Kişilər süd verə bilmirsə , niyə məmə ucları var?

0

Xüsusi sağlamlıq vəziyyətləri -hipofiz vəzində şiş meydana gəlməsindən başqa kişilər ümumiyyətlə, süd ifraz etməyə yarayan, kafi səviyyədə prolaktin hormonlarından məhrumdurlar və süd çıxara bilməzlər. Madam ki,uşaqlarının bəslənməsinə köməkçi ola biləcək şəkildə süd çıxara bilmirlərsə o zaman niyə kişilərdə məmə ucları var? Cavab embrional dövründə cinsiyyətin yarandığı zamandan gəlir.

 

İnsanlar məməli bir heyvan növüdür, bu da istiqanlı, hava tənəffüsü edən tükləri olan bir onurğalı və süd istehsal edə bilən olduğu mənasını verir. Y-xromosomu işə qarışana qədərki 4 həftəlik inkişaf prosesində, iki cinsiyyət də bir-birindən fərqlənməyəcək şəkildə inkişaf edir. Məmə ilə əlaqədar toxumaların və vəzlərinin meydana gəlməsi, bütün məməli növlərdə erkən inkişaf mərhələlərində, yəni cinsiyyətə xas xüsusiyyətlər meydana gəlməmişdən əvvəl reallaşar.

 

Embrionun yumurtalığı (gonad), təxminən hamiləliyin 4-cü həftəsində ortaya çıxır və cüt xüsusiyyətli quruluşdadır, yəni bu nöqtədə cinsiyyət inkişafında bir rol oynaya bilmir. Bu bir neçə həftə belə davam edər. 8-ci həftə zamanı germ hüceyrələri cinsiyyət təyin etmə xüsusiyyətlərinin meydana gəlməsinə başlayır. Erkəklər isə dişi kanallarının və strukturlarının meydana gəlməsinə maneə törədən faktorlar ifraz etməyə başlayırlar. Erkək embrionu bir dəfə testosteron istehsal etdiyi zaman bu hormon bütün bədəndəki cinsiyyətə xas xüsusiyyətlərə təsir edir.

 

Kişilərin, məmə uclarının olması təkamül baxımından bir üstünlük sayılmır, amma ümumiyyətlə mənfi bir tərəfi də yoxdur. Nəticə olaraq, bu xüsusiyyət, neqativ seçimə məruz qalmışdır. Ayrıca, bu strukturların inkişafı çox enerji sərf etmək mənasını da gəlmir. Qadınlarda məmə toxumalarının çoxunun inkişaf prosesi yetkinlik dövründə, prolaktin səviyyəsinin artması isə hamiləlik dövründə reallaşar.

 

Kişilər, inkişaf etməmiş məmə toxumalarına sahib olsa da, məmə xərçənginə tutulma ehtimalları da vardır və olduqca nadir görünən bir haldır. Kişilərin məmə xərçənginə tutulma nisbəti, bütün süd vəzi xərçəngi hadisələrinin 1%’indən belə azı səviyyədədir lakin yenə də mümkündür.

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar