Səssizlik beyində yeni hüceyrələr əmələ gətirir

0

Şəhər həyatında hər gün fikir vermədiyimiz bir çox səs-küyə məruz qalırıq. Biz  anbaan səs-küylə əhatə olunmuşuq. Evdə, yolda, işdə, məktəbdə daim səslər bizə yoldaşlıq edir, amma bundan çox da narahat olmuruq. Aparılan elmi araşdırmalar  səssizliyin bizim sağlamlığımız  üçün zənn etdiyimizdən daha da faydalı olduğunu sübut edir.

Bu əvvəlcədən də diqqət çəkən məsələlərdən biri olmuşdur. Bunun üçün də 2013-cü ildə siçanlar üzərində  təcrübələr aparılmağa başlanıldı.

“Beyin, Quruluş və Funksiya” adlı jurnalda dərc olunan araşdırmada siçanlar fərqli zamanlarda səs-küy və səssizliyə məruz buraxıldı və bunun onların beyinlərində yaradacağı  təsirlər müşahidə olundu. Əldə edilən nəticələr  heyrətləndirici idi. Çünki, gündə iki saat nizamlı olaraq səssizliyə məruz qalan siçanların beyinlərinin hipokampus adlı hissəsində yeni hüceyrələrin meydana gəlməyə başladığı müşahidə olundu. Hipokampus beynimizin yaddaş, duyğu və öyrənmə funksiyalarını yerinə yetirdiyi hissəsidir.

Beyində yeni hüceyrələrin əmələ  gəlməsi hər zaman sağlamlığımız üçün faydalı deyildir. Ancaq təcrübəni aparan insanlardan olan İmke Kirsti, bu prosesdə yaranan hüceyrələrin həqiqətən də funksiya göstərən neyronlar olduğunu deyir. Bu da göstərir ki, səssizlik  beynimizdə funksional və bütün beyinlə uyğun neyronların yaranmasını  təmin edir.

Beyinlərimiz sanki bir “default”  rejiminə sahibdir və çəkilən beyin şəkilləri bu haldakı bir beynin məlumatları dayanmadan qiymətləndirdiyini göstərir. Üstəlik, istirahət halında olduğumuzda belə bu məlumat qəbulu  prosesinin davam etdiyi bilinir. Bu da demək olur ki, əslində istirahət ya da gündə bir neçə saatımızı səssizliyə ayırmaq əslində boşa keçmiş zaman deyil, əksinə məlumatlarımızı qüvvətləndirməyimizi təmin edən son dərəcə faydalı bir zamandır.

Səssizlik əsnasında beynimiz  daxili və xarici məlumatları yığaraq şüur ​​səviyyəmizin artmasını təmin edir. Diqqətimizi yayındıran  bir səs-küy və ya iş olmadığı zamanlarda diqqətimiz özümüzə və xarici dünyaya yönəlir və sanki beynimiz heç olmadığı qədər azad olur.

Səs-küy, bədənimizin istehsal etdiyi stress hormonlarının nəzərə çarpacaq  qədər artımına səbəb olur.

Diqqətimizi ətrafımızı əhatə edən səs-küyə cəlb etməsək və hətta yuxuda  olsaq belə ətrafımızdakı səslər beynimiz üzərində böyük təsir yaradır. Səs-küy, müvəqqəti bölgə olan amiqdalanın aktiv hala gəlməsinə və bədənimizdəki stress hormonunun artmasına səbəb olur. Əgər əksərən səs-küy olan bir mühitdə yaşayırsınızsa, stress hormonu səviyyələrinizin normadan çox olması gözlənilən bir şeydir.

Səssiz mühitdə olmaq isə bunun tam əksi bir təsir yaradır.

Səs-küyün beynimizdə yaratdığı təsiri yalnız səssizlik tərsinə çevirə bilər. Çünki, səssizlik həm beynimiz, həm də bədənimiz üzərində rahatlaşdırıcı təsir göstərir. Mövzu üzərində aparılan araşdırmalar, səssiz bir mühitdə qalmağın sakitləşdirici musiqilər dinləməkdən belə daha faydalı olduğunu göstərir.

Ayrıca səssizliyin təfəkkürümüzü inkişaf etdirdiyi də sübut edildi.

Aparılan araşdırmalar, səs-küyün işdə və məktəbdə insanların iş qabiliyyətlərini zəiflətdiyini və iş müddətlərini uzatdığını sübut edir. Qısacası, səssizliyin faydası yalnız boş zamanları deyil, iş zamanlarımızı da əhatə edir və zehni bacarıqlarımızı artırır. Yaşadığımız mühiti səssiz bir mühitə çevirmək bu gün hər nə qədər çətin olsa da, bütün bu səbəblərdən dolayı bu özümüz üçün edə biləcəyimiz ən faydalı işlərdən biridir.

 

Mənbə: http://www.lifehack.org/377243/science-says-silence-much-more-important-our-brains-than-thought

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar