lakin təkrarlanan analizlər, planetin interstellar dəyişkənliyə baxmayaraq həqiqətən var olduğuna işarə etmişdi.

Gliese 581d’nin kütləsinin Dünya’nınkından 6.98 dəfə və radiusunun da 2.2 dəfə çox olduğu deyilir. Planetin üzərində su saxlayan, maye okeanlara, oksigenli atmosferə və Yerdəkinə bənzər qitələrə sahib ola biləcək geniş səthli bir super-Dünya olduğu fərz edilir.

Müsahibəsində Robin Wordsworth, “Gliese sistemi, Dünyaya çox yaxın olması səbəbiylə bizlər üçün xüsusilə həyəcan vericidir. Gələcək nəsil teleskoplarla, birbaşa olaraq Gliese’de həyat olub olmadığını anlaya biləcəyik.” – deyə bildirib. Gliese 581d, yaxınlaşan James Webb Kosmos Teleskopu (JWST) göndərməsinin (2018) son hədəfi və bu layihədən əldə ediləcək nəticələrin exo-planetin atmosferi haqqındakı düşüncələrimizi kökündən dəyişdirəcəyi təxmin edilir.

JWST, Gliese 581d’nin atmosfer məlumatlarını əldə edərək, bu planetin maye halda su tapılacığını; yəni üzərində həyatın yarana biləcəyi şərtlərə sahib olub olmadığını anlamağa kömək olacaq. “Exo-planetləri tapmaq üçün istifadə etdiyimiz bu texnologiya gerçəkdir” deyə əlavə edir, astronavt və NASA Elm Heyəti Direktoru John Grunsfeld. Və davam edir, “James Webb Kosmos Teleskopu və gələcək irəliləyişlər bu an reallaşır. Bunlar xəyal deyil. Bizlər NASA’da bunu bacarırıq “


“Həyatımızı sonsuza qədər dəyişdirəcək bir kəşf ola bilər, bizlərin istifadə və imkanları daxilində”

Sadəcə bir an üçün həyata dair potensial işarələr tapdığımızı düşünün. Dünyanın yuxusundan oyanıb insanlığın kosmos zamandakı uzun yalquzaqlığının sona çatacağı bir an düşünün. Kainatda artıq yalnız olmadığımız ehtimalını xəyal edin. Kəşfindən bu yana, Dünyadan Gliese sisteminə Ukrayna Milli Kosmos Agentliyi RT-70 radar teleskopunu istifadə edərək (təxminən yarım milyon arasından seçilən) 500-dən çox mesaj göndərildi. Bu həqiqətən də həyat mövcud olan ən yaxın qonşumuz ola bilərmi? Yalnız 20 işıq ili uzaqlıqdadır. Əgər belədirsə, oradakı həyat şəraiti necədir? 

Washington Carnegie İnstitutundan astrobioloq Paul Butler’a görə, “Gliese 581g’de yadplanetli həyatı olub olmadığına dair hər hansı bir mübahisə, bu nöqtədə olduqca qondarma olardı. Lakin, Dünyada su tapdığınız hər yerdə həyat da taparsınız. Oxşar şəraitdə, bu qayda kainatdakı hər yerdə etibarlı olmalıdır; buna əgər maye su varsa Gliese 581g də daxildir. “

Mütəxəssislər, bu planetin xaricində kəşf edilməyi gözləyən və içində həyat olma potensialı saxlayan  milyonlarla planet olduğunu təxmin edir. Yaxın gələcəkdə Kainatın sərhədsiz genişliyində tək başımıza olmağımızın mümkün yoxsa qeyri-mümkün olduğunu bizə elm insanları deyəcək. 

Mənbə: cosmosup.com

Müəllif: Hikmət Həmdullayev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin