Təqribən iki min il əvvəl qədim yunan astronomu Hipparx ilk ulduzlar kataloqunu tərtib etdi.Hipparx ulduzları parlaqlığına görə 6 kateqoriyaya ayırdı və bu kateqoriyalar maqnitud(magnitude) adlandırdı.Ən parlaq ulduzun maqnitudu 1M kimi işarə edilir və maqnitudun azalmasıyla parlaqlıq azalır.
Adi gözlə şimal və cənub yarımkürələrində 5 minə yaxın ulduz görünür.Bir insan bu 5 mini eyni zamanda müşahidə edə bilməz,belə ki ulduzların təxminən yarısı-2.5 mini üfüqün altında olacaq.Lakin üfüq yaxınlığında atmosferin şəffaflığı azaldığına görə digər 2.5 mindən yalnız 60-80%,yəni 1.5-2 min ulduz görmək mümkündür.Böyük şəhərlərdəsə həddindən artıq gecə işıqlanmasının nəticəsi olaraq bəzən sadəcə bir neçə ən parlaq ulduzu fərqləndirmək olur.
Hipparx şkalası yalnız optik cihazlara görünən ulduzların ayırd edilməsi üçün bir qədər təkmilləşdirilmişdir.Hər bir maqnitudun artmasına ulduzların sayı təxminən 3 dəfə artır(yalnız optik cihazla ayırd edilən).
Binokl ilə 9-10 maqnitudlu ulduzları müşahidə etmək olur və onların sayı 200 minə çatır.Kiçik həvəskar teleskopla 11-12 maqnitudlu ulduzları müşahidə etmək olur.11-12 maqnitud parlaqlıqlı ulduzların sayı 10 dəfə çox-2 million olur.Böyük teleskoplarla 15-16 maqnitudlu ulduzları görmək olur və onların sayı 100 milliona çatır.Lakin,bunlardan az bir qismi kataloqlara daxil edilib və xüsusi işarələnməyə malikdir.
Ən geniş kataloqlardan biri  Tycho-2 maqnitudu 1-dən 11-ə  kimi bütün ulduzları və daha solğunların da bir qismini özündə birləşdirir.Ən solğun ulduzlarsa yalnız fotoqrafik olaraq qeydiyyata alınır.Bu üsulla çəkilmiş səmanın qlobal fotosunda bütün 20 maqnituda kimi ulduzlar qeydə alınıb,lakin onların sayı yalnız təqribidir.Hesablamalara görə belə ulduzların sayı bir neçə milyard ola bilər və onların çoxu kosmik toz buludları  arxasında “gizləndiyinə ” görə teleskoplarla görünmür.
  Ümumilikdə isə qalaktikamızda təqribən 200 milyarddan trilliona kimi ulduz var.Öz növbəsində , görünən kainatda trilliona yaxın qalaktika var ki, bu da bütün kainatda təqribən 10^24 ulduz deməkdir-1/4 stəkan sudakı molekulların sayı qədər.

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin