Jak Lakan (Jacques Lacan)// müsahibə

86

Aşağıda yerləşən mətn, Emilio Granzotto’nun Jak Lacan ilə Panorama jurnalı üçün 1974-cü ildə apardığı reportajın bir hissəsinin tərcüməsidir. Müsahibə, 2004-cü ilin Fevralında  “Magazine Littéraire” jurnalının 428-ci nömrəsində dərc edilmişdir.
Emilio Granzotto. Psixanalizin böhranından getdikcə daha tez-tez danışılmağa başlanmışdır. Sigmund Freud’dan da o tərəfə keçildiyi və günümüz cəmiyyətində də Freud’un əsərinin nə insanı anlamaq nə də insanın dünyayla əlaqəsini dərindən şərh etmək üçün kifayət etməyəcəyi deyilir.

Jak Lacan. Bunlar hekayədir.

İlk olaraq, böhran. Bir böhran yoxdur, ola da bilməz. Psixanaliz öz sərhədlərinə tamamilə çatmış deyil hələ. Tətbiq və məlumat mənasında hələ kəşf ediləcək çox şey var. Psixanalizdə dərhal tapılan həll yolları deyil, səbəbləri tapmaq üçün edilən uzun və səbr tələb edən araşdırmalar mövcuddur.
İkinci olaraq da Freud.

Onu tamamilə anlamamışkən, ondan o tərəfə keçildiyi hökmünə necə gələ bilərik? Qəti olan budur ki, o bizi tamamilə yeni şeylərlə tanış etdi, Freud’dan əvvəl xəyal belə edə bilməyəcəyimiz şeylərlə. Təhtəlşüurun problemlərindən, seksuallığın əhəmiyyətinə qədər; Simvolik girişdən, dilin qanunlarına və hətta təbiətə qədər.

Onun təlimi həqiqəti sorğuladı; bu, hər kəsi və fərdi mənada da hər birimizi maraqlandıran bir məsələdir. Bu bir böhrandan çox daha fərqli bir şeydir. Təkrar edirəm: Freud’dan uzağıq. Onun adı bir çox şeyi örtməyə də yaradı, onun yolundan azmalar oldu, varisləri hörüntünü hər zaman sədaqətlə təqib etmədi, qarışıqlıqlar ortaya çıxdı. 1939’da ölümündən sonra, şagirdlərindən bəziləri da psixanalizi fərqli bir şəkildə tətbiq etdiklərini irəli sürdülər, onun öyrətdiklərini bir neçə sıravi düstura endirdilər: prosedura, qayda kimi idi; təcrübə, davranış düzəltilməsiylə sinifləndirilmişdi və üsul da fərdin öz ictimai ətrafına uyğunlaşmasının yenidən təmin edilməsiydi. Komfortlu psixanaliz, salon psixanalizi, Freudun mənfiləşdirilməsidir.

Lakin bunu nəzərdə tutmuşdu o. “Dözülməz üç vəziyyət var” demişdi, “qeyri-mümkün üç vəzifə: idarə etmək, maarifləndirmək və psixanalizi tətbiq etmək”. Bu günlərdə, rəhbərlik məsuliyyətinin kimdə olduğunun əhəmiyyəti yoxdur və hər kəs də pedaqoq olduğunu iddia etməkdədir. Psixanalistlərə gələcək olsaq, allah bərəkət versin ki, münəccimlər və şəfa verənlər kimi varlanmaqdadırlar. İnsanlara kömək etməyi təklif etmək, müvəffəqiyyətli olunacağına dair zəmanət vermək deməkdir və müştərilər də qapıya yığılır. Halbuki, psixanaliz başqa bir şeydir.

Emilio Granzotto. Tam olaraq nədir bəs?

Jak Lacan. Mən onu simptom olaraq tərif edirəm – içərisində yaşadığımız mədəniyyətin narahatlığını üzə çıxaran bir simptom. Əlbəttə bir fəlsəfə kimi deyil. Fəlsəfəyə nifrət edirəm; fəlsəfə yeni bir şey deməyəli çox uzun vaxt oldu. Psixanaliz bir inanc da deyil və onu bir elm olaraq adlandırmaq da xoşuma gəlmir. Bir praktika olduğunu və qaydasında getməyən mövzularla məşğul olduğunu söyləyək. Son dərəcə çətindir çünki qeyri-mümkün və xəyali olanı gündəlik həyata daxil etdiyi iddiasındadır. İndiyə qədər bəzi nəticələr əldə etdi ancaq hələ qaydaları yoxdur və hər növ qeyri dəqiqliyə də əlverişlidir.

Gərək tibb baxımından gərəksə psixologiya və tamamlayıcıları baxımından, tamamilə yeni bir şeydən söhbət getdiyini unutmamaq lazımdır. Bundan əlavə çox da gəncdir. Freud’un ölümündən hələ otuz beş il keçib. İlk kitabı ‘’Yuxuların Yozumu’’, 1900-də çap edilmişdi və çox müvəffəqiyyətli olmamışdı. Bir neçə il içərisində üç yüz ədəd satmışdı deyəsən. Az sayda şagirdi var idi və onlara dəli gözüylə baxılırdı, hətta, öyrəndiklərini necə tətbiq və şərh edəcəkləri üzərində də razı deyildilər.

Emilio Granzotto. İndiki dövrdə insanın problemi nədir ?

Jak Lacan. Bu böyük yorğunluq və inkişaf yarışının bir nəticəsi olaraq: həyat. Psixanaliz yolu ilə, insanlar bu yorğunluğu sürükləyərək hara qədər gedə biləcəklərini kəşf etməyi ümid edirlər.

Emilio Granzotto. İnsanları özlərini araşdırmağa sövq edən nədir ?

Jak Lacan. Qorxu. İnsan, məna verə bilmədiyi şeylər başına gəldikdə, bunlar öz istəyi ilə reallaşmış olsa belə, qorxar. Başa düşməməkdən qaynaqlı əziyyət çəkir və yavaş-yavaş vahimə vəziyyətinə düşür. Bu nevrozdur. Histerik nevrozda, bədən xəstə olma qorxusu ilə xəstə olur, lakin, əslində xəstə deyil. Obsessiv nevrozda isə, qorxu zehnə qəribə şeylər, idarə edilə bilməyən düşüncələr, formaların və obyektlərin fərqli və qorxuducu mənalar qazandığı fobiyalar soxur.

Emilio Granzotto. Nümunə verəsi olsaq ?

Jak Lacan. Nevrotik insan, qorxunc bir ehtiyac tərəfindən, bir kranın həqiqətən bağlı olub olmadığını ya da bir obyektin yerində dayanıb dayanmadığını onlarla dəfə nəzarət etməyə məcbur buraxılmış hiss edər. Lakin, bu əsnada, kranın olması gərəkdiyi kimi olduğundan və obyektin də tapılmağı lazım olan yerdə olduğundan çox əmindir. Bunu yaxşılaşdıracaq bir dərman yoxdur. Nə səbəblə reallaşdığını tapmaq və bunun nə məna ifadə etdiyini öyrənmək lazımdır.

Emilio Granzotto. Yaxşı bəs müalicəsi nədir?

Jak Lacan. Nevrotik insan, sözlə yaxşılaşan bir xəstədir; hər şeydən əvvəl də öz sözləriylə. Danışmağı lazımdır, izah etməyi, özünü ifadə etməyi. Freud, psixanalizi, başqa bir insana yönəldilən sözlərdən ibarət olduğu ölçüdə, subyektin keçmişinin subyektin özü tərəfindən fərziyyəsi olaraq tərif edir. Psixanaliz sözün suverenliyidir və başqa bir dərman da yoxdur. Freud, təhtəlşüurun, şüur dərinləşməsinə açıq olmadığı üçün çox da dərin olmadığını izah etmişdi. Bundan əlavə, bu təhtəlşüurundan danışanın, subyekti aşan, subyekt içərisində bir subyekt olduğunu söyləmişdi. Söz, psixanalizin böyük gücüdür.

Emilio Granzotto. Kimin sözü? Xəstəninki mi yoxsa psixanalistinki mi?

Jak Lacan. Psixanalizdə “xəstə”, “həkim”, “dərman” terminləri, ümumi olaraq mənimsədiyimiz passiv ifadələr qədər səhvdir. “Psixanaliz olunmaq” deyirik. Bu səhvdir. Analiz əsnasında əsl işi görən, danışan adamdır, Analizan subyektdir; bunu, necə irəliləməyi lazım olduğunu ifadə edən və müdaxilələriylə ona yardım edən analistin təlqin etdiyi şəkildə etsə belə. Onun da bir şərhi var.
Analist, ilk baxışda, analizanın söylədiyinə bir məna yükləyirmiş kimi görünür. Gerçəkdə isə, subyektin əziyyət çəkdiyi şeylərin mənasını silmə meylində olan şərh, daha incədir. Burada məqsəd, simptomu – ya da xəstəliyin deyək, heç bir şeylə heç bir əlaqəsi olmadığını, hər hansı bir mənadan məhrum olduğunu, subyektə öz hekayəsi üzərindən göstərməkdir. Xəstəlik görünüşcə gerçək olsa da, əslində mövcud deyil.

Bu danışma işinin irəlilədiyi yollar çox sayda proqram və sonsuz bir səbr tələb edir. Psixanalistin vasitələri, səbr və qiymətləndirmədir. Üsul da analizan subyektə verilən faydanı ölçməyi bilməkdən ibarətdir. Nəticə etibarilə, psixanaliz çətindir.

Emilio Granzotto. Jak Lacan’dan bəhs edilərkən, bu ad qaçınılmaz şəkildə bir təbirlə birlikdə xatırlanır: “Freud’a qayıdış”. Bu nə ifadə edir?

Jak Lacan. Tam olaraq elə. Psixanaliz, Freud deməkdir. Psixanaliz etmək istəyiriksə, Freud`a qayıtmağımız lazımdır, onun gerçək mənada oxunmuş və şərh olunmuş terminlərinə və təriflərinə qayıtmağımız lazımdır. Parisdə tam da bu məqsədlə bir Freudian Məktəb yaratdım. Mənim bu mövzudakı fikrimi bildirməyimdən bu yana iyirmi ildən çox keçir : Freud’a qayıdış, Freud`un işindən yola çıxılaraq təyin edilmiş və sıralanmış qanunlar istiqamətində, təliminin oxumasını yenidən ələ alaraq, ekzistensialist fenomenologiya – misal üçün, psixanaliz dairələrinin təşkilati növləri kimi – azmalar və qeyri dəqiq sahəni təmizləməyi ifadə edir. Freud’u yenidən oxumaq, sadəcə, Freud’u yenidən oxumaq deməkdir. Bunu etməyən, psixanalizi səhv bir üsulla tətbiq edir.

Emilio Granzotto. Lakin Freud çətindir və Lacan’ın da onu tamamilə anlaşılmaz hala gətirdiyi deyilir. Lacan, yalnız təqibçilərindən çox azının anlamağı ümid edə biləcəyi şəkildə danışmaqla və – xüsusilə də – yazmaqla tənqid olunmaqdadır.

Jak Lacan. Bunu bilirəm; düşüncəsini duman pərdələrinin içərisində saxlayan qaranlıq bir insan olaraq görürlər məni. Niyə belə deyə özümə soruşuram. Analiz barəsində, Freud’la birlikdə təkrar edirəm ki, bu “həqiqətin gerçəyin içinə girdiyi, subyektlər arası bir oyun”dur. Bu anlaşıla bilən deyil mi? Nə var ki, psixanaliz uşaq-muşaq işi də deyil.

Kitablarım anlaşılmaz olaraq tərif edilir. Amma kimin üçün anlaşılmazdır? Onları hər kəs üçün və hər kəs tərəfindən anlaşılması üçün yazmadım. Əksinə, hər hansı bir oxucunu məmnun etməklə bağlı ən kiçik bir marağım olmayıb heç vaxt. Söyləyəcəyim şeylər var idi və onları söylədim. Oxuyan bir kütləyə sahib olmaq mənim üçün kifayətdir. Əgər başa düşmürlərsə, səbirli olsunlar. Oxucu sayına gəldikdə, Freud’a görə daha çox şansım oldu. Kitablarım gərəyindən çox belə oxundu, buna çaşmış vəziyyətdəyəm.

Belə də bir qənaətim var ki, ən çox on il içərisində, məni oxuyan bir insan, gözəl bir pivə stəkanı kimi tamamilə şəffaf olduğumu düşünəcək. O zaman bəlkə də bunu deyəcəklər: “Həqiqətən, bu Lacan da nə qədər sıravi biri olub!”

Emilio Granzotto. Lacançılığın müəyyən edici xüsusiyyətləri nələrdir?

Jak Lacan. Lacançılıq hələ mövcud deyil və bu səbəbə görə bunu demək üçün bir qədər tezdir. Hələ qoxusunu yeni yeni alırıq, bizim üçün bir əyanlıq kimidir.

Lacan, istənilən halda, psixanalizi ən azı qırx ildir ki tətbiq edən və uzun illərdən bəri də araşdıran bir insandır. Strukturalizmə və Linqvistikaya inanıram. Kitabımda bunu yazdım: Freudun kəşfi bizi, içərisinə girdiyimiz, belə ifadə edək, tam olaraq körpə vəziyyətindən, danışma bacarığını hələ qazanmamış uşaq vəziyyətindən çıxararaq, içərisində ikinci dəfə doğulduğumuz nizamın qənirsizliyinə aparır.

Freudun kəşfini əsaslandırdığı simvolik nizam, konkret universal ifadə anı olaraq dildən ibarətdir. Şeylər dünyasını yaradan sözün dünyasıdır və bu şeylər, başlanğıcda bütün meydana gəlməkdə olanlarla bir birinə qarışmış vəziyyətdədir. Yalnız sözlər, şeylərin özünə tam bir məna qazandıra bilər. Sözlər olmasaydı, heç bir şey var ola bilməzdi.

Mənim düşüncəmə görə, Freud, ilk əsərlərində – Yuxuların Yozumu, Həz Prinsipinin İlərisində, Totem və Tabu – təhtəlşüurun qanunlarını açıqlayaraq, Ferdinand de Saussure’ün bir neçə il sonra müasir dilçiliyin zəminini hazırlamasını təmin edəcək qaydaları düsturlaşdırmışdır.

Emilio Granzotto. Yaxşı bəs saf düşüncə?

Jak Lacan. O da digər hər şey kimidir, o da dilin qanunlarına boyun əymiş vəziyyətdədir. Yalnız sözlər onu meydana gətirə bilər və ona sabitlik qazandıra bilər. Əgər dil olmasaydı insanlıq, düşüncə araşdırmalarında bir addım belə irəli gedə bilməzdi.

Psixanaliz üçün də doğrudur bu. Müalicə etmək, formalaşdırmaq və ya bir  kəşf agenti; ona aid edilən funksiya hər nə olursa olsun, tək bir vasitədən istifadə edirik: xəstənin sözü … və hər söz, bir cavaba layiqdir.

Emilio Granzotto. O halda, dialoq halında bir analizdən söhbət gedir. Bunu, etirafın iqaməsi olaraq şərh edənlər də var.

Jak Lacan. Nəyin etirafı? Psixanalistə etiraf etdiyiniz, böyük bir heçdən başqa bir şey deyil. Yalnız, ağlınızdan keçən nə varsa ona danışmağa, tamamilə sözlər söyləməyə buraxarsınız özünüzü. Psixanalizin kəşfi, insanın danışan bir heyvan kimi olmasıdır. Eşitdiyi sözləri nizama qoymaq və onlara bir məna vermək, analitiklərin işidir. Yaxşı bir analizin aparılması üçün, analizan və analitik arasında bir uyğunluğun, bir razılaşmanın olması gərəklidir.

Biri danışarkən, digəri mövzunun nə olduğuna dair fikir əldə etməyə və zahiri simptomun  kənarında mövcud olan, həqiqətin çətin düyününü tapmağa çalışır. Analizin digər funksiyası da, analizdən nə gözlənilə bilinəcəyini xəstənin anlaması üçün, sözlərin mənasını izah etməkdir.

Emilio Granzotto. Onda bu, son dərəcə qarışılıqlı inam və etibar tələb edən bir münasibətdir.

Jak Lacan. Daha çox, bir mübadilədir və əhəmiyyətli olan da birinin çıxışıdır, digərinin isə onu dinləməyidir. Səssizlik də əhəmiyyətlidir. Analitik sual soruşa bilməz və hər hansı bir fikrə sahib ola bilməz. Öz istəyi ilə irəli gələn suallara, öz istədiyi cavabları verə bilər sadəcə. Lakin ən nəhayət, analitik hara gedərsə, analizan da daim oraya gedir.

Emilio Granzotto. Az əvvəl müalicədən danışdınız. Müalicə edilmə ehtimalı var mı? Nevrozdan çıxmaq mümkündürmü?

Jak Lacan. Psixanaliz, çətinlikləri aradan qaldırdığında, simptomdan çıxdığında, gerçəklikdən çıxdığında müvəffəqiyyətli olur, yəni, həqiqətə çatır.

Emilio Granzotto. Eyni düşüncəni “daha az Lacançı” bir şəkildə izah edə bilərsinizmi?

Jak Lacan. Gerçəklikdən gələn hər şeyi simptom olaraq adlandırıram mən. Gerçəklik də, yolunda getməyən, funksiyasını itirmiş, insan həyatına və insanın şəxsiyyəti ilə üzləşməsinə mane olan hər şeyi əhatə edir. Gerçəklik hər zaman eyni yerə qayıdır. Onu, eyni görüntülərlə həmişə orada görəcəksiniz. Elm insanları, həqiqət daxilində heç bir şeyin qeyri-mümkün olmadığını söyləyə bilərlər. Məncə bu cür şeylər irəli sürə bilmələri üçün çox həyasız olmaları lazımdır ya da ki – mənim şübhəm bu istiqamətdədir – nə etdiklərini və ya söylədiklərini qətiyyən bilmirlər.

Gerçəklik və qeyri-mümkün, bir-birinin əleyhdarıdır və bir arada ola bilməzlər. Analiz, subyekti qeyri-mümkünə doğru itələyir, ona dünyanı həqiqətdə olduğu kimi qiymətləndirməyi təlqin edir, yəni, xəyali və hər hansı bir mənadan məhrum olaraq. Digər tərəfdən, reallıq, eynilə doymaq bilməyən bir quş kimi, rasional şeylərdən, mənalı hərəkətlərdən qidalanmaqdan başqa bir iş görmür.

Hər şeyə bir məna yükləmək lazım olduğunu təkrar təkrar eşidirik; öz düşüncələrimizə, öz ehtiraslarımıza, istəklərimizə, seksuallığa, həyata … Ancaq, həyata dair heç bir məlumatımız yoxdur. Elm insanları bunu bizə açıqlaya bilmək üçün çırpınırlar.

Onların səhvi ucbatından, həqiqətin, var olmayan bu dəhşətli şeyin, sonunda qazanmağından, üstün gəlməyindən qorxuram. Elm dinin yerinə keçir amma fərqli bir şəkildə: daha despot, donuxmuş və konservativ bir şəkildə. Bir atom-tanrı, kosmos-tanrı və s. mövcuddur. Elm ya da din, hansı qazanır qazansın, psixanaliz uduzar.

Emilio Granzotto. İndiki vaxtda elm ilə psixoanaliz arasında nə kimi bir əlaqə var?

Jak Lacan. Mənim üçün, maraqlı olan tək həqiqi elm, tək ciddi elm, elmi-fantastikadır. Digəri, yəni rəsmi olan və laboratoriyalarda qurbangahları olan elm, bir tarazlığa sahib olmadan paslanaraq irəliləməkdədir. Hətta, öz kölgəsindən belə qorxmağa başladı.

Belə görünür ki, elm insanları üçün narahatlıq anı yaxınlaşır. Sterilizasiya laboratoriyalarında, ütülənmiş xalatlarına bükülmüş halda, daim daha kompleks cihazlar düzəldib həmişə daha qaranlıq düsturlar ixtira edərək, bilinməyən şeylərlə oynayan bu qoca uşaqlar, sabah başlarına nə gələ biləcəyini, hər daim yeni olan araşdırmalarının nəticədə nə gətirəcəyini özlərindən soruşmağa başladılar. “Nəhayət!” deyirəm. Ya çox gec olsa idi? Bioloqlar bunu özlərindən indi indi soruşurlar ya da fiziklər, kimyaçılar… Mənə qalsa, hamısı dəlidir.

Onlar kainatın simasını hazırda dəyişdirmək ilə məşğul ikən, bunun təsadüfən təhlükəli olub olmayacağını sorğulamaq, ağıllarına hələ təzə-təzə gəlir. Ya hər şey əks reaksiya versə idi? Ağ laboratoriyalarda bu cürə bir eşqlə yetişdirilən bakteriyalar ölümcül düşmənlərə çevrilsə idi? Yaxşı ya bu bakteriyalar sürüsü, saxladıqları bütün pisliklə birlikdə, bu laboratoriya alimlərindən başlayaraq dünyanı yox etsə idi?

Freud’un üç qeyri-mümkün vəzifəsinə, yəni rəhbərlik, təhsil və psixanalizin tətbiqinə mən də bir dördüncünü artıra bilərəm: elm. Yalnız, elm insanları vəzifələrinin dözülməz olduğunun fərqində deyillər.

Emilio Granzotto. Bax bu da, irəliləyiş kimi adlandırdığımız məfhuma dair çox pessimist bir rəydir.

Jak Lacan. Xeyr, bu tamamilə fərqli bir şeydir. Pessimist deyiləm. Pis heç bir şey olmayacaq. Bunun tək səbəbi də, insanın beş qəpiyə dəyməz olmağıdır, o qədər ki, özünü yox edə bilməyəcək qədər bacarıqsızdır.

Şəxsən, insan tərəfindən çıxarılmış bir fəlakəti valehedici hesab edərdim. Bu, ilahi, təbii ya da digər müdaxilələr olmadan, insanın əllərini və başını istifadə edərək artıq bir şeylər edə biləcəyinin isbatı olardı.

Əyləncə olsun deyə həddindən artıq bəslənmiş və İncildə bəhs edilən çəyirtkələr kimi dünyaya yayılmış bütün bu gözəl bakteriyalar, insanın zəfərini ifadə edərdi. Lakin belə bir şey olmayacaq. Elm öz məsuliyyət böhranının nəysə ki öhdəsindən gəlməkdədir və dedikləri kimi, hər şey şeylər nizamına girəcəkdir. Bunu ifadə eləmişdim: gerçəklik hər zamanki kimi üstün gələcək və bizlər də hər zamanki kimi poxu yemiş olacağıq.

Emilio Granzotto. Jak Lacan’ın bir digər paradoksu. Sizi, dilinizin çətinliyi və fikirlərinizin qaranlıq olmağı xaricində, etdiyiniz söz oyunları, anekdotlar, sözün qolunu budağını bükmələrinizə və paradokslarınıza görə də tənqid edirlər. Sizi dinləyən ya da oxuyan bir adamın, fikri qarışmış kimi hiss etməyə haqqı var.

Jak Lacan. Əslinə baxsanız sözü uzatmıram, çox ciddi şeylər izah edirəm. Distillə aparatlarından və elektron cihazlarından bəhs eləmiş olduğum elm insanları kimi, mən də sözü istifadə edirəm sadəcə. Hər zaman da psixanalizin təcrübəsinə müraciət etməyə çalışıram.

Emilio Granzotto. Deyirsiniz ki, gerçəklik mövcud deyil. Lakin, orta statistik bir insan, həqiqətin dünya olduğunu, özünü əhatə edən və çılpaq gözlə gördüyü hər şeyin, toxunduğu hər şeyin gerçəklik olduğunu bilir.

Jak Lacan. Əvvəlcə gəlin, özü də var olmayan bu orta statistik insandan canımızı qurtaraq. O sadəcə statistik bir fantastikadır. Fiziki şəxslər vardır, o qədər. Küçədəki insandan, qənaət anketlərindən, kütləvi fenomenlərdən və bu cür şeylərdən bəhs edildiyini eşitdiyim zaman, qırx il ərzində dinlədiyim, keçib divana üzərinə uzandıqlarını gördüyüm bütün xəstələr düşür yadıma. Heç biri, bir nöqtəyə qədər, bir digərinə bənzəmirdi, heç biri bir digəriylə eyni fobiya, eyni qayğılara, eyni danışıq formasına, eyni başa düşə bilməmə qorxusuna sahib deyildi. Kimdir bu orta statistik insan? Mən bilərəm mi, siz bilərsiniz mi, mənim qapıcım mı, prezident mi?

Emilio Granzotto. Gerçəklikdən bəhs edirdik, hər şeyi gördüyümüz dünyadan …

Jak Lacan. Qətiliklə. “Gerçəklik”, yəni, yolunda getməyən ilə “həqiqət”, yəni, simvolik, xəyali arasındakı fərq, həqiqətin dünya olmağıdır. Dünyanın var olmadığını, mövcud olmadığını aşkar edə bilmək üçün, sərhədsiz sayda axmağın “dünya” olduğunu zənn etdiyi bütün bayağılıqları ağılımıza gətirməmiz kifayətdir. Panorama jurnalındakı yoldaşlarımı da, məni paradoksla günahlandırmadan əvvəl, oxuduqları üzərində yaxşı düşünməyə dəvət edirəm.

Emilio Granzotto. Görünən budur ki, həmişə daha pessimistsiniz.

Jak Lacan. Bu doğru deyil. Özümü nə ətrafda hay-küy yaradanlar arasında görürəm nə də qayğı duyanlar arasında. Bir psixanalist üçün də qayğı mərhələsini aşa bilməmək ayıb bir şeydir. Ancaq, ətrafımızda bizi əsəbləşdirən və yoran şeylər olduğu düzdür; misal üçün,  böyük bir hissəmizi fagosit hüceyrələri kimi mütəmadi olaraq udan televiziya. Bunun yeganə səbəbi isə, udulmağa icazə verən insanların mövcudluğudur, hətta, gördüklərindən fayda belə əldə edirlər.

Sonra, başqa mənada yoran digər dəhşətli şeylər də var: Aya gedən raketlər, okean diblərində edilən araşdırmalar, və s. Bunların hamısı, bizi yoran şeylərdi. Lakin bunun dramatikləşdirəcək bir tərəfi də yoxdur. Əminəm ki, mərmilərdən, televiziyadan və boşuna aparılan bütün bu səy araşdırmalardan bezdiyimizdə, özümüzü məşğul edəcək başqa şeylər tapacağıq. Bu, dinin yenidən doğuşu deməkdir, elə deyil mi? Yaxşı, dindən daha yaxşı yoran hansı canavar var? Bu, onsuz da isbat edilmiş olduğu kimi, əsrilər boyu əyləndiyimiz və ara vermədən davam edən bir ziyafətdir.

Bütün bunlara cavabım, insanın mənfi olan bir şeyə adaptasiya olmağı hər zaman bacara bilmiş olduğudur. Qəbul edək ki,  əvvəldən demiş olduğumuz kimi, təsəvvür edə biləcəyimiz və əlimizin çatmış olduğu yeganə gerçəklik tam olaraq sadəcə şeylərə məna yükləməkdir. Əks təqdirdə, insanın qayğıları olmazdı, Freud şöhrət qazanmazdı və mən də lisey müəllimi olardım.

Emilio Granzotto. Qayğıların təbiəti hər zaman bu cürdür, yoxsa müəyyən ictimai şərtlərə, müəyyən bir tarixi dövrə, müəyyən coğrafiyalara əlaqəli qayğılar da var mı?

Jak Lacan. Öz kəşflərindən qorxan elm insanının qayğısı, yeni kimi görülə bilər. Ancaq, digər dövrlərdə nə olduğu haqqında nə bilirik ki? Digər tədqiqatçıların yaşadığı dramlar haqqında nə bilirik? Qayıq avarçəkəni kimi, montaj xəttində çalışan kölə-işçinin qayğısı, bu günün qayğısı. Daha sadə ifadə edəcək olsaq, bu günün tərifləri ilə və sözləriylə əlaqəlidir.

Emilio Granzotto. Yaxşı bəs, psixanalizə görə qayğı nədir?

Jak Lacan. Bədənimizin xaricində olan bir şeydir, bir qorxudur amma onu nə bədənimiz nə də zehnimiz motivasiya eləyir. Qısacası, qorxunun qorxusu. Bu qorxuların bir çoxunun, bu qayğıların bir çoxunun, onları qəbul etdiyimiz səviyyədə seksuallıqla bir əlaqəsi var. Freud, insan adı verilən danışan heyvan üçün, seksuallığın çarəsiz və ümidsiz olduğunu demişdi. Analitiklərin vəzifələrindən biri də, xəstənin sözünün içərisində qayğı və seksuallıq arasındakı əlaqəni, bu böyük bilinməyəni tapmaqdır.

Emilio Granzotto. İndiki vaxtda seksuallıq hər küncdə yayılmaqdadır; kinoda seksuallıq, teatrda seksuallıq, televiziyada, qəzetlərdə, mahnılarda, çimərliklərdə … İnsanların, seksuallıqla bağlı problemlərdən daha az qayğılandığından bəhs edildiyini eşidirik. Tabular yıxıldı, deyirlər, seksuallıq artıq qorxutmur.

Jak Lacan. Hər tərəfi əhatə edən seksomaniya, bir reklam faktıdır sadəcə. Psixanaliz ciddi bir işdir və təkrar edirəm, iki fərd arasındakı tamamilə fərdi bir əlaqəylə əlaqədardır: subyekt və analitiklər. Kollektiv psixanaliz yoxdur, necə ki kütləvi qayğılar ya da kütləvi nevrozların olmadığı kimi.

Seksuallıq gündəmə gəlmiş və küçə künclərində sərgilənir olsa belə, televiziyalarda hər hansı bir yuyucu tozu rəftarı görsə də, nəsə bir fayda vədində ola bilməz. Bunun pis olduğunu söyləmirəm, amma, şübhəsiz ki fərdi qayğıları və problemləri aradan qaldırmaq üçün kafi deyildir. Modanın, bizə təmin edilən bu süni sərbəstləşmənin bir hissəsi; bizə yuxarıdan verilmiş, qondarma liberal cəmiyyət tərəfindən verilmiş bir yaxşılıq kimidir lakin psixanaliz səviyyəsində heç bir işə faydası yoxdur.
Tərcümə : Əli Rəhimli
Düzəliş : psixoloq Cəmilə Qocalı

Leave a Reply

86 Comments on "Jak Lakan (Jacques Lacan)// müsahibə"

Notify of
avatar
Sort by:   newest | oldest | most voted
official statement
Guest

I just want to say I am just newbie to weblog and really enjoyed you’re web-site. Most likely I’m planning to bookmark your blog . You actually have great stories. Many thanks for revealing your website.

(metrocliCk
Guest

MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

Fashion
Guest

I do trust all the ideas you’ve presented to your post. They’re really convincing and can certainly work. Still, the posts are too brief for novices. May just you please extend them a bit from next time? Thank you for the post.

$FaytEch North America
Guest

Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

News
Guest

Very interesting subject , appreciate it for posting . “The season of failure is the best time for sowing the seeds of success.” by Paramahansa Yogananda.

emery eps(
Guest

I simply have to inform you you that I am new to wordpress blogging and really admired your information. Probably I am prone to remember your blog post . You indeed have impressive article blog posts. Be Grateful For it for swapping with us your web report

News
Guest

hi!,I love your writing very a lot! percentage we keep up a correspondence extra about your post on AOL? I require an expert in this space to solve my problem. Maybe that’s you! Taking a look forward to look you.

Strony Internetowe
Guest

You are my aspiration , I possess few blogs and occasionally run out from to post .

Gorzow Tworzenie Stron
Guest

Very interesting topic, regards for putting up.

News
Guest

I have been absent for a while, but now I remember why I used to love this blog. Thanks, I’ll try and check back more often. How frequently you update your web site?

News
Guest

I think this web site has got some really wonderful info for everyone :D. “America is not merely a nation but a nation of nations.” by Lyndon B. Johnson.

News
Guest
My spouse and i were quite delighted that Louis managed to round up his survey through the entire precious recommendations he came across in your site. It is now and again perplexing just to find yourself giving for free secrets and techniques which people today have been trying to sell. We already know we have the blog owner to give thanks to for that. Those explanations you have made, the straightforward website menu, the relationships you assist to instill – it’s got many powerful, and it is aiding our son in addition to us reckon that this content is interesting,… Read more »
Zwrot Podatku z Zagranicy Opole
Guest

Hello my loved one! I wish to say that this post is awesome, great written and come with almost all significant infos. I’d like to see extra posts like this.

Fashion
Guest

I reckon something really special in this web site.

John Deere Service Manuals
Guest

I appreciate your wordpress concept, where you obtain it through? Thanks beforehand!

Kindergeld Niemcy
Guest

I dugg some of you post as I thought they were handy extremely helpful

home shopping network
Guest

Fantastic beat ! I wish to apprentice while you amend your website, how can i subscribe for a blog web site? The account helped me a acceptable deal. I had been tiny bit acquainted of this your broadcast provided bright clear concept

home improvement loans
Guest

Excellent read, I just passed this onto a colleague who was doing some research on that. And he just bought me lunch as I found it for him smile Thus let me rephrase that: Thanks for lunch!

News
Guest

Simply a smiling visitor here to share the love (:, btw great design. “Individuals may form communities, but it is institutions alone that can create a nation.” by Benjamin Disraeli.

News
Guest

I believe you have observed some very interesting details , thankyou for the post.

Uzywane Maszyny Rolnicze OLX
Guest

Fantastic website. A lot of useful information here. I’m sending it to some pals ans additionally sharing in delicious. And naturally, thanks in your sweat!

News
Guest

I am not sure where you’re getting your info, but great topic. I needs to spend some time learning much more or understanding more. Thanks for magnificent information I was looking for this info for my mission.

http://bestresearchpapers.net
Guest

Hello there, I found your blog by way of Google while searching for a similar subject, your web site got here up, it seems great. I’ve bookmarked it in my google bookmarks.

aoflibrary.net
Guest

I have been browsing online greater than three hours today, but I by no means discovered any interesting article like yours. It is pretty value enough for me. Personally, if all website owners and bloggers made just right content material as you did, the net might be much more useful than ever before.

Fashion
Guest

I gotta favorite this web site it seems very helpful invaluable

better health
Guest

Hi there, You’ve done a great job. I will certainly digg it and personally recommend to my friends. I’m confident they’ll be benefited from this site.

Home Improvement
Guest

Very interesting points you have remarked, thanks for putting up. “‘Tis an ill wind that blows no minds.” by Malaclypse the Younger.

Sprawdz Pozycje w Google
Guest

I really appreciate this post. I have been looking everywhere for this! Thank goodness I found it on Bing. You’ve made my day! Thx again!

Home Improvement
Guest

I dugg some of you post as I cogitated they were very beneficial extremely helpful

Gartentore Aus Polen
Guest

Very interesting info!Perfect just what I was looking for!

online shopping
Guest
I needed to send you the tiny word just to thank you so much once again for the great views you have provided in this article. It was so particularly generous of you to give extensively exactly what most people could possibly have offered for an ebook to make some bucks for themselves, notably since you could possibly have done it if you ever decided. Those guidelines likewise acted as the easy way to realize that some people have the same fervor similar to mine to grasp a great deal more pertaining to this matter. I know there are numerous… Read more »
zgrzewanie elektrooporowe rur pe
Guest

Hello, you used to write wonderful, but the last several posts have been kinda boring… I miss your super writings. Past few posts are just a bit out of track! come on!

http://brandsfavor.com
Guest

Helpful information. Fortunate me I discovered your website by accident, and I’m surprised why this accident did not came about in advance! I bookmarked it.

Home Improvement
Guest

I conceive this web site has got some very great information for everyone :D. “America is not merely a nation but a nation of nations.” by Lyndon B. Johnson.

artykuly bhp hurtownia
Guest

What i don’t understood is in reality how you are no longer actually a lot more well-liked than you might be now. You are very intelligent. You recognize thus significantly when it comes to this topic, made me in my view imagine it from a lot of various angles. Its like women and men don’t seem to be fascinated until it’s something to do with Woman gaga! Your personal stuffs nice. All the time care for it up!

http://www.crammonduk.com
Guest

I think this is among the most important info for me. And i am glad reading your article. But wanna remark on few general things, The website style is ideal, the articles is really excellent : D. Good job, cheers

gshguide.com
Guest

Wonderful work! This is the kind of information that are meant to be shared around the internet. Disgrace on the search engines for not positioning this submit upper! Come on over and seek advice from my site . Thanks =)

historicdowntownmocksville.com
Guest

I would like to thank you for the efforts you have put in writing this site. I’m hoping the same high-grade website post from you in the upcoming as well. Actually your creative writing skills has inspired me to get my own web site now. Really the blogging is spreading its wings quickly. Your write up is a good example of it.

News
Guest

Some genuinely superb information, Gladiola I found this. “The historian must have some conceptions of how men who are not historians behave.” by Edward Morgan Forster.

CheapVacations
Guest

Thanks a bunch for sharing this with all people you really know what you are talking approximately! Bookmarked. Kindly also talk over with my web site =). We may have a hyperlink trade contract between us!

SkinCare
Guest
hey there and thank you for your info – I’ve certainly picked up anything new from right here. I did however expertise a few technical points using this web site, as I experienced to reload the site many times previous to I could get it to load correctly. I had been wondering if your web host is OK? Not that I’m complaining, but sluggish loading instances times will very frequently affect your placement in google and could damage your high-quality score if advertising and marketing with Adwords. Anyway I am adding this RSS to my email and could look out… Read more »
SportsPhysical
Guest

Great awesome issues here. I am very glad to see your article. Thank you a lot and i am looking ahead to contact you. Will you please drop me a e-mail?

Home Improvement
Guest

This is very interesting, You’re a very skilled blogger. I have joined your feed and look forward to seeking more of your magnificent post. Also, I’ve shared your site in my social networks!

Home Improvement
Guest

What i do not realize is in truth how you’re no longer actually much more smartly-favored than you may be right now. You are very intelligent. You understand therefore considerably in relation to this topic, made me for my part imagine it from so many varied angles. Its like women and men are not fascinated except it is something to do with Woman gaga! Your individual stuffs great. At all times care for it up!

RealEstateSchool
Guest

Hi there very nice website!! Guy .. Excellent .. Superb .. I will bookmark your site and take the feeds additionally¡KI’m satisfied to search out numerous useful information here within the put up, we need develop more techniques in this regard, thank you for sharing. . . . . .

FurnitureOutlet
Guest

I’m still learning from you, as I’m trying to reach my goals. I absolutely enjoy reading all that is written on your website.Keep the posts coming. I liked it!

HealthLaw
Guest

I’ve been browsing online more than three hours today, yet I never found any interesting article like yours. It is pretty worth enough for me. In my view, if all site owners and bloggers made good content as you did, the internet will be much more useful than ever before.

Buty Jeansowe Allegro
Guest

Hiya very cool blog!! Guy .. Excellent .. Superb .. I will bookmark your web site and take the feeds additionally…I am happy to find numerous useful info here in the post, we want work out more strategies on this regard, thank you for sharing.

interactive
Guest

MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

Health
Guest

I dugg some of you post as I cogitated they were very helpful very useful