Qara dəliyin daxilinə səyahət

0
Qara dəlikləri şərti olaraq statik və qeyri-statikə ayırdıqdan sonra

fərz edək ki, qara dəlik statikdir və ətrafdakı məkanı “fırlatmır”.Bu halda qara dəliyin sərhədi-(hüdudu,hadisələr üfüqü) düzgün sfera olacaq.Kosmik gəminin bu sferaya girdikdən sonra qara dəliyin mərkəzinə düşməyə məhkumdur və heç bir manevr bunun qarşısını ala bilməz.Tərpənməz obyektlər belə qara dəliyin daxilində mövcud ola bilməzlər,ən kiçik hərəkətsə kosmik gəmini cazibə qüvvəsinin sonsuzluğa yaxınlaşdığı qara dəliyin mərkəzinə,sinqulyarlıq nöqtəsinə aparacaq.Qara dəliyin daxilindəki məkan özünü zaman kimi aparır – geriyə hərəkət mümkün olmur(bu qayda yalnız material cisimlərə deyil,işıq kvantlarına da təsir edir).Belə qara dəliyə “səyahətin” mənası yoxdur,çünki kosmik gəmi oradan heç bir siqnal göndərə bilməyəcək(siqnal elektromaqnit dalğalarından ibarət olacaq ki,onlar öz növbəsində işıq kvantlarından ibarətdir və geriyə hərəkət mümken deyil).

Kosmik fırfıra

 Fırlanan qara dəlikdə vəziyyət daha maraqlı olacaq.Fırlanan qara dəliyin üst-üstə düşməyən iki xarici sərhədi var:hadisələr üfüqü və dayanıqlılıq sərhədi(statiklik sərhədi). Dayanıqlılıq sərhədi – daxilindəki hər bir cisim dayanıqlı halda qala bilməyib uzağdakı müşahidəçiyə nəzərən qara dəlik ətrafında fırlananmalı olduğu sahənin sərhədidir.Fırlanmayan,statik qara dəlikdə bu iki sərhəd(hadisələr üfüqü və dayanıqlılıq sərhədi) üst-üstə düşdüyü halda ,fırlanan qara dəlikdə bu iki sərhəd yalnız qütblərdə bir birinə toxunur(onlar sferik yox,qara dəliyin fırlanma oxu üzrə basıqdı).
Qara dəliyin “möhtəviyyatı”
Kosmik gəmi qara dəliyə girsə bəs..?Hadisələr üfüqünü keçdikdən sonra kosmik gəmini daxilə çəkəcək və bu o deməkdir ki,hadisələr üfüqünün altında fırlanmayan qara dəlikdə olduğu kimi  “zamanabənzər” məkan olacaq,lakin belə məkan qara dəliyin mərkəzinə çatmır.Belə ki,daxildən bu məkan daha bir üfüqlə hüdudlanır və qara dəliyin bu iki üfüq arası hissəsində  “zamanabənzər” deyil,adi məkan yerləşir(burada geriyə və həmçinin,müxtəlif istiqamətlərə hərəkət mümkün olmasına baxmayaraq,cazibə çox güclü olur).
 Burada,ekvatorial səthdə qravitasiyanın və məkanın əyriliyinin sonsuzluğa yaxınlaşan sahə – sinqulyarlıq yerləşir və o qapanmış halqa(üzük) şəklindədir.Kosmik gəmi heç bir halda sinqulyarlığa yaxınlaşmamalıdır,belə ki sinqulyarlığa yaxınlaşdıqca gəmiyə təsir edən cazibə artacaq və kosmik gəmi sinqulyarlıqa daxil olsa,oradan artıq çıxa bilməyəcək.Buna baxmayaraq,gəmi sinqulyarlığa düşməmək üçün müəyyən bir trayektoriya ilə hərəkət edə bilər(çünki,o adi məkanın daxilindədir və müxtəlif istiqamətlərdə hərəkət edə bilər).Lakin,artıq heç vaxt kosmik gəmi 2-ci,yəni adi məkanı tərk edib “zamanabənzər” məkana qayıda bilməyəcək.

 Ortadan yararaq

Fərz edək ki,kosmik gəmi sinqulyarlığın şimal qütbündədir.Gəminin kapitanı cənub qütbə iki yolla keçə bilər:sinqulyarlığın yanından keçib və ya sinqulyarlıq halqasının mərkəzindəki deşik(sinqulyarlıq – özunə qapanmış halqa).Hər iki istiqamətin mümkün olmasına baxmayaraq,onlar heç bir ümumi nöqtəsi olmayan iki fərqli məkana aparacaqlar.Əgər, gəmi halqanın yanından keçsə,eyni qara dəlikdə və eyni üfüqün(2-ci) daxilində qalacaq,lakin kosmik gəmi halqadakı deşikdən keçsə  hər iki üfüqdən,qara dəlikdən xaricə,cazibəsi sonsuzluğa yaxınlaşmayan adi məkanda çıxa bilər..Lakin,bu məkan artıq digər-mənfi kainatın məkanı olacaq.
Belə kosmik gəmilərin yalnız uzaq gələcəkdə mümkün olmağına baxmayaraq,kosmonavtların digər kainata “səyahəti” heç də deyil.Belə ki,xarici üfüqü keçdikdə qara dəlikdə çox güclü qravitasiya şüalanması,onun nəticəsi olaraq dəlikdaxili simmetriyanın pozulmasına gətirib çıxarma və digər kainatlara səyahətin mümkünsüz olması da ehtimalı var.
 
 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin