Zürafələr, nəsilinin kəsilməsi təhlükəsi ilə məhvə doğru gedir

0
MASHATU, BOTSWANA - JULY 27: A tower of giraffes at sunrise in the Mashatu game reserve on July 27, 2010 in Mapungubwe, Botswana. Mashatu is a 46,000 hectare reserve located in Eastern Botswana where the Shashe river and Limpopo river meet. (Photo by Cameron Spencer/Getty Images)

Dünyadakı ən uzun heyvan yox olma təhlükəsi ilə üz-üzədir. Yeni bir araşdırmaya görə, son 30 ildə zürafələrin artım göstəricilərində 40 %-dən artıq geriləmə müşahidə olunur.

Bu hal zürafələrin  (Giraffa camelopardalis) artıq “Təhlükə Altında olan Növlərin Qırmızı Siyahı”sında rəsmi olaraq yer aldığını göstərir.

Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN) tərəfindən təşkil olunan “qırmızı siyahı” hal-hazırda zürafələrin yalnız bir növünü  (G. camelopardalis) qəbul etsə də, tədqiqatçılar qısa zaman öncə heyvanın dörd fərqli növünü aşkarlamışdılar.

IUCN yenidən sinifləndirməni təsdiqləmədən əvvəl daha dolğun informasiya əldə etməyi gözləyərkən, rəqəmlərin 1985-ci ildə təxminən 151.702-163.452 fərddən 2015-ci ildə 97.562 fərdə düşməsi zürafə nəslinin gələcəyi ilə bağlı məsələləri şübhə altına salır.

1985-ci ildəki təxminə əsasən 36-40 %-lik bir azalma müşahidə olunur və bunun nəticəsində “qırmızı siyahı”da ortaya çıxan dəyişiklik vəziyyətin çox ciddi olduğundan xəbər verirdi.

Zürafələrin Yer üzündən silinməsi təhlükəsi əvvəllər olduqca aşağı səviyyədə idi. Lakin hal-hazırda yox olma təhlükəsi vəhşi təbiətdə zürafələrin vəziyyətinin nə qədər kritik olduğunu göstərir.

IUCN-nin yaranmış bu təhlükəyə kimin səbəb olduğuna dair heç bir şübhəsi yoxdur. Qurum bu kəskin azalmanı zürafələrin yaşadığı ərazidəki əhali artımı ilə əlaqələndirir. Bu bölgələr Afrikanın mərkəzi və qərb hissəsini əhatə edir.

IUCN bildirir ki, qeyri-qanuni ovlama, kənd təsərrüfatı və mədənçiliyin genişlənməsi, insan-təbiət qarşıdurmasının artımı və s. kimi hallar heyvan nəslinin tükənməsinə əsas səbəblərdən biridir.

IUCN  Zürafə və Okapi (lat. Okapia johnstoni – zürafələr fəsiləsinin okapi cinsinə aid heyvan növü) üzrə Mütəxəssis Qrupunun həmsədri  Julian Fennessy qeyd edir ki, zürafələr Safaridə, mediada, zooparklarda sıxlıqla görülsələr də, təbiətşünasların da içində olduğu insanlar bu möhtəşəm heyvanların sürətlə yox olmağa doğru irəlilədiyindən xəbərsizdilər.

“Dünyanın ən simvolik heyvanlarından olan zürafələr üçün çox gec olmadan həyəcan təbilini çalmalı və bütün səylərimizi səfərbər etməliyik” – deyə Fennessy xəbərdarlıq edib.

Afrikada məskən salmış digər heyvanlar da (gərgədanlar və Afrika şirləri də daxil olmaqla) nəsil kəsilməsi təhlükəsi ilə üzləşsələr də, bu hal özünü zürafələrdə daha çox biruzə verir.

Fennessy BBC-nin əməkdaşı Matt McGrath-a müsahibəsində deyir: “Fillər və gərgədanların nəsli ilə bağlı narahatlıq yaşansa da, hal-hazırda zürafələrin gələcəyi daha böyük təhlükə altındadır. Sayları sürətlə azalır və azalma göstəricilərini izlədikcə nəticələr bizi dəhşətə gətirir”.

“Müharibənin məhv etdiyi bu bölgələrdə, Kenyanın cənubu, Somali və Cənubi Sudanla Efiopiyanın sərhəd zonalarında zürafələrin kəskin şəkildə azalması müşahidə edilir. Səbəb isə bəllidir: İri və bir çox insanı doyura biləcək bir heyvan olmaları onların qida mənbəyi kimi istifadə olunmalarına gətirib çıxarır.”.

Lakin IUCN-nin zürafələrin sinifləndirilməsinin (doqquz alt növdən əmələ gəlmiş bir növ) bugünki hesabatlarına görə statistikaya əsasən vəziyyət ümidsiz görünsə də, xəbərlərin heç də hamısı pis deyil.

Doqquz alt növdən beşinin sayı azalır, buna baxmayaraq, üçünün sayı artır və bir növ isə sabit qalmaqdadır.

Ancaq IUCN bu kiçik uğuru qoruya bilmək üçün bütün yerli qurumlara səslənərək, biomüxtəliflik cəhdlərini artırmalarını istəyir.

Çünki kifayət qədər iradə gücü və qoruma proqramları ilə birlikdə nəsil kəsilməsinin qarşısı alına və hətta bu vəziyyət əksinə də çevrilə bilər.

Təbiətşünas Chris Ransom BBC-ə müsahibəsində bunları bildirib: “Cənubi Afrika təbii yaşamı necə idarə edə biləcəyinizə dair ən gözəl nümunədir. Müxtəlif qorunma sahələri arasında dolaşan bir sürü heyvan var. Məncə doğru mühafizə metodları sayəsində zürafələr həyatda qala bilər. Digər heyvanların da təbiətdə rahat şəkildə yaşamaqları üçün əngəlləri aradan qaldıra bilərik. Təbiət və heyvanların mühafizəsi  mövzusunda əldə edilən bir çox nailiyyətlər var. Zürafələr də bunlardan biri ola bilər”.

Mənbə: https://popsci.com.tr/zurafalar-sessiz-bir-yok-olusa-dogru-gidiyor/

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin