Erix Fromm: Freyd və Yunqda psixoanaliz və din.

40

Freyd psixoanaliz və din problemini  ‘ Die Zukunft einer Illusion‘ əsərində araşdırır. Miflərin və dini idealların insan üzərində dərin təsirləri olduğunu ilk anlayanlardan biri olan Yung isə eyni mövzunu Yale Universitetində verdiyi Terry Fondu Konfranslarında işləmişdir.

İndi mən bu   psixoanalitiklərin düşüncələri haqqında qısa bir esse yazmaq istəyirəm. Əvvəlcə bu yazının ortaya çıxmasının üç səbəbini açıqlayım:

1. Problemin müzakirəsinin indiki vaxtda hansı mərhələdə olduğunu və mənim nəticələrimin çıxış nöqtəsini göstərmək.

2. Freyd və Yungun bəzi əsas yanaşmalarının şərhlərini etmək və mövzunun qəlibini ortaya qoya bilmək.

3. Məşhurluq qazanmış bir səhv anlayışı: Freydin dinə qarşı, Yungun isə din tərəfdarı olduğu –  anlayışını düzəltmək.
Beləliklə, bu cür geniş əhatəli mövzulardakı həddindən artıq sadələşdirmələrin səhvini və psixoanaliz ilə dinin əlaqəsini məntiqlə araşdırmaq imkanını da tapa bilərik.
Freydin “Die Zukunft einer Illusion ‘da din mövzusunda ortaya qoyduğu düşüncə nədir?
Freydə görə din insanın öz xaricindəki təbiət qüvvələrinə və öz içindəki qüvvələrə (intuisiya) qarşı çarəsizliyindən yaranmışdır və insanlığın inkişaf prosesinin ilk dövrlərinin məhsuludur. Bu dövrlərdə ağılları vasitəsilə daxili və xarici qüvvələrə qarşı özlərini müdafiə  edə bilməyən insanlar bunları bəzi fövqəl güclərlə tarazlamağa çalışmışdılar. Yəni ağıl vasitəsilə qavranılmayan qüvvələrə hakim olmağı təmin edəcək ya da onları basdırmağa yarayacaq bir sıra romantik metodlar və mexanizmlər var idi. Freyd bunun səbəbinin uşaqlıq dövrü təəssüratlarında olduğunu düşünür.
Təhlükəli, nəzarət edilə bilməyən və başa düşülməsi mümkün olmayan qüvvələr qarşısında insan xatirələrində keçmişə dönər və uşaqlıqdakı ata tərəfindən qorunmaq duyğusuna sığınar. Ata uşağın gözündə müdrikliyin, düşüncənin və gücün simvoludur. Sevgisini və qorumasını təmin edə bilmək üçün əmr və qadağalarına itaət tələb olunur.
Bu formasıyla din Freydə görə bir uşaqlıq təcrübəsinin yenilənməsidir. İnsan həyatını təhdid edən təhlükələrə uşaqlığında etdiyi kimi eyni üsulla müqavimət göstərir. Güvənsizliyini məğlub edə bilmək üçün onu bəzən təəccübləndirib qorxudan, amma eyni zamanda da qoruyan atasına təslim olur. Freyd dini uşaqlardakı izlənilmə qorxusuna(fobiyasına) bənzəyən nevrozlarla müqayisə edir. Ona görə din uşaqlıq nevrozlarına bənzər səbəblərdən yaranan kollektiv bir nevrozdur.
Freydin dinin psixoloji köklərini araşdırması insanların bir tanrının varlığı düşüncəsini necə əldə etdiklərini göstərmək üçündür. Bu nəticənin ortaya qoyulması, yəni bəzi psixoloji köklərə enilməsi ilə iş bitməz. Freyd dini düşüncələrin bəzi illüziyalara söykəndiyini və beləliklə də bunların real olduqlarını sübut etmək iddiasında idi (Freyd öz araşdırmalarının nəticəsində görmüşdü ki, bir fikrin arzuyla yaranması və həzz verməsi bu fikrin yanlış olduğunu sübut etməyə yetməz).
Psixiatrların günümüzdə həmişə eyni səhvə düşmələri, Freydin bu düşüncəsini xüsusilə vurğulmağıma yol açdı. Bir çox həqiqi və bir o qədər də yanlış fikrin var olması təbiidir. İnsanlar bu fikirləri onların doğru olmasını arzuladıqları üçün müdafiə edirlər. Lakin unutmamaq lazımdır ki, bir çox böyük düşüncəyə, kəşfə cığır açan da elə bu tip fikirlərdir. Bəzi insanlar bütün gücləriylə bunların doğruluğuna inanıb, bunu ortaya çıxartmağa çalışarkən, bir çoxu bu yoldaykən yeni həqiqətə çatmışlar. Belə böyük  marağın varlığı hadisəni xaricdən izləyənə qəribə və xəstəlik kimi gəlsə də, bu heç bir zaman hər hansı bir mühakimənin və ya analizin yanlış olduğuna dəlil ola bilməz.

Həqiqətin ölçüsü şəxsi marağa yönəldən(motivasiya edən) psixoloji səbəblərin analizi ilə sərhədlənə bilməz. Burada önəmli olan deyilən arqumentlərin məntiqli bir düşüncəylə uzlaşıb-uzlaşmadığıdır.

Freyd daha sonra dinin illüzionist (xəyala dayanan) xarakterini göstərmək cəhdini də aşaraq dini bir təhlükə olaraq görür. Freyd üçün din bir təhlükədir, çünki tarix boyunca özünə inandırdığı bir çox irtica təşkilatlarını cəmiyyət içinə yerləşdirmişdir. Sonra insanlara bir xəyala inanmağı öyrədir. Daha da əhəmiyyətlisi, tənqidi, şübhəçi düşüncənin qarşısını alır, beləliklə də zəkanın kütləşməsinə səbəb olur. Bu tənqidlər Maarifçilik dövrünün bütün mütəfəkkirlərini də kilsəyə qarşı yönəltmişdi. Lakin Freydin nəzəriyyəsində bu tənqid 18-ci əsr filosoflarınkından çox fərqli bir forma qazanmışdı.

Freydin analitik işində ortaya qoymaq istədiyi şey tənqidi düşüncənin qadağan edilməsinin müəyyən bir yerdən sonra digər sahələrə yönələn tənqidi qabiliyyətlərin də zəifləməsinə yol açdığını göstərməkdir. Beləliklə, bu qadağanın ağlın gücünə maneə törədəcəyini də göstərir.
Freydin dinə qarşı yönəltdiyi üçüncü tənqid əxlaqı çox şübhəli əsaslarla yaratmasıdır. Əgər əxlaqi qaydaların etibarlılığı bunların tanrının əmri olmasına bağlıdırsa, əxlaqın gələcəkdəki varlığı ya da yoxluğu tanrıya olan inanca bağlı olaraq dəyişəcək. Və Freyd dinin parçalama, geriləmə içində olduğunu görürdü. Əgər din ilə əxlaqın bir-birlərinə olan bağlılığı qoparılmasa, gələcəkdə insanların bütün mühakimələri təhlükəyə düşəcəkdi.

Freydin dinin təhlükəyə səbəbiyyət verəcəyindən qorxduğu idealları və dəyərləri beləliklə gün işığına çıxmış olurdu. Ağıl,insanlığın ağrılarının azaldılması və ənənəvi əxlaq. Freydin düşüncələri ilə razılaşmaya bilərik. Çünki o, inandığı idealın nə olduğunu açıq-aşkar söyləmişdi. İnsan sevgisi, Həqiqi azadlıq. Əhəmiyyətli olan Freydin bu əsas inanclarını qavramaq və bunlarlı qəbul etməkdir.

Azadlıq və ağıl Freydə görə bir-birləriylə bağlıdır. İnsan patriarxal tanrı illüziyasından imtina etdiyi anda kainatdakı yalnızlığını və mənasızlığını başa düşər. Ata evini tərk etmiş bir uşaq kimi qəmli və çaşmış vəziyyətdə qalar. Bu məntiqsiz və sadə fikrin aşılması insan təkamülünün ən əhəmiyyətli məqsədidir.

İnsan özünü acı da olsa, həqiqəti tam olaraq görə biləcək və qəbul edəcək şəkildə inkişaf etdirmək məcburiyyətindədir. Öz gücündən başqa güvənəcək heç bir şeyi olmadığına inansa, o, güclərini doğru və yerində istifadə etməyi öyrənəcək. Özünü təhdid edən və qoruyan bir nüfuzun şüuraltı təzyiqindən qurtulan insan ağlının gücünü istifadə edər, dünyanı və onun üzərindəki öz yerini, vəzifəsini qavraya bilər. Yalnız olduqda düşünməyə cəsarət etməyin tək yolu, özümüzü yetkin olaraq görmək, müəyyən avtoritarlıqdan qorxan və ona bağlı olan uşaq kimi davranmaqdan imtina etməkdir. Bunun tərsi də eyni şəkildə doğrudur.

Ancaq tək qaldıqda düşünə bilməyi bacardığımız an, özümüzü o avtoritar hakimdən qurtara bilərik. Freydin çarəsizlik duyğusunu dini həyatın əleyhdarı olaraq ifadə etməsi çox mənalıdır. Çünki bir çox xristian ilahiyyatçıları və həmçinin Yunq da asılılıq və gücsüzlük duyğularını, dini faktın özü olaraq saymaq meylindədir. Freyd isə dini həyatın təməlini müstəqillik duyğusu və insanın öz gücünü dərk etməsi olaraq açıqlayır. Daha sonra bu təməl ayrı-seçkiliyin din psixologiyasında nə cür əhəmiyyətli problemlərə yol açdığını da göstərməyə çalışacağam.

Yunqun düşüncələrinə nəzər salsaq, onun hər nöqtədə Freydlə ziddiyyət təşkil etdiyini görərik.

Freyd, William James Dewey və McMurray kimi peşəsi filosofluq olmasa da, hadisəyə psixoloji və fəlsəfi bucaqlardan yaxınlaşarkən Yunq kitabının əvvəlində bu şərhi verir: ‘Özümü yalnız faktların müşahidəsi ilə məhdudlaşdırmaq və hər cür metafizik ya da fəlsəfi tutumdan qaçmaq istəyirəm.’ Sonra da psixologiya və dini fəlsəfi düşüncə formalarından fərqli olaraq necə analiz edəcəyimizi araşdırmışdır. Öz dünya görüşünü ”yetkin” olaraq xarakterizə edir. Yəni, maraqlandığı mövzular, hadisələr, təcrübələr, və yaşanmış xatirələr, sadəcə faktlardır. Haqqında danışılan faktın həqiqəti isə bir hadisədir, mühakimə deyil. Məsələn, psixologiya “bakirəlik pozulmadan doğum etmə” motivini ələ alanda yalnız bu faktın varlığı ilə maraqlanır. Bu düşüncənin doğru ya da səhv olması onun araşdırma sahəsinə girməz. Bir düşüncə var olduğu anda psixoloji baxımdan doğrudur. Əgər yalnız bir fərdin düşüncəsidirsə, o zaman bu psixolojik varlığı subyektivdir. Bir düşüncənin obyektiv ola bilməsi üçün böyük insan qruplarında bunun ortaq olaraq qəbul edilməsi lazımdır.

Yunqun dini necə analiz etdiyini şərh etməmişdən əvvəl, yeri gəlmişkən metodoloji fərziyyələrini yaxşıca tənqid etməkdə fayda görürəm. Yunqun həqiqətə verdiyi şərh  əsassızdır. Həqiqətin bir mühakimə olmayıb, bir hadisə olduğunu irəli sürür. Yəni, bir fil var olduğu üçün gerçəkdir, amma həqiqətin hər zaman və zəruri olaraq bir mühakiməyə dayanması lazım olduğunu unudur. Həqiqət sadəcə bizim ətrafdan duyğu orqanları vasitəsi ilə alıb, ətrafa müəyyən sözlər və ifadələrlə göstərməyimizdən ibarət deyil.

Yunq bir düşüncənin var olduğu anda psixoloji olaraq doğru olduğu nəticəsinə gəlmişdi. Lakin bir düşüncənin varlığı onun bir səhv ya da bir həqiqətə bərabər olmasıyla bağlı deyil. Heç bir psixoloq belə hansısa hadisənin doğruluğu ilə maraqlanmadan xəstəsi ilə əlaqə qura bilməz. Daha aydın desək, xəstənin yenidən yaşamağa çalışdığı hadisəyə olan marağını bilmədən, o düşüncənin şəxsi bir aldanma və ya paranoyak bir yanaşma olduğuna qərar verə bilməz.

Yunqun fərziyyələri yalnız psixiatrik dünya görüşündən deyil, nümayəndəsi olduğu relativizm (məlumatın dəqiqliyi və obyektiv mənasını bildirən fəlsəfi termin) cəhətdən də əsassızdır. Freyddən fərqli olaraq din tərəfdarı kimi görünsə də mahiyyətcə Yunq fəlsəfəsi Yəhudilik, Xristianlıq və Buddizmlə ziddiyyət təşkil edir. Çünki bu dinlər həqiqətə çatmaq cəhdini insanın ən önəmli vəzifəsi olaraq görməkdədir.

Subyektivlik və obyektivlik anlayışlarının nə dərəcədə dəyişkən olduğu açıqdır. Buna baxmayaraq Yunq bu iki yaranma formasını bir-birindən ayırmağa çalışır. Ona görə obyektiv olan bir şey, subyektiv olan bir digərindən daha doğru və daha etibarlıdır. Obyektiv ilə Subyektiv arasındakı fərqin təməli bir düşüncənin yalnız bir adama aid olması ya da kütləvi paylaşılması faktlarında yatır. Yaxşı, bizlər 2-ci Dünya Müharibəsində milyonlarla adamın ortaq olduğu kütləvi bir dəliliyə şahid olmadıq mı? Milyonlarla insanın ağılsız ehtiraslarının köləsi olaraq aldadıcı və pozğun düşüncələrə qapıldıqlarını, bunların arxasından qaçdıqlarını yaşamadıqmı? Onların bu səhv düşüncələri fərdlərin tək başlarına yaratdıqları axmaqlıqlardan daha mı tutarlıydı? Bunları obyektiv olaraq açıqlamanın nə mənası, nə faydası var?

Bir sözlə, düşüncənin boyük kütlələr arasında paylaşılması onun düzgün olduğunu sübut etməz. Yunqun obyektiv və subyektivi birlərindən ayırmaqda istifadə etdiyi üsul bayaq dediyim, Relativizm mövzusundakı düşüncənin güzgüsüdür. Buradakı Relativizm, bir düşüncənin cəmiyyət tərəfindən qəbul edilməsini, onun etibarlılığı, həqiqəti və obyektivliyini bir ölçü olaraq götürən sosiolojik relativizmdir.

Bu metodik fərziyyələrini ortaya qoyduqdan sonra Yunq “din nədir?” mövzusundakı düşüncələrini izah etməyə çalışır. Dini həyatın təbiəti nədir? Bu mövzuda Yunq bir çox teoloqla ( hər hansı bir dinin təlimini sistemləşdirən) eyni düşüncəni paylaşır. Bir sözlə, “Həyatın (dinin) mənbəyi insanların özlərini, özlərindən üstün olan bəzi güclərə təvəkküllə təslim etmələridir.”

Yunq dinin, Rudolf Ottonun ‘Numinosum’ deyə adlandırdığı insani bir istəyə bağlı olmadan var olan dinamik bir varlığın ya da təsirin diqqətli və dəqiqliklə izlənilməsi lazım olduğunu demişdir. (Daha dəqiq desək, ‘Numinosum’ fərdin iradəsindən asılı olmadan dinlə bağlı etdiyi təcrübələrdir) Bu varlıq, insanı nəzarətdə saxlayır və idarə edir. İnsanlıq bu gücün (varlığın) yaradıcısı deyil, yalnız quludur.

Din haqqında olan bu düşüncəsədən sonra bunları nəzərə alaraq, Yunq yeni fikirlərini ortaya atır. Onun fikrinə görə bizim şüüurumuzdan kənarda olan şeylərin dini izahı vardır. Yəni təhtəlşüur, bizdən asılı olmayan bir gücün bizim üzərimizdəki təsirləri və bizi idarə etməsinin əks olunmasıdır. İnsanın yuxusunda öz təhtəlşüurundan xaric səslərin eşitməsi heç bir şeyi sübut etmir. İnsan küçədən gələn səsləri də öz daxili səsiymiş kimi düşünə bilər.Tək bir vəziyyətdə bu səslərin öz şüurundan kənar gələn səslər olaraq qəbul etməsi mümkündür. Bu da böyük bir dairə içində kiçik bir dairə olması halında qüvvəyə minir. Kiçik bir bank məmurunun dostuna işlədiyi bankı göstərib “bu mənim bankımdır” deməsi kimi.

Dinin və təhtəlşüurun belə təsvir edilməsinin bir nəticəsi olaraq Yunq təhtəlşüurun bizim üzərimizdəki təsirlərinin ‘təməl dini faktorlar’ olaraq ortaya çıxdığını qeyd edib. Yəni yuxular metafizik, dini faktlardır, çünki bizim xaricimizdəki bir gücün bizi idarə etməsinin əks olunmasıdır. Yunqun məntiqi ilə ruhi xəstəlikləri də dini faktorlar olaraq açıqladığı anlaşılır. Freyd və Yungun dinə yanaşmalarını və onun qaynağını şərhetmə səylərini qısaca araşdırdıq. Geniş yayılmış bu nəticə- ”Freyd dinə qarşıdır, Yunq isə yox”, hələ də etibarlıdırmı? Etdiyimiz araşdırma və müqayisə, bu sadə düşüncənin tamamilə səhv olduğunu ortaya qoymuşdur. Freyd insan təkamülünün hədəfinin bu məqsədlərə çatmaq olduğuna inanır:
1.İnformasiya (ağıl, reallıq, məntiq)
2.İnsan sevgisi
3.Ağrıların azaldılması
4.Azadlıq
5.Məsuliyyət daşıyacaq gücə çatmaq

Bu ideallar bütün böyük dinlərin əxlaqi təməlini meydana gətirir. Qərb və Şərq mədəniyyətləri bu təməllər üzərində qurulmuşdur. Konfutsi,Lao-Tszı, Budda, bir çox peyğəmbərlər və İsa həmişə bu idealları müdafiə etmişdir. Bu dinlər və təlimlər arasında (yer və zamana, xitab edilən birliyə görə) fərqli kəlimələrin olması təbiidir. Məsələn, Budda üstünlüyü ağrıların azaldılıb yox edilməsinə verərkən, peyğəmbərlər ədalət və anlayışlı olmağa əhəmiyyət vermişlər, İsa isə insan sevgisini üstün görmüşdür. Fərqliliklərə baxmayaraq bütün bu dini rəhbərlərlə insanlığın inkişafındakı məqsədlər və formalar mövzusunda tam bir vəhdət içində olmaları maraqlıdır.
Freyd dinin bu əxlaqi təməllərini müdafiə etsə də və bu məqsədlərin həyata keçirilməsinin vacib olduğunu desə də, dinin təbiət üstü və formal tərəflərini hər zaman tənqid etmişdir. Təbiət üstü güclərə və insanı üstün şeylərə inanmağı insanlığın inkişafındakı mərhələlərdən biri olaraq görən Freyd  bunların o dövrlərdə lazımlı və zəruri olduğunu, amma gərəyindən çox gündəmdə qalanda insanlığın ruhi inkişafını əngəlləməkdən kənara getməyəcəyini müdafiə edir. Bu səbəblə Freydin dinə qarşı olduğu yolundakı inanc aldadıcıdır. Belə bir mühakiməyə gəlmədən əvvəl onun dinin hansı tərəflərinə qarşı, hansı tərəflərinə isə tərəfdar olduğunu araşdırmaq lazımdır.
Yunqa görə isə dini həyat xüsusi romantik bir prosesdir və insanın özünü bilmədiyi yüksək bir gücə təslim etməsi olaraq meydana çıxır. Bu gücü istər Tanrı, istər təhtəlşüur deyə ifadə edin, yenə də nəticə dəyişməz. Yuxarıda qeyt etdiyimiz anlayış kimi Xristianlıq içində Lüter və Kalvin təlimlərinin təməli olan müəyyən bir dini həyat formasını tam xarakterizə edərkən, digər tərəfdən dini təcrübənin bir başqa tipiylə ziddiyyət təşkil edir. Həqiqətə olan bu yanaşması ilə Yunqun din anlayışı Buddizm, Yəhudilik və İsa təlimləriylə toqquşur. Adı keçən dinlərdə insanın vəzifəsi, həqiqəti araşdırmaqdır və bu qaçınılmaz olan bir məcburiyyətdir. Pilatusun  “həqiqət nədir?” deyə soruşması yuxarıdakılardan başqa bütün böyük dinlərdə dinsiz bir davranış sayılır. Yəni bu cəhətdən baxdıqda araşdırmaq və irəli getmək cəhdi günahla eyni mənalı olur.

Freydlə Yungun yanaşmalarını yekunlaşdırsaq, Freyd dini əxlaqi baxımdan tənqid edərkən əslində özünü müdafiə etmiş və bu dəyərləri qorumağı vacib saymışdır.Bu düşüncələrinə görə də onun “dindar” olduğu nəticəsinə gəlirik. Yunq isə dini məhdudlaşdırıcı bir şəkildə psixoloji bir fakta endirib bu yolla açıqlamağa çalışarkən, bir tərəfdən də təhtəlşüura dini bir məna qazandırmaq istəmişdi.

Tərcümə: Aysel Hüseynli –  Libido jurnalı

Redaktə : Ziya Mehdiyev

 Müəllif : Erich Fromm

40 ŞƏRH

  1. I simply want to tell you that I am just all new to blogging and actually enjoyed your web page. More than likely I’m going to bookmark your website . You definitely have fabulous articles and reviews. Thanks a bunch for revealing your web-site.

  2. I just want to tell you that I am just newbie to blogs and certainly enjoyed your web site. Almost certainly I’m want to bookmark your site . You certainly come with superb writings. Thank you for sharing with us your blog site.

  3. Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

  4. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

  5. I just have to share it with you that I am new to having a blog and pretty much valued your post. Very likely I am likely to bookmark your blog post . You undoubtedly have outstanding article blog posts. Get Pleasure From it for giving out with us your own web information

  6. I conceive this web site has some really fantastic info for everyone :D. “Time–our youth–it never really goes, does it It is all held in our minds.” by Helen Hoover Santmyer.

  7. Usually I don’t learn article on blogs, but I would like to say that this write-up very forced me to take a look at and do so! Your writing taste has been amazed me. Thank you, quite nice article.

  8. Thank you for the sensible critique. Me & my neighbor were just preparing to do a little research about this. We got a grab a book from our local library but I think I learned more from this post. I am very glad to see such magnificent information being shared freely out there.

  9. What i don’t realize is in fact how you are now not actually much more well-liked than you might be right now. You’re so intelligent. You know therefore considerably in terms of this matter, produced me personally consider it from so many numerous angles. Its like women and men don’t seem to be fascinated except it’s something to do with Lady gaga! Your own stuffs nice. At all times handle it up!

  10. I’ve been surfing on-line greater than 3 hours today, but I by no means found any interesting article like yours. It¡¦s beautiful worth sufficient for me. In my opinion, if all webmasters and bloggers made excellent content as you probably did, the net might be a lot more helpful than ever before.

  11. Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

  12. MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

  13. I have to express my passion for your kind-heartedness supporting people that absolutely need help with this important subject. Your real dedication to getting the solution all around had been wonderfully invaluable and have all the time encouraged ladies just like me to attain their dreams. Your own valuable recommendations indicates so much a person like me and further more to my mates. Best wishes; from each one of us.

  14. I simply need to tell you that I am new to putting up a blog and absolutely enjoyed your article. Very possible I am going to remember your blog post . You really have great article content. Truly Appreciate it for expressing with us your main internet site page

  15. Gday there, just turned out to be aware about your article through Search engine, and have found that it’s genuinely useful. I will like in the event you maintain this post.

  16. hi!,I like your writing very much! share we keep up a correspondence extra about your post on AOL? I need a specialist on this house to resolve my problem. May be that’s you! Having a look forward to peer you.

  17. Good – I should certainly pronounce, impressed with your website. I had no trouble navigating through all tabs as well as related info ended up being truly simple to do to access. I recently found what I hoped for before you know it in the least. Quite unusual. Is likely to appreciate it for those who add forums or something, web site theme . a tones way for your customer to communicate. Excellent task.

  18. I would like to thnkx for the efforts you have put in writing this site. I am hoping the same high-grade website post from you in the upcoming as well. In fact your creative writing abilities has encouraged me to get my own site now. Really the blogging is spreading its wings fast. Your write up is a great example of it.

  19. I am really impressed with your writing skills as well as with the layout on your blog. Is this a paid theme or did you modify it yourself? Either way keep up the excellent quality writing, it’s rare to see a nice blog like this one these days..

  20. You could certainly see your expertise within the work you write. The sector hopes for more passionate writers such as you who aren’t afraid to say how they believe. At all times go after your heart.

  21. I just wanted to jot down a note in order to say thanks to you for all of the lovely techniques you are writing here. My particularly long internet lookup has at the end been rewarded with reputable ideas to talk about with my close friends. I ‘d believe that most of us readers actually are very much endowed to be in a fine website with very many awesome people with beneficial opinions. I feel very much blessed to have come across your webpage and look forward to tons of more cool minutes reading here. Thanks a lot once more for all the details.

  22. Excellent beat ! I would like to apprentice while you amend your web site, how could i subscribe for a blog site? The account aided me a acceptable deal. I had been tiny bit acquainted of this your broadcast provided bright clear concept

  23. of course like your web-site but you have to take a look at the spelling on quite a few of your posts. Several of them are rife with spelling problems and I in finding it very troublesome to inform the truth nevertheless I will definitely come again again.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin