Niyə bəzi tünd rəngli saçlı kişilərin narıncı/qızılı saqqalı var?

0

Günümüzdə qadınlar gözəl, nəcib görünmək üçün makiyaj vasitələrindən istifadə edirlər. Kişilərdə isə bir növ bu vasitəni əvəz edən saqqallardır desək yanılmarıq.

18 – 60 yaş arasındakı kişilər, son  illərdə saqqal uzatmaq modasına maraq salıblar. Bu “tüklü” moda, yəqin ki, sizin də diqqətinizi çəkmişdir. Həmçinin  diqqətinizi çəkən başqa məqamlar da olmuşdur. Ən çox maraq doğuran suallardan biri də, niyə saç və saqqal rəngləri bəzən bu qədər fərqlənir? Fərdin ailəsində belə narıncı / qızılı saç (tük)  olmadığına baxmayaraq həmin fərddə bu rənglərdə tüklərin olmasının səbəbi nədir?

Petra Haak-Bloem (Erfocentrum-Hollandiyanin genetik işləri dəstəkləmə təşkilatı) bunun MC1R-geni ilə bağlı olduğunu deyir. Həmçinin “tük rəngini təyin edən gen (kod) tamamilə dominant (əsas, idarə edən) olmayan irsi xüsusiyyətləri ifadə edir, mənası isə həmin gen (kod)  bütün tüklərin eyni rəngdə olması şəklində kodlaşdırılmamışdır.  Bu genlər, bədənin fərqli bölgələrində (saç, saqqal, qaş, genital bölgə) fərqli şəkillərdə özünü göstərir” deyir.

 

Haak-Bloem bunun genlərin müəyyən saydakı fərqli piqmentlərlə (melanin) nə edəcəyi ilə əlaqəli olduğunu, həmçinin tük rəngini müəyyən edən 2 piqmentin olduğunu deyir-eumelanin (qara piqment) və pheomelanin (qızılı piqment)

Bundan başqa, “10 ildən az bir zamanda tədqiqatçılar 16-cı xromosomda insanların narıncı/qızılı tük rənginin qazanılmasında böyük rolu olan geni- MC1R genini kəşf etdilər. Bu genin funksiyası melanocortin adlı zülal sintez etməkdir. Bu zülal pheomelanini eumelaninə çevirir.”

“Bir adam valideynlərindən MC1R geninin iki fərqli mutasiyaya uğramış formasını  “irsinə” aldığı zaman, daha az pheomelanin, eumelaninə çevrilir. Həmin çevrilməyən pheomelaninlər piqment hüceyrələrində toplanır və həmin  adam açıq bədən  rəngi və qızılı / narıncı tüklərə sahib olur.” deyə izah edir.

 

Haak-Bloem həmçinin “bu mutasiyaya uğramış genlər əgər yalnız bir valideyndən  gəlirsə narıncı / qızılı tük çox az, tək-tük üzə çıxacaq, çünki bu xüsusiyyətin ortaya çıxmasının səbəbi bu genin növlərinin özünü göstərməsidir” deyə əlavə edir.

 

Mənbə:https://www.evrimselantropoloji.org/neden-turuncu-sakal/

Tərcümə etdi: Aysel Əliquliyeva

Redaktə etdi: Ziya Mehdiyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin