Niyə insanlar digər primatlara görə daha az tükə sahibdir?

0

Daha az tüklü olmağımızın səbəbinə dair qəti bir izah olmasa da bu vəziyyəti açıqlamaq ehtimalı olan bir neçə nəzəriyyə vardır.Bizim niyə nisbi “çılpaq” bir quyruqsuz meymun olduğumuzla bağlı ən köhnə izahlardan  biri Akva quyruqsuz meymun hipotezidir. Patoloq Max Westenhöfer tərəfindən 1942-ci ildə ortaya atılan bu fikir, 1960-cı illərdə bioloq Alister Hardy, araşdırmaçı Elaine Morgan və zooloq Desmond Morris tərəfindən müdafiə olunmağa başlandıqdan sonra məşhurlaşdı.

 

Əsasən, Akva quyruqsuz meymun hipotezi təkamül müddətində atalarımızın bir dövr yarı-Akva həyatı (suya yaxın yaşanan bir həyat forması) mənimsəmiş olmaları üzərinə qurulmuşdur. Hipotezlerini dəstəkləmək üçün digər dəniz məməliləri kimi tüklərimizi töküb, bədən yağı təbəqəsi yaratdığımızı irəli sürmüşlər. Bu hipotez əksəriyyət tərəfindən rədd edilmişdir, səbəbi isə bunu dəstəkləyəcək dəlillərin (fosillər və s.) olmamasıdır.

 

Ancaq, insanlar və bitlərin genetikası üzərində edilən araşdırmalar,səbəbi nə olursa olsun, atalarımız Homo erectusların təxminən 1 milyon il əvvəl Afrika savanalarında yaşadıqları dövrdə tüklərini itirmiş ola biləcəklərinə dair dəlillər təqdim edir. Bölgəni və iqlimi ələ aldıqları zaman bəzi bioloqlar “ətrafda qaçma və tərləmə” müddətində Homo erectusların sıx bədən tüklərinin soyuma təmin etmək üçün tərləmənin asanlaşdırması istiqamətindəki seçim təzyiqi səbəbiylə azaldığını təklif etmişlər.

 

Lakin, bu nəzəriyyə bəzi boşluqlara malikdir. Savanada yaşayan bir çox primat növü sıx tükə sahibdir, bunun arxasındakı gerçək budur ki, gecə bədəni isti saxlamaq, gündüz sərin tutmaqdan daha çətin bir işdir. Ayrıca bu nəzəriyyənin əskikliyinin göstəricilərindən biri də ən yaxın qohumlarımız olan şimpanzelərin isti savanalarda deyil sərin meşələrdə yaşamış olmalarına baxmayaraq ölçülərinə görə (xüsusilə əllərində) daha az tükə sahib olduqları həqiqətidir.

 

Üçüncü məşhur fikir isə tüklərimizi tökmə səbəbinin qanımızla bəslənən və xəstəlik yayma ehtimalları yüksək olan gənə, bit, birə kimi canlılara ev sahibliyi etməyə əlverişli olmamaq istiqamətindəki təbii seçim təzyiqi ola biləcəyidir. Zamanla daha az tüklü bədəni olanların daha sağlam və parazitləri daha az saxlaya biləcəyi üçün cinsi seçim üstünlükləri də olacaq.

 

Bir digər maraqlı hipotez isə uzun çəkən uşaqlıq dövrü ilə tüksüzlüyün əlaqəsi üzərinədir. Bizlər müəyyən yetkinlik xüsusiyyətlərini  digər quyruqsuz meymunların yetkin olduğu yaşlara qədər qoruyuruq. Bu hipotezə görə biz yetkinlikdəki tüksüzlük xüsusiyyətini heç itirməmiş ola bilərik. Qeyd olaraq ən az tüklü ikinci quyruqsuz meymun olan şimpanzelər də yavaş-yavaş yetkinləşirlər, dişi cinsləri təxminən 13 yaşına qədər çoxala bilmir

 

Beşinci və yaxın zamanlarda daha çox maraq toplayan bir digər nəzəriyyə isə tüklərimizin daha yaxşı ünsiyyət üçün azaldığı istiqamətindəki fikirlərdir – dərimizin səthi və üz ifadələrimizlə ünsiyyət qurmaq. Antropoloq Barbara King bunu “Biz insanlar bütün bir dəri səthinə sahibik.” sözləriylə təyin etmişdir.

 

 

Mənbə; Gizmodo

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar