String (Sicim) Nəzəriyyəsi

40
 
 
 
Bu yazıda, Günümüzün ən populyar Nəzəriyyəsi olan String Teory(String nəzəriyyəsi) haqqında sizinlə  məlumat paylaşmaq istəyirəm. Ən təməldən başlayaq…
String terminin mənası Sim deməkdir. (Türk dilində: Sicim). Ancaq bu yazıda ümumi terminologiyaya sadiq qalaraq, String terminində birbaşa istifadə edəcəyəm.
String Teorisi, müəyyən bir şəkildə titrəşən ipvari Stringlərin(Simlərin) , kütlə və yük kimi xüsusiyyətlərə sahib hissəciklər kimi davranabiləcəyini iddia edir. 1980-ci illərdə fiziklər, String Teorisinin təbiətdəki başlıca dörd qüvvə (cazibə, elektromaqnit, güclü qarşılıqlı (qüvvətli nüvə qarşılıqlı təsir] və zəif qarşılıqlı ( zəif nüvə qarşılıqlı təsir) ilə maddənin bütün növlərini bir kvant mexaniki modelində (uzun müddətdir gözlənilən “birləşmiş sahə nəzəriyyəsi”) birləşdirmə potensialına sahib olduğunun fərqinə vardılar.
Teoridəki təməl fikir, həqiqətin əsas komponentlərinin rezonans tezliklərində titrəşən və Planck uzunluğunda olan (10-35 mm) Stringlər-Sicimlər-Simlər,olduğudur. (Fərqli adlarda yazmamım səbəbi, Nəzəriyyənin adının dəqiq tərcümə edilməməsidir. Yəni yazdığım adlarda Nəzəriyyəni görə bilərsiniz.)
String Teorisi 6 yeni boyut ortaya qoyur. Lakin bu ölçüləri standart mənadakı məkan və zaman ölçüləri deyil, bunlara bağlı alt ölçü kimi qavramlardır (bildiyimiz 3 kosmos və 1 zaman ölçüsü üzərində dairəvi olaraq qatlanmış əlavə ölçülər) Örnək olaraq bu ölçülərdən biri 5-ci ölçü olan paralel kainat və ya zamanda qırılma yaşanılan ölçüdür. Bilindiyi kimi hər hansı bir atomdakı hər hansı bir elektron belə bir qat  dəyişdirsə yeni bir paralel kainat yarana bilər .Yenə nümunə olaraq çox incə bir tel düşünək 2 mm qalınlığında, bu tel uzaqdan baxanda bizim üçün tək ölçülü bir düz xətdir, digər ölçüləri bizim üçün yox kimidir. Lakin bu telin üzərində hərəkət edən bir qarışqa, telin üzərində sağa və sola gedib tur ata bilər və o istiqamətlərdə də ölçü(boyut) vardır.əsas bunu demək isdəyirəm ki, o ölçülər ancaq o səviyyəyə enincə məna qazanar və hər zaman görünməzlər. Membranların meydana gətirdiyi parçacıqların da çox kiçik səthlər olduğu və onların səviyyəsinə enincə aydın ola biləcəyi düşünülməkdədir. Bu səthlər fərqli rezonans titrəmələrində fərqli atom altı parçacıqları, bu atom altı zərrəciklər də birləşərək atomları meydana gətirməkdədirlər.
Atomun təməl quruluş daşları olan proton və elektron əslində özünü meydana gətirən alt hissəciklərdən ibarətdir. Bu hissəciklər, sürətləndiricilərdə laboratoriyalarda edilən təcrübələrlə təsdiq olunmuşdur.Lakin, “bu parçacıqların altında hansı hissəciklər var” və “bunların quruluş daşı-əsas təməli  nədir” suallarına cavab vermək çətindir. Elə buna görə də bu zərrəcikləri  bir-birindən fərqli edən String Teorisinə görə, 6 fərqli ölçü ehtiva edən və müxtəlif titrəmələrlə titrəşən sicimsi(string) hissəcikləridir. Bu stringlər bir tezlikdə titrəşib protonu, başqa bir tezlikdə titrəşib elektronu meydana gətirirlər. Stringlər  fərqli titrəmələr edərək fərqli təməl zərrəcikləri meydana gətirir. bu səbəbdən, bildiyimizdən daha çox  boyut(ölçü) anlayışı ortaya çıxmışdır.
String Teorisi son inkişaflar işığında membran (incə zər) teoremi (M-Teory) olaraq özünü göstərir. Zərrəciklərin string  deyil, bir membran kimi olduğu və fərqli ölçülərdə büzüştüğü düşünülməkdədir. Membran Nəzəriyyəsi M-Teory  olaraq da adlandırılmaqdadır. Son illərdə  iki ayrı uca sahib-həm açıq stringlər həm də bağlı stringlər qavramı ortaya çıxmışdır . stringlər iki cür fərqli zərrəcik növləri verən, bir az fərqli şəkillərdə davranılar. Örnək versək, Açıq Uclu stringlərə Graviton, Qapalı uclu stringlərə isə foton kimi zərrəciklər qarşılıq gəlir. Açıq stringlərin hər iki açıq ucları qarşı-qarşıya gələrək, bir-birinə bağlana bilər və qapalı stringlər yarada bilərlərə. Buna görə də, bütün stringlər öz daxillərində  qapalı stringlər daşıyırlar.  String nəzəriyyəsi, Yerçəkimi daxil olmaqla bütün qarşılıqlı təsirləri öz içərində əks etdirir.  Son 10 ildə əldə edilən çalışmalar sayəsində String Nəzəriyyəsi “Super String Teroisi” adını aldı. Son 5 ildə isə Hər şeyin Teorisi olaraqda anıldı…Hətta bir çox Fiziklər bu nəzəriyyənin bizim kainatı açıqlayan The Theory of Everything, yəni Hər şeyin Teorisi olduğuna inanırlar. Hər şeyin Nəzəriyyəsi demək, atomaltı zərrəciklərdən tutmuş atomlara , Qara dəliklərdən(Black Hole) ta ki, Böyük Partlamaya(Big Bang) qədər hər şeyi öz içində saxlayan bir Nəzəriyyə deməkdir. Hələlik əksik tərəfləri var. Bu barədə xüsusi yazı yayımlanacaqdır…
Stringləri(Simləri-Telləri) Bir Kamançanın telinə bənzədə bilərik, necə ki fərqli tezliklərdə fərqli səslər yaranırsa, burada da eynilə fərqli titrəmələr fərqli şeylər yaradır.  Bir Strigin Bir atomun böyüklüyünə olan nisbəti, bir atomun bütün Günəş sisteminə olan Nisbətinə bərabərdir. Stephen Hoking burdan yola çıxaraq, “ Kütlə Çəkimin Kvant Teorisi”ni ortaya atmışdır.
Son olaraq Xülasə edəsi olsaq, String Nəzəriyyəsi, bildiyimiz 4 ölçülü kainat modelinə, daha 6 ölçü daxil edir.

  •       En
  • Boy
  •  Yüksəklik
  •  Zaman
  • Fəzada qırılmağa məruz qalmış Paralel Kainat




Və beləcə 12 cı boyuta qədər gedib çıxa bilərik.
Adları tam yadımda qalmasa da , son 11-ci və 12 ci boyut haqqında bunları deyə bilərəm ki, 11-ci boyut(ölçü)  daha fərqli membran zərrəciklərinin titrəməsiylə ortaya çıxan və adına kainat deyə bilməyəcəyimiz “slackenu”lar yaratmaqdadırlar. Slackenuc, bilmədiyimiz digər kainatlara verilən ad deyil, tamamən fərqli membran zərrəciklərinin titrəməsiylə ortaya çıxan, kainat ölçüsündə və bəzi öncül Fiziklər tərəfindən qəbul edilən bir qavramdır. Fərqli membran zərrəciklərin titrəməsiylə ortaya çıxan “Slackenuc”lar arası keçid isə  “Anerk” adı verilən 12-ci boyutu(ölçünü) yaratmaqdadır və Anerkin təxminən bütün ehtimalları özündə saxladığına inanılmaqdadır. Anerk bir anlamda, Fiziklərin Tanrı qavramı üçün  iddida etdikləri bir teoridir.


Nəzəriyyənin iddia etdiyi əsas şey isə, Bütün kainatı var edən əslində incə ipvari və daima rezonans hallarda titrəyən stringlərin olduğudur. Bu stringlər müxtəlif titrəmələr sayəsində müxtəlif təməl zərrəcikləri var edir ki, onlar da atomları yaradılar. Yəni sərt maddə əslində, durmadan titrəyən Tellərdən var olmuşdur. Bu dəqiq olaraq müşahidə edilməsə də, Riyazi modeli hazırdır və bütün formullar bir-birinə uyğun gəlir.

Sadig Şamilov

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin