Qarşımıza yad planetli çıxarsa, din necə olacaq?

50
Başqa planetlərdə həyat olması, din ilə üst-üstə düşməyə bilər. Bununla belə, BBC Future müşahidəçisinin yazdığı kimi, dinlərin bir çoxu yad planetlilərin mövcudluğu ehtimalını inkar etmir.

2014-cü ildə NASA (Amerika Milli Havaçılıq və Kosmos Dairəsi), New Jersey-də yerləşən ekümenik tədqiqat institutu Ruhanilər Sorğu Mərkəzinə, “astrobiologiyanın ictimai təsirini” araşdırmaq üçün 1.1 milyon dollar vəsait ayırıb.

Bəziləri bundan hiddətlənir. Kilsə ilə dövlət arasında fərqi aşılayan Dindən Azadlıq Fondu (Freedom From Religion Foundation – FFR), NASA-dan qrantı geri çəkməyi istəyir və əks-təqdirdə NASA-nı məhkəməyə verməklə hədələyir.

FFR narahatçılığının hakimiyyət və dini təşkilatların qarışması olduğunu bildirir və qrantı pul itkisi hesab edirdi. “Elm, öz inkişafının iman əsaslı inanclara necə təsir edəcəyindən narahat olmamalıdır.”

FFR-in arqumenti diqqətə alınmasa belə, bir gün yad planetlilər aşkar olunarsa, insanlıq buna reaksiya verməlidir.

Bu, elmin gücünü çatmadığı suallara yol aça bilər. Məsələn, “Həyat nədir?” deyə soruşduqda, elmi, yoxsa teoloji sual veririk? Həyatın başlaması və gələcəyi ilə bağlı suallar çox qarışıqdır və nizamlı, kompleks şəklində cavablandırılmalıdır. Və buraya, yad planetlilərin aşkarlanması ilə bağlı cavablarımız da daxildir.

Bu, boş təxəyyül deyil: bir çox alimlər dünyadan kənardakı həyatın mövcudluğu ilə bağlı cümlələri əgər ilə deyil, nə zaman ilə başlayırlar.

Bu əminliyin səbəbləri çoxdur, lakin ən əsası, alimlərin bizim Günəş Sistemimizdən kənarda yerləşən planetləri sürətlə aşkarlamasıdır. 2000-ci ildə astronavtlar bu cür “xarici planetlərdən” 50 -i haqqında məlumatlı idilər.

2013-cü ilə qədər onlar, təxminən, 800-dən çox planet sisteminə daxil 850 planet aşkarlayıblar. Vanderbilt Universitetinin astronomiya üzrə dosenti və Dinlər və Dünyadan Kənardakı Həyat (Religions and Extraterrestrial Life) adlı kitabın müəllifi David Weintraub-a əsasən, rəqəm 2045-ci ilədək bir milyona çata bilər.

“Biz, xarici planetlərin sayının ulduzlar kimi saysız olacağını gözləyə bilərik,” o yazır.

Aşkar olunan planetlərdən 20-i yer ilə eyni ölçülər və ulduzları ətrafında “həyat üçün yararlı” əraziyə malikdirlər. Buraya ən son tapılan və Proxima Centauri-yə daxil Proxima b də daxildir.

Həqiqət budur ki, kosmosa daldıqca, bizim planetimizin həyat üçün yararlı yeganə planet olmadığından əmin olursan.

Astronomlar getdikcə günəş sistemindən kənarda daha çox planetlər aşkarlayırlar və bəziləri kənar həyatın olmasını danılmaz sayır
Astronomlar getdikcə günəş sistemindən kənarda daha çox planetlər aşkarlayırlar və bəziləri kənar həyatın olmasını danılmaz sayır

Bir neçə istisna ilə Seti (the Search for Extra-Terrestrial Intelligence – Dünyadan Kənar İntellekt Axtarışı) haqqında müzakirələr, adətən çətin elmlərin əsasında dayanır. Seti-nin nəticələrini aşkarlamaq üçün biologiya və fizikanın gücündən əlavə, insanlıq, fəlsəfə və hətta teologiyaya ehtiyac var.

Carl Sagan-ın Kosmik Sual (The Cosmic Question – hazırda çapı dayandırlıb) adlı kitabında göstərdiyi kimi, “kosmik kəşfiyyatlar birbaşa dini və fəlsəfi suallar doğurur”. Biz, inanclarımızın yeni varlıqlara qarşı nə dərəcədə tolerant ola biləcəyi – və ya imanımızı tamamilə dəyişmək iqtidarında olduğunu düşünməliyik.

Sakit okean Lüteran Teoloji Seminarından İlahiyyat üzrə Fəxri Professor Ted Peters tərəfindən müəyyənləşdirilən ekzoteologiya və ya astro-teologiya adlı bu suallara cavab axtararkən, onun da bildirdiyi kimi “dünyadan kənardakı həyatın dini əhəmiyyəti ehtimalı”na nəzər salmaq lazımdır.

Biz nə dərəcədə nadirik?

Yad planetlilərin aşkarlanması, hansı məsələlərə yol açacaq? Gəlin bizim nadirliyimiz suallı ilə başlayaq – o məsələ ki, ilahiyyatçı və alimləri hər zaman düşündürüb. Paul Davies-in Biz Təkikmi? (Are We Alone?) adlı kitabında izah etdiyi kimi, Set-ni axtarmağın üç prinsipi var.

Bunlardan birincisi, təbiətin təkcinsliliyidir – dünyada görünən fiziki proseslər Kainatın başqa yerlərində də mövcud ola bilər. Yəni, həyat yaradan eyni proseslər, onu hər yerdə yarada bilər.

İkinci prinsip çoxluqdur, yəni burada, mümkün olan hər şeyin reallaşacağı təsdiq olunur.

Seti-nin məqsədləri üçün ikinci prinsip iddia edir ki, əgər həyatın yaranması üçün heç bir əngəl yoxdursa, həyat yaranacaq və ya termini yaradan amerikalı filosof Arthur Lovejoy-un dediyi kimi, “varlığın heç bir əsl ehtimalı, yerinə yetirilməmiş qala bilməz”.

Sagan bunun səbəbini belə izah edir: “Görünür ki, həyat üçün əlverişli planetlərdə onun mənbəyi, Kainatın kimyəvi quruluşunu yaradır.”

Üçüncü – sıravilik prinsipi, Yerin statusu və ya Kainatdakı mövqeyi ilə bağlı xüsusi heç bir şey iddia etmir.

Bu, İbrahimi dinlər üçün ən böyük problemi yarada bilər. Çünki, prinsip iddia edir ki, bəşəriyyət Allah tərəfindən məqsədli şəkildə yaradılıb və digər varlıqlara nisbətən daha üstün mövqeyə sahibdir.

İnsanlığın vahidliyi ilə bağlı düşüncəyə sahib dindar insanlar, yadplanetlilərin aşkara çıxması ilə çətinliklə üz-üzə qala bilərlər
       İnsanlığın vahidliyi ilə bağlı düşüncəyə sahib dindar insanlar, yadplanetlilərin aşkara çıxması ilə çətinliklə üz-üzə qala bilərlər

Bizim müasir elm dünyamız, sıraviliyimizi qavrama əsasında yaranıb. Dinlər və Dünyadan Kənardakı Həyat kitabında David Weintraub-un göstərdiyi kimi: “1543-cü ildə kimya mühəndisi Kopernik, Yerin Günəş ətrafında orbit üzrə hərəkət etdiyini aşkarladıqdan sonrakı intellektual inqilab… Aristoteldən qalma geosentrik Kainat qalıqları tarixin zibil qabına atdı.

Kopernik inqilabı, sonralar təsdiq edildiyi kimi, alimlər üçün bünövrə oldu.

Davies də planetimizin “tipik qalaktikada tipik ulduz ətrafında tipik planet” olduğunu iddia edir. Sagan isə bunu daha təəccüblü formada izah edir: “Biz, bəşəriyyətdən daha artıq qalaktikaların mövcud olduğu kainatın hansısa bir unudulmuş küncündə yerləşən, monoton bir ulduzun önəmsiz bir planetində yaşadığımızı aşkarlamışıq.”

Bəs öz varlığının Allahın şah əsəri olması fikrinə sahib inanclı insan, bununla necə barışa bilər? İnsanlar, öz planetlərinin milyardların bir hissəsi olduğu və Allahın göz bəbəyi olmadıqlarına necə inanarlar?

Zəkalı yadplanetlilərin tapılması, insanın özünü qavramasında Kopernik effektinə bənzər bir hadisəyə səbəb olacaq. Bu tapıntı, inanclıların özlərini əhəmiyyətsiz hiss etməsi və nəticədə imanlarını sual etməsinə gətirib çıxaracaqmı?

Narahatçılığın yanlış istiqamətləndirildiyini düşünürəm. Allahın insanları yaratması və idarə etməsi ilə bağlı iddialar, heç vaxt dünya mərkəzli olmayıb. Həm yəhudi, həm də xristianların müqəddəs saydıqları Zəburda, Allahın bütün ulduzlara ad verdiyi deyilir.

Talmuda əsasən, Allah gecələrini 18,000 dünya boyunca uçmaqla keçirir. İslam da iddia edir ki, “cənnətlər və yerdə olan hər şey” Allahındır və Quranda deyilir ki, bu qaydanın tətbiqi bir kiçik planetdən qat-qat artığına aiddir. Bütün müqəddəs yazılar birmənalı olaraq insanın, eyni anda bir neçə şeyi bacaran Allah üçün xüsusi olduğunu vurğulayır.

Hərfi qavramadan asılı olaraq, bəzi müqəddəs yazılar, yad planetlərdəki həyatı inkar etmir.
          Hərfi qavramadan asılı olaraq, bəzi müqəddəs yazılar, yad planetlərdəki həyatı inkar etmir

Bundan başqa, biz “xüsusi” sözünü təkrarsız, nadir və ya təcrid edilmiş fenomen kimi qiymətləndirməməliyik. Peters-in də dediyi kimi, Kainatın başqa bir yerindəki həyatın aşkar olunması, Allahın Yerdəki həyata sevgisini azaltmayacaq, “valideynlərin övlada sevgisini bacı və ya qardaşın olması azaltmır”. Əgər Allaha inanırsınıza, onun ulduz övladlarından yalnız bir neçəsini sevdiyini düşünmək lazım deyil.

Vəhy

Bəs səmavi kitablar, yad həyatın mümkünlüyünü qeyd edirlərmi? “Dində ən sadə şey,” katolik kahin və teoloq Thomas O’Meara yazır, “insan təbiətində olan, lakin əlçatmaz bir şeylə əlaqədir.”

Yəhudilər, xristianlar və müsəlmanlar üçün bu, hər nə qədər xüsusi tarixi hadisələrlə bağlı olsa da, yazılı vəhylərdən ibarətdir.

Ən yaxşı teologiyalar, bu məhdudiyyətləri tanıyır. Bəziləri isə yox. Və həmin inanclılar üçün yad planetlərdə həyatın olması bir az təhlükə kimi görünə bilər.

Weintraub düşünür ki, yevangelistlər üçün Seti-i qəbul etmək çətin ola bilər, çünki onlar, öz müqəddəs kitablarına yüksək dərəcədə hərfi mənada yanaşırılar.

Onların hermenevtik irsi, Lüterin Sola Scriptura-sına qədər gedib çıxır. Burada Allahın qurtuluş üçün planını anlamağın “Yalnız Müqəddəs Yazı”nı qavramaq olduğu car çəkilir. (Bir diqqətəlayıq istisna: yevangelist Billy Graham 1976-cı ildə National Enquirer-ə, Allahın “kosmosun çox uzaq bir yerində” yad həyat yaratdığına “ürəkdən” inandığını demişdi.)

Onlar, digər hər hansı yazı və ya ideyanın Tövrata uyğun qiymətləndirilib qəbul olunmasına inanırlar.

Misal üçün, götürək Darvinin təkamül nəzəriyyəsini. Bəzi yevangelistlər bunu inkar edərək, Allahın dünyanı yeddi gündə yaratdığını deyirlər.

Bu, dünya üzrə xristianların təkrarladığı bir şüarda cəmləşib: “Allah buyurubsa, buna inanıram və məsələ bitib!” Əgər bu xristiandan yad planetlərdəki həyata inanıb-inanmadığını soruşsanız, onun instinktiv olaraq ilk cavabı çox güman ki, Tövratda Allahın yaradılış haqqında dedikləri olacaq.

Allahın yaratdıqları arasında yad planetlərdəki həyatın olması ilə bağlı heç bir dəlil tapmayaraq o sözünü, kreasionist Jonathan Safarti kimi, insanların kainatda yalnız olduğu ilə bitirəcək.

“Müqəddəs yazı təkidlə başqa həyatların mövcudluğunu təkzib edir,” o, Elm və Teologiya Xəbərlərində (Science and Theology News) yazıb.

Xristian, İnkarnasiyaya da (Təcəssüm) dərindən inanır. Xristianlıqda Allahın birinci əsrdə Nazaretdən olan İsa qismində yerə endiyi inamı mövcuddur. Xristianlığa əsasən, qurtuluş yalnız İsanın ölümü və dirilməsi nəticəsində baş verə bilər. Allaha gedən bütün yollar, ondan keçir. Bəs, İsanın hekayəsindən xəbərsiz Kainatdakı digər sivilizasiyalar üçün bunun bir anlamı varmı?

İnanclı kəslər, dinlərinin - və onun xilas üçün göstərdiyi yolların - yad planetlilərə də aid olduğunu sualı ilə qarşılaşa bilərlər
   İnanclı kəslər, dinlərinin – və onun xilas üçün göstərdiyi yolların – yad planetlilərə də aid olduğunu sualı ilə qarşılaşa bilərlər

Thomas Paine 1794-cü ildə Səbəb Dövrü (Age of Reason) adlı müxtəlif dünyalarla bağlı məşhur müzakirəsində bu suala həll tapmağa çalışıb.

Dünyaların sonsuz çoxluğuna inanmaq, Paine-ə görə, “inamın Xristianlıq formasını gülünc şəkildə alt-üst edir”. Hər ikisini eyni anda qəbul etmək mümkün deyil, o yazıb, və “hər ikisinə inanan şəxs, iksi haqqında da çox az biliyə malikdir”.

Allahın yerdə qalan dünyaları “düşünməyib” yaratdıqları arasında yalnız bunda ölməsi nə dərəcə ağlabatandır? Yoxsa, Allahın “bu əngin yaradılışları içindəki hər bir dünyaya” ayrıca səfərimi olur?

Əgər bu doğrudursa, o zaman həmin şəxsin “bir dünyadan digərinə getməkdən və hər dəfəsində ölməkdən başqa işi yoxdur” deyə Paine yekunlaşdırır.

Xülasə: əgər Xristianlığın xilası yalnız Allahın İnkarnasiyası baş verən dünyalarda mümkündürsə, bu o deməkdir ki, Allah həyatını kosmosdakı dünyaları gəzib, çarmıxa çəkilib və yenidən dirilmə ilə keçirir. Bu, Paine-ə tamamilə absurd görünür və o, Xristianlığı inkar edirdi.

Lakin, problemə baxmağın başqa yolu da mövcuddur ki, bu, Paine-in ağlına gəlməyib: bəlkə Allahın Yer üzündəki təcəssümü, Kainatdakı bütün yaradılışlar üçün “keçərlidir”.

Bu fikrin sahibi, Yezuit kahini, Vatikan Rəsədxanasının keçmiş direktoru və 2010-cu ildə çap edilən Çoxlu Dünyalar: Yeni Kainat, Dünyadan Kənardakı Həyat və Teoloji Təsirlər (Many Worlds: The New Universe, Extraterrestrial Life and the Theological Implications) adlı kitabın müəllifi George Coyne-dir.

“O necə Allah ola bilər ki, dünyadakıları günah içində buraxıb gedir? O, yeganə oğlu İsanı göndərib… Allah bunu dünyadan kənardakı canlılar üçün də edibmi? Bunun Xristian teologiyası il dərin əlaqəsi var… Tanrının qurtuluşunun universallığı və hətta, bütün yaradılışlar, eləcə də, cansızlar qavramı müəyyən bir yolla onun xilasından asılıdır”.

Daha başqa bir mümkünat da var. Qurtuluşun yalnız Yerə məxsus olduğu yanaşması.

Teologiya bizdən, Kainatdakı digər zəkalı varlıqların da günaha batması fikrini tələb etmir.

Bəlkə də insanlar özünəməxsus formada pisdirlər. Və ya, dini dildə desək, bəlkə də Yer, Adəm ilə Həvvanın evi olacaq qədər bədbəxtdir.

Bizim ulduz bacı-qardaşlarımızın mənən asılılığı və mənəvi qurtuluşa ehtiyacı olduğunu kim bilə bilər ki? Bəlkə də onlar bizim inkişafımızın bu mərhələsində, daha mükəmməl mənəvi varlıq olmanın yolunu tapıblar.

Dinlərin əksəriyyəti mənəvi təcrübələrə əsasən, xüsusi ayinlər tələb edir
             Dinlərin əksəriyyəti mənəvi təcrübələrə əsasən, xüsusi ayinlər tələb edir

Davies-in qeyd etdiyi kimi, mənəvi düşüncə heyvandan həm şüur, həm də “hərəkətlərinin nəticələrini qavrayacaq zəka səviyyəsi” tələb edir. Yer üzündə bu dərrakənin bir neçə milyon yaşı var.

Əgər Kainatın digər yerlərində həyat mövcuddursa, çox güman ki, onun təkamülün bizimki ilə eyni mərhələdə deyil.

Kainatın mövcudluğunun nə qədər böyük bir yaşa sahib olduğunu nəzərə alsaq, ən azından bir neçə həyatın daha qədim və beləliklə də, bizimkindən daha təkmil olması ağlabatandır.

“Özümüzü Kainatın mənəvi baxımdan ən az inkişaf etmiş varlıqları hesab etməməliyik,” Davies deyir.

Əgər Davies haqlıdırsa, demək, ulduz bacı-qardaşlarına Allah haqqında danışmaq insanların payına düşməyəcək. Təhsil tamamilə başqa cür gedəcək.

Gəlin qeyd edək ki, bu imkan, səmavi dinlərin ilahi vəhy iddiasını pozmur.

Tanrının Kainatdakı bütün intellektual varlıqlara həqiqətləri eyni cür çatdırmasını təsəvvür etməyə ehtiyac yoxdur.

Digər sivilizasiyalar ilahi vəhyi, özlərinə uyğun fərqli yollarla qavraya bilərlər.

Kimlik

Bəs dinlər arasındakı fərqlər necə? Bu kəşf dinlərin kimliyinə necə təsir göstərəcək? Phillip Klass 1974-cü ildəki Venerada Ravvin Var! (On Venus We Have Rabbi!) həkayəsində yəhudilər və başqa dindarları bu sualı düşünməyə çağırırdı.

Hekayənin gələcəkdəki bir məqamında yəhudi icması, Venera planetində Kainatın ilk Ulduzlararası Neozionist Konfransını keçirir.

İştirakçılar arasında çox uzaq bir ulduz Rigel-dən gələn intellektual yadplanetli növü Bulbas da var.

Konfransdakı yəhudilər, Bulbas-ların boz ləkəli və caynaqlı fiziki görkəmindən təəccüblənirlər. Onlar qərara gəlirlər ki, Bulbas-lar insan ola bilməz və buna görə də yəhudi sayıla bilməzlər.

Ravvin məhkəməsi yəhudilərin yeni qonaqları barəsində nə düşündüklərini sual edir. Onlar soruşurlar ki, əgər bir gün, insanlar yəhudi olmaq istəyən yadplanetlilərlə qarşılaşsalar, nə baş verər? “Yox, qətiyyən uyğun deyilsiniz deyəcəyikmi?”

Ravvinlər bunun yaxşı cavab olmadığı qərarına gəlir və veneralılar üçün paradoksal bir yol təklif edirlər: “Biri var yəhudilər – və biri də var yəhudilər. Bulbas-lar ikinci qrupa aiddirlər.”

Hekayənin yumorunun kulminasiyası, bizim milliyyətçiliyi dinə uyğun qavramamızdadır. Kimliyin müəyyənləşdirilməsi dünyaları qruplara bölmək iqtidarındadır: biz və onlar.

Amma, məsələ dindirsə, ayırım kosmik ölçüdə baş tutur və Allah bizim tərəfimizdə olur. Bu həmişə mədəniyyətlər arası dəyişkənliyin çətinliyi olub və danışıqların mövzusu kimi qiymətləndirilsə də, sərhədləri itməyib.

Məkan qavramı bir çox dinlər üçün çox vacibdir - yəni bu, inancların planetimizdəki həyatla bağlı olması anlamını verir
        Məkan qavramı bir çox dinlər üçün çox vacibdir – yəni bu, inancların planetimizdəki həyatla bağlı olması anlamını verir

Yəqin ki, bu, Xristianlığın bəzi gündəlik ayinlərin daha az olduğu növlərinə nisbətən, Yəhudilik və İslam üçün daha çətindir. İslamı düşünün. Ona inananlar, ilboyu müxtəlif fiziki ayinləri yerinə yetirməlidirlər. Qurucusunun dini ayinlər üçün məkan vacibliyini aradan götürən Xristianlıqdan fərqli olaraq, İslam məkana çox bağlı dindir. Gün ərzində beş dəfə olmaqla, fiziki əyilmə və diz çökmə ilə müşayiət olunan namaz, üzü Məkkəyə doğru qılınır. Müəyyən vaxtlarda oruc tutulmalı və bacaran müsəlmanlar Məkkəni ziyarət etməlidirlər. İudaizmin də eynilə özünəməxsus orucları və – baxmayaraq ki, bu tələb olunmur – Müqəddəs Torpağa taglit deyilən ziyarəti mövcuddur. Müasir İudaizm, faciəli sürgün və diaspora tarixini nəzərə alsaq, İslam qədər məkandan asılı deyil.

Bəs, yadplanetlinin Yerdəki dinlərdən birinin nümayəndəsi olması üçün nə lazım olacaq? O, nəyi etməli olacaq? Gündə beş dəfə namaz qılmaq? Yəqin ki, onun planeti bizimki istiqamətdə dövrə vurmur və günlər daha qısadır – o zaman Yerdəki müsəlmanlar qədər namaz qılmalıdırmı? Vəftiz olunmalıdırmı? Sukkot üçün çadır qurmalıdırmı? Yadplanetlilərin bizimlə oxşar fiziki quruluşa malik olmadığına inansaq da, onların fiziki bədənlərinin olmasına şübhə yoxdur. Bəlkə də şübhə olmalıdır. Bu, onların dini qəbul etmə variantlarını məhdudlaşdırarmı?

Bu qeyri-ciddi ekzoteologiya kimi görünə bilər, lakin, önəmli olan budur ki, bizim dinlərimizin hamısı Yer-mərkəzlidir. Bunda heç bir qəbahət yoxdur. Ravvin Jeremy Kalmanofsky bu cür ifadə edir: “Din, insandır, üstünlüyə sosial reaksiyadır… Normativ Yəhudilik zehnimiz, mənəviyyatımız və bədənimizi müqəddəsləşdirmək üçün mükəmməl, zamanın sınağından çıxmış bir yol təqdim edir və bizi insan kimi saflaşdırır, dünyamızı inkişaf etdirir, müvəqqəti Dünyada həyatımızı əbədi Allahla birləşdirir.”

Onun nəticəsi? “Mən yəhudiyəm. Allah isə yox.”

Ravvinin nəzəriyyəsi, bizi digər kosmoslardakı və eləcə də bu planetdəki qonşularımız haqqında düşünməyə vadar edir. Əgər din, insanın ilahiliyə reaksiyasıdırsa – bu bizə ilahi tərəfindən aşılanıb və öyrədilibsə belə – cavabların, ərsəyə gəldiyi məzmundan asılı olaraq, fərqli olacağı da aydındır. Əgər Qərbi xristianlar, ilahiliyə öz üsulları ilə cavab verən yadplanetlilərin dini təcrübələrinə hörmət etməyi öyrənsələr, bəlkə o zaman, eyni prinsipləri Yerdəki müsəlmanlarla sülh içində yaşamaq üçün tətbiq edə bilərlər. Və əksinə.

“Milyardlarla günəş sistemi içində,” O’Meara yazır, “sevgi formaları – istər yaradılmış, istər yaradılmamış məhdud ola bilməz. İlahi həyatın reallaşması, bir-biri və ya yaradılış ilə zidd olamayacaq.”

Dinin sonu?

Əgər səhərimizi zəkalı yadplanetlilərlə əlaqə qurmaq xəbəri ilə açsaq, dinin reaksiyası necə olacaq?

Bəziləri bizim dindən kənarlaşaraq son məqsədə doğru yön alacağımızı düşünür. Peters tərəfindən aparılan bir təqdirəlayiq tədqiqat göstərib ki, yadplanetlilərin aşkara çıxmasının dünyəvi dinlər üçün çətinlik yaradacağına, dindar olmayan insanlar dindar insanlardan iki dəfə daha çox inanırlar (69% 34% nisbətində, müvafiq olaraq).

Lakin, dinin yadplanetlilərin gəlişi ilə ayaqda qala bilməyəcək qədər zəif olduğunu fikirləşmək də yanlışdır. Peters-in vurğuladığı kimi, bu iddia, “indiyədək baş verən adaptasiya dərəcəsini” şübhə altına almış olar.

Bir neçə diqqət çəkən istisnalardan – kreasionizm, zorakı fundamentalizm, eynicinslilərin nikahı – başqa din, qarşısına çıxan müxtəlif paradiqmalara adaptasiya olmağı bacarıb.

Əlbəttə ki, dinin yenidən-ixtira və adaptasiya xüsusiyyətləri, onun insanlarla bəsit səviyyədə bağlı olduğunu göstərən bir faktdır.

Dinin müəyyən aspektlərini, onları atmamaq şərti ilə yenidən gözdən keçirməyə dəyər, O’Meara qeyd edir.

“Var olma, aşkara çıxma və lütf, Yerdən başqa dünyalara da bəxş olunubsa, bu, xristianların özünü anlamasını təvazökar şəkildə dəyişəcək” – və əlavə etmək olar ki, bütün dinlərin özünü anlamasını.

Lakin, O’Meara deyir ki, “Bu, əlavə etmək və ya çıxarmaq məsələsi deyil, bəsit olanı yeni formada görməkdən ibarətdir.”

Bir çox dinlər, ulduzların Allah tərəfindən adlandırıldığına inanırlar.

Görəsən, Allah həqiqətən ulduzların sakinlərinə də ad verir? Və belə olduqda, onların Allah üçün də özünəməxsus adları varmı?

Brandon Ambrosino New York Times, Boston Globe, The Atlantic, Politico, Economist və digər dərgilər üçün də yazıb. O, Delaware-də yaşayır və Villanova Universitetinin teologiya üzrə aspirantıdır

 

Mənbə; BBC

Leave a Reply

50 Comments on "Qarşımıza yad planetli çıxarsa, din necə olacaq?"

Notify of
avatar
Sort by:   newest | oldest | most voted
try this out
Guest

I just want to tell you that I am newbie to blogging and truly savored your web site. Almost certainly I’m want to bookmark your blog . You definitely have wonderful writings. Kudos for sharing your web page.

-Emery EPS
Guest

I just intend to show you that I am new to posting and extremely adored your write-up. Very likely I am probably to remember your blog post . You seriously have lovely article blog posts. Be Thankful For it for swapping with us the best web write-up

`meTroclick
Guest

MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

Faytech NorTh America
Guest

Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

Gorzow
Guest

I have recently started a web site, the info you offer on this website has helped me greatly. Thank you for all of your time & work. “A creative man is motivated by the desire to achieve, not by the desire to beat others.” by Ayn Rand.

Tworzenie Gorzow
Guest

Good – I should definitely pronounce, impressed with your website. I had no trouble navigating through all tabs and related info ended up being truly easy to do to access. I recently found what I hoped for before you know it at all. Reasonably unusual. Is likely to appreciate it for those who add forums or anything, web site theme . a tones way for your customer to communicate. Nice task.

Zwrot Podatku z Zagranicy Gorzow Wlkp
Guest

Perfectly pent subject material, regards for entropy. “The bravest thing you can do when you are not brave is to profess courage and act accordingly.” by Corra Harris.

dealership
Guest

Definitely, what a fantastic website and enlightening posts, I definitely will bookmark your site.All the Best!

John Deere Service Manuals
Guest

I would really like you to become a guest poster on my blog.–;’-

Maszyny Rolnicze z Niemiec
Guest

Very interesting topic, thanks for posting.

http://bestresearchpapers.net
Guest

This is very interesting, You are a very skilled blogger. I have joined your feed and look forward to seeking more of your excellent post. Also, I’ve shared your site in my social networks!

Pozycjonowanie Stron Na Czym Polega
Guest

I dugg some of you post as I cerebrated they were invaluable extremely helpful

Tore Aus Polen
Guest

hi!,I really like your writing so much! percentage we be in contact extra about your article on AOL? I require a specialist in this space to unravel my problem. Maybe that is you! Looking ahead to see you.

www.columbusgis.com
Guest

you’re actually a excellent webmaster. The website loading speed is incredible. It kind of feels that you are doing any distinctive trick. Furthermore, The contents are masterwork. you’ve performed a wonderful activity on this topic!

http://brandsfavor.com
Guest

You could definitely see your enthusiasm within the paintings you write. The sector hopes for more passionate writers like you who aren’t afraid to mention how they believe. All the time go after your heart.

zgrzewarka do rur castorama
Guest

I really like your writing style, excellent information, regards for putting up : D.

http://gshguide.com
Guest

I must voice my love for your generosity for persons that actually need assistance with this particular matter. Your personal commitment to passing the message along appeared to be amazingly productive and have consistently enabled individuals like me to realize their objectives. Your new warm and friendly useful information indicates a great deal a person like me and even further to my fellow workers. Many thanks; from each one of us.

historicdowntownmocksville.com
Guest

Great blog here! Also your website loads up very fast! What host are you using? Can I get your affiliate link to your host? I wish my web site loaded up as quickly as yours lol

http://www.crammonduk.com
Guest

I do trust all the ideas you’ve offered in your post. They’re very convincing and can certainly work. Nonetheless, the posts are very quick for starters. May just you please prolong them a bit from subsequent time? Thanks for the post.

hurtownia odziezy roboczej
Guest

I like this blog so much, saved to my bookmarks. “Nostalgia isn’t what it used to be.” by Peter De Vries.

TravelAdvisor
Guest

Great awesome things here. I am very glad to peer your article. Thank you so much and i’m having a look forward to contact you. Will you please drop me a mail?

FinancialAudit
Guest

Wonderful web site. Lots of helpful info here. I¡¦m sending it to several buddies ans also sharing in delicious. And certainly, thanks on your effort!

SnowboardJackets
Guest

It¡¦s in reality a nice and useful piece of info. I¡¦m happy that you shared this useful info with us. Please keep us up to date like this. Thanks for sharing.

HealthTips
Guest

I do not even know how I ended up here, but I thought this post was good. I do not know who you are but definitely you’re going to a famous blogger if you are not already 😉 Cheers!

Buty Jeansowe Ccc
Guest

Enjoyed looking through this, very good stuff, thanks . “All things are difficult before they are easy.” by John Norley.

display
Guest

Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

InsuranceMarketplace
Guest
I needed to write you this very small observation to finally thank you so much over again considering the extraordinary guidelines you have discussed at this time. This is so tremendously generous with you to supply publicly exactly what many individuals might have made available as an electronic book in order to make some profit for themselves, chiefly now that you might have done it if you ever considered necessary. Those tactics in addition served as the fantastic way to be sure that someone else have similar desire just like my very own to find out more and more in… Read more »
Čižmy Mustang
Guest

I think you have mentioned some very interesting points , regards for the post.

displays
Guest

MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

http://www.yoghurtplus.com
Guest

I am really impressed with your writing skills and also with the layout on your weblog. Is this a paid theme or did you modify it yourself? Anyway keep up the nice quality writing, it’s rare to see a great blog like this one today..

ircyb.org
Guest

Hello, i think that i saw you visited my web site thus i came to “return the favor”.I am attempting to find things to improve my site!I suppose its ok to use a few of your ideas!!

www.kenoshanow.com
Guest

Hey There. I found your blog using msn. This is an extremely well written article. I will be sure to bookmark it and come back to read more of your useful info. Thanks for the post. I’ll definitely return.

Backlinks
Guest

I just hope to inform you you that I am new to wordpress blogging and absolutely valued your write-up. Likely I am prone to store your blog post . You really have stunning article content. Be Grateful For it for expressing with us your main blog write-up

Vancouver
Guest

Heya there, just became conscious of your weblog through Search engines like google, and realized that it is pretty useful. I’ll like if you retain this approach.

Obuv Mustang Výprodej
Guest

Thank you for sharing excellent informations. Your web-site is very cool. I am impressed by the details that you have on this site. It reveals how nicely you understand this subject. Bookmarked this website page, will come back for more articles. You, my pal, ROCK! I found simply the info I already searched everywhere and just couldn’t come across. What a perfect site.

Education Levels
Guest

I actually wanted to type a simple word so as to thank you for the nice secrets you are giving here. My particularly long internet investigation has now been compensated with really good tips to share with my friends. I ‘d believe that most of us website visitors actually are undeniably fortunate to live in a fantastic community with very many perfect professionals with helpful points. I feel really blessed to have come across your entire website page and look forward to so many more cool minutes reading here. Thanks a lot once again for all the details.

Insurance Premium
Guest

Awsome website! I am loving it!! Will come back again. I am taking your feeds also

www.hellomachinery.com
Guest

Just want to say your article is as astonishing. The clarity in your post is just nice and i can assume you are an expert on this subject. Well with your permission let me to grab your feed to keep up to date with forthcoming post. Thanks a million and please continue the gratifying work.

solomon2crm.com
Guest

Nice read, I just passed this onto a friend who was doing a little research on that. And he just bought me lunch as I found it for him smile So let me rephrase that: Thanks for lunch!

Piromax
Guest

I will immediately clutch your rss as I can not find your e-mail subscription link or e-newsletter service. Do you have any? Please allow me recognize in order that I may subscribe. Thanks.

Modern Interior
Guest

I think this is among the most vital info for me. And i am glad reading your article. But wanna remark on few general things, The website style is perfect, the articles is really nice : D. Good job, cheers

Legislature
Guest

What i do not understood is actually how you’re now not actually much more neatly-favored than you might be now. You are so intelligent. You know thus significantly in relation to this matter, produced me in my view imagine it from so many numerous angles. Its like women and men don’t seem to be interested unless it is one thing to accomplish with Girl gaga! Your own stuffs great. All the time maintain it up!

Pick Up Truck
Guest

You made some nice points there. I did a search on the subject matter and found most people will approve with your site.

Home Redesign
Guest

Hello there, I found your website by the use of Google while searching for a comparable matter, your web site got here up, it seems great. I’ve bookmarked it in my google bookmarks.

Market Health
Guest

Thank you for any other wonderful article. Where else could anyone get that kind of information in such an ideal way of writing? I have a presentation next week, and I’m on the look for such information.

Domowe Sposoby Na Czyszczenie Dywanu Shaggy
Guest

Merely wanna input that you have a very decent website , I the style and design it actually stands out.

Siłownia Gorzów
Guest

I see something genuinely interesting about your web site so I saved to favorites .

Interior Design
Guest
My wife and i have been so lucky Emmanuel could complete his analysis through the entire precious recommendations he received through your web page. It’s not at all simplistic to just find yourself giving away tricks which other people may have been making money from. And we also recognize we’ve got the website owner to thank for this. The most important explanations you’ve made, the simple site navigation, the relationships you aid to foster – it’s most powerful, and it’s leading our son in addition to us imagine that that issue is brilliant, which is unbelievably indispensable. Many thanks for… Read more »
Czyszczenie Dywanu Octem
Guest

Thanks for the sensible critique. Me & my neighbor were just preparing to do a little research on this. We got a grab a book from our local library but I think I learned more from this post. I am very glad to see such fantastic info being shared freely out there.

Imprezy Gorzów
Guest

I view something truly special in this site.