Antropologiyanın əhatə dairəsi

93

Antropologiyanın əhatə dairəsi

Qeyd: Məqalə, Conrad Phillip Kottak-ın “Anthropology: The Exploration of Human Diversity and Cultural Anthropology (2003)” kitabının ilk fəslinə revyudur.

“İnsan belədir də.” “Dünyadakı bütün insanlar bir-birinə bənzəyir”. Xalq deyimlərində, gündəlik nəqliyyatda tez-tez eşitdiyimiz belə cümlələr başqa ölkələrdə yaşayan insanların istək, duyğu və ümidlərinin bizimkilərlə eyni olduğu kimi yanlış bir iddianı bəsləyir.

Antropologiya daha geniş bir baxış – ayırd edici, müqayisə edici, fövqəl-mədəni (mədəniyyəti aşan) bir perspektiv təqdim edir. Çoxları düşünür ki, antropoloqlar fosillər və sənayeləşmiş toplumları araşdırırlar; bu qənaət tam olaraq yanlış deyildir. Ancaq antropologiya sənayeləşmiş xalqların araşdırılmasından əlavə, qədim və modern, sadə və mürəkkəb səviyyəli bir çox toplumları araşdıran müqayisəedici bir elmdir. Digər sosial elmlərin çoxu daha çox Amerika və Kanada kimi sənayeləşmiş uluslara fokuslanmaq meylində olsalar da, antropologiya bir toplumun adətlərini daimi şəkildə digərləri ilə qarşılaşdıran, unikal fövqəl-mədəni bir perspektiv təqdim edir. Məsələn televizorun kəşfi Amerika və Braziliya toplumlarında fərqli effektlər vermişdir.

Kultural (mədəni) antropoloq olmaq üçün tələb etnoqrafik sahə çalışması həyata keçirməkdir. Bu, adətən başqa bir mədəniyyətdə bir il, ya da daha uzun müddət qalaraq yerli xalqın arasında yaşamağı və adətlərini öyrənməyi gərəkdirir. Antropoloq o mədəniyyət haqqında nə qədər çox öyrənirsə öyrənsin ora üçün yad olaraq qalır. Bu təcrübənin dərin effekti vardır. Başqa adət və inanclara sayğı göstərməyi öyrənən antropoloq daha geniş bir dünyanın mövcudluğunu unuda bilməz. Bizimkindən fərqli düşünmə və davranma tərzləri vardır.

Adaptasiya, çeşidlənmə və transformasiya

İnsanlar dünyanın ən rahat adaptasiya ola bilən heyvanlarıdırlar. Cənubi Amerika Andlarında insanlar dəniz səviyyəsindən 3600 metr hündürlükdə qurduqları kəndlərində yuxudan oyanıb təzdən 500 metr də hündürə dırmanırlar ki, qalay mədənlərindəki işlərinə getsinlər. Çeviklik və adaptasiya ola bilmək təməl insan özəlliyidir və insanın çeşidliyi antropologiyanın mövzusudur.

Antropologiyanın əhatə dairəsi çox genişdir: keçmiş, bu gün, gələcək, cəmiyyət, dil və mədəniyyət. İnsanlar bir çox cəhətlərində heyvanlarla ortaqdırlar, lakin mədəniyyət ancaq insana xasdır. Mədəniyyətlər, özlərinə tabe etdikləri insanların inanc və davranışlarını idarə edən və öyrənmə vasitəsiylə ötürülən ənənə və adətlərdir. Uşaqlar yaşadıqları toplumlardakı bu ənənələri öyrənirlər.

Mədəni ənənələr doğru və yanlış davranışlarla əlaqəli nəsillər boyunca formalaşdırılmış adət və mövqeləri əhatə edirlər. Mədəni ənənənin ən kritik ünsürü bioloji varislikdən çox öyrənmə yolu ilə ötürülməsidir. Mədəniyyət bioloji olmamaqla yanaşı hominid[1] biologiyası üzərinə təməllənir. Mədəni və bioloji adaptasiya əlaqəli və bir-birini tamamlayıcıdır. İnsanlar həm bioloji, həm də mədəni baxımdan adaptasiya olmağı davam etdirməkdədirlər.

İnsanın adaptasiyası[2] mədəniyyətlə biologiya arasındakı qarşılıqlı təsiri ehtiva edir. Məsələn, yüksək hündürlükdə yaşayan xalqlarda fiziolojik fərqlər ortaya çıxır. Alçaq bölgələrdən belə hündür bölgələrə gedən insanlarda nəfəs almaq sürətlənir, sürətli nəfəsalma ağciyər və qanda oksigenin miqdarını artırır və beləliklə nəbz sürətləndiyindən qan toxumalara daha tez yetişir.

Mədəni adaptasiya da bioloji adaptasiya kimi sürətli işləyir. Məsələn müasir bazar iqtisadiyyatının həyatımıza gətirdiyi fərqlərə uyğunlaşmağımız kimi. Lakin iqtisadi nailiyyət məhdud resurslarımızın yanlış istifadəsinə gətirə bilər. Fərdlərə yararlı olan davranışlar ətrafa ziyan verməklə uzun vədəli perspektivdə qrupun həyatda qalmasını təhdid edə bilər. “Toplumlar ətraflarının daimi və qalıcı mövcudluğunu istəyirlərsə, resurslarını iqtisadi uğurlarla ahəngdə qorumağa çalışmalıdırlar” (Bennett 1969).

Mədəni transformasiyanın sürəti son 10.000 ildə xüsusilə artmışdır. Milyonlarca il boyunca təbiətinin təqdim etdiklərinin toplanması və ovlanması – ovçu-yığıcılıq – hominid dolanışığının tək təməli olmuşdu. 10.000-12.000 il əvvəl Orta Şərqdə başlayan qida istehsalı (əkinçilik və heyvandarlığın inkişafı) ovçu-yığıcılığın yerinə keçməsi cəmi bir neçə min il çəkdi. Dövrümüzdən 5.000-6.000 il əvvəl Orta Şərqdə ilk sivilizasiyalar[3] ortaya çıxdı. Çox yaxın bir zaman öncə isə sənaye istehsalı bütün dünyada insanlara dərindən təsir etdi. Dövrümüzün qlobal iqtisadiyyatı və rabitəsi bütün çağdaş insanları modern dünya sistemi içində bir-birinə bağlamaqdadır.

Qutu: Antropoloqlar da mədəni şoka uğrayırlar

Bir mədəniyyətdə yetişmiş, ancaq digərlərinə də böyük maraq duyan antropoloqlar, xüsusilə, sahə çalışmasına ilk dəfə çıxdıqları zaman “mədəni şok” yaşayırlar. Mədəni şok, yad bir mühitdə olmaqla ortaya çıxan duyğular və onun ardınca gələn reaksiyalardır. Tədricən yüksələn, tükürpərdici bir yadlıq hissi şəxsin öz mədəniyyətinin ən adi, ən təməl istiqamətvericilərindən məhrum olma duyğusudur.

Qeyd: Müəllif burda özünün Arembepedə (Braziliya) ilk etnoqrafik araşdırmasını təqdim edir və detallı şəkildə yerli əhalinin, uşaqların qeyri-adi (müəllifə görə), fərqli davranışlarını, onlara münasibətlərini təsvir edir.

Ümumi Antropologiya

Ümumi antropologiya olaraq bilinən akademik antropologiya 4 ana alt fənni özündə birləşdirir:

  1. Sosio-mədəni antropologiya (bundan sonra “mədəni antropologiya”)
  2. Arxeoloji antropologiya
  3. Bioloji antropologiya
  4. Linqvistik antropologiya

4 ana alt fənnin tək bir sahə altında birləşməsinin tarixi və məntiqi səbəbləri vardır.[4] Bu alt fənlər hər biri inkişaf etdikcə bir-birinə də təsir etmiş olurlar. Ümumi antropologiya insan biologiyasının, psixologiyasının, toplumunun və mədəniyyətinin təməllərini araşdırır və aralarındakı əlaqəni analiz edir. Antropoloqlar bəzi təməl fərziyyələri ümumilikdə qəbul edirlər. Bunlardan biri, tək bir mədəniyyətin araşdırılması ilə “insan təbiəti”nə dair sağlam nəticələrə varmaq olmaz iddiasıdır. Məsələn, antropologiya fərqli mədəniyyətləri analiz edərək kişilərlə qadınlar arasındakı bir çox təzadın biologiyadan çox, mədəni təlimdən qaynaqlandığını göstərməkdədir.

Amerikan Antropologiya Dərnəyi təşkilatı antropologiyanın 5-ci alt fənni – tətbiqi antropologiyanı rəsmən təsdiq etmişdir. Tətbiqi antropologiya antropolojik məlumat, perspektiv, nəzəriyyə və metodların müasir ictimai problemlərin tərifi, dəyərləndirilməsi və həllinə tətbiqini nəzərdə tutur.

Antropologiyanın alt fənləri

Mədəni antropologiya

Mədəni (kultural) antropoloqlar toplumu və mədəniyyəti analiz edir, ictimai və mədəni bənzərlik və fərqləri təyin edirlər. Bir çox bioloji, psixoloji, ictimai və mədəni xüsusiyyətlər ümumbəşəridir – bütün insan nəsli üçün ortaqdır. Bəziləri ümumidir – hamıya aid olmasa da bir çox qruplara aiddir. Bəziləri isə xüsusidir – ancaq bir qrupa aiddir.

Mədəni antropologiyanın iki istiqaməti vardır:

  1. Etnoqrafiya
  2. Etnologiya

Etnoqrafiya – xüsusi bir qrup, toplum və ya mədəniyyətin “etno rəsm”ini ortaya çıxarır. Etnoqrafik sahə çalışmasında etnoqraf məlumatlar toplayaraq bunun etno-rəsmini (kitab, məqalə, film) hazırlayır. Etnoqraflar adətən kiçik toplumlar içində yaşayıb yerli davranış, inanc, adət, ictimai həyat, iqtisadi fəaliyyət, siyasət və dini araşdırmışlar.

Etnologiya – etnoqrafiyanın nəticələrini – fərqli toplumlardan toplanan məlumatları analiz edir və qarşılaşdırır. Etnoloqlar mədəni fərqlilik və oxşarlıqları təyin edib açıqlamağa, ümumbəşəri, ümumi və xüsusini ayırd etməyə çalışırlar. Etnologiya qarşılaşdırılacaq məlumatları yalnız etnoqrafiyadan yox, həm də keçmişin ictimai sistemlərini yenidən inşa edən arxeoloji antropoloqlardan da alırlar.

Arxeoloji antropologiya

Arxeoloji antropologiya (və ya sadəcə Arxeologiya) insan davranış və mədəni modellərini maddi qalıqlar vasitəsilə yenidən inşa edir, təsvir edir və şərh edir. Arxeoloqlar əsasən son 6.000 ildən əvvəli araşdırırlar, lakin son dövləri və hətta müasir dövrü də araşdıra bilərlər. Məsələn, 1973-cü ildə Tucson, Arizonada aparılan bir araşdırmada arxeoloq William Rathje müasir dövrün zibillərinin analiz edilməsi ilə modern həyat tərzinin bir çox cəhətlərini ortaya çıxartmışdır. Rathjenin ad verdiyi “zibil elmi” insanların etməsi gərəkdiyi, ya da tədqiqatçının zənn etdiklərini yox, həqiqətdə insanların nə yaşadıqlarını ortaya çıxarır (Harrison, Rathje və Hughes, 1992). Yəni bəzən sahə çalışmasında insanların dedikləri, zibillərin araşdırılması ilə ortaya çıxan nəticə ilə təzad təşkil edə bilər. Məsələn, “zibil tədqiqatçıları” ən az pivə içdikləri iddiasında olan 3 Tucson-lu məhəllənin zibil qablarında ən çox sayda pivə qabları aşkar etmişlər (Podolefsky və Brown, 1992). Zibillər istehlak və fəaliyyətlərə dair məlumat qaynağıdır. Qədim dövrdən qalmış zibil qalıqları isə keçmişin iqtisadi fəaliyyətlərinə güzgü tuta bilər.

Başqa bir istiqamət keramika parçalarının tədqiqinə aiddir. Çünki keramika daha dayanıqlı məmuldur və dövrümüzədək qoruna bilir. Bir məskunlaşma yerində ortaya çıxan keramika qalıqları o tarixi dövrdə və məkandakı inkişafın hansı texnoloji mürəkkəblik səviyyəsinə çatdığını göstərə bilər. Əgər dulusçular həmin məskunlaşma yerində mövcud olmayan materiallardan istifadə etmişlərsə, bu ticarət sistemlərinə işarə olacaq. Fərqli ərazilərdəki bənzər məmullar mədəni əlaqələri göstərəcək. Bəlkə ortaq mədəni atalara sahibdirlər, bəlkə aralarında ticarət əlaqələri var idi, bəlkə də eyni siyasi sistemin altında yaşayırdılar.

Arxeoloqlar üçün başqa bir istiqamət paleoekologiyadır. Ekologiya, bir mühitdə olan canlılar arasındakı əlaqələrin analiz edilməsidir. Bu orqanizmlər ətraflarındakı mühitlə birgə ekosistemi yaradırlar. “İnsan ekologiyası (və ya mədəni ekologiya) insanları ehtiva edən ekosistemləri tədqiq edir və insanın “təbiəti istifadəsinin ictimai təşkilatlanma və mədəni dəyərlərdən necə təsirləndiyini öyrənir” (Bennet, 1969). Paleoekologiya keçmişin ekosistemlərini araşdırır. Keçmiş və müasir toplumları tədqiq edərkən ekolojik yanaşma əhali, mədəni baxışla formalaşmış istəklər, əmək bölgüsü, istehsal metodları və təbii resursların onlara ehtiyac duyanlar və istifadə edənlər arasında necə bölündüyünü araşdırır.

Arxeoloqlar həmçinin qazı işləri ilə də mədəni proses və modelləri tədqiq edirlər. Bu qazı işləri iqtisadi, ictimai və siyasi fəaliyyətlərdəki transformasiyanı sənədləşdirməyə imkan verir.

Həmçinin müqayisəli arxeologiya əldə edilmiş məlumatların qarşılaşdırılmasına imkan verir, bununla yeni biliklərə çıxmaq mümkün olur.

Bioloji və ya fizioloji antropologiya

Bioloji və ya fizioloji antropologiyanın mövzusu insanın zaman və məkan içərisindəki müxtəlifliyidir. Bu müxtəliflik daha çox genetik və ətraf mühitin təsiri altında formalaşır. Ətraf mühitin təzyiqi istilik, soyuqluq, rütubət, gün işığı, yüksəklik və xəstəlikləri ehtiva edir. İnsanın fərqliləşməsinə yönələn fokus bioloji antropologiya içindəki beş maraq sahəsini birləşdirməkdədir.

  1. Fosil qeydlərinin ortaya çıxardığı hominid təkamülü (paleoantropologiya)
  2. İnsan genetikası
  3. İnsanın böyüməsi və inkişafı
  4. İnsanın bioloji çevikliyi (bədənin istilik, soyuq və hündürlük kimi təzyiqlərlə mübarizə qabiliyyəti)
  5. Meymunlar, quyruqsuz böyük meymunlar və digər insan olmayan hominidlərin biologiyası, davranışı və ictimai həyatı.

Bu maraq sahələri bioloji antropologiyanı digər sahələrə bağlayır: biologiya, zoologiya, geologiya, anatomiya, fiziologiya, tibb və səhiyyə.

Osteologiya – sümüklərin tədqiqi – hominid əcdadlarımızı müəyyən etmək və anatomiyamızdakı transformasiyanı  ortaya çıxarmaq üçün kəllə sümüyü, diş və sümükləri araşdıran paleoantropoloqlara yardımçı olur. Bioloji antropoloqlar insan təkamülünün fiziki və mədəni istiqamətlərini araşdırmaq üçün əməkdaşlıq edirlər. Fosillər və alətlər eyni yerlərdə olurlar. Alətlər hominidlərin adətləri, vərdişləri və həyat tərzləri haqqında məlumat verir.

Bir əsr bundan öncə Charles Darwin hər hansı bir populyasiya içində mövcud müxtəlifliyin bəzi fərdlərin həyatda qalmaq və törəməkdə daha uğurlu olmasına imkan yaratdığının fərqinə varmışdı. Ondan sonra inkişaf etmiş Genetika sahəsi bu müxtəlifliyin səbəbi və ötürülməsi məsələsində bizi aydınladır. Belə ki, müxtəlifliyin tək səbəbi genlər deyil. Fərdin həyatı boyunca bioloji xüsusiyyətlərin inkişafında irsiyyət ətraf mühitlə birgə təsirlənir. Məsələn, genetik olaraq uzun boylu olmağa meyilli insanlar uşaqlıqlarında yaxşı qidalanmazlarsa, qısa boylu qalacaqlar. Bu səbəbdən bioloji antropologiya ətrafın (qidalanma, yüksəklik, temperatur, xəstəlik) inkişaf prosesində bədən üzərindəki təsirini araşdırır. Daha əvvəl qeyd edildiyi kimi, insanın bioloji və mədəni təkamülü qarşılıqlı əlaqədədir və bir-birini tamamlayır. İnsanlar bioloji və mədəni baxımdan adaptasiya prosesini davam etməkdədirlər. Bu iki alt disiplinin ümumi antropologiya içində birlikdə araşdırılmasının səbəbi budur.

Bioloji antropologiya (zoologiya ilə birlikdə) primatologiyanı da əhatə edir. Primatlar ən yaxın qohumlarımızı – meymunlar və quyruqsuz iri meymunlar – ehtiva edir. Primatoloqlar onların biologiyasını, təkamül, davranış və sosial həyatını, adətən öz təbii mühitlərində araşdırırlar. Bir çox antropoloq primat davranışının erkən hominid davranışı (dolayısı ilə əcdadlarımızın) və insanın təbiəti və insan ümumbəşəriliyinə işıq tutduğunu düşündüyündən, primatologiya paleoantropologiyaya yardım etməkdədir.

Linqvistik Antropologiya

Hominidlərin nə vaxt danışmağa başladıqlarını bilmirik. İnkişaf etmiş, mürəkkəb dillər min illərdir ki mövcuddur. Linqvistik antopoloqlar dili məkan və zaman içində sosial və mədəni kontekstdə araşdırırlar. Bəziləri dilin ümumbəşəri xətləri ilə bağlı mülahizələr irəli sürərək bunu insan beynin təkbiçimliliyinə bağlayırlar. Digərləri, müasir dillərdən yola çıxaraq qədim dillərə struktur verməyə çalışır. Digərləri isə, çox sayda mədəniyyətin fərqli qavrayış və düşüncə şablonlarını ortaya çıxarmaq üçün dil fərqliliklərini araşdırır. Dil fərqliləşməsinin sosial kontekstdə araşdırılmasına sosiolinqvistika deyilir. Sosiolinqvistlər danışmağın sosial fərqləri necə təzahür etdirdiyini göstərə bilmək üçün tək bir dil içindəki müxtəlifliyi araşdırırlar. Yazılı olmayan dillərin sürətlə öyrənilməsinə imkan verdiyindən linqvistik texnikalar etnoqraflar üçün də yararlıdır.

Təsviri linqvistika məxsusi dillərdəki səsləri, qrammatikanı və mənanı əhatə edir. Tarixi linqvistika  zaman içindəki fərqliləşməni, məsələn (Chaucer`in dövründə danışılan) Orta ingiliscə ilə modern ingiliscə arasındakı səs, qrammatika və lüğət fərqliliklərini tədqiq edir. Fərqliləşmənin bir səbəbi bölgə ləhçələrini nəzərdə tutan coğrafi fərqliliklərdir. Linqvistik fərqliləşmə sosial bölünmələrlə də əlaqələndirilmişdir. Etnik qrupların bilinqual (iki dilli) və məxsusi sosial siniflərlə bağlı danışıq modelləri buna nümunə göstərilə bilər. Dil və mədəniyyətin digər aspektləri arasındakı bağların tədqiqində linqvistik və mədəni antropoloqlar əməkdaşlıq edirlər.

[1] Hominidlər fosil və yaşayan insanları ehtiva edən zooloji ailənin üzvləridirlər.

[2] Orqanizmlərin ətrafın təzyiqi ilə uyğunlaşması prosesi

[3] Sivilizasiyalar (mədəniyyətlər) dövlətlər, mərkəzi hökumətləri və ictimai sinifləri olan mürəkkəb toplumlardır.

[4] Tarixi səbəblər Şimali Amerika yerlilərinin mədəniyyətlərini öyrənmək marağından, məntiqi səbəblər isə bu alt fənlərin araşdırma sahələrinin bir-biri ilə yaxın əlaqəli olması ilə bağlıdır.\

Müəllif: Cavid Məmmədov

 

Leave a Reply

93 Comments on "Antropologiyanın əhatə dairəsi"

Notify of
avatar
Sort by:   newest | oldest | most voted
trackback

[…] bir neçə min il çəkdi. Dövrümüzdən 5.000-6.000 il əvvəl Orta Şərqdə ilk sivilizasiyalar[3] ortaya çıxdı. Çox yaxın bir zaman öncə isə sənaye istehsalı bütün dünyada insanlara […]

read more
Guest

I just want to say I am just all new to blogs and absolutely savored your blog. Almost certainly I’m want to bookmark your blog . You surely have terrific articles and reviews. Appreciate it for sharing with us your web site.

FaYtech North America`
Guest

Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

Fashion
Guest

Thanks for the sensible critique. Me & my neighbor were just preparing to do some research about this. We got a grab a book from our local library but I think I learned more from this post. I’m very glad to see such excellent info being shared freely out there.

News
Guest

you are really a excellent webmaster. The website loading pace is incredible. It seems that you are doing any unique trick. In addition, The contents are masterwork. you have performed a fantastic job on this matter!

Tractor Workshop Manuals
Guest

Hey There. I found your blog using msn. This is an extremely well written article. I will be sure to bookmark it and return to read more of your useful information. Thanks for the post. I will certainly return.

News
Guest

Some truly superb content on this website , appreciate it for contribution.

Emery EPS
Guest

I really desire to share it with you that I am new to having a blog and clearly loved your post. Quite possibly I am prone to remember your blog post . You definitely have amazing article materials. Get Pleasure From it for swapping with us your own blog document

*mEtroclick
Guest

MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

SEM
Guest

I truly appreciate this post. I’ve been looking all over for this! Thank goodness I found it on Bing. You have made my day! Thx again!

Tworzenie
Guest

I’ll right away seize your rss feed as I can not find your e-mail subscription link or e-newsletter service. Do you’ve any? Kindly permit me know in order that I may just subscribe. Thanks.

News
Guest

My brother recommended I might like this web site. He was entirely right. This post truly made my day. You can not imagine just how much time I had spent for this information! Thanks!

News
Guest

Wow! This could be one particular of the most helpful blogs We’ve ever arrive across on this subject. Actually Magnificent. I’m also an expert in this topic therefore I can understand your hard work.

John Deere Technical Manuals
Guest

I am only commenting to make you be aware of what a magnificent encounter my wife’s child gained reading through your webblog. She mastered a good number of details, not to mention how it is like to possess a marvelous giving nature to get certain people without problems fully grasp specified tricky things. You undoubtedly exceeded people’s expectations. Many thanks for offering these good, healthy, informative and in addition unique thoughts on the topic to Mary.

News
Guest

Only wanna remark on few general things, The website design and style is perfect, the content is very fantastic : D.

KDF
Guest

Dead indited articles , thanks for selective information .

Fashion
Guest

Fantastic goods from you, man. I have understand your stuff previous to and you are just too great. I actually like what you’ve acquired here, certainly like what you are stating and the way in which you say it. You make it entertaining and you still take care of to keep it smart. I cant wait to read much more from you. This is really a wonderful web site.

shopping centre
Guest

This is very interesting, You’re a very skilled blogger. I have joined your feed and look forward to seeking more of your magnificent post. Also, I’ve shared your site in my social networks!

News
Guest

I like the efforts you have put in this, regards for all the great posts.

Traktory i Maszyny
Guest

Just wanna remark that you have a very decent site, I enjoy the style and design it actually stands out.

News
Guest

Generally I don’t read post on blogs, however I wish to say that this write-up very pressured me to take a look at and do so! Your writing style has been amazed me. Thank you, very nice post.

Maszyny Rolnicze Czesci Zamienne
Guest

Really excellent info can be found on web blog . “Time discovers truth.” by Lucius Annaeus Seneca.

News
Guest

It is in point of fact a great and useful piece of info. I am glad that you simply shared this useful info with us. Please keep us up to date like this. Thanks for sharing.

News
Guest

Hello my loved one! I wish to say that this article is awesome, nice written and come with almost all significant infos. I would like to see more posts like this.

education science
Guest

I¡¦ve recently started a blog, the info you offer on this website has helped me tremendously. Thanks for all of your time & work.

Pozycjonowanie Strony Cena
Guest

Some really prime content on this site, saved to fav.

Home Improvement
Guest

Thank you for sharing superb informations. Your web-site is very cool. I am impressed by the details that you’ve on this web site. It reveals how nicely you understand this subject. Bookmarked this web page, will come back for extra articles. You, my pal, ROCK! I found simply the information I already searched all over the place and just could not come across. What a perfect site.

Home Improvement
Guest

I believe you have observed some very interesting details , thanks for the post.

Metallzäune
Guest

Only wanna comment that you have a very nice internet site , I the style it really stands out.

laczenie rur pp z metalowymi
Guest

Hi there very cool web site!! Guy .. Excellent .. Superb .. I’ll bookmark your blog and take the feeds also…I’m happy to search out a lot of helpful info here within the post, we want develop more strategies in this regard, thank you for sharing.

fashion blog
Guest

I just wanted to develop a quick message to be able to thank you for the fantastic ways you are sharing on this site. My rather long internet look up has now been rewarded with reliable knowledge to write about with my companions. I would mention that most of us website visitors actually are unquestionably endowed to dwell in a superb place with many brilliant individuals with useful guidelines. I feel very much grateful to have come across your entire webpages and look forward to plenty of more fabulous times reading here. Thank you again for everything.

columbusgis.com
Guest

I do consider all of the ideas you’ve introduced for your post. They are really convincing and can certainly work. Still, the posts are too brief for novices. May you please extend them a bit from subsequent time? Thanks for the post.

Home Improvement
Guest

Appreciate it for helping out, good info .

http://www.chanelpascher.com
Guest

Lovely site! I am loving it!! Will come back again. I am taking your feeds also

http://consultarnumero.com
Guest

I want to voice my appreciation for your kind-heartedness in support of men and women that should have help with that theme. Your real commitment to passing the message along had become wonderfully functional and has truly made guys just like me to achieve their desired goals. Your own interesting publication denotes a lot a person like me and somewhat more to my colleagues. Many thanks; from everyone of us.

odziez robocza uzywana gorzow
Guest

Some genuinely select posts on this website , bookmarked .

http://healthexpo2015.net
Guest

whoah this weblog is wonderful i like studying your posts. Keep up the good paintings! You know, lots of individuals are searching around for this information, you could help them greatly.

crammonduk.com
Guest

Thank you for another great article. The place else could anyone get that type of info in such a perfect method of writing? I’ve a presentation next week, and I’m on the search for such information.

News
Guest

I really appreciate this post. I’ve been looking everywhere for this! Thank goodness I found it on Bing. You’ve made my day! Thanks again!

SummerHolidays
Guest

Well I definitely enjoyed reading it. This subject procured by you is very constructive for correct planning.

Cost Of Build A House
Guest

I have recently started a blog, the info you provide on this website has helped me tremendously. Thanks for all of your time & work.

GolfClubs
Guest

You actually make it seem so easy with your presentation but I find this matter to be actually something that I think I would never understand. It seems too complicated and very broad for me. I am looking forward for your next post, I’ll try to get the hang of it!

Home Improvement
Guest

You can definitely see your expertise within the paintings you write. The arena hopes for even more passionate writers like you who are not afraid to mention how they believe. At all times go after your heart. “Man is the measure of all things.” by Protagoras.

Home Improvement
Guest

It is really a nice and useful piece of information. I am satisfied that you just shared this helpful info with us. Please stay us informed like this. Thank you for sharing.

ApartmentRatings
Guest

I think this is one of the most vital info for me. And i’m glad reading your article. But want to remark on some general things, The website style is great, the articles is really excellent : D. Good job, cheers

HomeDecor
Guest
My wife and i have been absolutely cheerful Louis managed to do his investigation from your ideas he made while using the web page. It is now and again perplexing just to be making a gift of tips and tricks which usually other folks have been trying to sell. We realize we now have you to thank because of that. These explanations you have made, the easy website menu, the friendships your site give support to engender – it’s most terrific, and it is letting our son in addition to our family feel that this subject is amusing, which is… Read more »
InsuranceAdjuster
Guest

I am not sure where you’re getting your information, but great topic. I needs to spend some time learning more or understanding more. Thanks for fantastic information I was looking for this info for my mission.

SecretaryEducation
Guest

Hi there, You’ve done an excellent job. I’ll definitely digg it and personally recommend to my friends. I am sure they’ll be benefited from this website.

Buty Dzinsowe
Guest

Some genuinely prime blog posts on this internet site , bookmarked .

Health
Guest

I dugg some of you post as I cerebrated they were very beneficial very helpful