İrq nədir? İrq anlayışının tarixi inkişaf mərhələləri, müasir Antropologiyada yeri

98

İrq nədir? İrq anlayışının tarixi inkişaf mərhələləri, müasir Antropologiyada yeri.

Antropoloqların böyük əksəriyyəti müasir dövrdə yaşayan bütün insanların Homo Sapiens olduqları və ortaq kökə bağlı olmaqları məsələsində həmfikirdirlər. Yəni, qəbul olunan taksonomiyaya (təsnifata) görə yaşayan bütün insanlar Homo qrupunun (genus) Sapiens növünə (species) daxildirlər. Bundan başqa növlərdən daha kiçik kateqoriya da var. Bu alt-növdür (subspecies). Bu səbəbdən biz Sapiens növünün Sapiens alt-növünə (yarımnöv) daxil olmaqla Homo Sapiens Sapienslərik. Biz Sapienslərin birbaşa əcdadları ilə eyni vaxtda onlara qohum olan başqa Homo növləri də yaşamışdır. Məsələn, onlardan Neandertalların müasir taksonomiyadakı yerinə baxsaq, onlar da Homo qrupuna, Sapiens növünə, Neandertalensis alt-növünə daxildirlər. Bura qədər olan qruplaşdırılmalar demək olar ki, bütün antropoloqlar tərəfindən qəbul olunur. Əsas problemli məsələ alt-növdən sonra daha bir ayırıcı kateqoriyanın olub-olmaması məsələsidir ki, bu məsələdə antropoloqlar və bioloqlar vahid mövqeyə malik deyillər.

Ənənəvi təsnifatda (hələ də bir qisim tərəfindən qəbul edilir) Homo cinsi, Sapiens növü, Sapiens alt-növündən sonrakı daha kiçik kateqoriya kimi irqlərin olduğu qeyd olunur. Amma, irqlərin bir-birindən ayrılması üçün kəskin xətlər olmadığından irq anlayışının dəqiq və vahid açılışını vermək mümkün olmur. Digər tərəfdən, növ anlayışının isə dəqiq açılışını vermək mümkündür. Məsələn, XX əsrdə Biologiyanın əsas akademiklərindən biri olan Ernst Mayr-ın “Populations, especes et evolution” adlı əsərində də qeyd etdiyi kimi “Növ bir-biriləri ilə cinsi əlaqə vasitəsi ilə əlaqəyə girərək çoxala bilən qrupların toplusu”-dur. Yəni, növ başqa növlərə qapalı olan bir genetik sistemdir. Amma, irq anlayışına bu perspektivdən baxmaq mümkün olmadığı üçün problem yaranır. Qeyd olunan bütün insan irqlərindən fərdlər bir-biriləri ilə cütləşə bilərlər. Onların cütləşməsindən yaranan fərdlər özləri də nəsil verə bilmə qabiliyyətinə sahib olurlar. Bu çox vacib məqamdır. Belə ki, bəzən iki ayrı növ cütləşərək nəsil verə bilir, lakin bu yeni nəsil özü çoxalma qabiliyyətinə malik olmur (atla eşşəyin cütləşməsindən alınan qatırın nəsil verə bilməməsi nümunəsində olduğu kimi). Ona görə də iki canlının eyni növ kimi qruplaşdırılması üçün birləşərək nəsil vermə qabiliyyəti ilə yanaşı, alınan yeni nəslin özünün də nəsil verə bilməsi vacibdir. Bu qaydadan istifadə edərək, Homo Sapiens haqqında belə bir nəticəni təsdiqləmək olar ki, bütün insanlar eyni növdəndir. Çünki, əks halda hansısa iki insanın cütləşməsindən nəsil alına bilməməsi, ya da alınan nəslin başqa bir Homo Sapiens Sapienslə əlaqəsindən nəsil alına bilməməsi halları müşahidə edilməli idi.

Belə mürəkkəb proseslər daxilində irq anlayışının mahiyyətini aydınlaşdıraraq bu məsələdə daha düzgün fikrə gəlmək olar. Culian Haksli (Julian Huxley) Qərb dillərində irq mənasını verən “race” sözü ilə bağlı tədqiqat işində bu sözün mənasını, mənasının keçirdiyi dəyişiklikləri və son nəticədə özündə ehtiva etdiyi mənaları belə açıqlayır: “Race” Semit və ya Ərəb mənşəli bir söz olaraq, Qərb dillərinə bu dillərdən daxil olmuşdu. İlk vaxtlar bu söz xüsusilə heyvanlarda olmaqla, eyni mənşədən gələn fərdləri ifadə etmək üçün istifadə olunurdu. Bibliyanın 1611-ci ildə İngilis kralı I Ceyms (James) dövründəki “icazəli tərcümə”sində (Authorized Versiorida) race sözü əvəzinə soy, nəsil mənasını verən “seed” sözündən istifadə olunmuşdu. Milton 1667-ci ildə yazdığı məşhur “Paradise Lost” adlı əsərində bu sözdən “race of Satan” (Şeytanın nəsli) formasında fizioloji yox, dini-mifoloji mənada istifadə etmişdi. Daha sonra ilk nümunələrdən biri kimi, Foksun (Fox) 1750-ci ildə yayımladığı “Book of Martyrs” adlı əsərində “The race of Abraham” (İbrahimin(peyğəmbər) nəsli) ifadəsindən də göründüyü kimi “race” sözü insan üçün və fizioloji mənada işlədilməyə başladı.

Haksli irq sözünün həmin vaxtdan etibarən içindən hələ də tam çıxa bilmədiyi bulanlıq mənalar qazandığını yazırdı. Doğrudan da, indinin özündə də ədəbiyyatların məqsədinə uyğun olaraq irq sözü bir tərəfdən insan irqi (insan növü, insan nəsli) mənasında işlədilərkən, digər tərəfdən irqlərlə bağlı ilk elmi fikirlərin meydana gəlməsi dövründə olduğu kimi, heç vaxt sərhədləri dəqiq qeyd oluna bilməyən və hansıların əsas olması ətrafında ortaq məxrəcə gəlməyin mümkün olmadığı müəyyən fizioloji xüsusiyyətlərə sahib olan insanlar toplusu kimi istifadə olunur. Bundan əlavə bu söz Hakslinin də qeyd etdiyi kimi, hətta, dini mənada müəyyən xüsusiyyətlərə malik olduğu hesab edilən insanları ifadə etmək üçün də istifadə olunmuşdu.

Biologiya kitablarındakı irqin açılışını qısa formada belə ümumiləşdirmək olar: “Bir növün hər hansı bir alt növü ya da populyasiyasının həmin növün başqa bir populyasiyasından bioloji, morfoloji və genetik cəhətdən fərqliləşməsi.”

Başda da qeyd olunduğu kimi Homo növlərinin öz daxillərində belə fərqliləşmə var idi. Amma, müxtəlifliyə Homo Sapiens Sapiens miqyasında perspektivi daraldaraq baxdıqda işlər çətinləşir. Müasir insanlarda belə qruplaşdırmalar aparmaq demək olar ki, mümkünsüz olur. Çünki, modern insan qrup ya da populyasiyalarını fərqli irqlər kimi ayırmağa mane olan böyük sədlər var.

Buna görə də, irq termininin açıqlamasını verməyə çalışan tədqiqatçıların açıqlamaları da müxtəlif olur. Məsələn, Fransız antropoloq François Lebas belə bir açılışı təklif edir: “Bir növün içində bir irq öz aralarında cütləşib nəsil verə bilən, morfoloji və psixoloji xarakteri eyni olan fərdlərin birləşməsi olan qrupdur.”

İrq anlayışının açılışını antropoloq, bioloqlarla yanaşı, YUNESKO kimi beynəlxalq qurumlar belə verməyə çalışıb. 1952-ci ildə yayımladığı bəyannamədə YUNESKO irqi: “Diqqətə çarpacaq dərəcədə və irsi olan – təbii seçmə, mutasiya, qarışma və izolyasiya kimi fərqli təsirlərin nəticəsində meydana çıxan fiziki müxtəlifliklə təyin olunan insan birlikləri” kimi açıqlamışdı.

Bu açıqlamada da qeyd olunduğu kimi, irq anlayışı daha çox fiziki xüsusiyyətlər baxımından ortaq və ya yaxın olanların cəmi kimi başa düşülür. Yəni, fenotipdə (xarici görünüş) bəzi genlərin nəsillər boyu təyinedici olmasının nəticəsində oxşar fenotipə malik fərdlər qrupda üstünlük təşkil edir.

İrqlərin bioloji kateqoriya olmasını qəbul etsək belə, bu dəqiqdir ki, irqlər mütləq kateqoriyalar deyil. Bunu nümunə vasitəsilə daha sadə izah etmək olar. Məsələn, bir alt-növün daxilindəki bir qrup coğrafi sədlə(dağ, su hövzəsi vəs.) bir-birindən ayrılmalı olan iki qrupa bölünsə, ayrılan qruplarda hakim olan genlərin müxtəlifliyi və düşdükləri mühitlərin təsirləri ilə onlar arasında fərqliləşmə başlayacaq. Məsələn, bir arı növü hər hansı bir dağ silsiləsi ilə əsas qrupdan ayrılarsa və bundan sonra ayrıldığı qrupla aralarında heç bir əlaqə yaranmazsa, bu ayrılan qrup fərqliləşmənin getməsinin sürətindən asılı olaraq müəyyən müddətdən sonra ayrı irq kimi qruplaşdırılacaq. İrq anlayışı taksonomiyaya yerləşdirilərsə, bu anlayış yeni növə çevrilmənin ilk mərhələsi kimi qəbul olunmalıdır. Yuxarıdakı nümunədən də göründüyü kimi, yeni mühit əvvəlkindən çox fərqlənməzsə bu şəraitə düşmüş qrupun ayrıldığı qrupdan fərqliləşməsi də az olacaq. Lakin, mühit fərqli olarsa, fərqliliyin dərəcəsindən asılı olaraq ayrılan qrup yeni irqə çevriləndən sonra sürətlə dəyişməkdə davam etdikdə, artıq onun genotip və fenotipi ayrıldığı qrupunku ilə cinsi əlaqəyə girmək üçün heç cür uyğunlaşmazsa bu qrup yeni alt-növ və yaxud yeni növ kimi qruplaşdırılar. Bu ilk mərhələdə baş vermir. İlk mərhələdə təbii seçmənin təsiri ilə müxtəlifliklər yarandıqda həmin qrup “yeni növə çevrilmə potensialı olan populyasiya” adlandırılır. Lakin, bunu da bilmək vacibdir ki, irq kimi qruplaşdırıldıqları mərhələdə və yaxud ondan əvvəl, hətta bəzən alt-növə çevrilmə mərhələsində aradakı sədlər aradan qalxarsa(qarışma baş verərsə), bu qruplar artıq ayrı irqlər kimi yox, bir irq kimi qruplaşdırılacaqlar. Bu səbəbdən də həmin vaxtda o populyasiyanı ifadə etmək üçün artıq irq sözünə ehtiyac qalmayacaq. İndiki dövrün tədqiqatçıları arasında hakim olan fikrə görə Homo Sapiens Sapiens irqləri də artıq sonda qeyd etdiyimiz bu mərhələdədir.

“The New Gresham” Ensiklopediyası. 4 Cild. Etnologiya bölməsi. (1922)

İrq sözünün həm Şərqdə, həm də Qərbdə istifadə olunma tarixinin xeyli geriyə getdiyi Hakslinin tədqiqatlarından məlumdur. Bu sözün mahiyyəti olan anlayışın yəni, coğrafi fərqliliklərin irq kimi açıqlanması isə Alman filosofu İmmanuel Kantın (1724-1804) adı ilə bağlanılır. Bu ikisini birləşdirərək, irq anlayışının coğrafi fərqlilikləri ifadə edən anlayış kimi istifadə olunması isə digər bir Alman Fridrix Blümenbaxın (Friedrich Blumenbach) (1752-1840) tədqiqatlarında olmuşdu.

Heyvanlarda irq anlayışının qarşılığı kimi alt-növdən sonrakı kateqoriya olan cinslərin elmi dəyəri məsələsi biologiya elmində mübahisə obyekti olmasa da, irq anlayışı uzun müddət dünyanın müxtəlif yerlərində və müxtəlif vaxtlarda böyük elmi diskussiyaların mərkəzində dayanıb və dayanmaqda davam edir. Bu müzakirələr hətta irqçi elmdənkənar nəzəriyyələrin belə yaranmasına səbəb olmuşdu. Və bu da sonda insanlıq üçün böyük fəlakətlər törətmişdi.

Bu məqamda irq məsələsi ilə bağlı problemlərin tarixən Antropologiyanın nüfuzuna necə təsir göstərməsi məsələsinə də qısaca toxunmaq lazımdır. XXI əsrdə plüralist, humanist ümumdünya elmi olan Antropologiyanın belə qiymət görməsinin iki əsas səbəbi var. Bunlardan birincisi onun müstəmləkəçi nəzəriyyələrlə mübarizəsi idi. Antropologiyanın bugünki nüfuzunun qazanılmasında ikinci və ən əsas məsələ isə Fiziki (Bioloji) Antropologiyanın daxilindəki irq paradiqmasına əsaslanan nəzəriyyələrə müxalif mövqe alması və onların elmdən kənarlaşdırılmasında vacib rolunun olmasıdır. XX əsrin ikinci yarısından etibarən Antropologiyanın daxilində irqin tarixlə və mədəniyyətlə olan əlaqəsi qırıldı və bu anlayış sadəcə Homo Sapiens Sapiensin bioloji müxtəlifliyini ifadə edən anlayış kimi sərhədləndirildi.

Amma Antropologiyanın inkişafının müasir mərhələsində artıq irqi paradiqma və irqçilik anlayışlarının ləğvi məsələsindən əlavə, irq anlayışının özünün də elmi dəyərini itirdiyi və bu səbəbdən də ləğv olunması düşüncəsi yaranıb ki, bu da antropoloqların bu məsələdə qütbləşməsinə səbəb olub. Yəni, irq artıq Antropologiyada vaxtilə sosial-mədəni mənada olduğu kimi, bioloji mənada da gözdən düşməkdədir.

Əvvəlcə elmi fenomen kimi irqin tarixi inkişafına nəzər yetirək, daha sonra da irq anlayışını elmdən çıxarmağa çalışanların və onların qarşısında dayananların arqumentlərinə nəzər yetirərik.

Son 300 ilin akademik səviyyədəki təsnifatlarını nəzərdən keçirərək belə qənaətə gəlmək olar ki, irqlərin fərqləndirici xüsusiyyətlərinin sərhədlərinin nələr olması və neçə irqin mövcud olması haqqında tədqiqatçıların ümumi bir fikri yoxdur. Məsələn, 18-ci əsr tədqiqatlarında həm iki, həm də üç əsas irqin ayrıldığını görmək olar. 20-ci əsrin 2-ci yarısında isə, dəri rəngi tədqiqatları, antropometrik ölçmələr və genetik tədqiqatlar nəticəsində vəziyyət daha da mürəkkəbləşmişdi. Bu dövrdə müxtəlif xüsusiyyətlərə görə onlarla fərqli irq göstərilmişdi. Hətta, bəzən tədqiqatçıların qeydlərində ayrı-ayrı yerlərdə irqlərin sayını fərqli göstərməsi də müşahidə olunur.

Ümumiyyətlə, insanın antropoloji fərqlərə diqqət yetirməsinin tarixi böyükdür. Tarix boyu insan ətrafında olan digər canlıları özünü mərkəzə qoyaraq, homosentrik perspektivdən qiymətləndirmişdir. İnsanlar təkcə digər heyvanlara yadlaşmaqla kifayətlənməmiş, insan növünün daxilindəki müxtəlifliyə də oxşar mövqedən yanaşmışdılar. Belə baxışların tarixinin insan növünün tarixi qədər qədim olduğu qeyd olunsa da, maddi faktlardan ən qədimi kimi Misirdə qabağımıza çıxanları göstərmək olar. E.Ə 1350-ci illərdə Misirlilər insanları fizioloji xüsusiyyətlərindən istifadə edərək Qırmızılar (Misirlilər), Sarılar (Şərqlilər, Asiyalılar), Qaralar (Afrikalılar) və Ağlar (Şimallılar) kimi təsnif edirdilər. Bu fərqləndirməni onlar əslində inanclarına görə, bu insan qruplarının tanrı Horusa yaxınlıq dərəcəsinə görə aparmışdılar. Dəri rəngi kimi ilk gözə çarpan xüsusiyyətlərə görə insanların fərqləndirilməsinə aid nümunələr E.Ə II əsrdə Çində, hətta, Mesopotamiya və qədim Yunanıstanda da aşkar olunub. Çin və Yunanıstandakı təsnifatlarda görünür ki, bədənin fizioloji quruluşu ilə yanaşı, hisslər və davranış xüsusiyyətlərini də təsvir etməyə cəhd göstəriblər.

Oxşar vəziyyətin irqlərin ayrılması üçün istifadə olunan digər bir çox – üz quruluşu, burun forması, saç forması, göz rəngi və forması, boy vəs. kimi xüsusiyyətlər üçün də olduğunu demək olar. Məlum olduğu kimi 1492-ci ildə Amerikanın kəşfindən sonra Avropadan buraya kütləvi insan axını olmuşdu. Bu zaman özlərini sivilizasiyalı kimi qiymətləndirən Avropalılar onlardan texnoloji cəhətdən geri qalan Amerika yerliləri ilə (həmçinin, Avstraliyalılar və Afrikalılar da) qarşılaşdıqda aralarında görünüş cəhətdən də fərqlərin olduğunu görürdülər. 17-ci əsrin sonlarından etibarən Avropalılar yeni qarşılaşdıqları insanların insan olub-olmamaqları, inanclarına uyğun olaraq digərlərinin də “Adəm və Həvva”dan gəlib-gəlmədikləri suallarını düşünməyə başladılar. Bu düşüncələrin nəticəsində insanlar müxtəlif qənaətlərə gəlmişdilər. Bəziləri belə fikirləşirdi ki: “Aborigenlər insan hesab oluna bilməz, onlarla Avropalılar arasında olan fərq meymunla insan arasında olan fərq kimidir.” Bəzi tanınmış şəxsiyyətlər belə bu cür düşünürdülər ki, yerlilər Avropalıların daxil olduğu “Ağ irq”ə daxil olmadıqları üçün insan kimi qiymətləndirilə bilməzlər.

Monteskyö (Montesquieu) yazırdı ki: “Ləyaqətli bir varlıq olan Tanrının yaxşı bir ruhu qapqara bir bədənə yerləşdirmək istəyəcəyini düşünmürəm.” Bu sözlər hələ 18-ci əsrdən irq düşüncəsinin yalnızca elmi bir anlayış olmadığını göstərən yaxşı bir nümunədir.

Digər bir qrup insan isə düşünürdü ki, yerli Hindular “vəhşi”, “yazıq bir irq”dəndirlər və tanrı “ən üstün irq” olan Anglo-Sakslara mədəniyətlərini bu yeni kəşf edilən insanlara öyrətməyi tapşırıq kimi verib. Daha sonra eyni düşüncəni Portuqallar və İspanlar da özləri haqqında deyirdilər. Daha sonra müstəmləkəçilik siyasətinin genişlənməsi ilə paralel olaraq Avrasiyadan kənardakı ərazilərdə yaşayan insanlar qul kimi istifadə olunduqları üçün, bunu əsaslandırmaq ehtiyacından onları “aşağı irqin təmsilçiləri” adlandırırdılar. Bu həm elmi, həm də etik cəhətdən səhv hərəkət idi. Professor Eşli Montaqu (Ashley Montagu) açıq dərili insanlarla tünd dərili insanlar arasında apardığı bir müqayisəsində yazırdı: “İntellekt baxımından ortaya atılan bütün üstünlük iddialarına baxmayaraq, bu insan qrupları arasında fərq yoxdur. Beyinlərinin görüntüsü eynidir. Afrika mənşəli insanlar və Amerika yerlilərinin başları alın hissədən arxaya meyilli də deyil. Bu görüntü çənələri önə meyl etdiyi üçün alınan göz yanılmasıdır. Beyin ağırlığı ilə intellekt arasında da heç bir ciddi əlaqə yoxdur. Zəka həmişə genetik faktorlarla ətraf mühitin təsirinin birləşməsi nəticəsində formalaşır. Bir çox tədqiqat da, fərqli insan qruplarında yuvarlaqlaşdırsaq eyni zəka və dərketmə səviyyəsinin olmasını təsdiqləyir. Eyni irqin fərdləri arasındakı bioloji fərqlər irqlər arasındakı bioloji fərqlər qədər, hətta onlardan daha artıq da ola bilər.”

Alan Goodman, T. Yolanda: Race; Are We So Different?

Tünd dərili insanların basıq burunları və qaraya yaxın dəri rəngləri ilə açıq dəri rəngli insanlardan daha aşağı təkamül səviyyəsində olmasını iddia edənlər haqqında danışarkən Ayzek Asimov (İsaac Asimov) yazırdı ki: “Belə məntiq çox bəsit və səhvdir,çünki eyni məntiqlə tam əks fikir də söyləmək olar. Məsələn, deyə bilərik ki, bir sm2-ə düşən tük sayının qara dərili insanlara nisbətən daha çox olması, dodaqlarının daha nazik olması ilə ağ irq meymunlara daha yaxındır. İnsan irqlərini aşağı və yuxarılar kimi qruplaşdırmağa çalışmaq paslanmış əl mişarı ilə açıq ürək əməliyyatı aparmaq kimidir. Yəni, nə etsəniz də bunu bacara bilməzsiniz. Dəri rəngi necə olursa olsun, insanlıq birdir.”

İnsanların emosional həssas olduqları bir məsələ olduğu üçün zəkanın və əxlaqın irqlərə görə fərqli olub-olmaması sualı da maraq doğurur. Bunu bilmək vacibdir ki, əxlaq genetik təsirlərlə yox, mədəni faktorların təsiri ilə formalaşır. Buna görə də bu sualın cavabı da birmənalıdır: irqlər varsa da, irqlər insanın əxlaqına heç bir təsir göstərmir. İntellektin irqlərə görə fərqlənib-fərqlənməməsi ilə bağlı da antropoloji tədqiqatlar aparılıb. Bunlardan ən böyük əks-səda doğuranı ABŞ-da Neqroid, Avropoid və Monqoloidlər üzərində aparılan tədqiqat idi. Bu tədqiqatların nəticələri belə göstərilirdi ki, Avropoidlər digər irqlərdən daha yuxarı intellektual səviyyəyə sahibdirlər. Amma, daha sonra məlum olmuşdu ki, tədqiqatlar üçün seçilən nümunələrdən Avropoidlərin üstünlükləri olmuşdu. Yəni, digər insan qruplarında mühitə yadlıq, təhsil səviyyəsinin aşağılığı, dil problemləri var idisə, Avropoid nümunələrdə bunlar yox idi. Psixoloji tədqiqatlar da bunu təsdiqləyir ki, hərəkətlər və müvəffəqiyyət göstəricisi genetik faktorlardan yox, daha çox sosial-iqtisadi faktorlardan asılıdır.

İrqi təsnifatlar tarixi məsələsinə geri qayıtsaq, avropalıların avropalı olmayan aborigenlərlə eyni kökdən olub-olmadığı və eyni növ daxilində qiymətləndirilməsi problemi monogenizm və poligenizm adlı iki nəzəriyyənin yaranmasına səbəb olmuşdu. Monogenizm rəngləri və xarici görünüşlərinin necə olmasından asılı olmayaraq bütün insanların eyni növün fərdləri olduqlarını və “Adəm və Həvva”dan başlanğıc götürərək, sonradan fərqli mühitlərə uyğunlaşaraq görünüşlərini dəyişdiklərini müdafiə edən nəzəriyyə idi. Poligenizm isə bütün insanların “Adəm və Həvva”dan gəlmədiklərini, buna görə də ayrı növlər kimi qiymətləndirilməli olduğu fikrini müdafiə edirdi.

Təxminən eyni dövrdə dövrün şərtlərinə görə elmi təsnifat sayıla biləcək irqi təsnifatların verilməsi tarixi də başlamışdı. İrqlərin ilk elmi təsnifatı kimi Karl Linneyin (Carl von Linne) 1735-ci ildəki təsnifatı qeyd olunur. O 4 ayrı irqi qeyd etmişdi: Homo Sapiens Africanus negrus (tünd dərili Afrikalı), H. S. Americanus rubascens (Amerika Hunduları), H. S. Asiaticus fuscusens (qəhvəyi rəngli Asiyalı) və H. S. Europaeus albescens (ağ Avropalı). Amma Linney bu irqləri insanın fərqli növləri kimi də qiymətləndirirdi. Sonradan təsdiq olundu ki, bu məqamda o yanılmışdı. Bu barədə yuxarıda da geniş məlumat qeyd olunub.

Linney irqləri çox az dəyişən, daimi xüsusiyyətlərə sahib kateqoriyalar kimi təsvir edirdi. Fransız bioloqu Corc Buffon (George Louis Buffon) (1707-1788) isə “Histoire naturele et des Epoques de la nature” (1749-1788) (Təbiət tarixi və təbiətin dövrləri) adlı otuz altı cildlik əsərində növlərin dəyişməsi (təkamül) fikrinin sadə bir versiyasını Darwindən əvvəl deyərək, iqlimi və qidalanma formasını irqi fərqlərin əsas səbəbkarı olan faktorlar kimi göstərmişdi. O da Linney kimi psixoloji və mədəni fərqləri irqi fərqlərlə əlaqələndirsə də, irqi fərqlərin səbəbləri aradan qalxarsa bu fərqlərin də itəcəyini deyərək ətraf mühitin təsirini əsas amil kimi göstərmişdi.

Blümenbax isə insan irqlərini yuxarıdan aşağıya doğru sıralamışdı. Onun fikrincə “Adəm və Həvva” da daxil olmaqla ən yuxarıdakı pillədə dayanan insanlar “Ağ dərili Qafqaz” irqindən, ən aşağı pillədə olanlar isə “Qara dərili Efiopiya” irqindən olanlardır. O bunun səbəbini də belə izah etməyə çalışırdı ki: “Tanrı əvvəlcə öz surətinə oxşayan ağ Qafqaz irqini yaratmışdı. Buna görə də mükəmməl olan odur. Digər irqlər Qafqaz irqinin degenerasiya olunmuş hallarıdır. Ən çox pozulmaya məruz qalan irq Efiopiya irqi olduğu üçün o ən aşağı irqdir.”

300 ilə yaxındır insan növünün müxtəlif irqi təsnifatlarının verilməsi cəhdləri var. Hər tədqiqatçı öz təsnifatında müəyyən xüsusiyyəti (genetik yaxınlıq, morfoloji oxşarlıq, baş quruluşu, dəri rəngi və s.) əsas götürdüyü üçün tədqiqatların müxtəlifliyi də çox böyükdür. İnsan irqlərinin təsnifi ilə bağlı bəzi versiyalar:

  1. Bernier (1672) –  European white, Asian yellow, African black, North Laplander
  2. Carl Von Linne (1735) –  Africanus negrus, Americanus rubascens, Asiaticus fuscusens, Europaeus albescens
  3. Buffon (1749) –  American, Laplander, Tartar, South Asiatic, European, Ethiopian
  4. Blumenbach (1781) –  Caucasoid, Mongoloid, American Indian, Ethiopian, Malay
  5. Cuvier (1790) –  Caucasian, Mongolian, Ethiopian
  6. Flourens (1839) –  Caucasian, Mongolian, Negro, American, Malay, Hottentot, Boschisman,  Papuan, Alfourou, Zealandic
  7. Prichard (1848) –  Caucasian, Mongolian, Negro, American, Esqimaux, Hottentot+Boschisman, Pauans, Alfourous+Australian
  8. Huxley (Thomas) (1870) –  Australoid, Negroid, Xanthocroic, Mongoloid
  9. Boyd (1950) –  Early European, European, African, Asiatic, American, Indian, Australoid
  10. Boyd (1963) – Early European, Laplanders, Northwest European, Eastern European, Mediterranean, African, Asian, Indo-Dravidian, American, Indonesian, Melanesian, Polynesian, Australoid
  11. Coon (1965) –  Caucasoid, Mongoloid, Australoid, Congoid, Capoid
  12. Garn (1971) –  Northwest European, Northeast European, Alpine, Mediterranean, Iranian, East African, Sudanese, Forest Negro, Bantu, Turkic, Tibetan, North Chinese, Extreme Mongoloid, Southeast Asiatic, Hindu, Dravidian, Nort American, Central American, South American, Fuegian, Lapp, Pacific Negrito, African Pygmy, Eskimo, Ainu, Murrayian, Carpenterian Australian, Bushman+Hottentot, North American Colored, South African Colored, Ladino, Neo-Hawaiian

1965-ci ildə ABŞ-lı antropoloq Karlton Kunun (Carleton Coon) “Yaşayan İnsan İrqləri” adlı kitabında 5 əsas irqin mövcud olduğu yazılmışdı. Qərbdə indiki dövrdə irq kateqoriyasını elmin bir parçası kimi görən antropoloqlar da əsasən bu təsnifatdan istifadə edirlər. Kun insanların irqi təsnifatını apararkən onların skelet quruluşlarını əsas götürdüyünü yazırdı. Bu qruplar yuxarıdakı təsnifatlar arasında qeyd olunduğu kimi: Qazfazoid, Monqoloid, Konqoid, Kapoid və Avstraloid irqləridir. Kun qalan kiçik irqlərin də bu böyük irqlərin mələzləşməsinin nəticəsi olduğunu yazırdı.

Karlton Kun-un arxivindən

  1. Qafqaz irqi (Caucasoid): Kunun fikrincə bu irqin mövcud olduğu areal Qafqaz, Ağ dəniz, Şimali və Şərqi Avropa, Şimali Afrika, Anadolu və Hindistan ərazilərini əhatə edir. Bu irqin xarakterik xüsusiyyətləri kimi Kun: hündür alın, düz üz, nazik dodaqlar, dar və çıxıntılı burun, dalğavari saç, üz və bədənin tüklərlə örtülməsinin yuxarı həddi, ağ-qəhvəyi bədən rəngini fərqləndirir.
  2. Monqol irqi (Mongoloid): Çin, Yaponiya, Eskimos, Aynu və Amerika yerlilərini (Hindular) əhatə edir. Xarakterik xüsusiyyətləri: Sarı-qırmızımtıl dəri rəngi, üzdə və bədəndə tük örtüyünün zəif inkişaf səviyyəsi, dairəvi formalı üz, zəif çıxıntılı çənə sümüyü, qaşüstü sümüyün inkişaf etməməsi, kökdən basılmış burun, qıyıq gözlər, şişmiş göz qapaqları, düz qara saçlar aid edilir. Bu irqin maraqlı fərqləndirici xüsusiyyətlərindən biri kimi də Monqoloid kişi və qadınların bir-birindən ciddi miqyasda fərqlənməməsi hesab olunur.
  3. Konqo irqi (Congoid): Tünd dəri rənginə sahib Afrikalıları və Afrika piqmeylərini (qısa boylu insanlar) əhatə edir. Xarakterik xüsusiyyətləri: çox tünd dəri rəngi, qıvrım saçlar, seyrək tük örtüyü, dar baş quruluşu, çıxıntılı çənə, geniş burun, qalın dodaqlar, dar qasıq sümükləri qeyd edilir.
  4. Kapoid irq (Capoid): Kongoidləri çıxmaqla Afrika əhalisini əhatə edir. Uzun boy, qəhvəyi-qara dəri rəngi və xüsusi fərqləndirici cəhət kimi qadınların baldırlarında yüksək yağlılıq faizinin olması bu irqin xüsusiyyətləri kimi göstərilir. Buşmenlər Kapoidlərin tipik nümunəsi kimi qeyd olunur.
  5. Avstraliya irqi (Australoid): Avstraliya və ətrafındakı adalarda yaşayan insanlar bura aid edilirlər. Çox fərqli coğrafi şəraitlərdə yaşadıqları üçün ortaq xüsusiyyətlərinin göstərilməsi problemli məsələdir. Amma irqlərin mövcudluğu fikrini təsdiqləyən tədqiqatçılar bu irqin əsas ümumi göstəriciləri kimi çox tünd olmayan dəri rəngi və geniş burnu göstərməyin mümkünlüyünü qeyd edirlər.

XX əsrdə Cozef Deniker (Joseph Deniker) insanları 29 irqə ayırmışdı. 1961-ci ildə Amerikalı antropoloq S. M. Qarn (Garn) ayırdığı 35 irqi 8 qrupda birləşdirmişdi. Bunlar aşağıdakılardır: Amerika Hinduları, Melaneziyalılar – Papuaslar (Yeni Qvineyadan Fici adalarına qədər), Mikroneziyalılar (Sakit okean adalarının bir qismi), Polineziyalılar (Yeni Zelandiya, qalan Sakit okean adaları, Pasxa adası), Avstraliyalı, Asiyalılar (Filippinliləri, Yaponlan, Eskimosları, Tibetlileri ehtiva edir), Hindli, Avropalılar (Yaxın Şərq və Şimali Avropanın cənubu).

  1. Cavalli-Sforza – “İnsanların genetik yaxınlıq xəritəsi” (1994)

İrqlərin var olduqlarını iddia edənlər onları əsasən baş quruluşu, gözün forması, dəri rəngi, saçların quruluşu olmaqla bir çox fərqli parametrə görə təsnif edirlər. Qeyd olunanlardan əlavə olaraq qandakı bəzi dəyərlər, burnun forması, qadınların sinə hissəsinin quruluşu, ümumi bədən quruluşu, bədənin müxtəlif hissələrinin bir-birinə nisbəti, hətta barmaq izləri kimi xüsusiyyətlərdən də istifadə etmək cəhdləri var. Baş quruluşunun irqi təsnifatlarda tətbiqində baş indekslərinə uyğun olaraq 3 cür irq qeyd olunur. Bunlar braxikefal, dolixokefal və mezokefal baş quruluşuna sahib olan irqlərdir. Amma, bu təsnifat oxşar dəri rənginə sahib insanlarla yanaşı, çox fərqli rənglərə sahib insanları da birləşdirən bir təsnifat olduğu üçün güclü dəstək görməyib. Nümunə kimi deyə bilərik ki, Asiyalıların böyük qismi braxikefal baş quruluşuna sahib insanlardan təşkil olunub, buna baxmayaraq məsələn, Avropada yaşayan Albanlar da braxikefal baş quruluşludurlar və yaxud  baş quruluşları dolixokefal olan həm Skandinav, həm də Afrika xalqları var.

Bununla yanaşı, miqyası kiçiltsək, hətta, eyni bir millətin daxilində də çox fərqli xüsusiyyətlər müşahidə etmək olar. Məsələn, şimalda yaşayan Almanlar arasında dolixokefallıq və sarışınlıq müşahidə olunursa, cənubdakı Bavariyalı Almanlar arasında braxikefallıq və qaraşınlığın faizi çoxdur.

1960-cı illərdən etibarən kəllə qutusu ölçülmələri Antropologiyada irqləri təsvir etmə üsulları siyahısından çıxarılmağa başlansa da (hal-hazırda yalnız fərdləri təsvir etmək vasitəsi kimi istifadə olunur), insanları əsasən dəri rəngindəki fərqlərə istinad edərək ağ, sarı, qırmızı, qara kimi qruplaşdırmaq cəhdlərini müasir dövrdə də görmək mümkündür. Bir çox bu sahədə mütəxəssis olmayan insan da özünü Türk, Alman, Rus, Fars, İngilis və s. “irqlər”inə olmasa da ağ, sarı, qırmızı, qara irqlərdən birinə aid hesab edir. Bu səbəbdən irq anlayışını tədqiq etmək çox vacibdir. Əsasən də bu məsələdə araşdırma apararaq, subyektiv nəticə çıxarmaq lazımdır ki, XXI əsr elmində (Biologiya, Antropologiya) irq anlayışına yer varmı?

Antropologiyada irqi təsnifatlar tarixindən bəhs edərkən sonda Genetika elminin inkişafının bu təsnifatlara necə təsir göstərdiyini də qeyd etmək lazımdır. Müasir Genetikanın əsasını qoyanlardan biri olan Mendelin əsas tədqiqatı açıqlandığı vaxtdan təxminən 35 il müddətində diqqəti cəlb etməmişdi. 1900-cü ildə 3 fərqli ölkədə eyni vaxtda irsiyyət mövzusunu tədqiq edən alimlər (Almaniyada Karl Korens (Carl Correns), Hollandiyada Hyuc de Vrayz (Huge de Vries) və Avstriyada Seyseneq (Erich von Seysenegg) ) aldıqları nəticələrlə Mendelin dediklərini təsdiqlədilər. Beləliklə Mendel qanununuz üzərində Müasir Genetika qurulmağa başlandı.

Mikroskopların hüceyrənin daxilini göstərə biləcək qədər inkişaf etməsinin nəticəsində XX əsrin əvvəllərində hüceyrə daxilində bölünmə və çoxalma ilə bağlı cisimlərin müşahidə edilməsi və daha sonra tədqiq edilməsi mümkün olmuşdu. Onlar rəngli olmaqları səbəbi ilə “xromosom” (rəngli cisim deməkdir) adlandırıldılar. 1910-cu ildə bu xromosomlar üzərində var olduqları məlum olan hissəciklərə “gen” adı verildi. Suden (W.S. Sutten), T.H. Morqan, Brics (C.B. Bridges) tədqiqatlarında irsiyyətin xromosomlar və genlər vasitəsi ilə müəyyən olunması barədə öz nəzəriyyələrini hazırladılar. Votson (J.D. Watson) və Krik (F.H.C. Crick) də nuklein turşusu molekulları olduqları məlum olan genlərin, yəni, DNT (Dezoksiribonukleik turşusu) molekullarının quruluşunu ətraflı açıqlamışdılar. Elektron mikroskopun genlərin daxili quruluşunu göstərəcək səviyyədə inkişaf etdirilməsinin nəticəsində bu deyilənlər tam elmi təsdiqlərini tapmışdılar.

Antropologiyada da həmin dövrdə bu tədqiqatları izləyərək, nəzəriyyələri onlara uyğunlaşdırmaq cəhdləri var idi. Genetikanın gəldiyi nəticələrdən biri də bu idi ki, genlərin çox möhkəm quruluşları var. Bu quruluşlar bir nəsil daxilində rahatlıqla dəyişə biləcək qədər elastik deyillər. Bəzən nəsillər boyu davam edən təsirlər də onları dəyişdirməyi bacarmasa da, genlər sabitdir demək mümkün deyil. Qeyri-adi fiziki və kimyəvi təsirlərlə (məsələn, radioaktiv şüaların təsiri ilə) genlərin quruluşu dəyişə bilər. Genetik mühəndislik adlanan istiqamət də sadə orqanizmlərin genlərində dəyişikliklər edərək, hətta, genlərə əlavə məlumatlar artıraraq bunun mümkünlüyünü sübut edib. Oxşar proses təbii təsirlərin nəticəsində təbiətdə də baş verir. Bu gen dəyişiklikləri təkcə xarici təsirlərin vasitəsi ilə yox, həm də hüceyrə kopyalanması zamanı da meydana çıxır. DNT zənciri hüceyrələrin çoxalması dövründə özünü kopyalayaraq, 2 eyni DNT-li hüceyrə yaradır. Bəzən bu kodlaşdırma zamanı səhvlər meydana çıxır. Məsələn, A-nın qarşısına T, G-nin qabağına da C gəlməlidir, amma bu səhv nəticəsində A-nın qabağına G, C, A və yaxud heç bir şey gəlməyə bilər. DNT-dəki bu dəyişikliklər əgər cinsiyyət hüceyrələrində, X və Y xromosomlarında olarsa, sonrakı nəsillərə də ötürülər. Tək hərfin dəyişməsiylə olan dəyişikliyə SNP (Single Nucleotid Polymorfism) dəyişikliyi deyilir. Tək hərf dəyişiklikləri DNT-nin quruluşunu dəyişdirə bilər. Bununla yanaşı dəyişikliklər yalnız SNP formasında olmur. Daha böyük hissənin, DNT-nin bir bölgəsinin tamamilə dəyişilməsinə və yaxud silinməsi, əlavə məlumat artırılmasına səbəb olan dəyişikliklər də ola bilər. Bu dəyişən gen “mutant gen”, genlərin dəyişməsi isə “mutasiya” adlanır. Mutasiyalara qarşı təkamüldə səhvləri düzəldən mexanizm də formalaşıb. Səhvin meydana çıxdığı yeri “təmir” etmək mümkün olmadıqda bu müdafiə mexanizmləri həmin hissəni canlıya zərər verməməsi üçün məhv etməyə çalışırlar. Lakin bu müdafiə mexanizmləri özləri də çox səhvlər edirlər. Mutasiya əgər nə məhv edilər, nə də bərpa edilərsə DNT fərqli proteinlər kodlamağa başlayır. Bu proteinlər də göz rənginin dəyişməsinə, daha qalın dərinin yaranmasına, ciyərlərin oksigen tutumunun artması və azalmasına, kəllə qutusu və diş quruluşunu dəyişməsinə, bəzi xəstəliklərə qarşı immunitetin yaranmasına və ya xəstəliklərin özlərinin yaranmasına və s. səbəb olur.

Uzun müddət dəyişmədən gələn genlər birdən-birə ani dəyişikliyə uğradıqda, dəyişmiş gendən asılı olan morfoloji xüsusiyyətlərdə də dəyişiklik baş verir. Meydana çıxan yenilik həmin canlının ətraf mühitə uyğunlaşmasına kömək edirsə o fərd daha uzun müddət yaşayır, daha çox cinsi əlaqəyə girmək şansı əldə edir və son nəticədədə özündə olan yeniliyi sonrakı nəslə ötürməyi bacarır. Antropologiyada irqi təsnifatlar aparan tədqiqatçılar da nəzəriyyəni Genetikaya uyğunlaşdıraraq irqlərin yuxarıda qeyd olunan bu məqamda ortaya çıxdığını bildirirdilər. Yəni, genin dəyişməsi ilə yaranan yeni xüsusiyyətin üstünlük qazandıran bir xüsusiyyət olması halında o genə sahib fərdlər populyasiyada üstün mövqeyə sahib olurlar və bu da həmin yeni genin populyasiyada sürətlə yayılmasına səbəb olur. Bu yayılma müəyyən həddə çatarsa, həmin populyasiyanı digərlərindən fərqləndirən fiziki, fizioloji xüsusiyyətlər müşahidə olunar, yəni, irqlər meydana çıxar. Amma, çox vaxt bunun əksi olan proses baş verir. Belə ki, genlər milyon illərlə davam edən təbi seçmənin nəticəsi olduqları üçün özlərində yalnız canlıya fayda verən məlumatları saxlamağa meyilli olublar. Belədə də məntiqi olaraq gendəki hər hansı dəyişikliyin müsbət nəticə verməsi az müşahidə olunan hala çevrilir. Gendəki dəyişikliklər əsasən canlı üçün mənfi nəticələr törədir. Belə olan halda da, canlının həyatı qısalır və ya təbii və cinsi seçmənin təsiri ilə canlı sıradan çıxaraq pozulmuş genini sonrakı nəsilə ötürmək imkanı tapmır. Müasir Genetikanın verdiyi bu izahdan da göründüyü kimi bu yolla təbiət özü-özünü tənzimləyir.

Bu məsələyə antropoloji mövqedən baxarkən bunu da bilmək vacibdir ki, genetik tədqiqatların nəticələrinə görə boy, göz rəngi, dəri rəngi və s. kimi cəhətləri yalnız bir gen təyin etmir. Bunların parametrləri onlarla genlə təyin olunur. Məsələn, aparılan tədqiqatların nəticələrinə görə, dovşanların tüklərinin rəngini 12-dən artıq gen birgə təyin edirsə, meyvə milçəklərinin gözlərini rəngini və formasını 100-dən artıq gen təyin edir. İnsandakı boy uzunluğunun irsiliyi isə təxminən 10 genin təyin etdiyi bir cəhətdir.

İrqlərin təsnifatı məsələsinə qayıtsaq, ümumiləşdirilmiş formada irqin elmi kateqoriya olması fikrini müdafiə edənlərin bölgülərindəki böyük irqlər adlanan qrupların özləri də kiçik irqlərə bölünürlər. İrq təsnifatı aparanların təsnifatlarını ümumiləşdirərək kiçik irqləri yığcam formada belə təsnif etmək olar.

Avropoid kiçik irqləri:

  1. a) Nordik irq: Əsasən uzun boylu, sarışın, mavi gözlü, dar burunlu, uzun baş quruluşuna sahib insanlar.
  2. b) Alp irqi: Hündür boylu, sarışın və dalğavari saçlı, enli baş quruluşlu insanlar.
  3. c) Ağ dəniz irqi: Orta boylu, dəri rəngi açıq qəhvəyi, dalvağari saçlı, dar burunlu, orta ölçülü baş quruluşuna sahib olan insanlar.

Neqroid irqlər:

  1. a) Afrika Neqroidləri: Əsasən uzun boylu, geniş burunlu, dar baş quruluşuna sahib, çıxıntılı çənə sümüyü, iri və qalın dodaqlar, qıvrım saçlar, tünd qəgvəyi dəri rənginə sahib insanlar.
  2. b) Okeaniya və yaxud Melaneziya Neqroidləri: Əvvəlkinə oxşar, lakin daha qısa boylu, qarmaqvari burunlu insanlar.
  3. c) Neqritoslar(Piqmey irqi): Çox qısa boyludular və enli baş quruluşları var. Qalan xüsusiyyətləri yuxarıdakılara oxşardır.

Monqoloid irqlər:

  1. a) Asiya Monqoloidləri: Əsasən qısa boylu, qəhvəyi və yaxud sarı dərili, azacıq basıq burunlu, qıyıq gözlü, düz qara saçlı, enli başa sahib insanlar.
  2. b) Malakkalılar: Yuxarıdakına oxşar xüsusiyyətlərdən əlavə, daha tünd dəri rəngi, gözlərinin əsasən qıyıq olmaması ilə fərqləndikləri qeyd olunur.
  3. c) Amerika Hinduları: Hündür boya, geniş üzə, geniş buruna, qırmızımtıl dəri rənginə sahib olduqları qeyd olunan qrup.

Bunlardan əlavə irq kateqoriyasını dəstəkləyən tədqiqatçıların belə heç bir böyük irqə aid edə bilmədikləri insan qrupları da var. Bunlara nümunə kimi Okeaniyada yaşayan Polineziyalıları, Avstraliyanın yerli əhalisini, Hindistanda və Hindistan yaxınlığındakı adalarda yaşayan Veddoidlər adlanan insan qrupunu göstərmək olar.

İrqlərin var olduğu hipotezi daxilində belə bir sual yaranır. İrqlər təkamüldə hansı yollarla yaranır? Bu suala irqlərin varlığını müdafiə edənlərin verdikləri cavabları belə qruplaşdırmaq olar:

1) Genetik mutasiya ilə.

Bu yuxarıda da qısaca qeyd olunduğu kimi genlərin əvvəlkindən fərqli davranış və yaxud morfoloji xüsusiyyətin yaranmasına səbəb olan ani dəyişiklikləridir. Nəsildən-nəslə gen frekanslarının dəyişməsi hadisəsi Biologiyada “Hardy-Weinberg” prinsipi adlandırılır. Məlum olan bütün heyvan növləri qidalarında C vitamini olmasa belə bədənlərində C vitaminini yaratmaq bacarığına sahibdirlər. Bunun nəticəsində də, heyvanlar C vitamini çatışmazlığından yaranan Skorbut(sinqa) xəstəliyinə tutulmurlar. Skorbut xəstəliyi insanlarda, meymunlarda, Qvineya donuzcuğu, Hindistanda yaşayan meyvələrlə qidalanan bir yarasa növü və tropik bölgədə yaşayan bir quşda (Pycnonotus cafer) müşahidə olunub. Bu canlıların sayının ümumi şəkilə nisbətən çox az olduğunu nəzərə alaraq bu nəticəni çıxarmaq olar ki, təkamülün bir mərhələsində bu canlılardın C vitamini yaradan genlərində mutasiya baş verib. Mutasiyaların çoxunun zərərli olduğu məlumdur. Genetiklər belə mutasiyaları öldürücü və yarı-öldürücü olmaqla ikiyə ayırırlar. İrq kateqoriyasını dəstəkləyənlər gen mutasiyalarının üst-üstə yığılması nəticəsində fərqli xüsusiyyətlərin yarandığını, beləliklə də, homogen olan qrupdan iki fərqli irqin törəməsini təsdiq etməyə çalışırlar.

2) Təbii seçmə nəticəsində.

Bu müəyyən coğrafi bölgədə mühitə uyğunlaşmaya kömək edən genetik xüsusiyyətlərin həmin ərazidə yaşayan insanlarda oturuşması və beləliklə, yeni coğrafi şəraitə uyğun irqin meydana gəlməsidir. Buna adaptasiya da demək mümkündür. Məsələn, az geyim tələb edən tropik bölgələrdə dəri bol piqmentlərlə qorunmazsa, yandırıcı günəş şüalarından ciddi miqyasda zərər görər. Bu səbəbdən də isti iqlimdə yaşayan insanların demək olar ki, hamısının dərilərində melanin adlanan dərini tündləşdirən piqmentlərdən bol miqdarda var. Dərinin rəngini də təyin edən melaninin rəngi yox, onun miqdarıdır.

3) Mələzləşmə yoluyla.

Bunu irqlərin elmi dəyərini müdafiə edən tədqiqatçılar mövcud olan irqlərin müəyyən lokal ərazidə kütləvi qarışması nəticəsində yeni irqin meydana çıxması kimi açıqlayırlar. Bu proses metisasiya da adlandırılır. İrqlərin qarışması insan növünün xeyrinə olan bir prosesdir. Çünki, müasir Genetikanın əsas qanunlarından birinə görə, eyni növ daxilində, qohumluq dərəcəsi çox yaxın olan fərdlərin cütləşməsi (məsələn, qohum evlilikləri) keyfiyyəti pozur. Çünki, hər hansı çatışmazlıq hər iki tərəfin genində olacağı üçün alınan yeni fərddə də böyük ehtimalla öz əksini tapacaq. Fərqliləşmənin yuxarı müəyyən səviyyəsinə çatmış fərdlərin cütləşməsi isə yaxşı nəticələr verir. Bu prinsip “mələzlərin gücü” adlandırılır. Buna “heteroziqot üstünlüyü”  də  deyirlər. Bədənində bir genin iki (biri daha üstün) versiyasını daşıyan heteroziqot insanlar həmçinin homoziqotlara(bir genin iki kopyasına sahib) nisbətən xəstəliklərə qarşı daha dözümlüdürlər. Bunun nümunələri anemiya xəstəliyi haqqında araşdırmalarda var.

4) Gen axını vasitəsilə.

İnsan tarixin böyük hissəsində köçəri həyat tərzi keçirmiş bir canlıdır. Bu köçlərin baş vermə üsullarından biri də kiçik qrupların əsas qrupdan ayrılması idi. Bu ayrılmaların müxtəlif səbəbləri olmuşdu. Amma, bəzi hallarda ayrılanlar əsas qrupdan müəyyən xüsusiyyətlərinə görə fərqlənən insanlar olmuşdular. Bu səbəbdən də həmin insan qrupları yeni coğrafi areala yerləşdikdə, oraya özləri ilə fərqli gen kombinasiyaları da daşımışdılar. Məlum olduğu kimi genetik cəhətdən çox yaxın olan insanlardan təşkil olunan böyük qruplarda belə bütün insanların genetik quruluşları tamamilə eyni deyil. Buna görə də, məsələn əsas böyük qrupda 20% nisbətində görülən bir gen, ayrılan qrupda 35% nisbətində görülə bilər. Və yaxud əsas qrupda 5-10% nisbətində olan bir gen ayrılan qrupun nümayəndələrinin qalan 90-95%-dən olmaqları halında yeni qrupda tamamilə itə də bilər. Ayrılan qrupda olan fərqli genetik xüsusiyyətlərdən bəzilərinin bu qrupa daxil olan fərdlər arasında üstün mövqe tutması nəticəsində yeni irqi xüsusiyyətlər yaranması halı gen axınının nəticəsi kimi göstərilir. Buna təcridolunma da demək olar. Beləliklə, bu halda əsas qrupla ayrılan qrup arasında fərqli irqi xarakteristikalar müşahidə olunacaq. Tədqiqatçılar Buşmenlərin özünəxas bəzi cəhətlərini (gözdə epikantusun olması, baldırlarının quruluşu vəs.) bu yolla açıqlamağa çalışırlar.

Asiyalı və Avropalı qadınların üz quruluşu müqayisəsi

Homo Sapiensin qrup ya da populyasiyalarının ayrı irqlər kimi qruplaşdırılmasının çətinliyi irq mövzusunda tədqiqatçıların iki cəbhəyə bölünməsinə səbəb olub. Yuxarıda qeyd olunan anlayışlar birinci cəbhənin mövqeyini əks etdirən fikirlədir. Bu cəbhənin dəstəkçiləri getdikcə azalmaqdadır. Bunu vaxt keçdikcə əks cəbhənin tədqiqatlarının artması ilə də əsaslandırmaq olar.

Ümumiyyətlə, irq anlayışına münasibət bildirən antropoloqları və bioloqları münasibətlərinin mahiyyətinə görə 3 qrupa bölmək olar:

  1. İrqin bioloji təsnifatda yerinin olduğu fikrini dəstəkləyənlər
  2. İrqin sosial (sosio-mədəni xüsusiyyətlərə görə qruplaşdırma) kateqoriya olduğunu düşünənlər
  3. İrq anlayışına nə sosial, nə də bioloji mənada elmdə yer olmadığını düşünənlər.

İrq anlayışı əsasən bioloji mənada işləndiyi üçün 2-ci və 3-cü qrupun irq anlayışına müxalif mövqedə dayandığını demək mümkündür.

Bu hissəyə qədər daha çox irqi bioloji əsaslı elmi kateqoriya kimi görənlərin gözündən irq anlayışının izahı göstərilirdisə, bundan sonrakı hissədə elmdə irqlərə yer olmadığını deyənlərin bunu nə səbəbdən, nəyə əsaslanaraq və nə vaxtdan etibarən dediklərini nəzərdən keçirəcəyik.

Əvvəlcə bu sualla başlayaq. İrq anlayışına əks mövqedə dayanan fikirlər nə vaxtdan etibarən meydana çıxıb? II dünya müharibəsindən əvvəlki, irq anlayışının mövcud olduğu təxminən 250 illik dövrdə bu anlayış demək olar ki, bütün tədqiqatçılar tərəfindən bioloji bölgünün bir parçası kimi qəbul olunurdu. Bu mənada yalnız ən məşhur antropoloqlardan biri olan Franz Boası fərqləndirmək olar. O, 1911-ci ildə yayınladığı “The Instability of Human Types” (İnsan növlərinin qeyri-sabitliyi) adlı məqaləsində müxtəlif insan qruplarını müqayisə edərək göstərməyə çalışırdı ki, irq bioloji yox, sosial kateqoriyadır. 1945-ci ildə “Avropada İrq” adlı əsərində Eşli Montaqu insanın digər zooloji növlər kimi qruplaşdırılmasına qarşı çıxmışdı. O, “Antropologiyada Etnik Qrup Termininin İstifadə Olunması” adlı məqaləsində irq termininin (yalnızca termin kimi yox, mahiyyətcə də) insan müxtəlifliyini açıqlamaq üçün münasib termin olmadığını əsaslandırmağa çalışırdı. Montaqu etnik qrup terminindən istifadə olunması və insanın təsnifatının da bu anlayış daxilində aparılmasının daha düzgün olduğunu yazırdı. Montaqu insanlar arasındakı bioloji fərqlərin mövcud olması fikrinə qarşı çıxmırdı. O, etnik qrup anlayışının tərifini isə belə vermişdi: “Coğrafi və sosial maneələr kimi ayırıcı mexanizmlər vasitəsilə yaranmış fiziki və mədəbi fərqlərin daşıyıcısı olan insan toplusu.”

Özündən əvvəlki dövrdə irq anlayışına münasibət bildirən antropoloqlardan fərqli olaraq Montaqunun baxışlarını irq anlayışına münasibətdə yeni dövrün başlanğıcı kimi qiymətləndirmək olar. O, ilk dəfə bunu göstərdi ki, insan müxtəlifliyini tədqiq edən antropoloqlar əsas diqqəti təsnifat verməyə yox, müxtəlifliyin kökündə dayanan təkamül mexanizmlərini və təsirləri üzə çıxarmağa verməlidirlər.

Amma, həmin dövrdə bu cür düşünən yeganə insan Montaqu deyildi. Onun fikri Franz Boasdan fərqli olaraq yalnız şagirdləri tərəfindən yox, həm də başqa tədqiqatçılar tərəfindən müdafiə olunurdu. Bəlkə də, bunun səbəbi İkinci Dünya Müharibəsi dövründə artan irqçi düşüncələr idi. Həmin dövrdə Amerikalı sosioloq Henri Feyrçayld (Henry Fairchild) “Harper’s Magazine” adlı jurnala verdiyi açıqlamasında bütün insanların eyni kökdən gəlməsi, tam izolyasiya olunmuş irqlərin mövcud olmadığını izah etmişdi. Bu düşüncəni genetik cəhətdən dəstəkləyən düşüncələr də Teodesyus Dobjanski (Theodosius Dobzhansky) tərəfindən ortaya qoyulmuşdu. Onun hələ 1944-cü ildə verdiyi iqlərin genetik tərifindən: “Bəzi gen və genlərin frekanslarına görə fərqlənən populyasiyalar” də göründüyü kimi, irqlərin təyinində istifadə olunan genlərin aktiv vahidlər olduğu və dəyişikliyə qapalı olmadıqları, bu səbəbdən irqlərin gələcəkdə fərqli istiqamətlərdə inkişaflarını davam etdirə biləcəkləri fikri, gələcəkdə bu sahədəki ideyaların inkişafına kömək etmişdi.

Riçard Levontinin (Richard Lewontin) 1960-cı illərin ortalarında gel elektroforezindən istifadə edərək apardığı tədqiqatlardan sonra irq anlayışını təsnifatdan çıxartmaq yolunda tədqiqatlar artdı. Levontinin aldığı nəticələrə görə, ən böyük genetik variasiya(müxtəliflik) 85.4% olmaqla irqi qrupların daxilindədir. Yalnız 6.3% fərq irqlərarası fərqlərdir. Beləliklə, ilk dəfə olaraq genetik cəhətdən irqlərin əsassız olduğu fikri ortaya atıldı.

Bundan sonrakı dövrdə irqlərin bioloji kateqoriya olmadığını əsaslandırmağa çalışmaq üçün müxtəlif vasitələrdən, əsasən də genetika və arxeologiya elmlərindən istifadə olunmuşdu. İrqləri elmdən çıxarmağa çalışanların irəli sürdüyü arqumentləri bu başlıqlarda birləşdirmək olar:

  1. Düzgün irqi təsnifat aparmaq üçün münasib kriteriya yoxdur.
  2. Homo Sapiens Sapiensdə irqləri ayırmağa lazım olan qədər böyük genetik müxtəliflik yoxdur.
  3. İnsan irqlərinin daxilindəki fərdlərin arasındakı fərqlilik, həmin irqlərin orta göstəriciləri arasındakı fərqlilikdən çoxdur.
  4. İnsanlar arasındakı fərqlər sadəcə mühitə uyğunlaşmadır.
  5. İnsan qrupları izolyasiyada yaşamadıqları üçün dünyanın hər yerində qarışma var. Bu şəraitdə də irqlər mövcud ola bilməz.
  6. İnsan irqlərinin həmin irqə aid olan şəxslərin irqi mənsubiyyətini təyin edən, ancaq həmin irqdə görülən spesifik genləri yoxdur.
  7. Müəyyən dövrlərdə təbii təsirlərlə Homo Sapiens Sapiensin gen hovuzu daralıb, ondan sonra keçən müddət də irqlərin formalaşması üçün bəs etməyib.

Amma, bu təsnifat bütün tədqiqatçılar bu maddələrin hamısı ilə razıdır demək deyil. İrq anlayışına qarşı çıxan hər bir tədqiqatçı öz mövqeyini bu baxış bucaqlarının birindən və ya bir neçəsindən istifadə edərək ortaya qoyur.

  1. Düzgün irqi təsnifat aparmaq üçün münasib kriteriya yoxdur.

Bu düşüncəyə əsaslanaraq irq anlayışını rədd edən antropoloqlar və bioloqların dediklərinin ümumi məzmunu budur ki, insanları ayrı-ayrı irqlərdə qruplaşdırmağa imkan verən kəskin fərqləndirici xüsusiyyətlər yoxdur. Yəni, məsələn bütün qruplaşdırmalarda fərqli irqlər olan Afrika Tutsiləri (Afrika Böyük Gölləri regionunda yaşayan insan qrupları) də, Skandinaviya mənşəli etnik qruplar da hündür boylu insanlardan təşkil olunub. Lakin, ən böyük qruplaşma (Ağ, Sarı, Qara, Qırmızı) başda olmaqla bütün təsnifatlarda onlar arasında heç bir yaxınlıq göstərilmir. Və yaxud, tünd dəri rənginə sahib insanlar arasında həm düz, həm dalğalı, həm də qıvrım saçlı insanlar, açıq dərili insanlar arasında isə, tünd dərili insanlara aid xüsusiyyət kimi göstərilən geniş burun və qalın dodaqlı insanlar var. Bundan başqa başda dəri rəngi olmaqla irqlərin təsnifatında istifadə olunan göstəricilər irqlərin daxilində çox böyük müxtəlifliyə sahibdir. Yəni, məsələn, qarışma olmadıqda belə Avropoid irqinə aid edilən insan qruplarında bir Çinlinin və yaxud da Afrikalının dəri rənginə oxşar rəngdə dəri müşahidə etmək olar. Buna görə də bu mövqedə dayanan tədqiqatçıların fikrincə dəri rəngi irqləri ayırmaqda istifadə oluna bilməz. Çünki, belə təsnifat böyük problemlər yaradır. Buna daha bir neçə nümunə versək, məsələn, Afrikada Böyük Səhranın cənubunda yaşayan, Neqroid irqinin təmsilçiləri kimi göstərilən Afrikalılarla Hindistanda yaşayan Avropoid irqinə aid hesab edilən insan qruplarının dəri rəngləri çox yaxındır. Şimali Afrikada yaşayan insan qruplarında isə, İspanlardan və ya Livanlılardan daha açıq rəngli dəri müşahidə etmək mümkündür.

Belədə məntiqi olaraq bu qənaətə gəlirik ki, irqləri ayırmaq üçün istifadə olunan xüsusiyyətlərin kəskin sərhədləri yoxdur. Yəni, hansı fərqə və yaxud fərqlərə baxaraq bir qrupun təmsilçiləri bu irqdəndir deyə bilərik sualının konrket cavabı yoxdur. Bu düşüncəni müdafiə edənlərin təsnifat üçün istifadə olunan digər əsas göstəricilərə də münasibətinin necə olduğuna nəzər yetirək.

Boy da insanları qruplaşdırmaqda istifadə olunan əsas göstəricilərdən biridir. Bu məqamda qeyd etmək lazımdır ki, eyni irqə aid edilə insan qruplarının boyları arasında həddən artıq böyük fərqlər var. Məsələn, Neqroid irqinə aid edilən insanlarda orta göstəricisi 150 sm olan qruplarla (Piqmeylər) yanaşı, 180 sm olan qruplar (Watusilər) da var. Digər tərəfdən Monqoloid irqinin əsas göstəricilərindən biri kimi gözlərinin buruna yaxın hissəsində dəri qıvrılması (Epikantus) olması göstərilir. Lakin, Monqoloid irqinə aid hesab edilən Amerika yerlilərində isə bu cəhətin görülmə faizi çox aşağıdır. Belə olan halda Amerika yerlilərinin məsələn, 85% epikantusun müşahidə olunduğu Çinlilərlə eyni qrupda göstərilməsi düzgündürmü sualı yaranır.

Bu möqveni müdafiə edənlər qeyd edirlər ki, dəri rəngi, göz rəngi, forması, boy kimi istifadə olunan xüsusiyyətlər əgər bunu etməyə uyğun cəhətlərdirsə, eyni şəkildə qan qrupları, hormonal quruluş, laktoz dözümsüzlüyü, hətta, qulaq çirkinin quru və yaxud yaş olması da istifadə olunmalıdır. Ya da heç biri istifadə olunmamalıdır. Belə olan halda da, laktoz dözümsüzlüyü, yəni, süd şəkərinə qarşı insan orqanizminin həssaslığı baxımından qruplaşdırma apardıqda, Norveçlilər, Ərəblər, Hindistanlılar və Afrikalı insan qruplarının bir hissəsi həmin cəhətin eyniliyi ilə əlaqədar olaraq, eyni irqə aid edilməlidirlər. Dəri rənginin eyniliyinə görə bir qrupda qruplaşdırılan Afrikalı və Okeaniyalı insanları genotipik xüsusiyyətlərinə görə qruplaşdırmaq istəsək, Afrikalı insan bir Fransıza daha yaxın olar, nəinki, Okeaniyalıya. Əslində qruplaşdırmaq üçün istifadə olunan təyinedicilərin sayı artırıldıqca, həmin xüsusiyyətlərə uyğun gələn insanların sayı da getdikcə azalır. Bu da mühm məqamdır.

Bu fikri müdafiə edənlərin verdiyi suallar cavabsız qalıb demək mümkündür. Bu suallardan ən əsası budur ki, dəri rəngi, baş quruluşu, qaş-göz-burun quruluşuna görə, yoxsa, genetik yaxınlığa və yaxud başqa bir cəhətə əsaslanaraq irqlər qruplaşdırılacaq? Və məsələn, genetik oxşarlığı əsas götürsək, onda neçə gen, hansı genlər irqləri təsnif etmək üçün əsas istinad nöqtəsi olacaq?

  1. Homo Sapiens Sapiensdə irqləri ayırmağa lazım olan qədər böyük genetik müxtəliflik yoxdur.

Tədqiqatçıların fikirlərində ikinci qeyd olunan əsas məqam isə insan növü daxilindəki genetik müxtəlifliyin irqləri ayıracaq səviyyədə olmadığıdır. Bu düşüncə Riçard Levontinin tədqiqatlarından sonra ortaya çıxıb. Levontin tədqiqatını insandakı 16 geni analiz edərək aparmışdı. Müasir dövrdə isə, genom(gen xəritəsi) tədqiqatlarının köməyi ilə müəyyən edilmişdir ki, Levontinin 6.3% kimi göstərdiyi irqlərarası müxtəliflik 5%dən də azdır. Bu tədqiqat zamanı 650 minə yaxın DNT dəyişiklik nöqtəsi analiz olunmuşdu. Tədqiqatın nəticəsində məlum olmuşdu ki, Avropa qitəsi digər qitələrə görə daha homogendir. Yəni, irqçi nəzəriyyələrin yarandığı, bu yolda insanların öldürüldüyü Avropa qitəsindəki genetik müxtəliflik digər qitələrdəki müxtəliflikdən azdır.

Yuxarıda qeyd olunan populyasiyaların daxilində və ya populyasiyalararası genetik fərqliliklərə insanın genetik variasiyaları deyilir. Bu variasiyaların nisbətini təyin etmək üçün bir çox üsul var. Bunlara nümunə kimi SNP, SNV, YDNT, mtDNT, ekzom tədqiqatlarını göstərmək olar. DNT-dəki tək hərf dəyişikliklərini analiz edən SNP tədqiqatlarının nəticələrinə görə insan genindəki 3.2 milyard vahiddən yalnız 3 milyonu SNP nöqtələridir. Yəni, hər 1000 vahiddən 1-i insanlar arasında fərqlilik göstərir. Bu tədqiqata əsaslanaraq belə nəticə çıxarılır ki, hər min vahiddən biri fərqlidir deyə insanların genetik quruluşunda yalnız 0.1% fərq var.

Kopya sayı variasiyası tədqiqatından da oxşar nəticə çıxmışdı. Bu tədqiqatın nəticəsinə görə isə insan genlərində hər min nöqtədən 4-ü fərqlidir, yəni, insanın genetik variasiyası 0.4%-dir.

ABŞ-da Vaşinqton, Miçiqan və Harvard universitetlərinin professorları və Texas Baylor universiteti Tibb fakültəsinin birgə apardıqları araşdırmaların 10 Yanvar 2013-cü ildə Nature jurnalında açıqlanan nəticələri də bu mənada maraq doğurur. Bu tədqiqatda qeyd olunur ki, insanın genetik quruluşunun müxtəlifləşməsi daha çox son dövrlərdə, konkret olaraq əkinçiliyin meydana çıxmasından sonra olub. Tədqiqata görə protein kodlayan SNVlərin 73%-i, bütün SNV-lərin isə 86%-i keçən 5-10 min il daxilində yaranıb. Bu dövrün də əkinçiliyin yayıldığı əsas dövr olmasını nəzərə alan tədqiqatçılar bu iki məsələ arasında əlaqə olması ehtimalının çox güclü olduğunu qeyd edirlər. Yəni, əkinçiliyin yaranması insan genetikasını ciddi dəyişikliyə uğradıb.

Lakin, tədqiqatçıların insan genləri arasındakı fərqliliyin çox aşağı səviyyədə olduğunu qeyd etməkləri o demək deyil ki, insan genomundakı bütün bölgələrə nəzər yetirərək, insanın hansı coğrafi bölgədən, köklərinin başladığını demək olmaz. Hətta, bunu sadə insanlar üçün müəyyən məbləğ qarşılığında edən təşkilatlar da var. Hətta, bəzi hallarda genomdakı 100 gen bölgəsinə (lokuslar) baxaraq da olduqca dəqiq məlumatlar vermək olur. Amma, bir qrup genə və ya onlarla genə baxaraq belə bir ayırma, coğrafi köklərin təyin olunması mümkün deyil. Bəzən də, ayrı irq kimi göstərilən insanlar üçün yüzlərlə genin analizi də dəqiq bir şey deməyə imkan vermir. İrq təsnifatlarına qarşı çıxan akamediklər də bunun ciddi maneə olduğunu qeyd edirlər. Onların fikrincə, insan irqləri həqiqətən var olsaydı, insanların genomlarına ilkin baxış da onları qruplaşdırmaq üçün kifayət etməli idi.

İnsan növü daxilində bunu edə bilməməyimizin səbəbini bu ikinci istiqamətin dəstəkçiləri insanda genetik müxtəlifliyin çox aşağı səviyyədə olması ilə açıqlayırlar. Yəni, genetik cəhətdən lazımı variasiya yoxdur deyə irqlər də yoxdur. Pubmed-də yayımlanan insan genetikasının müxtəlifliyi ilə bağlı məqaləyə görə, müxtəliflik insanda 0.1%-dirsə, canavar növləri daxilində 1%-ə qədər qalxır. Şimpanzelərin genetik variasiyası da insandakından çoxdur. Halbuki, şimpanze dedikdə insanların ağlına yalnız bir növ canlı, insan dedikdə isə böyük rəngarənglik gəlir.

  1. İnsan irqlərinin daxilindəki fərdlərin arasındakı fərqlilik, həmin irqlərin orta göstəriciləri arasındakı fərqlilikdən çoxdur.

Bioloji mənada irqi təsnifat apara bilmək üçün ayrı irqlər kimi göstərilən qrupların arasındakı müxtəlifliyin həmin qrupların öz daxillərindəki müxtəliflikdən çox olması vacibdir. Bəzi tədqiqatçılar bunun belə olmadığına əsaslanaraq irqlərin mövcud olmadıqlarını qeyd edirlər.

 

Natalia İvanova – The Ethnic Origins of Beauty (Etnoqrafik Layihə)

Bu düşüncənin də ilk rüşeymləri Riçard Levontinin tədqiqatlarında qoyulmuşdu. O tədqiqatında irqlər arasındakı genetik fərqləri müəyyənləşdirmək üçün dünyanın fərqli bölgələrində yaşayan populyasiyaların irqlərə ayrılmış qruplarından 7-sinin polimorfik xüsusiyyətlərini araşdırmışdı. Onun ikinci tədqiqatının nəticələrinə görə, genetik müxtəlifliyin 6.3%-i böyük qruplar arasındakı fərqi təmsil edirsə, 94%-i qrupların daxilindədir. Bu tədqiqata görə insanlar arasıdakı genetik fərqliliyin daha böyük hissəsi, kənd, qəbilə və alt-qruplarda, hətta, ailə və ailəni təşkil edən fərdlərdə meydana gəlir.

Monqoloid, Avropoid və Neqroid irqlərinin aralarındakı müxtəlifliyin onların daxilindəki ayrılan qruplar arasındakı müxtəliflikdən daha az olması barədə yuxarıda məlumatlar qeyd edilib.

  1. İnsanlar arasındakı fərqlər sadəcə mühitə uyğunlaşmadır.

İrqlərin mahiyyətini müəyyən etmək üçün əsas təyinedicilərdən biri də adaptasiyaya baxışın necə olmasıdır. İrq anlayışını qəbul etməyən antropoloqların əsaslandığı məsələlərdən biri də məhz budur. İnsan qruplarında saç, göz rəngi, baş quruluşu vəs.-də fərqlərin olduğu faktdır. Lakin, bu fərqlərin yaranma səbəbinin insanların qruplaşdırmasına necə təsir etməli olduğu məsələsində fikir ayrılıqları var. Müasir Antropologiyada bu fərqliliklərin mənşəyi təkamülün adaptasiya mexanizmi vasitəsiylə açıqlanır. Demək olar ki, hamı tərəfindən qəbul olunan bu açıqlamaya əsasən eyni qrupdan çıxan insanlar fərqli mühitlərə düşdükdə təbiətin təsiri ilə müxtəlif fenotipik xüsusiyyətlər qazanırlar.

Hər iki cəbhənin də bu fikri qəbul etməsinə baxmayaraq, bunun irq kateqoriyasına təsiri məsələsində, irqlərə qarşı çıxanlar qeyd edir ki, bu ilk növbədə insan qruplarının fərqli köklərdən gələrək, xüsusiyyətlərinin də ona görə fərqli olması demək olmadığı üçün irq təsnifatları zəiflədən bir faktdır. Yəni, bu fərqləri sadəcə mühitin təsiri nəticəsində insanların adaptasiya prosesinə məruz qalması kimi açıqlanması irq anlayışına artıq ehtiyac yoxdur deməkdir.

Belədə bu açıqlamaların dəstəklənməsi üçün irqləri təsnif edərkən istifadə olunan bütün xüsusiyyətlərin adaptasiyada necə qazanılmasını açıqlamaq zərurəti var. Bu mövqedə dayananların buna verdiyi açıqlamalara nəzər salaq.

Bildiyimiz kimi irqləri ayırmaq üçün istifadə olunan əsas xüsusiyyət dəri rəngidir. Dəri rəngi on minlərlə il ərzində formalaşan bir xüsusiyyətdir. Afrikadan çıxan, müasir dövrdə yaşayan bütün insanların əcdadları olan insanların dərilərinin rənginin tünd olduğu artıq təsdiq olunub. Dəri rənginin dəyişməsi insan bədəninin günəş şüalarının təsirinə adaptasiya mexanizmidir. Bunu hətta, elmi faktlara istinad etmədən də görmək mümkündür. İnsanların dəri rənginin təxmini hansı bölgələrdə necə olmasını bilsək, dünya xəritəsini qabağımıza qoyaraq görə bilərik ki, bu günəş şüalarının miqdarı ilə bağlıdır. Dəri rəngi günəş işiğını daha çox və düz bucaqdan alan ekvatorial bölgəyə yaxınlaşdıqca tündləşir. Günəş şüalarının həm təsir gücü, həm də düşmə bucağının getdikcə azaldığı qütblərə doğru getdikcə isə, açılmağa başlayır. Bu səbəbdən də, Ekvatora yaxın ərazilərdə insanlar tünd, Rusiya, Skandinaviya ölkələri kimi yerlərdə isə açıq rəngli dəriyə sahibdirlər. Yaxından baxdıqda Afrikanın öz daxilində də dəri rəngi Ekvatora yaxınlıq dərəcəsinə görə fərqlənir. Ekvatora yaxın yerlərdə daha tünd dəri müşahidə olunur. Dəri rənglərinin coğrafi areala uyğunluğu qanununun tək istisnası Latın Amerikasının Ekvatorial qurşağında yaşamış və yaşayan Amerika Hindularıdır. Bu istisnanın səbəbini açıqlamaq üçün Amerikaya ən qədim insanların maksimum 15 min il əvvəl(İlk dəfə Latın Amerikasına təxmini 9-10 min il əvvəl daxil olublar) köçmələri faktını yada salmaq kifayətdir. Afrikadan tünd dəriyə sahib insanlar kimi çıxan Homo Sapiens Sapienslərin dəri rəngləri Orta Asiya və Sibir soyuqlarında 30-35 min il qaldıqları üçün açıq rəngə çevrilmişdi. Bu açıq rəngli insanlar 10 min il əvvəl Latın Amerikasının ekvatorial bölgəsinə köçdükdən sonra yenidən dərilərinin tündləşməsi prosesi başladı. Lakin, bu tündləşmənin ekvatorial bölgəyə müvafiq səviyyəyə qədər getməsi üçün lazım olan vaxt keçmədiyi üçün onların dəriləri qırmızımtıq rənglidir.

Britannika Ensiklopediyasının məlumatlarına əsasən hazırlanmış xəritə

Amma, belədə bu sual ortaya çıxa bilər. Müasir genetikaya görə qazanılmış xüsusiyyətlər (məsələn, insanın əzələlərini inkişaf etdirməsinin onun verəcəyi nəslin əzələlərinə təsiri olmayacaq) sonrakı nəsillərə ötürülmür, bəs belə olan halda dəri rənginin ekvatora yaxınlaşdıqca tündləşməsinin genetik cəhətdən ötürülməsi prosesi necə gedir? Yuxarıda mutasiyalar haqqında danışarkən qeyd olunmuşdu ki, mutasiyalar əsasən sonrakı nəslə ötürülən genetik pozulmalardır. Bu genetik dəyişikliklərin xarici görünüşü və ya fizioloji xüsusiyyətləri təyin edən genlərdə getməsi Polimorfizm adlanır. İnsanda dəri rəngini bir genin təyin etmədiyini də bilirk. Dəri rənginin dəyişməsinin ötürülməsi mexanizmini açıqlamaq üçün ilk əvvəl bunu bilmək lazımdır ki, bu xüsusiyyət insan bədəni – D vitamini əlaqəsi ilə birbaşa bağlıdır. Şimalda açıq rəngli dəri D vitamini sintez edə bilməsi üçün lazım olan günəş şüalarını daha çox çəkə bilmək üçün formalaşmış adaptasiyadır. Ekvatorial bölgədə dərinin tünd rəngli olması isə, bu ərazidə günəş şüalarının təsirinin həddən artıq çox olması səbəbi ilə, günəşdən gələn ultra-bənövşəyi şüaların dərinin altına keçərək yanıqlar və dəri xərçənginə səbəb olmaması üçün müdafiə mexanizmidir. Tünd dərili insanlarda melanosit adlanan hüceyrə quruluşları daxilində yerləşən melanin piqmenti açıq dərili insanlara nisbətən daha çoxdur. Melanin günəş şüalarının təsirini zəfilədir. Bunları bildikdən sonra suala cavab vermək olar. Sualın ən sadə cavabı belədir ki, günəş yanıqları çoxalma və nəsilverməyə mənfi təsir göstərir, bu səbəbdən hər nəsildə daha çox melaninə sahib insanlar nəsilvermədə müvəffəqiyyət qazandığı üçün tünd dəri rəngi getdikcə həmin qrupun daxilində üstün mövqe alaraq, sonda bütün qrupa yayılıb. Bu mövzunu davam etdirsək, dəri xərçəngi çox vaxt birbaşa ölümlə nəticələnmir, amma, nəsilvermə qabiliyyətini və cinsi seçmədə üstün mövqeyini itirdiyi üçün buna məruz qalmış insanlar genlərini sonrakı nəslə ötürə bilmir. Bu qan-damar sistemində problemlərin yaranması və böyrəklərin çürüməsinə səbəb olur. Buna görə də dəri rənginin coğrafi areala uyğun olmaması fərdin təbii seçmədə məğlub olmasına gətirib çıxarır. D vitamini ilə bağlı problemləri insana təsiri ilə bağlı nümunələrin sayını artırmaq da olar. D vitamini sintezinin günəş şüalarının təsirinin az olduğu ərazilərdə dəridə nə vaxt və necə problem yaratmasına aid nümunə kimi bunu demək olar. Günəş şüalarının az olduğu ərazilərdə yaşayan tünd dəri rənginə sahib insanlarda yuxarı faizlə raxitlik müşahidə olunur. Təbii şəraitdə lazımı qədər günəş şüası almadığı üçün D vitamini əksikliyi yaşayan fərdlərdə sümüklər lazım olan qədər sərtləşmir və bədən ağırlığını daşıya bilmədikləri üçün əyilirlər. Bu ən çox ayaqlarda və qollarda olur. Lakin, qadınlarda ləyən sümüyünün də əyilməsi səbəbilə doğum kanalı darlaşır, belə olan halda da çox vaxt doğum vaxtı ana da, körpə də ölür. Bu hadisəyə də antropoloq kimi elmi perspetivdən yanaşdıqda görərik ki, belə olan halda dəri rəngi mühitə uyğun olmadığı üçün D vitamini çatışmamazlığı yaşamış insanlar genlərini sonrakı nəsilə ötürə bilmir və həmin bölgədə genlərini ötürə bilənlər daha çox dəri rəngləri təbii şəraitə uyğun olanlar olur. Bu izah təkamülün necə getməsinin də sadə izahıdır.

Coğrafi mühitin bədən quruluşuna təsirinə soyuq-isti iqlimdə yaşama məsələsində də nümunələr vermək olar. Biologiyada nəzəriyyəçilərdən Bergmann və Allen-in üzə çıxardığı və öz adları ilə adlanan qanunlara görə bir növün soyuqda yaşayan qruplarının bədən quruluşları mövcud istiliyi qorumaq üçün isti iqlimdə yaşayanlara nisbətən daha qısa və yuvarlaq olur (Bergmannn qanunu), həm də qol və ayaqları qısalaşır (Allen qanunu). Bunu Eskimoslar nümunəsində görmək olar. Eskimoslar daha çox qısa boylu, qısa qol və ayaqlara sahib insanlardır.

Bütün insanlarda tər vəzləri eyni miqdardadır. İsti və soyuq iqlimlərdə bədən istiliyinin qorunması yaşamaq uğrunda mübarizədə növə kömək edən cəhətlərdən biridir. Yuxarıda soyuq iqlim üçün bunun hansı formada olduğu və əhəmiyyəti qeyd olundu. İsti iqlimdə yaşayan insanlarda da oxşar proses gedib. İsti ərazilərdə yaşayan insanlarda nazik bədən quruluşu və uzun boyluluq daha çox müşahidə olunur. Həcmcə eyni olsalar belə, uzun boylu fərdlərin bədənlərinin səthinin sahəsi həcmi çəkisi hesabına yuxarı olan insanlara nisbətən daha böyükdür. Sümüklərin daha uzun olması dəri səthinin də çox olmasına səbəb olur. Belədə, isti iqlimdə yaşayan insanlarda bədəndən hərarət daha tez uzaqlaşdırılaraq, fərd istiyə qarşı mühafizə edilir. Bu səbəbdən Tropik Afrikada yaşayan bir çox qrupda gövdəyə nisbətən qol və ayaqlar daha uzundur.

Göz qapağında epikantusun yaranmasını açıqlayan istiqamətlərdən biri də istilik səviyyəsi ilə əlaqəlidir. Bu açıqlamaya əsasən, 10 minlərlə il boyunca soyuq iqlimdə yaşayan insanların göz qapağında yağ təbəqəsi yığılıb və bu da epikantusun yaranmasına səbəb olub. Bu açıqlamanın çatışmazlığı epikantusun yalnız soyuq iqlimdə yaşayan qruplarda yox, hətta Buşmenlər kimi isti iqlimdə yaşayan insanlarda da müşahidə olunması ilə bağlıdır. Digər bir hipotezə görə epikantusa sahib olan insan qruplarında bu xüsusiyyət günəş şüalarına qarşı müdafiə mexanizmlərindən biri kimi formalaşıb və çox soyuq iqlimdə yaşayan insanları qar və buzdan əks olunan günəş şüalarının, səhralıqda yaşayan insanları isə qumlardan əks olunan şüaların kor etmə təhlükəsindən qoruyub.

Genetik quruluşla bağlı olan laktoz intoleransı (süd şəkəri dözümsüzlüyü) da yeni dövr mənbələrində adaptasiya nümunəsi kimi qeyd olunur. Bu barədə aparılan tədqiqatların nəticələrinə görə, insan və insanın çox əvvəl yaşamış əcdadlarının qidalanma forması özündə südü ehtiva etmirdi. Uşaq doğulduqdan sonra bir müddət ana südü ilə qidalanır, daha sonra süd içmirdi. Südün tərkibində olan laktoz(süd şəkəri) da insanların bağırsaqlarında süddə mövcud olduğu formada həzm oluna bilmirdi. Müasir dövrdə yaşayan insanların böyük qismində olduğu kimi laktoz əvvəlcə laktaz adlandırılan bir enzim vasitəsi ilə qlükoza və qalaktoz adlı təbii şəkərlərə ayrılmalı idi. İnsanlarda uşaqlıq dövründən sonra laktaz istehsalı genetik sistem tərəfindən dayandırılır. Orqanizmin laktaz hazırlamadığı halda süd içilərsə, süddəki laktoz bağırsaqlarda həzm oluna bilməz, bədəndə yığılaraq qalar. Bu da qarın ağrısı, qarın sancıları, ürəkbulanma, qusma kimi hallarla müşahidə olunar. Bu tibbdə laktoz intoleransı adlandırılır. Bu əslində xəstəlik deyil, sadəcə genetik quruluşumuzun gündəlik həyatda əks olunmasıdır. Laktoz intoleransı insana ən yaxın canlılar olan digər böyük quyruqsuz meymunların (şimpanze, oranqutan, qorilla, bonobo) hamısında da müşahidə olunur. Bu səbəbdən Homo növləri milyonlarla il boyunca süd içməyiblər. Amma, Neolit dövründə əkinçiliyin başlaması ilə paralel olaraq Mesopotamiyada bəzi heyvanların əhilləşdirilməsinə də başlanıldı. Əvvəlcə 14 min il əvvəl itlər, bir müddət sonra donuz və keçi əhilləşdirildi. Təxminən 8500 il əvvəlsə qoyun və inəklərin əhilləşdirilməsi baş vermişdi. Daha sonra 5 min il əvvəl at əhilləşdirildi. İnsan qoyun və inəyi əhilləşdirəndən bir müddət sonra bu heyvanların südlərindən də istifadə etməyə başladı. Çox güman gündəlik qidalar sırasına südün daxil olmasının laktaz istehsalına səbəb olan geni tam aktivləşdirdiyi hesab edilir. Bununla bədəndə laktaz hazırlayan enzim yalnız uşaqlıq dövründə yox, bütün həyatı boyu fəaliyyətini davam etdirib və bu enzim sayəsində insan orqanizmi südü həzm edə bilib. Amma, bu bütün insanlarda belə deyil. Yəni, qulağa qəribə gəlsə də, hələ də bir çox insan qrupu südü həzm edə bilmir.

Norman Kreçmerin (Norman Kretchmer) “Laktoz və Laktaz” adı ilə çap olunan tədqiqat işinə və Qidalanma Genetikası Mərkəzinin araşdırmalarına əsasən bəzi insan qruplarında laktoz intoleransı bu miqdardadır:

  1. Hollandlar – 1%
  2. İsveçlilər – 2%
  3. Almanlar – 16%
  4. Finlər – 18%
  5. Ərəblər – 25 %
  6. İtalyanlar – 41%
  7. Alyaska Eskimosları – 80%
  8. Avstraliya aborigenləri – 85%
  9. Çinlilər – 93%
  10. Amerika yerliləri (Hindular) – 100%

Bundan başqa aparılmış tədqiqatlar kəllə qutusunun formasının da ətrafdan təsirlərlə dəyişdiyini göstərmişdir. Bu yolda ilk tədqiqatlar Franz Boas tərəfindən aparılmışdı. Ondan əvvəl Cüzeppe Serji bu ideya ilə çıxış etsə də ideyasını dəstəkləmək üçün tədqiqatlar aparmamışdı. Franz Boas isə öz fikrini əsaslandırmaq üçün 1910 – 1912ci illərdə Amerikaya köçmüş mühacirlərin və onların övladlarının üzərində tədqiqatlar aparmışdı. Sonda o tədqiqatının nəticəsi kimi bildirmişdi ki, Amerikaya köçmüş insanların kranial göstəriciləri onların övladlarının kranial göstəricilərindən ciddi miqyasda fərqlənir. Frans Boasın bu ideyalarını daha sonra Ernest Huton müdafiə etmişdi. O da qeyd edirdi ki, başın quruluşu genetik amillərlə paralel, ətraf mühitin təsiri ilə də formalaşır. Müasir dövrdə aparılan tədqiqatlar da Boasın bu məsələdə də haqlı olduğunu bir daha göstərmişdir.

Angélica Dass – Humanæ

İnsan burnunun forması da mühitə adaptasiyanın nəticəsi hesab olunur. Soyuq ərazilərdə yaşayan insanların burunları əsasən dar, uzun olur. Belə burun forması kiçik damarların yerləşməsi üçün əlverişli şərait yaratmaqla yanaşı, daxilində mukoza başda olmaqla toxumaların köməkliyi ilə alınan havanın isidilməsinə, beləcə ağciyərlərə çox soyuq havanın daxil olmasının qarşısının alınmasına səbəb olur.

Bütün bu qeyd olunan cəhətlərə əsaslanaraq, başqa dəri rəngi olmaqla insanların irqlərə ayrılmasında istifadə olunan xüsusiyyətlərin bioloji quruluş fərqliliyi və yaxud da mənşə fərqliliyindən yox, coğrafi mühitin fərqli olmasından qaynaqlandığını demək mümkündür.

  1. İnsan qrupları izolyasiyada yaşamadıqları üçün dünyanın hər yerində qarışma var. Bu şəraitdə də irqlər mövcud ola bilməz.

Bu mövqedə dayananların dediklərinin ümumi mahiyyəti bundan ibarətdir ki, bəlkə də dünyada tam izolyasiyada yaşayan qrupların olduğu dövrdə irqlər var idi. Amma, müasir dövrdə demək olar ki, dünyanın hər yerində qarışma var deyə irqlərin varlığından danışmaq mümkün deyil.

İnsan növü ən yeni kəşflərə görə yaşadığımız dövrdən təxminən 384 min il əvvəl Homo heidelbergensis növündən təkamül keçirmiş bir canlıdır. Əlbəttə, bu bir nəsil içində olmuş bir şey deyil, ona görə də bu o demək deyil ki, verilən tarixdən 1 il əvvəlkilər Heydelberq adamı, 1 il sonrakılar Homo Sapiens idi. Bu keçən dövr təkamül üçün olduqca qısa dövrdür, amma, insanın bütün dünyaya yayılaraq hər cür iqlim şəraitinə uyğunlaşmalı olması çətinliyini nəzərə aldıqda müəyyən dəyişikliklərin olması üçün bəs edib. Bunu da unutmamalıyıq ki, Homo Sapiens bu tarixdə formalaşıb dedikdə, bu o demək deyil ki, o Homo Sapienslər də bizim kimi gəmilərə, təbiəti ram etmək üçün inkişaf etmiş vasitələrə malik idi. Bioloji təkamüllə paralel olaraq insan mədəniyyəti də getdikcə təkmilləşib bugünki halını alıb. İnsan dövrümüzdən təxminən 10.000 il əvvələ qədər digər yırtıcı heyvanlardan o qədər də fərqlənməyən həyat tərzinə sahib olub.

Bu dövrdə Homo Sapins Sapiens minlərlə kilometr yol qət edərək fərqli istiqamətlərə doğru yayılmışdı. Afrikadan çıxdıqdan sonra bu qrupların bir çoxu arasında uzun müddət qarışma olmamışdı. Bunun səbəblərindən biri də, insanların hələ təbiət üzərində hakim mövqe almaq üçün lazım olan vasitələrə sahib olmaması, buna görə də ərzaq ehtiyatının qıtlığı səbəbilə saylarının indikindən çox az olması da ola bilər. Bu istiqaməti müdafiə edənlərin fikrincə, müasir dövrdəki genotip və fenotip cəhətdən fərqli xüsusiyyətlərimizin böyük hissəsi bu izolyasiyada yaşanılan dövrdə formalaşmışdı.

İzolyasiyalar haqqında danışarkən yazının əvvəllərində də qeyd olunduğu kimi fərqliləşmiş canlılarda fərqliləşmə cütləşməyə imkan verməyən müəyyən həddi keçməyibsə qrupları ayıran sərhəd aradan götürülərsə həmin qrupları qarışaraq yenidən gen hovuzu genişlənmiş bir irq olacaqlar. Yəni izolyasiyalardan geriyə yol var. Bu mənada izolyasiyaların irqləri formalaşdırdığını nəzərə alsaq irq anlayışının da nə qədər dinamik olduğunu, sabit anlayış olmadığını görə bilərik. 100 il əvvəl ayrı irqlər olan iki populyasiya qarışma başlayarsa, 100 il sonra bir irqə çevrilərlər. Bunun dünya tarixində insan irqlərində də köçlər zamanı qarışmada nümunələri var.

Oturaq həyata keçilməsindən sonra əvvəlcə mədəniyyət daha sonra texnologiya inkişaf etdi və insanların yayıldıqları areal həddindən artıq genişləndi. Bu yolla izolyasiyada olan populyasiyalar da qarışmağa başlamış və növləşmə sürəti getdikcə aşağı düşmüşdür. Müasir dövrdə ən aşağı səviyyəsindədir. Bu mövqedə olanlar qeyd edirlər ki, bioloji olaraq irqlər yalnız izolyasiyada yaşayan, nə xaricdən gen alıb, nə də gen verən qruplar ola bilərlər. Buna əsaslanaraq indiki şəraitdə dünyada heç bir bioloji irqin olmadığını iddia etmək olar. Çünki, izolyasiyada yaşayan populyasiya demək olar ki yoxdur.

Dediklərimizi ümumiləşdirsək, bu fikirdə olan insanların dedikləri belədir. Hal-hazırda heç bir irq yoxdur. Lakin, insanlar həmişə irqsiz deyildi. İlk təkamül keçirdiyimiz bölgə – Afrikanı tərk edərək dünyaya yayıldığımız təxmini son 100 min illik dövrdə bir çox izolyasiyada yaşayan insan qrupları olub. Fərqli dəri rəngləri, göz quruluşları, fiziki xüsusiyyətlər vəs. də bunun nəticəsidir. Təqribi 12 min ildir davam edən oturaq həyat tərzi və əkinçilik, E.Ə 1500-cü illərdən başlayaraq Avropalıların gəmilərlə uzun məsafələrə yayılması, böyük köçlər, xaç yürüşləri, Böyük Coğrafi Kəşflər, əsası Afrikalılar olmaqla qul ticarəti, bir neçə əsrdir mövcud olan qlobal səviyyədəki insan yerdəyişmələri, insanların demək olar ki istənilən əraziyə rahatlıqla gedə bilmək imkanı vəs. yəni, mədəni təkamül sayəsində əldə etdiyimiz vasitə və texnologiyalar sayəsindəki insan yerdəyişmələri irq anlayışını yox edib.

Müasir dövrdə bəlkə çox kiçik qəbilələr və bir neçə bu kimi istisnanı çıxsaq bu mövqedə dayanan tədqiqatçıların fikrincə irqlər yoxdur. İzolyasiyada yaşayanların sayı ümumi miqyasda çox az olduğu üçün onları istisna kimi görərək belə hipotez vermək olar.

Bu istiqamətə görə bioloji mənada irqlər var olsaydı, onların 3 milyard hərflik genomlarında digər populyasiyalara aid xüsusiyyətlər görülməməli idi. Halbuki, indiki dövrdə insan genomuna baxdıqda hər şeyin bir-birinin içinə girdiyini müşahidə edirik. Digər heyvan növlərində isə, hələ də izolyasiyada yaşayan bir çox populyasiya var deyə, onlarda irqlərin varlığından danışmaq olar.

İnsanların izolyasiya şəraitində yaşaması daha uzun dövrü əhatə etsəydi, onların Homo qrupunun öz daxilində olduğu kimi, ayrı növlərə çevrilməsi də baş verə bilərdi. Amma, qarışma başlayıb deyə nəinki ayrı növə çevrilmə ehtimalı var, hətta ayrı irqlər də silinir. Bu deyilənlərə əsaslanaraq, Homo Sapiens Sapienslər sərhədləri dəqiq məlum olan coğrafi areallarda xaricə heç bir gen verib-almadan  uzun müddət yaşamağa qərar vermədiyi müddətdə insan irqləri olmayacaq desək yanılmarıq.

  1. İnsan irqlərinin həmin irqə aid olan şəxslərin irqi mənsubiyyətini təyin edən, ancaq həmin irqdə görülən spesifik genləri yoxdur.

Bu müəyyən mənada təsnifatın ikinci bölgüsü ilə əlaqəli məsələdir. Bu qrupda birləşdirə biləcəyimiz fikirlərim mahiyyəti belədir ki, aparılan tədqiqatlarda heç bir irq kimi göstərilən populyasiyada həmin populyasiyanın bütün fərdlərində olan və onların müəyyən mənada bayrağı olan genə rast gəlmək mümkün olmayıb. Genetik tədqiqatların bunun tam əksini göstərdiyi qeyd olunur. Yəni, bəzi xüsusi halları çıxsaq bütün insanların gen hovuzu demək olar ki, eynidir,çünki hamısı kökünü eyni yerdən – Afrikadan götürüb.

 

İnsan və Şimpanze xromosomlarının müqayisəsi (Wikipedia)

Bu mənada miqyasımızı böyüdərək, insan ilə şimpanzenin müqayisəsinə baxıqda görərik ki, hətta xromosom sayında da müxtəliflik var. İnsanda 23 cüt xromosom varsa, böyük quyruqsuz meymunlarda bu 24 cütdür. Onlarda 2a və 2b kimi adlandırılar iki xromosom insanda təxminən 7 milyon illik ortaq əcdaddan ayrılma dövründə təkamül keçirərək, tək 2 xromosomuna çevrilmişdilər. İnsan irqləri adlandırılan populyasiyalarda isə, bu səviyyədə olmasa da, buna yaxın səviyyədə ciddi fərqləndirici, irqləri təmsil edən xüsusiyyət yoxdur.

Genetik tədqiqatların verdiyi nəticələrə görə insanlarda bi-modal (ikili) bir irqi ayırma da aparmaq mümkün deyil. Məsələn, insanların ağlına gələ bilər ki, tünd dərili insanların ayaqlarında əlavə əzələlər var, ona görə də daha sürətli qaçırlar. Amma, nəinki əzələlər, aparılan genetik tədqiqatlarda o insanlarda heç daha sürətli qaçmağı təmin edən genlər də tapılmayıb. Bir vaxtlar ATCN3 geninin tünd rəngli insanlara xas oduğu və bu genin daha sürətli qaçmağı təmin etdiyi ilə bağlı deyilən fikirlər müasir dövrdə təkzib edilir. Çünki, aparılan tədqiqatlar nə ATCN3 geninin tünd dərili insanlara məxsus olduğunu, nə də bu genlə sürətli qaçmaq arasında əlaqə olduğunu sübut edə bilmədi. Amma, bu o demək deyil ki, bəzi məsələlərdə müəyyən qruplar daha müvəffəqiyyətlidir. Bunun belə olmasının səbəbi isə genetik faktorlarla yox, təbii-coğrafi mühitin təsiri ilə daha yaxşı açıqlana bilər.

Bu istiqamət içində irqlər varsa aralarında ciddi genetik fərqlər olmalıdır deyənlər arasında hətta barmaq izlərinin də genlərlə təyin olunmalı olduğunu deyənlər də var. Məsələn, Şimali Kaliforniya Dövlət Universitetinin apardığı tədqiqatların nəticələrinə görə, barmaq izləri yalnız illkin mənşə ilə bağlı çox az məlumat verə bilir. Məlum olduğu kimi, heç bir insanın barmaq izinin başqası ilə eyni olması halı müşahidə olunmayıb. Amma, barmaq izlərini müəyyən qruplarda qruplaşdırmaq olar. Belə 3 qrup var. İç-içə keçmiş xəttlərin ortasında ya ilmə, ya yay, ya da halqa fiquru alınır. İrqlərə olan etirazlarda bu fikir də səslənir ki, irqlər var olsaydı, eyni irqlərin nümayəndələrinin barmaq izlərində də bu 3 qrupun nisbəti oxşar olardı. Halbuki, ilmə formalı barmaq izləri həm Avropalılarda, həm Böyük Səhranın aşağı hissəsində yaşayan Afrikalılarda, həm də Uzaq Şərqdə yaşayan insanlarda böyük nisbətdə müşahidə olunur.

Edmund Henri tərəfindən barmaq izlərinin geniş qruplaşdırılması

  1. Müəyyən dövrlərdə təbii təsirlərlə Homo Sapiens Sapiensin gen hovuzu daralıb, ondan sonra keçən müddət də irqlərin formalaşması üçün bəs etməyib.

Anatomik mənada müasir insanlar əvvəlki əcdadlardan fərqliləşmiş halda təxminən 200 min il əvvəl Şərqi Afrikada formalaşıb. İlk əvvəl sayları çox az idi, amma, getdikcə çoxaldılar və daha geniş ərazilərə yayılmağa başladılar. Təxmini hesablamalara görə bu həmişə belə getməyib. Müəyyən dövrlərdə insanların sayında azalmalar olub. Təxminən, 70 min il əvvəl İndoneziyadakı Toba vulkanının partlaması nəticəsində qlobal fəlakət baş vermişdi. Bu dövr də insanların saylarının kütləvi azaldığı dövrlərdən biri hesab olunur. ABŞ-lı antropoloq Ceferson Fiş (Jefferson Fish) “İrq Mifi” adlı kitabında bu mövzuya toxunaraq qeyd edirdi ki: “Tarixdəki qeyd olunan bu son hadisə nəticəsində genetik müxtəlifliyin böyük hissəsi də onu daşıyan insanların yox olması səbəbi ilə həmin dövrdə itmişdi. Yeni tədqiqatlar nəticəsində Afrikadan ilk insanların nə vaxt çıxması ilə bağlı müxtəlif fikirlər yaranıb. Lakin, əsas qəbul olunan fikirlərə görə bu çıxış həmin fəlakətdən daha əvvəl olmayıb. Ayrılan qrup da əsas gen hovuzunun çox kiçik hissəsini alaraq buradan ayrılıb. Bu səbəbdən daha az dəyişikliyə sahib olan Avrasiyalılar bu genetik müxtəlifliyi artırmaq üçün 200 min ilin 1/3-indən də az vaxta sahib idilərsə, Afrikalı populyasiyalar insan genetik müxtəlifliyinin bütün 200 min ilini əhatə edən müxtəlifliyə sahibdirlər.”

Amerikanın yerli əhalisinə də eyni perspektivdən baxdıqda əvvəlcə bu faktı xatrılamaq lazımdır ki, təxminən 15 min il əvvəlki buzlaşma dövründə dünyadakı su ehtiyatının böyük hissəsi buz halında idi və Okean səviyyələri çox aşağı idi. Bunun nəticəsində, bu gün Alyaskanı Sibirdən ayıran Berinq boğazı keçid üçün körpü funksiyasını yerinə yetirə bilmişdi. Buradan keçən insan qruplarının sayının da çox az olduğunu nəzərə alsaq, deməli oraya gedən insanlar da Avrasiyada onsuz da az olan genetik müxtəlifliyin daha kiçik hissəsini oraya aparmışdılar.

Beləliklə, qitələr üzərində fərqli irqlər kimi göstərilən qrupların müxtəlifləşmək üçün fərqli müddətlərə sahib olduqlarını görə bilərik. İnsan müxtəlifliyinin əsas hissəsi müxtəlifləşmənin 200 min ildir getdiyi Afrikadadır. Avrasiya, orada bu proses 70 min ildən daha az müddətdə getdiyi üçün nisbətən az, Amerikada isə, cəmi 15 min ildir getdiyi üçün çox az variasiyaya sahibdir.

Ceferson Fiş də bunları nəzərə alaraq qeyd edir ki, bütün dünyada irqlərin formalaşması üçün lazımı müddət olmayıb. Əgər irqlərdən danışsaq belə bunlar ilk növbədə Afrikanın daxilində olmalıdır. Məsələn, Mbunti piqmeyləri çox qısa, Masayilər çox hündür boyludurlar. Halbuki, irqi təsnifat verənlər dəri rənginə əsaslanaraq onları demək olar ki həmişə bir böyük qrupda qruplaşdırırlar.

İnsanın tarix boyu dünyaya yayılması xəritəsi. “Natuurwetenschap en techniek” jurnalı (2009)

İrqlər haqqında yazının əvvəlindən bəri deyilənləri ümumiləşdirərək bunlar demək olar. İrq anlayışı elmə daxil olduğu gündən bəri üzərində müxtəlif mübahisələrin getdiyi bir termin olub. Amma, müasir dövrdə fəaliyyət göstərən bioloq və antropoloqların əksəriyyəti insanları qruplaşdırmaq üçün istifadə olunan irq anlayışını, xüsusilə də bioloji irq anlayışını rədd edirlər. Amma, bu insanlar arasındakı müxtəlifliyin rədd olunması demək deyil. İnsanlar arasındakı müxtəliflik bu mövqedən mühitəuyğunlaşma kimi izah olunur. İrqlərin əvvəlki dövrdə var olub-olmamalarını müzakirə etmədən belə bu hamıya məlumdur ki, insanlar arasında uzun müddətdir davam edən qlobal qarışmalar var, bu qarışmalar müasir texnoloji inkişaf səviyyəsində ən pik səviyyəsinə çatıb. Bu da irqi fərqlərin aradan götürülməsi deməkdir. Həmçinin müasir dövrdə genetikada insanların genlərinin irqlərə görə ayrılması da çox və həmişə mümkün olmayan proses olduğu üçün, iqlərin elmi dəyərini şübhə altına alır. 1960-cı illərdən başlayan bu axının bütün tədqiqatçıları əhatə etdiyini isə demək mümkün deyil. Antropologiyada hələ də irqləri müdafiə etməyə çalışan tədqiqatçılar var. Bu da irqlər haqqında son nöqtəni qoymağa imkan vermir,amma irqlərə müxalif cəbhənin daha üstün mövqedə olduğunu demək olar. Jablonskinin də dediyi kimi: “İrq məsələsi elmdə hər gün daha da zəifləsə də insanlar arasında bir anlayış kimi qalmaqda davam edir.” Jablonski bunu da əlavə edir ki: “Bir çox xəstəliyin oxşar təbii şəraitdə eyni nəticə verdiyi bir şəraitdə irqlərdən danışmaq absurddur.”

Məşhur paleontoloq Stefan Cey Quldun (Stephen Jay Gould) dedikləri də burada yerinə düşür: “Elm dəqiq faktlarla silahlanmış və köhnə mənasız inancları yıxaraq reallığa doğru istiqamətlənən yürüş deyil. Elm adamları da sıravi insanlardır və bəzən onlar özləri də hiss etmədən dövrlərinin sosial və siyasi limitlərini nəzəriyyələrində əks etdirirlər. Bəzən də, yerləşmiş sosial qruplaşmaları bioloji əsaslarla əsaslandırmaq istəyir və buna oxşar fikirləri müdafiə edirlər.”

Buna baxmayaraq bioloji əsaslı irq məsələsi siyasi arenada hələ də istifadə edilməkdədir. Cənubi Afrikadakı Aparteid rejimi buna nümunə kimi göstərilə bilər. 1993-cü ildə Cənubi Afrikada insanlar ağ, qara və rəngli kimi qruplaşdırılmışdı.

DNT quruluşunun kəşf olunmasının əsas səbəbkarlarından biri olan Ceyms Votsonun (James Watson) 2007-ci ildə London Times-a verdiyi açıqlamada dedikləri də dünya ictimaiyyəti tərəfindən böyük reaksiya görmüşdü. Votson “Afrika mənşəlilərin zəkası Avropa mənşəli insanlarınkından aşağıdır.” demişdi. O, hər sahədəki insanlar tərəfindən tənqid obyektinə çevrilmiş, daha sonra bu düşüncəsində yanıldığını deməyə məcbur olmuşdu.

Belə qənaətə gəlmək olar ki, müasir dövrdə irqlər yoxdur. Lakin insanlar arasında mədəni fərqliliklər var. Bu fərqliliklərin də heç biri digərindən üstün deyil. Bioloji mənada da müxtəliflik o qədər azdır ki, hər hansı bir orqana (məsələn, böyrək) və ya qana ehtiyacımız olsa Çinli bir insan da, Afrikalı bir insan da onu vermək üçün uyğun şəxs ola bilər.

Andre Lanqaninin (André Langaney) də dediyi kimi: “Əslində irq anlayışı üçün genetik təyinedici yoxdur. Var olan bir fərdin izolyasiya edilməsi də mümkün deyil. Avropoid deyilən qrupda nə varsa, Neqroid deyilən qrupda eyni xüsusiyyətlər var. Onları təsnif etməyə cəhd göstərsək bunun sonu yoxdur. Bəziləri 450-yə qədər ayrı qrup təsnif edir. Mütləq bir təsnifata ehtiyac varsa da, bütün insanlar bir irq kimi götürülməlidir. Çünki, fərdi miqyasda baxsaq hamımız fərqliyik.”

Lanqaninin də dediyi kimi irqlərin dəstəkçilərinin sayının getdikcə azaldığı müasir şəraitdə irq anlayışı əvəzinə insanın bioloji müxtəlifliyi anlayışından istifadə etmək daha düzgün olar.

 

 

Daniel Buitrago – Historia de la administracion de la diversidad

 

 

 

İstifadə Olunmuş Ədəbiyyatların Siyahısı:

  1. Theodosius Dobzhansky – Genetics and Origin of Species
  2. Jefferson M. Fish – The Myth of Race
  3. Ruth Frankenberg – White Women, Race Matters
  4. Thomas Ligotti, Ray Brassier – The Conspiracy Against the Human Race
  5. Ernst Mayr – What Evolution Is?
  6. Richard Lewontin – Dialectical Biologist
  7. Yılmaz Erdal, Suavi Aydın – Antropoloji
  8. Alaeddin Şenel – Irk ve Irkçılık Düşüncesi
  9. Semra Somersan – Irkların Olmadığı Bir Dünyada Irkçılık
  10. Calvin Wells – İnsan ve Dünyası
  11. Anthony Smith – İnsan, Yapısı ve Yaşamı
  12. Metin Özbek – Irklara Veda: Yaşasın Biyolojik ve Kültürel Çeşitlilik
  13. Stephen Jay Gould – İnsanın Yanlış Ölçümü
  14. Conrad Philip Kottak – Antropoloji: İnsan Çeşitliliğine Bir Bakış
  15. Ali Demirsoy – Yaşamın Temel Kuralları
  16. Nephan Saran – Antropoloji
  17. Tayfun Atay – Türk ırkı yok, ama aslında ırk da yok (Radikal.com.tr)
  18. Ergi Deniz Özsoy – İnsan ırkı uydurmacası (Sol.org.tr)
  19. Agustín Fuentes – Race Is Real, but not in the way Many People Think (Psychologytoday.com)
  20. Araz Zeyniyev – Azərbaycanlı geni yoxdur (Kulis.az)
  21. com
  22. com
  23. com
  24. org
  25. fr
  26. org
  27. com

Evrimselantropoloj

Redaktor:Vəliyeva Fatimə

Leave a Reply

98 Comments on "İrq nədir? İrq anlayışının tarixi inkişaf mərhələləri, müasir Antropologiyada yeri"

Notify of
avatar
Sort by:   newest | oldest | most voted
click
Guest

I simply want to say I am just new to blogging and actually enjoyed you’re web-site. Most likely I’m going to bookmark your blog post . You amazingly have tremendous articles. Appreciate it for sharing with us your webpage.

&Emery EPS
Guest

I simply wish to share it with you that I am new to writing a blog and totally loved your webpage. More than likely I am likely to remember your blog post . You simply have impressive article information. Admire it for discussing with us your own internet site webpage

*Faytech North AmErica
Guest

Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

metroclick(
Guest

MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

Fashion
Guest

I like the helpful info you provide in your articles. I’ll bookmark your blog and check again here regularly. I am quite certain I will learn a lot of new stuff right here! Best of luck for the next!

News
Guest

F*ckin’ remarkable issues here. I’m very glad to look your post. Thank you a lot and i am taking a look forward to contact you. Will you kindly drop me a e-mail?

News
Guest

You are my intake, I possess few web logs and often run out from brand :). “He who controls the past commands the future. He who commands the future conquers the past.” by George Orwell.

John Deere Repair Manuals
Guest

Respect to author , some great information .

Pozycjonowanie Stron WWW
Guest

Somebody necessarily help to make severely posts I might state. This is the very first time I frequented your web page and thus far? I surprised with the analysis you made to create this particular submit incredible. Fantastic activity!

Projektowanie
Guest

It’s in reality a great and useful piece of information. I am happy that you just shared this helpful information with us. Please stay us informed like this. Thanks for sharing.

News
Guest

Some really choice blog posts on this website , bookmarked .

Gorzow Tworzenie
Guest

I believe this internet site contains some rattling superb information for everyone. “Few friendships would survive if each one knew what his friend says of him behind his back.” by Blaise Pascal.

News
Guest

I loved as much as you will receive carried out right here. The sketch is tasteful, your authored subject matter stylish. nonetheless, you command get bought an edginess over that you wish be delivering the following. unwell unquestionably come more formerly again as exactly the same nearly very often inside case you shield this increase.

News
Guest

Simply wanna remark on few general things, The website pattern is perfect, the content material is really excellent. “By following the concept of ‘one country, two systems,’ you don’t swallow me up nor I you.” by Deng Xiaoping.

Zwrot Podatku z Zagranicy Kalkulator
Guest

Hey, you used to write great, but the last several posts have been kinda boring… I miss your tremendous writings. Past few posts are just a little bit out of track! come on!

Tractor Workshop Manuals
Guest

Thank you for sharing. This is a very nice blog.

Fashion
Guest

Thanks, I have just been looking for information approximately this topic for a long time and yours is the best I’ve discovered till now. However, what about the conclusion? Are you certain in regards to the supply?

home improvement loans
Guest

Hello my friend! I wish to say that this post is awesome, nice written and come with almost all significant infos. I¡¦d like to peer extra posts like this .

News
Guest

hi!,I love your writing very much! proportion we communicate extra approximately your article on AOL? I need an expert in this area to solve my problem. Maybe that is you! Having a look forward to peer you.

News
Guest

Good – I should definitely pronounce, impressed with your website. I had no trouble navigating through all the tabs as well as related info ended up being truly easy to do to access. I recently found what I hoped for before you know it at all. Reasonably unusual. Is likely to appreciate it for those who add forums or something, website theme . a tones way for your customer to communicate. Excellent task.

Allegro Maszyny Rolnicze Kombajny
Guest

You could certainly see your expertise in the work you write. The arena hopes for even more passionate writers like you who aren’t afraid to say how they believe. All the time follow your heart. “Billy Almon has all of his inlaw and outlaws here this afternoon.” by Jerry Coleman.

Maszyny Rolnicze z Niemiec Tanio
Guest

I have not checked in here for some time since I thought it was getting boring, but the last several posts are great quality so I guess I will add you back to my everyday bloglist. You deserve it my friend 🙂

News
Guest

Very interesting details you have observed , thanks for posting . “I never said most of the things I said.” by Lawrence Peter Berra.

http://blogcabinca.org
Guest

I’ve been absent for a while, but now I remember why I used to love this site. Thanks , I¡¦ll try and check back more often. How frequently you update your web site?

5aswiss.com
Guest

Hey, you used to write magnificent, but the last several posts have been kinda boring¡K I miss your great writings. Past few posts are just a little out of track! come on!

http://bestresearchpapers.net
Guest

Thank you for some other excellent article. Where else may anyone get that type of information in such an ideal means of writing? I’ve a presentation subsequent week, and I’m on the look for such info.

News
Guest

fantastic points altogether, you just won a new reader. What might you recommend in regards to your publish that you made some days in the past? Any certain?

homeopathic medicine
Guest

What i do not realize is in fact how you’re now not actually much more smartly-liked than you may be right now. You’re so intelligent. You know thus considerably when it comes to this matter, produced me individually consider it from so many numerous angles. Its like men and women aren’t interested unless it is one thing to accomplish with Woman gaga! Your individual stuffs outstanding. All the time take care of it up!

Home Improvement
Guest

Thanks so much for giving everyone an extraordinarily splendid chance to read from this blog. It really is so amazing plus jam-packed with a lot of fun for me and my office friends to visit your website at minimum three times a week to read the newest tips you will have. And of course, I’m so usually happy concerning the fabulous knowledge you serve. Certain two areas on this page are particularly the most suitable we’ve ever had.

SEO
Guest

Great – I should definitely pronounce, impressed with your web site. I had no trouble navigating through all tabs as well as related information ended up being truly simple to do to access. I recently found what I hoped for before you know it in the least. Reasonably unusual. Is likely to appreciate it for those who add forums or something, site theme . a tones way for your client to communicate. Excellent task.

Home Improvement
Guest

obviously like your website but you have to check the spelling on several of your posts. Several of them are rife with spelling problems and I find it very bothersome to tell the truth on the other hand I will surely come back again.

Metallzäune Aus Polen
Guest

Thankyou for helping out, excellent info .

designer handbags
Guest

As a Newbie, I am permanently searching online for articles that can benefit me. Thank you

zgrzewarka do rur leroy merlin
Guest

Hello my loved one! I want to say that this post is awesome, nice written and come with approximately all important infos. I’d like to peer extra posts like this.

chanelpascher.com
Guest

I was recommended this website by my cousin. I am not sure whether this post is written by him as nobody else know such detailed about my trouble. You are incredible! Thanks!

columbusgis.com
Guest

I in addition to my buddies came analyzing the nice key points located on the blog and before long came up with a horrible feeling I never thanked the web site owner for those tips. Most of the men happened to be for that reason glad to see them and have in effect extremely been making the most of these things. We appreciate you getting simply kind and also for deciding upon variety of outstanding guides most people are really wanting to know about. My honest regret for not expressing gratitude to sooner.

Home Improvement
Guest

I dugg some of you post as I thought they were very useful extremely helpful

http://brandsfavor.com
Guest

Wow, awesome blog layout! How long have you been blogging for? you make blogging look easy. The overall look of your web site is wonderful, let alone the content!

odziez bhp gorzo
Guest

Thanks for the sensible critique. Me & my neighbor were just preparing to do a little research about this. We got a grab a book from our local library but I think I learned more clear from this post. I’m very glad to see such great information being shared freely out there.

http://www.crammonduk.com
Guest

Lovely website! I am loving it!! Will be back later to read some more. I am taking your feeds also

News
Guest

I precisely wished to say thanks all over again. I’m not certain the things that I would have done in the absence of these smart ideas contributed by you concerning this theme. Previously it was an absolute fearsome circumstance in my position, nevertheless witnessing the expert strategy you solved the issue forced me to leap for contentment. Extremely happy for this support and even trust you really know what a great job your are getting into teaching people through the use of your web blog. I know that you haven’t encountered all of us.

TravelPhotography
Guest
I have to express some appreciation to this writer just for bailing me out of this type of issue. After exploring through the internet and meeting techniques which are not helpful, I thought my life was well over. Living without the presence of answers to the difficulties you have fixed through your entire write-up is a critical case, as well as the ones which might have in a negative way affected my career if I hadn’t discovered the website. Your actual mastery and kindness in touching all the details was priceless. I am not sure what I would have done… Read more »
MakeupReviews
Guest

Wonderful web site. Lots of useful info here. I¡¦m sending it to several friends ans additionally sharing in delicious. And certainly, thanks in your effort!

CareerSource
Guest

Keep functioning ,fantastic job!

Cost Of Build A House
Guest

I have been checking out many of your stories and i can state pretty nice stuff. I will surely bookmark your site.

Home Improvement
Guest

Hello There. I found your blog using msn. This is an extremely well written article. I will make sure to bookmark it and return to read more of your useful info. Thanks for the post. I will certainly return.

Home Improvement
Guest

I have recently started a website, the information you provide on this web site has helped me tremendously. Thank you for all of your time & work.

NewHomes
Guest

My brother suggested I might like this web site. He was totally right. This post truly made my day. You can not imagine simply how much time I had spent for this info! Thanks!

EducationAdministration
Guest

Wonderful beat ! I would like to apprentice while you amend your web site, how could i subscribe for a blog web site? The account aided me a acceptable deal. I had been a little bit acquainted of this your broadcast offered bright clear concept

AcademicHealth
Guest

It¡¦s really a cool and helpful piece of info. I am happy that you shared this useful information with us. Please keep us informed like this. Thank you for sharing.