Stenford həbsxanası eksperimenti. Məhbus sindromu

86

“Stenford həbsxanası eksperimenti” 1971-ci ildə Stenford universitetində amerikan psixoloqu Filipp Zimbardo tərəfindən keçilrilmiş psixoloji eksperimentdir. Eksperiment azadlığı əlindən alınmış, hərəkətlərinə məhdudiyyət qoyulmuş, həbsxana həyatının şəraitindən təsirlənmiş insanın psixoloji vəziyyətini öyrənir.

Məhbus və mühafizəçi rolunda oynayan könüllülər psixologiya kafedrasının zirzəmisinə yerləşdirilirlər. Məhbuslar və mühafizəçilər öz rollarına, gözlənilənlərin əksinə olaraq, tez uyğunlaşırlar və əsl təhlükəli vəziyyət yaranmağa başlayır. Hər üçüncü mühafizəçidə sadist vərdişlərin üzə çıxdığı aşkar olunur. Məhbuslar isə ciddi mənəvi travma almış, hətta onlardan ikisi eksperimenti vaxtından tez tərk etmək məcburiyyətində qalmışdır.

Etika baxımından bu təcrübəni Stenli Milgramın 1963-cü ildə Yel Universitetində keçirdiyi təcrübə ilə müqasiyə edirlər.

Təcrübənin məqsədi və vasitələri

Araşdırma ABŞ Hərbi Dəniz qüvvələri tərəfindən cəzaçəkmə müəssisələrində və dəniz piyada qoşununda münaqişələrin səbəbini aydınlaşdırmaq üçün sifariş verilmişdir.

Eksperiment iştirakçılarını qəzetə elan verərək toplamışdılar. Onlara “həbsxana həyatı” yaşamağın qarşılığında gününə 15 dollar (inflyasiyanı nəzərə alsaq, məbləğ 2006-cı ildə 76 dollara ekvivalentdir) təklif edilmişdi. 70 könüllü arasından 24 nəfər Zimbardo və onun komandası tərəfindən daha sağlam və psixoloji cəhətdən daha davamlı qiymətləndirilərək seçilmişdi. İştirakçılar əsasən ağdərili, orta təbəqədən olan kişilər idilər.

İyirmi dörd gənc kişidən ibarət olan qrupu, təsadüfi şəkildə “məhbus” və “mühafizəçi” rollarına bölmüşdülər. Şərti həbsxana Stenford universitetinin psixologiya kafedrasının əsasında təşkil edilmişdir. Yuxarı kursdan bir neçə laborant “nəzarətçi”, Zimbardo özünü isə idarəçi təyin etmişdi. Zimbardo iştikarçılar üçün onların reallıq hissinin itirməsi və çaşqınlıq yaradacaq xüsusi şərait yaratmışdı.

Mühafizəçilərə özlərinin mağazadan seçdiyi xaki rəngdə (torpaq rəngində) hərbi uniforma və taxta dəyənəklər verilmişdi. Bundan əlavə onlara gözlərinin görünməməsi üçün günəş eynəyi də təqdim olunmuşdu. Məhbuslardan fərqli olaraq onlara istirahət günlərində evə qayıda biləcəkləri deyilsə də, bir çoxları plandan kənar qalmağı üstün tutmuşdurlar.

Məhbuslara qəsdən alt paltarsız, bərbad görünüşdə olan xalat və rezin səndəllar geyindirilmişdi. Zimbardo iddia edirdi ki, belə paltar məhbuslara öyrəşmədikləri qamətdə durmağa məcbur edəcək, onlar özlərini diskomfort hiss edəcəklər və bu onların çaşqınlığına səbəb olacaq. Məhbusları adları əvəzinə nömrələrlə adlandırırdılar. Bu nömrələr onların uniformalarının üzərinə tikilmişdi. Əsl ibtidai hərbi hazırlıq keçən məsbuslara oxşamaları üçün onların başına hətta corab taxmışdılar. Bu onların başlarının daz olduğunu hiss etməkləri üçün idi. Üstəlik onların topuqlarına zəncir bağlanmışdı ki, bu da məhbuslara həbs həyatını xatırladırdı.

Eksperimentdən bir gün əvvəl mühafizəçilərlə qısa iclas olmuş, lakin onlara hər hansı fiziki zorakılığın yolverilməzliyindən başqa, heç bir göstəriş verilməmişdi. Bildirilmişdi ki, onların vəzifəsi həbsxanada istədikləri kimi idarəçilik etməkdir.

Zimbardo iclasda mühafizəçilərə belə müraciət edir:

“Məhkumlarda qorxu, həsrət hissi, özbaşınalıq duyğusu yaradın ki, onlar həyatlarının tamamilə bizim, sizin, sistemin nəzarəti altında olduğunu hiss etsinlər. Biz müxtəlif yollarla onların şəxsiyyətini əllərindən alacıyıq. Bunların hamısı birlikdə onlarda gücsüzlük hissi yaradacaq. Deməli bu vəziyyətdə bizim əlimizdə bütün hakimiyyət olacaq, onların isə heçnə.”

 Gedişat

Eksperiment nəzarətdən tez çıxdı. Məhbuslar mühafizəçilər tərəfindən vəhşicəsinə və təhqiramiz münasibət gördükləri üçün bir çoxunda eksperimentin sonuna qədər güclü emosional pozğunluq müşahidə edildi.

Birinci gün nisbətən sakit keçsə də, ikinci gün əsl qiyam baş verdi. Mühafizəçilər rəhbərliyin nəzarəti olmadan üsaynı məhbuslara yanğınsöndürənlərlə hücum edərək yatırtmağa başladılar. Hadisədən sonra mühafizəçilər məhbusların arasında ayrıseçkilik yaradaraq onları “yaxşı” və “pis” kameralara böldülər və onlara aralarında “xəbərçi” olduğuna inandırdılar. Bu tədbirlər ciddi effekt yaratdı və gələcəkdə iri miqyaslı üsyanlar baş vermədi. Zimbardonun məsləhətçilərinin (keçmiş məhbusların) sözlərinə əsasən, bu taktika əsil amerika həbsxanalarında istifadə olunan metod kimi idi.

Həbsxana tez bir zamanda çirkli və qaranlıq oldu. Yuyunmaq hüququndan tez-tez imtina edilirdi. Bəzi məhbusları yalın əllə tualet təmizləməyə məcbur edirdilər. “Pis” kameralardan döşəklər yığışdırılmışdı. Məhbuslar beton döşəmənin üzərində yatırdılar. Cəza olaraq yeməkdən imtina edirdilər. Zimbardonun eksprimentə artan marağından, özü də artıq fəal iştirak etməyə başladı. Dördüncü gün qaçış planından xəbər tuttuqda, o, eksperimenti istifadə olunmayan həbsxana korpusuna keçirmək istədi. Lakin polis departamenti təhlükəsizlik cəhətdən buna yolverə bilməyəcəyindən etiraz etdi.

Eksperiment zamanı bir neçə mühafizəçi xüsuilə gecə vaxtı nəzarət kameralarının söndürüldüyünü düşünərək əsl sadistlərə çevrilirdilər. Eksperiment nəzarətçiləri deyirdilər ki, hər üç mühafizəçidən birində əsl sadizmə meyillilik müşahidə olunurdu. Hətta bir çox mühafizəçilər eksprimentin vaxtından əvvəl dayandırıldığında məyus olmuşdular.

Sonradan məhbuslara verilən ödənişdən imtina qarşılığında türməni tərk edə biləcəkləri təklif olundu. Məhbusların əksəriyyəti təklifi qəbul etdilər. Zimbardo bununla iştirakçıların rola necə alışdıqları göstərdi. Lakin sonra məhkumlara etiraz edildi və heç kim həbsxananı tərk etmədi.

Təklifin geri çevrildiyini öyrənən iştirakçıların birinin bədənidə psixosomatik səpkilər əmələ gəlməyə başladı (Zimbardo onun çıxmaq istəyini biclik kimi qəbul edir və bu səbəbdən rədd edir). Fikirlər qarışmağa, həqiqətlə eksperiment arasındakı sərhədlər silinməyə başlamışdı. Məhkumların göz yaşları artıq adi hal kimi qəbul edilirdi. Hətta onlardan ikisi elə güclü şok keçirmişdilər ki, onları digər könüllülərlə əvəz etmişdilər.

416 saylı məhbusun əvəzinə gələn yeni könüllü mühafizəçilərin münasibətindən dəhşətə gələrək aclıq etmişdi. Buna görə mühafizəçilər onu üç saatlıq kiçik bir anbara qapatmışdılar və yeməyə etiraz etdiyi sosisləri əlində tutmağa məcbur etmişdilər. Digər məhbuslar “yeniyə” qarşı nifrət hiss edirdilər. Bundan istifadə edən mühafizəçilər məhbusalara iki təklif irəli sürürlər: Ya onlar öz yorğanlarından imtina edəcəklər, ya da ki, 416 gecəni kamerada tək keçirəcək. Bütün məhbuslar yorğan altında yatmağa üstünlük verdilər. Daha sonra Zimbardo hadisəyə qarışaraq, 416-nı buraxdı.

Zimbardo eksperimenti vaxtından tez dayandırmaq qərarına gəldi. Buna səbəb onun nişanlısı, eyni zamanda eksperimentdə aspirant kimi fəaliyyət göstərən Kristina Maslakın etirazı olmuşdur. Zimbardo qeyd edir ki, əlli şahidin arasından yalnız o eksperimentin etikliyi haqqında məsələni qaldırmışdı. Baxmayaraq ki, eksperiment iki həftə ərizində nəzərdə tutulmuşdu, altı gündən sonra o dayandırıldı.

Zimbardo öz eksperimentinin nəticəsinin ətraflı izahını 2009-cu ildə işıq üzü görmüş “İblis Effekti” (The Lucifer Effect: Understanding How Good People Turn Evil) kitabında təsvir etmişdir.

Nəticə

Eksperimentin nəticələri insanların həssaslığını və itaətkarlığını nümayiş edir. Əgər sizin hərəkətlərinizə cəmiyyət və dövlət tərəfindən bəraət qazandıran ideologiya varsa, etdiyiniz hər şey qəbulolunandır. Avtoritetlərin hakimiyyətinin təsirini göstərmək üçün bu ekspriment ən danılmaz faktlardan biridir. Psixologiyada bu nəticələr insanın situasiyadan asılı olan davranışının onun şəxsiyyəti ilə zidd olduğunu nümayiş etdirmək üçün istifadə olunur. Başqa sözlə desək, insanın düşdüyü vəziyyət onun hərəkətlərinə daha çox təsir göstərir, nəinki onun şəxsi davranışları. Bununla eksperiment məhşur Milgram eksperimentinə çox bənzəyir, hansında sadə insanlar öz istəklərinə rəğmən əmrlərə tabe olurlar və beləliklə eksperimentatorun müttəfiqlərinə çevrilirlər.

Tezliklə araşdırmalar başa çatdıqdan sonra təsadüfi olaraq San-Kventin və Attika həbsxanalarında qanlı qiyamlar baş vermişdir. Bu səbəblə Zimbardo öz eksperimenti haqqında ABŞ Ədiyyə Nazirliyinə bildirmişdir.

Əbu-Qreyb ilə müqayisə

2004-cü ilin martında Əbu-Qreybdə (İraqda yerləşən Amerika hərbi həbsxanalarında məhbuslara verilən işgəncələr) qalmaqal baş verdikdə, bir çox ekspertlər bu hadisənin Stenford həbsxanası eksperimenti ilə oxşarlığını sezmişdirlər. Ekspertlər arasında Filipp Zimbardo da iştirak etmiş və münaqişənin təfərrüatları ilə maraqlanmışdır. Onu narahat edən səbəblərdən biri hökümətin səyləri sistemin əlində oyuncaq olan hərbiçilərə qarşı olması idi. Baxmayaraq ki, hadisəyə səbəb cəzaların rəsmi icrası sistemində olan problemlər idi.

Zimbardo Əbu-Qreyb həbsxanasının nəzarətçilərindən biri olan qərargəh-serjantı Ayven “Çip” Frederiki qoruyan hüquqşunas komandasına daxil olur. Zimbarbo bütün istintaq sənədlərini, qadağan olunmuş sənədləri əldə edərək, hərbi tribunalda səkkiz il (oktyabr 2004) azadlıqdan məhrum edilmiş Frederikin şahid-eksperti kimi iştirak etmişdir.

Zimbardo bu hadisə ilə bağlı da “İblis Effekti” (The Lucifer Effect: Understanding How Good People Turn Evil) kitabında ətraflı məlumat vermişdir.

Redaktə : Lalə Həsənova

Mənbə:  Stanford Prison Experiment website

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin