Qərbin Nihilizmi varsa, şərqin də Taoizmi var

0
 Qərbin Nihilizmi varsa, şərqin də Taoizmi var

       Bəzilərimizin fəlsəfədən az da olsa anlayışı mövcuddur, amma çox insan üçün fəlsəfə “pafoslu söz yığını” deməkdir. Mənim fikrimcə isə fəlsəfə insanın kainatı görən gözüdür. Antik fəlsəfə Taleslə başlamış və indiki təbiət elimlərinin əcdadı sayılır. Modern fəlsəfənin isə ədəbiyyatda, kainatı və insan şüurunu anlamağımızda çox böyük rolu vardır. Fəlsəfənin beş bölməsi mövcuddur:

  • Ontologiya – varlıq haqqında təlim
  • Qnosiologiya – idrak haqqında təlim
  • Sosiologiya – cəmiyyət haqqında təlim
  • Praksiologiya – insanın əməli haqqında təlim
  • Aksiologiya – insanın gerçəklikdəki predmet və hadisələri qiymətləndirməsi haqqında təlimdir


Ontologiya  “Bir şeylər gerçəkdən varmıdır? Varlıq nədir? ” sualı ilə başlamış və iki əks qola ayrılmışdır. 


  • Realizm – bəli, varlıq vardır.
  • Nihilizm – yox, varlıq deyə bir şey yoxdur.



İlkin olaraq Nihilizmin nə məna verdiyini anlatmaq istəyirəm. Nihilizm (lat. nihil – heç nə) — insan mövcudluğunun dərk olunmasının, ümumi qəbul edilmiş əxlaqi və mədəni dəyərlərin inkarında özünü büruzə verən dünya görüşüdür. Nihilzm başlanğıcını XII əsrdən götürsə də, XIX əsrdə daha geniş yayılmağa başlamışdır. İlk dövrlərdə, əxlaqi, mədəni və ilahi dəyərlərin heçliyi üzərində qurulan Nihilzm (XIX əsr) Rusyada daha çox populyar olmuşdur. Nihilzmi termin kimi ilk dəfə işlədən Fridrix Yakobi olmuşdur. F.H.Yakobidən sonra isə daha geniş araşdırmaları Danimarkalı filosof Seren Kierkoqr aparmışdır. Rusiyada isə ilk dəfə Nikolay Nadejdin “Nihilist yığıncağı” məqaləsində istifadə etmişdir. İvan Sergeyeviç Turgenyev “Atalar və oğullar” əsərində ilk dəfə nihilist obraz (obrazın adı Bazarov) yaratmışdı. Zaman keçdikcə Nihilzm rus gəncliyində, bir dəb şəklini almışdır. Sonradan böyük təzyiqlər görülmüş və dövlət tərəfindən qarşısı alınmağa başlamışdır. XIX əsrdən etibarən Nihilsm dünyada yayılmağa başlamış siyasi, fəlsəfi cərəyana çevrilmişdir. Nihilzm ən çox Fridrix Nitsşe, Neyzen Tevfik, Ludviq Andres Feyerbax, Henri Bakl, Maks Stirner, Albert Kamyu, Artur Şopenhauer, Jan-Pol Sartre və Herbert Spenser tərəfindən qəbul olunmuşdur. Zaman keçdikcə artan Nihilizm cəryanı yeni məşhur simalar qazanmışdır.  Fridrix NitsşeŞopenhauer‘ın nihilist fəlsəfəsi ilə yola çıxmışdır. Ancaq ona görə, nihilizm səhv və əskik ifadə olunurdu. Nitsşe zamanla nihilizmi yenidən təməlləndirdi. Nihilizmin ən əksik yanı, həyatı mənasızlaşdırması idi. Nitsşe, “səhv nihilizm”i yaşayanları kitablarında tez-tez “pessimistlər” olaraq tərif edirdi. Nitsşeyə görə “Bu pesimizmin aşılması lazımdır. Gerçək bir güc fəlsəfəsi üçün, həyatı qətiliklə mənalaşdıran bir fəlsəfə lazımdır. Həyatın dəyəri anlaşılmalı və bu dəyər üstün tutulmalıdır.”
Sonralardan Nihilizmin məhşur simaları Fridrix Nitsşeni nihilst kimi tanımamışdır. Buna misal olaraq J. Grenyer görə “Nitşe heç bir zaman nihilist olmamışdır” və bunu “Güc İstənci” kitabında qeyd etmişdir. Nihilzm sonralardan daha da genişlənmiş və təkminləşdirilmişdir. Nihilzmi ən çox düşündürən İlahi inanc məsələsinə vaxt keçdikcə həll yolu tapılmışdır. Belə ki, məhşur fransız yazar Albert Kamyu ona verilən İlahi suala ‘Tanrısız bir dünyanın təsəvvürü absurddur’ (Çöküş romanında) demişdir və Absurdizm fəlsfəsini yaratmışdır. Lakin Sartrenin heç bir inancı olmaması və nihilst yazarların fərqli İlahi düşüncələri olması problem yaratmışdır, amma bu problemin həlli Haydeger tərəfindən irəli sürülmüşdür. Haydeger Aqnostik Nihilzmi yaradaraq, Nihilizmdə İlahi tamlıq və ya heçliyə qarışmamasını irəli sürmüşdür.

Nihilizm, fəlsəfədə  heç bir şeyin var olmadığını, heç bir şeyin bilinməyəcəyini müdafiə edən düşüncə tərzidir. Nihilizm həm bilik fəlsəfəsiylə, həm dəyər fəlsəfəsiylə, həm də varlıq fəlsəfəsiylə əlaqəli olan bir təlimdir. Nihilizm təlimi, bilik fəlsəfəsində elmi müdafiə edər, estatizmi yadsıyar və hər cür içtimai elmin isə bir aldanma olduğunu, rasional biliyin mövcud olmadığını; əxlaq fəlsəfəsində insan hərəkətlərini tənzimləyən dəyərlərin olmadığını; əvvəlin və sonun yoxluq olduğu, aradakı varlığın isə bir məna daşımadığı üçün varlıq fəlsəfəsində  heç bir şeyin mövcud olmadığını müdafiə edir. .


Taoizm (Daoizm də olaraq ifadə olunar). Çin dilindən: pinyin: Daojiao və Çin dilindən: pinyin: Daojia iki ayrı sözün türkcədəki qarşılığı olaraq istifadə edilməkdədir. Daojiao Çin mədəniyyətində bir dinə işarə edərkən, Daojia isə bir fəlsəfə, düşüncə məktəbini izah edir. Ancaq ikisi də qaynağını Lao Tsenin əsəri “Tao Te Ching”dən götürmüşdür. Düşüncə məktəbi olaraq Taoizmin qurucusu Lao Tsenin ardından Zhuangzi də bu axının ən əhəmiyyətli nümayəndəsidir.
 

Lao Tseyə görə:

  • Varlığın bütün müxtəlifliyi və gerçəkliyinə qarşılıq bir “Tao” vardır.
  • Tək gerçək “Tao”dur
  • “Tao” kainatın nizamıdır.
  • “Tao” əzəli və əbədidir.

Taonun isə bir görüntusu, forması, maddəsi, enejisi və ya adı yoxdur. Tək gerçək Taodur, Tao isə bir heçdir. Və bu şərq fəlsəfəsinə görə isə butun bu heçlik olan varlıq, ziddiyyətdən meydana gəlmişdir. Fotodakı bir birinə antoqonist olan Yin və Yang bütün kainatı ifadə edir. Taoizmə görə hər şey “gözəl və çirkin”, “yaxşı və pis”, “kişi və qadın”, “varlıq və yoxluq” (yoxluq və heçlik qarışdırılmamalı) olaraq mövcud olmuşdur. Bu zidd qavramların isə yaranmasına səbəb Tao yəni heçlikdir. Taoizmə görə tək gerçək yol da elə Taonun özüdür.

  • İnsan öznü tanıdıqda Tao ilə birləşər və ölümsüzləyə çatar.
  • Görünüşlərdəki bütün ziddliklər Taoda yox olar.
  • Müşahidə və düşüncə ilə Tao bilinməzdir.


Mənbə: 
  1. https://az.wikipedia.org/wiki/F%C9%99ls%C9%99f%C9%99
  2. https://www.youtube.com/watch?v=hy6Z9laz1RA
  3. https://az.wikipedia.org/wiki/Daosizm
  4. https://az.wikipedia.org/wiki/Nihilizm

Hazırlayan: Hikmət Həmdullayev.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin