Niyə insan əti yemirik?

0

İnsanlar ən təhlükəli ov ola bilərlər, ancaq ən çox enerjili qidadır.(Daha əvvəl Fiji adasında tapılmış kəllə sümüyü kimi hanniballıq dəlillərinə rəğmən). Bir insanın ortalama enerji(kalori) miqdarına əsaslanan yeni, biraz ürküdücü araşdırma Homo erectus, Homo erectus əcdadları, Neandertallar və erkən modern insanlar da daxil olmaqla, insan oğlunun qidalanma formasının əksərən ritual olduğunu irəli sürür.
Bir tədqiqatçı orta hesabla bir insan bədənində tam olaraq neçə  kilokalori olduğunu tapmaq üçün  1945 və 1956-cı illər arasında meyidlərini elmə həsr etmiş 4 yetkin insanın biokimyasını öyrənən bir araşdırmadan faydalandı.
Ortalama olaraq yetkin bir insan  tərkibində yağ və protein olan 125.822 kaloriyadan əmələ gəlir. Bu miqdar 60-dan çox insanın qida ehtiyacını qarşılayacaq qədərdir.(Bədənin enerji baxımından ən zəngin olan hissəsi tək bir yerdir? Hər bir insanda 49.399 koloriyalıq yağ vardır. Ən az yağ haradadır? Dişlərdə cəmi 36 kaloriya vardır).
Bu miqdarlar kaloriya üçün minimum sərhədləri təmsil edir, çünki Neandertallar və digər nəsli tükənmiş əcdadlarımızda çox güman ki, müasir insanlardan daha çox əzələ kütləsi olub. Yenə də tədqiqatçılar bu gün Elmi işlərdə mamontlar(3.600.000 kaloriya), tüklü kərgədanlar(1.260.000 kaloriya) və vəhşi öküzlər(979.200 kaloriya) kimi digər heyvanlarla qarşılaşdırıldığında qədim insanlar tərəfindən çox işlədilən, ovçularla eyni dərəcədə hiyləgər və təhlükəli olan insanların ovlanmasının hələm-hələm heç görülmədiyi nəticəsinə varır.
Avropada tapılan 9 paleolitik ərazidə 936.000-dən 14.700 il əvvələ qədərki bəzi hanniballıq nümunələrinin aclıqdan və ya təbii səbəblərdən ölmüş bədənin quruluşunun pozulmağının istənilmədiyindən qaynaqlana biləcəyini irəli sürür. Lakin, çox vaxt araşdırma daha çox tarix öncəsi hanniballığın əsasən təbiətdə ritual olduğunu və bir düşmən üzərində qələbə qazanıldığını , yəni əsir düşən zaman olduğunu aşkara çıxardır.

*Qrafikdə toxumaların və orqanların maddələrin enerji dəyərləri göstərilib

 

Qrafik:J.Cole/Bilim Raporları

Mənbə:
http://www.sciencemag.org/news/2017/04/why-don-t-we-eat-each-other-dinner-too-few-calories-says-new-cannibalism-study

Məqalə fizikist-də yayımlanıb

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin