Şəkərə qarşı olan aludəçiliyimizin təkamül səbəbləri

0

Öncə onu qeyd edək ki, şəkər bizim üçün şirin olsa da bu heç də hər canlı üçün belə deyil, məsələn qarışqayeyənlər üçün qarışqa şirindir, bizim üçün isə şəkər. Bəs nəyə görə şəkər? Onda keçək yazımıza.

Biz dişlərimizin çürüməsində əcdadlarımızı günahlandıra bilərik. Milyon illər əvvəl primatlar

şəkərlə zəngin olan meyvələrlə yaşayırdılar. Bu heyvanlar elə təkamülləşmişdilər ki, yetişmiş meyvəyə olan sevgiləri kal meyvədən daha çox idi, çünki bu meyvənin şəkər tərkibi daha çox idi və canlını daha çox enerji ilə təmin edirdi.

Harvard universitetinin professoru Daniel Lieberman deyir ki, insanın şəkərə olan aludəçiliyinin tarixi çox dərinlərə gedir. Əlavə olaraq şəkər enerji təmin etməklə bərabər piy ehtiyatını saxlamağı da təmin edir. Biz qənd yeyəndə bədənimiz bunu qlükozaya və fruktozaya parçalayır.

Kolorado universitetinin professoru Riçard Consona görə fruktoza bizim bədənimizdə olan prosesləri sürətləndirir və bizi daha çox piy saxlamağa məcbur edir. Qidanın tapıla bilmədiyi bir vaxtda ovçuluq etmək əcdadlrımız üçün

güvənli deyildi, ona görə də onlar üçün piy saxlamaq bir sağlamlıq riski yox, üstünlük idi. Conson qeyd edir ki, bizim əcdadlarımız 15 milyon il əvvəl qlobal sərinləşmə dövründə ciddi bir aclıq dünəmindən keçiblər. Bu dövrdə hətta kiçik miqdarda piyi belə saxlayan primatların fruktozaya olan aludəşiliyini artıran bütün mutasiyalar təbii seçmə tərəfindən dəstəklənirdi. Fruktozanı qəbul edirdilər və aclıqdan ölmə ehtimallarını azaldırdılar.

Lieberman deyir ki, bir insanın Paleolit dövründə şəkərə nifrət etməsini düşünək, bu halda o kifayət qədər şəkər qəbul etməzdi, enerjisi olmazdı və nəsil artıra bilməzdi. Buna görə də bizim əcdadlarımızı şəkər yeməyə meyilləndirən istənilən faktor onların genlərini ötürə bilmələri üçün çox vacib idi. Bizim əcdadlarımız üçün şəkər aludəçəliyi çox vacib idi, çünki şəkər qıt idi, ancaq indi şəkərə rahatca əli çatan bizlər üçün bu aludəçilik vacib deyil, əksinə zərərlidir. Bizim əcdadlarımız yediyi ən şirin şeylər indiki kök qədər şirin idi, ancaq əvvəlcə əkinçiliyin yaranması, daha sonra isə texnologiya şəkər istehsalını kifayət qədər artırdı.
Bugün ABŞ-da adam başına hər gün 22 çay qaşığı şəkər qəbul edilsə də, bu rəqəm Dünya Səhiyyə Təşkilatının normativlərindən dörd dəfə çoxdur və buna görə də bir çox insan diabetdən, obesitydən, ürək xəstəliklərindən əziyyət çəkirlər. Biz başa düşməliyik ki, şəkərin qəbul edilməsi bizim qidaya ehtiyacı olan, və özü üçün ehtiyat piy saxlamalı olan əcdadlarımız üçün çox vacib olsa, biz hal-hazırda eyni şərtlər altında yaşamırıq və şəkərə olan bu aludəçiliyimizin bizdə xəstəliklərə və dişlərin xarab olmasına səbəb olmasına imkan verməməliyik.

Mətləb Məmmədli

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar