HERAKLİT VƏ PARMENİDİN FƏLSƏFƏSİ

87

Yunan fəlsəfəsinin ilk dövrlərində bir çox filosoflar heç bir fəlsəfi məktəbə bağlı olmayaraq müstəqil şəkildə fəaliyyət göstərmişdirlər. Onlardan biri də Heraklit (Rusca səslənmədə verilmişdir. Dünya dillərinin çoxunda onu latın səslənməsinə uyğun olaraq “Heraklitus” adlandırırlar.) (yun. Ἡράκλειτος, təxminən m. ö. 530 – 470) olmuşdur. O, indiki Türkiyənin ərazisində yerləşən antik dünyanın mədəni mərkəzlərindən biri hesab edilən Efesdə anadan olmuş və orada yaşamışdır. Rəvayətlərə görə o, abid həyatı yaşamış, “Təbiət haqqında” kitabının müəllifi olmuşdur. Onun yalnız bəzi fraqmentləri günümüzə gəlib çatmışdır. Onun fəlsəfəsinin əsasında dünyanın dəyişkən olması ideyası dayanır . Bu barədə Heraklitin “İki dəfə bir çaya girmək olmaz”  kimi məşhur ifadəsi də vardır. Platon Heraklitin bu ifadəsini “Kratil” dialoqunda işlətmişdir. Heraklit həm də dialektikanın ( Qədim yunanlara görə dialektika (yun. διαλεκτική) mübahisədə rəqibin sözlərində ziddiyyət taparaq onun ortadan qaldırılması yolu ilə həqiqətin üzə çıxarılmasıdır) əsasını qoyan filosoflardan biridir . O qeyd edir ki, dünyada hər zaman varlıqlararası mübarizə müşahidə edilməkdədir. Bir varlıq başqasını yox etməyə çalışır və bunu edərkən o özü üçün həyat qazanmış olur. Beləliklə, soyuq-isti, qaranlıq-işıq kimi dualistik anlayışlar bir-biri ilə ziddiyyət və mübarizədədirlər. Bu kimi qarşıdurmaların nəticəsində inkişaf və dəyişikliklər baş verir. Çünki, bu ziddiyyətlər olmasaydı dünyada durğunluq müşahidə edilərdi. Eyni zamanda, bu ziddiyyətlər bir-biri ilə vəhdətdədir. Məsələn, qaranlıq olmasaydı işığın, soyuq olmasaydı istinin nə olduğu bilinməzdi. Heraklit hesab edirdi ki, dünyanın əsasında ilk maddə durur. Onun fikrincə, bu maddə oddur. O, odun şölələnməsində varlığın dəyişkənliyini və formasını dəyişdirdiyini görürdü. Heraklitə görə hər şey oddan yaranır və oda qayıdır. Ona görə, bu proses daim təkrarlanmaqdadır. Bu səbəbdən də Heraklit qeyd edirdi ki, əgər bu dünya məhv olarsa, odun şölələnməsi nəticəsində başqa dünya yaranar. Odun ən çox cəmləşdiyi yer günəşdir. Araşdırmalara görə Heraklitin bu baxışları Zərdüştiliyin təsiri altında formalaşmışdır. Heraklitin fikrincə, dünyada olan dəyişkənlik “yuxarı və aşağıya doğru hərəkətdir”. Belə ki, od qatlaşaraq suya, sonra isə bərkiyərək torpağa çevrilir. Bu məhz aşağıya doğru hərəkətdir. Digər tərəfdən yer və sudan buxarlanma baş verir və bu da yuxarıya doğru hərəkətdir. Göründüyü kimi bu fikirlərdən hər şeyin dairəvi hərəkətdə olması və maddələr mübadiləsi ideyaları ortaya çıxır. Buxarlanma “qaranlıq” və “işıqlı” olur. İlin fəsilləri, gündüzün gecə ilə dəyişməsi kimi hadisələr bunun nəticəsidir. Gün və yay “işıqlı”, gecə və qış isə “qaranlıq” buxarlanmalardan doğur.  Heraklitə görə dünyanı heç kəs yaratmamışdır. O əbədidir, hər zaman hərəkətdədir. Ancaq onu idarə edən bir prinsip var, bu da “Loqos”dur. Loqos qanunauyğunluq, mütləq qanun, fələk, tale və alın yazısıdır. Hər şey, hətta tanrılar belə ona tabedir . Heraklit düşünürdü ki, həqiqətin meyarı kütlələrin razılaşdığı fikir və ya ayrı-ayrı adamların rəyi deyil. Həqiqət Loqosdur. Bizim fikirlərimiz onun bir hissəciyidir. Ona görə də, həqiqət hər kəsdə vardır. Ancaq köz oddan uzaq düşəndə söndüyü kimi  fərdi düşüncə də Loqosa yaxınlaşmasa, həqiqətdən uzaqlaşır. Həqiqətə çatmaq istəyən hər şeyi başqa şeylərlə və dünya ilə bağlılıqda görməlidir. Şeylərin bir-birindən ayrılıqda təsəvvür edilməsi yanlışlıqdır. Əslində çoxluq yoxdur, yalnız birlik vardır və o, müxtəlif formalarda özünü göstərir. Buna görə də, kainatda ümumi qanunauyğunluq vardır. Beləliklə, Loqos həm birlik, həm də qanunauyğunluqdur.  Heraklit hesab edirdi ki, insan dünyanı duyğular və düşüncə ilə qavrayır. Ancaq o, duyğulara etibar etmirdi, yalnız həqiqətin tək bir meyarı kimi düşüncəni tanıyırdı. Onun fikrincə, yetkin insan duyğulara etibar etməz, bunu cahil adamlar edirlər. Eyni zamanda hər bir düşüncə də həqiqəti açmır. Bunu yalnız Loqosa uyğunlaşan düşüncə edə bilir. Beləliklə, insan öz təbiətinə görə ağılsızdır. Yalnız öz üzərində işləməklə, düşünməklə, çevrəni (ətrafı) anlamaqla, biliklər əldə etməklə ağıl sahibi olur

Image result for PARMENİDES

 

Parmenid ( (Rusca səslənmədə verilmişdir. Dünya dillərinin çoxunda onu latın səslənməsinə uyğun olaraq “Parmenides” adlandırırlar.) (yun. Παρμενίδης,) təxminən m. ö. 540 – 470-də ən tanınmış Elea filosoflarından idi. Ksenofanın şagirdi olmuşdur. O da “Təbiət haqqında”  kitabının müəllifi hesab edilir. Ancaq bu kitabın özü deyil, onun bəzi fraqmentləri dövrümüzə gəlib çatmışdır. Parmenidin fəlsəfəsi Heraklitin dünyagörüşünə qarşı yönəlmişdir. Onun fikrincə dünya və bütün varlıq heç bir boşluqları olmayan tam hərəkətsiz kürədən ibarətdir.Beləliklə, Parmenid ilk dəfə yerin kürə olması fikrini irəli sürən filosoflardan biri olmuşdur. Bu kimi iddialar Parmenidin fəlsəfəsində varlıq və yoxluq probleminin kəskin olaraq qoyulmasından irəli gəlmişdir. Onun fikrincə, var olan şey yoxluqdan yarana bilməz. Deməli, var olan şeylər hər zaman mövcuddur. Əks təqdirdə belə çıxır ki, onlar nə vaxtsa olmayıblar. Bu isə imkansızdır. Çünki yoxdan nə isə var ola bilməz. Həmçinin heç bir şey məhv də ola bilməz. Ona görə ki, bu halda o yenə də yox olmalıdır. Deməli, var olan şeylər hər zaman olacaqdır. Hər bir şey əbədi və sonsuzdur. O formasını dəyişə, bir haldan başqa hala keçə bilər, ancaq məzmunca hər zaman var olmaqdadır. Beləliklə, Parmenidə görə gerçək olan yalnız varlıqdır, yoxluq isə yoxdur və onun haqqında düşünmək olmaz . Yoxluq olmadığına görə yaradılış və məhv olma prosesləri də mövcud deyil. Belə deyilsə, onda yoxluq anlayışı ortaya çıxır. Bu isə mümkün deyildir. Yoxluğun mümkün olmamağına görə varlıq hərəkətsizdir və birdir. Hərəkət olsa, onda deməli o, məhvə doğru getməlidir, bu isə var olan bir şeyi yoxluğa gətirib çıxarar. Ona görə də, hərəkət ola bilməz. Varlıq vahiddir, hərəkətsizdir və sükunətdədir. Çünki, o hissələrdən ibarət olarsa, onlar bir-birindən ayrıla bilər. Bu isə varlığın məhv olmasına gətirər. Həm də varlıqda boşluqlar da yoxdur, çünki olsaydı, şeylər hərəkət edərdilər.  Bununla belə, insan hər şeyin dəyişkənliyini və hərəkətdə olmasını görür. Beləliklə, burada duyğularla düşüncələrin qarşıdurması baş verir . Belə olan halda isə, düşüncələrə üstünlük verilməlidir, çünki “düşünmək və var olmaq eyni şeydir” .  Beləliklə, Parmenid insanları öz duyğularına inanmamağa çağırmışdır və buna görə də tənqidlərə məruz qalmışdır. Onun fəlsəfəsində həqiqət idealizmlə əvəz olunur ki, bunu da gələcəkdə Platon inkişaf etdirmişdir. Parmenidin təsəvvürlərində dünyanın mərkəzində sevgi tanrıçası Afrodita durur və varlığı idarə edir. O, ruhları görünən və görünməyən dünyalarda yerləşdirmişdir. Və hər şey kişi və qadın başlanğıcların (substansiyalarının) qovuşmasından yaranır.

MƏNBƏ:Aydın Əlizadə – Antik Yunan Fəlsəfəsi

 

 

Yazıya Bəhruz Şükürün tənqidi:

Herakleitos’un bu kəliməsi ilə başlamaq istəyirəm: ‘’İnsanlar onu ilk eşitmək istədiklərində eşitdikdən öncəki kimi anlaya bilməzlər’’. Yenə ‘’Delfi bilicisinin ağası demək istədiyini nə dilə gətirir, nə də gizlədir, amma bir işarəylə göstərir’’-deyir. Gördüyümüz kimi Herakleitos müəmmalı bir dildə, peyğəmbərcə danışmaqdadır. Məqsədim Herakleitos’un niyə bu üslubu seçdiyi üzərində durmaq deyil, sadəcə Herakleitos’u anlamaq üçün diqqətli olmağa çağırmaqdır. Hardasa yazılanla razıyam, amma kiçik bir, əslində çox önəmli düzəlişi etmək istəyirəm. Elə bir düzəliş ki, onu anlamadan Herakleitos’un fəlsəfə tarixində tutduğu yerin əhəmiyyətini dərk etmək olmaz. Buna diqqət yetirmədən Herakleitos’un ilkin ünsürü od götürməsini Zərdüştilikdən əxz etməsi haqqında danışmaq mənasızdır. İlkin ünsürü od götürdü deyə tarixdə qalmamışdır o.
Herakleitos’dan öncə də bildiyimiz kimi yunan naturfilosofları müxtəliflikdə birlik (“Çox”luqda “Bir”lik), birlikdə müxtəliflik (“Bir”likdə “Çox”luq) məsələsini işləmişdilər. İlk ünsür məsələsi ilə maraqlanmışdılar. Bu Thales’də su, Anaksimander’də apeiron, Anaksimenes’də hava idi. Herakleitos’dan öncəki yunan fəlsəfəsini toparlarsaq:
1. ‘Birlik’ qavramı zatən var idi. İlkin ünsürə hava yerinə od deməkdə bir fəlsəfi hünər olmadığı aşikardır
2. Heç dəyişikliyi və ya hərəkəti vurğulaması ilə də ön plana çıxa bilməz. “Bir”dən “Çox”un (ilkin ünsürdən müxtəlifliyin, çeşidliliyin, digər hər şeyin) törəməsini, bir şeyin başqa şeylərə çevrildiyini və ya tərsinə, ondan öncəkilər söyləmişdi
3. Bir-birindən fərqli , hətta zidd şeylərin bir-biri hesabına böyüməsi də, məsələn, Anaksimander’də var idi: su buzun əriməsi hesabına artır və ya tərsinə. Ya da Qışda soyuqluq istiliyə üstün gəlir. Amma Anaksimander’ə görə bunlar olmaması gərəkən şeydir. Bir ünsür digərinin hesabına artaraq, ona qarşı haqsızlıq edərək önə çıxmaqdadır. Ziddlərin bir-birinin hesabına belə artıb-çoxalması olmaması gərəkən şeydir, bu bir düzənsizliktir (diqqət etsəniz, bizim indi şüursuz təbiət hadisələri dediyimiz şeyi ilkin yunan naturfilosofları bir çox məqamlarda insanı kainata doğru genişləndirməklə, insani xüsusiyyətləri təbiətə köçürməklə başa düşürdülər). Misal üçün , qışda soyuğun istini bu cür üstələməsi, haqsızlıq etməsi qeyri-müəyyən hüdudsuz substansiya olan apeiron tərəfindən sorularaq haqsızlıq bərtərəf olunmaqdadır (mifolojini hiss edirsiniz yəqin ki).
Amma Herakleitos’a keçmədən öncə daha bir anlayışla tanış olmağımız lazımdır: ilinək(türkcə), ərəz(ərəbcə), accident (ingiliscə). Bunu mən bizim dildə təsadüf adlandıracağam (bu arada azərbaycanca termini yanlış yazıramsa, bildirmənizi rica edirəm). Təsadüf və ya aksident bir şeyə zəruri olaraq bağlı olmayan, onun ’öz ’ünə və ya mahiyyətinə aid olmayan, daşıyıcı olmadan müstəqil bir şəkildə mövcud olmayan mənasına gəlir. Məsələn, qoyunun ağ və ya qara olması, insanın yatması və s. Bunlar qoyunun ya da insanın özünü təşkil edən şeylər deyillər. Demək, Anaksimander’ə baxdığımızda ziddlərin, çeşidliliklərin bir-birinin hesabına böyüməsi, bir-birinə haqsızlıq etməsi təsadüfi bir şeydir, bunlar varlığın mahiyyətinə xas deyil.
Herakleitos’a yenidən qayıdaq. Ona görə reallıq ‘Bir’dir, amma eyni zamanda ‘Çox’dur, bu varlığın mahiyyətinə xasdır, eyni zamanda həm ‘Bir’dir, həm də ‘Çox’dur, ‘Bir’ olmadan ‘Çox’, ‘Çox’ olmadan ‘Bir’ mövcud ola bilməz. Bir şey yandığı zaman yox olub oda çevrilir, eyni zamanda od başqa şeylərə çevrilməkdədir, demək bir şey yanmadan od ola bilməz, od olmadan da digər şeylər mövcud ola bilməz. Mətndə də deyildiyi kimi yuxarı və aşağı gedən prosesler arasında bir tarazlıq mövcuddur, bunu Logos tənzimləyir. Bir cür maddə başqa cür maddəyə çevrilə bilər və ya tərsinə, amma bu vəya başqa cür maddənin toplamını götürdükdə dəyişməz qalır. Od başqa şeylərdən nə qədər əmələ gəlirsə, o qədər də digər şeylərə çevirlir, başqa maddələr arasında da eyni proses gedir. Ziddiyyət varlığın mahiyyətidir, özündə vardır, özüylə bərabərdir, o kənardan gətirilmiş, təsadüfi bir şey deyildir. Dəyişiklik və ya hərəkət (hər cür dəyişikliyi ehtiva etməsi anlamında) varlığın təsadüfi bir durumu deyil, onun ayrılmaz, zəruri, əbədi xassəsidir, mövcudluq usuludur, atributudur. Bu hərəkət də ziddlərin bir-biriylə qarşılıqlı əlaqəsində meydana çıxır. Herakleitos’u Herakleitos edən, Herakleitos’dan Hegel’ə, ondan da Marx’a miras qalan budur. Bunu anlamadan Herakleitos haqqında danışmaq əbəs deyilmi? Amma mən kitabın özünə baxdım, təəssüf ki, bunun haqqında bir şey yoxdur. Herakleitos haqqında bunu bilib başqa heç bir şey bilməmək olar, amma bunu bilməyib onun haqqında başqa her şeyi bilməyin heç bir mənası yoxdur.
Niyə odu seçmişdi, bu da başqa mövzu. ‘Hər zaman diri qalan oddur ki, ölçü ilə yanar və ölçü ilə sönər’ Və ya ‘ Bütün şeylər od üçün mübadilə vasitəsidir və od da digər şeylər üçün, qızıl üçün mallar və mallar üçün qızıl nəysə, o’ Nəticədə müxtəliflikdə birlik, birlikdə müxtəliflik (ya da “Çox”luqda “Bir”lik, “Bir”likdə “Çox”luq) varlığın, var olmanın mahiyyətidir. Çəkişmə, ziddiyyət olmadan var olma ola bilməz. Homeros’u qınayaraq deyirdi: ‘’Savaş hər şeyə ortaqdır və mübarizə ədalətdir və bütün şeylər mübarizə yolu ilə varlığa gəlir və yox olub gedirlər’’ və ya ‘’Yaxşı və pis birdirlər’’. Başqa bir yerdə deyir: ‘Tanrı üçün bütün gözəl şeylər gözəl, yaxşı və doğrudurlar, amma insanlar bəzi şeyləri əyri və bəzilərini düz görürlər’’. Gördüyümüz kimi sonuncu cümlə “sonsuzluqdan baxış” olaraq panteistik bir nəticə kimi gözdən keçirilə bilər. Müxtəliflikdə Birliyə, Birlikdə Müxtəlifliyə Herakleitos’un gətirdiyi bu çözüm möhtəşəmdir. Ondan öncəkilər deyirdi ki, ilkin ünsür olmadan heç bir şey ola bilməz, yəni “Bir” olmadan çox ola bilməz, “Bir” dəyişərək “Çox”a çevrilir; Herakleitos isə əlavə edir ki, “Çox” olmadan da “Bir” ola bilməz, bunların ikisinin də eynizamanlı olması vacibdir, demək, dəyişiklik, hərəkət də mütləqdir, başqa şeylər oda çevrildiyi kimi, odun həmişə olması üçün o da başqa şeylərə çevirlməlidir və sairə.
Herakleitos’un dahiyanə bir fəlsəfi məsələni qavramış olduğunu anlamaq üçün bir anlıq gözlərimizi yumub düşünməyə çalışaq. Yer üzərində üzvi həyat sonludur, bu belə dəyişikliyi labüd qılması üçün yetərlidir. Maddi anlamda həyat anlayışı özündə dəyişiklikləri ehtiva edir. Demək, dəyişiklik, hərəkət olmadan maddi həyatı düşünmək çətindir. Digər tərəfdən, heç bir hərəkətin, heç bir dəyişikliyin, heç bir inkişafın, heç bir müxtəlifliyin olmadığı mütləq sabit, mütləq hərəkətsiz və ya mütləq dəyişikliksiz bir kainatı düşünə bilərikmi?! Bəlkə də fiziki olaraq deyək ki, hər şeyi enerjiyə çevirdik, o zaman mütləq sabit və mütləq hərəkətsiz, heç bir dəyişikliyin olmadığı mütləq enerji halında bir kainatı düşünə bilərdikmi?! Demək, olsaydı belə düşünə bilməzdik. Nəticədə, anlaşılan odur ki, heç bir hərəkətsiz, heç bir dəyişikliksiz, mütləq anlamda ziddlərin və müxtəlifliklərin olmadığı bir kainat nəinki a posteriori, hətta a priori olaraq da təsəvvür olunmazdır. Dəyişiklik, hərəkət labüddür, dəyişiklik varsa, demək, dəyişən bir şey olması lazım. Dəyişiklik varsa, dəyişən bir şey olmalıdır, dəyişən “bir şey”dən bəhs ediriksə, onda o “bir şey”də bir sabitlik, bir dayanıqlılıq olması da lazım, yoxsa dəyişən şeyin nə olduğunu anlaya bilmərik. Bu da sabitlik və dəyişikliyin dialektik vəhdəti. Hər bir dəyişiklikdə bir başlangıç və bir son düşünsək, o zaman dəyişikliyin və ya hərəkətin özündə bir tərəfdən də sabitliyi ehtiva etdiyi görünür. Ancaq Herakleitos bu sabitliyi, dayanıqlılığı yetərincə açıqlaya bilməmişdi.

2
Parmenides’ə gəlincə. İndi biz artıq elə bir nöqtəyə gəlirik ki, fəlsəfə tarixini 2 yerə bölə bilərik: Parmenides’dən öncə və ondan sonra. O bir qırılma nöqtəsidir. İnsanı dəhşətə düşürən, empirizmə azacıq belə güzəştə getməyən qatı və sarsılmaz rasionalistdir. Spekülyasiyaları birbaşa təmasda olduğu maddə üzərində deyil, özündən əvvəl varlıq haqqında formalaşmış müddəalar üzərindədir. Bu anlamda Fəlsəfə tarixinin ilk məntiqçisidir. Genius’a baxdınızsa xatırlarsınız, Eynşteynin ağzından düşməyən birisidir, Eynşteyn nə deyir filmdə: ‘Boşluq ola bilməz’ və ya Eynşteyn hər zaman kainatın anlaşıla bilən olduğundan dəm vurur. Əlbəttə, boşluğun olmadığından söz açdığında o Parmenides’dən ilham alır, ancaq kainatın düşünülə bilən olduğunu söylədiyində də o əslində bir ‘Parmenidesçi’dir. Xəbəri olubmu, bilmirəm.
Düşünürəm ki, ilkin yunan naturfilosoflarına yenidən qayıdıb bir məsələni çözməklə Parmenides’ə daha möhtəşəm bir dönüş edə bilərik . Parmenides’ə idealist deyilməsi yanlış olduğu kimi, ilkin yunan naturfilosoflarına da nə mənada materialist deməyin düzgün olmadığını aydınlaşdıraq. İlkin yunan naturfilosofları üçün maddədən başqa bir şey yox idi, ilkin mənşə də maddi idi. Hətta Anaksimander’in də qeyri-müəyyən sonsuzu, yəni apeironu da maddi idi! Amma bu anlamda Parmenides də materialist idi. Materialist-İdealist ayırımını o zamanlar üçün istifadə etmək, həm də bizim indiki anladığımız mənada, yanlışdır, anaxronizmdir. O , subyekt-obyekt ayırımını ortaya qoymur, 19-cu əsrin obyektiv idealisti deyildir! İlkin yunan naturfilosofları materialist idi, amma onlar ‘Maddə’ və ‘Ruh’ un fərqinə varmamışdılar, belə bir bölgünü ağıllarına belə gətirmirdilər, öncədən də tanış deyildilər, ‘maddə’ və ‘ruh’ ayırımı fəlsəfə tarixində sonradan zərurətə çevriləcək bir məsələ idi. İlkin yunan filosofları-Pisagorasçılıq-Herakleitos-PARMENİDES-Gorgias’ta ən son mərhələyə çatmış sofizm-SOKRATES-PLATON-ARİSTOTELES kimi qaba şəkildə təsvir etdiyimiz mərhələlər keçilməliydi. Bəli, bir tərəfdən materialist idilər, amma bizim zənn etdiyimiz kimi ‘maddə’ və ‘ruh’ ayırımının fərqində olmadan materialist idilər. ‘Maddə’ və ‘ ruh’ ayırımı dediyimdə, ‘Ruh’u qaba şəkildə desəm, maddi fəaliyyətin qarşısında duran əqli fəaliyyət, maddi olanın qarşısında duran mənəvi olan kimi başa düşmək lazımdır; bu haqda daha geniş mütaliə üçün qaynaqlara baxa bilərsiniz (7).
Öncədən dedik ki, Parmenides özündən əvvəlki varlıq haqqında formalaşmış müddəalar üzərində mühakimə yürüdür. O zaman varlıq haqqında bu ümumi müddəalar ilə tanış olaq:
1. Maddə əzəli və əbədidir
2. Hər şeyin mənşəyi birdir
3. Her şey bir şeydən törəyir, ‘Bir’dən ‘Çox’ törəyirsə, demək, dəyişiklik və ya hərəkət vardır
Parmenides bunların ilk ikisi ilə razılaşır, amma üçüncü ilə heç cür razılaşmır. Çünki, ona görə, 3-cü müddəa digər 2 müddəaya ziddir. Maddə əzəli və əbədidirsə, deməli, varlıq hər zaman olmuşdur. Yoxluq yoxdur, yox olan şey düşüncənin obyekti ola bilməz. Dəyişiklik isə, nədir: bir şeyin ortaya çıxması və ya meydana gəlməsidir. O da ya varlıqdan, ya da yoxluqdan əmələ gələ bilər. Varlıqdan əmələ gəlirsə, demək, daha öncədən var idi, elə indidən zatən varolmuş olduğunu qəbul edirik. Yoxluqdansa yoxluq əmələ gələr, çünki yoxluq yoxdur. Varlıq vardır, o varolmağa məhkumdur. Sonradan var olduğunu söyləsək, yanlış olar, çünki bir zamanlar yox olduğu və yoxluqdan sonradan varlığa çevrilməsi mənasına gəlir bu. Demək, varlıq əzəli və əbədidir, hər zaman vardır və olacaqdır, əvvəli və axırı yoxdur. Burada Parmenides təbiəti nə olursa olsun var olandan, varolmada olandan və var olmadan ola bilməyən varlıqdan söz edir. Aydındır ki, var olan bölünə bilməz, bölünmək demək var olanın arasına bir boşluq girməsidir, boşluq yoxluqdur, yoxluq isə absurd bir şeydir, düşünülə bilməz. Dəyişiklik, hərəkət yoxdur. Mexaniki hərəkət də yoxdur, çünki mexaniki hərəkət bir cismin boşluqda hərəkətidir, boşluq yoxluqdur, yoxluqda hərəkət mümkünsüzdür (Zenon’un paradokslarına baxın (9,10)). Gördüklərimiz, duyduqlarımız, bütün dəyişikliklər illüziyadır, ağlauyğun deyildir. Parmenides bəlkə də fərqinə varmadan ağıl və duyğu, gerçək və görünən arasında əsrlərlə davam edəcək mübahisənin təməlini atmış olur. Amma o əsla idealist deyildi, əksinə, kifayət qədər materialist idi, ‘Bir’ olan maddi bir şeydir, dəyişikliyi, hərəkəti inkar edir, duyğuları illüziya hesab edir deyə ‘Bir’in idea olması nəticəsi çıxmaz, necə ki, Parmenides’ə görə mətndə də bildirildiyi kimi ‘’varlıq heç bir boşluğu olmayan tam hərəkətsiz kürədən ibarətdir ‘’. Bunu da necə çıxarırdı: varlığın bütün yönlərdə bərabər olaraq gerçəklik olması lazım, çünkü bir yöndə başqasından daha böyük və ya kiçik ya da daha az və ya daha çox ola bilməz, nəticədə varlıq kürə formasında olmalıdır. Bu varlıq necə bəyəm, ruhi bir varlıqdırmı?!
Adətən fəlsəfə tarixi kitablarında belə deyilir ki, Parmenides’in 2 təməl postulatı var:
1. Varlıq vardır, yoxluq yoxdur
2. Var olanla düşünülən eyni şeydir (bu arada fəlsəfənin nə demək olduğunu Parmenides’dən öyrənə bilərik: 2 hökmdən varlıq haqqında bütöv bir fəlsəfi sistem qurursan, ki necə deyərlər fəlsəfələmək budur)
Bütün nəticələri bu təməl hökmlərdən çıxarır, ki biz də bu iki postulata əsasən ondan fərqli bir nəticəyə gəlmiş olmarıq. Amma burada 2-ci hökm Parmenides’i yanlış tərcümədən doğan yanlış anlaşılma olmuşdur və sonralar idealistlər ondan keyfi şəkildə istifadə etmişlər. O əslində, tam da Eynşteyn kimi varlığın düşünülə bilən olduğunu, var olanın düşüncəyə adekvat olduğunu demək istəyir, varlıq –düşüncədə açığa çıxa bilməkdədir, özünü düşüncədə biruzə verməkdədir. Düşüncə-varlığın güzgüsüdür. Duyğu-fenomenlər dünyası deyil. Yoxluq düşüncənin nəsnəsi ola bilməz, olmayan şeyin nəyini düşünək?! Deməli, düşüncə ilə varlıq qavrana biləndir. Bir düşünmə prosesi varsa, onda bunun hər hansı bir şeyə aid olması lazım. Yox olan şey yoxdur. Sadəcə və sadəcə düşünülə bilən şey vardır. Düşüncənin predmeti var olmazsa, düşüncə də olmaz. Heç bir yerdə düşüncə olmazsa varlıq olmaz deyə bir şey demir, əksini deyir. Eynşteyndən fərqi duygu-fenomenlər (görünənlər) dünyasına inanmamaqda, onları tamamiylə rədd etməkdə, düşüncə uğruna gördüyünü danmaqdadır. Yerindəcə qeyd edim ki, ilkin yunan naturfilosofları da təcrübəyə müraciət etmirdi. Parmenides’dən sonra ondan həm materialistlər, həm də idealistlər faydalanmışdır. Məsələn, varlıq yaradılmazdır, yoxedilməzdir, maddidir, birdir düşüncəsini qəbul edərək, ancaq eyni zamanda dəyişməzlik və hərəkətsizlik prinsipini bir kənara atıb Demokritos öz atomistik nəzəriyyəsini qurmuşdur. Digər tərəfdən, Platon onun dəyişməzlik prinsipini və gerçəklik dünyası və aldadıcı fenomenlər ( görünüşlər) dünyası arasındaki ayırımından istifadə edərək ikisini də uzlaşdırmağa çalışmış və öz İdealar teorisini yaratmışdı. Hər şey bir qırağa, əgər Parmenides Bir’i maddi bir şey deyil, yalnız düşüncədə olan bir şey olaraq qəbul etsəydi, azman filosoflar olan Platon və ya Aristoteteles’in gözündən qaçmazdı və ya Sokrates Anaksagoras’a deyil ona heyran qalardı (bu arada materialist dediyimizdə ateist başa düşülə bilər, ki bu da yanlışın yanlışı olar). Aristoteles, Parmenides’in hiss orqanlarıyla duyulan reallıqdan başqa bir şeye inanmadığını söyləyir. Əksinə, Parmenides’in teorisini maddi monizm adlandırmaq yerində olardı
P.S. Popper yazırdı: “Eynşteyni, dünyanı Parmenidesçi dörd ölçülü blok bir kainat,dəyişikliyi bir illüziya olaraq görən bir görüşə varan determinizmindən vaz keçirməyə çalışdım. Öz görüşünün bu olduğunu irəli sürdü; mən də ona müzakirə boyu hər dəfəsində “Parmenides”-deyə müraciət etdim”

Mənbələr:
1. COPLESTON, Frederick. “Greece and Rome: From the Pre-Socratics to Plotinus. Vol. 1 of A History of Philosophy.”
2. MİLLER, PATRİCK Lee, and C. D. C. Reeve. “Introductory Readings in Ancient Greek and Roman Philosophy.” (2006).
3. HEİDEGGER, Martin. “Early Greek Thinking.” (1975).
4. CEVİZCİ, Ahmet. İlkçağ felsefesi tarihi. Asa, 2001.
5. YILMAZ, Muhsin, Ayşe Gül ÇIVGIN, and Ümit ÖZTÜRK. “Felsefe Dergileri Bibliyografyası (I): Kaygı.” Kaygı. Uludağ Üniversitesi Fen-Edebiyat Fakültesi Felsefe Dergisi 20 (2013): 253-272. link:http://www.academia.edu/…/Parmenides_D%C3%BC%C5%9F%C3%BCnce…
6. PLATON, (2014) Parmenides, 4.Baskı, çev. Saffet Babür, İmge Kitabevi Yayınları
7. KILIÇ, Savaş. Tin, Tin mi? Ruh mu? Peki Zihin de olamaz mı?, Sıcak Nal dergisi, no:3, Temmuz-Ağustos 2010 link:http://www.academia.edu/7172653/Tin_Ruh_Zihin
8. SUNAR, Cavit. Varlık hakkında ana düşünceler: felsefe, insanın (insan) ı arayışı. Ankara Üniversitesi Basımevi, 1977 link:http://dergiler.ankara.edu.tr/dergiler/37/748/9550.pdf
9. NESİN, Ali. “Dikkat paradoks var.” Zenon’un paradoksları. Matematik Dünyası(2003): 89-91. link: www.alinesin.org/popular_math/D_7_zenon.doc(oxumaq məsləhətdir)
10. LYNDS, Peter. “Zeno’s Paradoxes: A Timely Solution.” (2003)

 

Əlavə oxu: Qədim Yunan Filosofları

 

Leave a Reply

87 Comments on "HERAKLİT VƏ PARMENİDİN FƏLSƏFƏSİ"

Notify of
avatar
Sort by:   newest | oldest | most voted
view
Guest

I simply want to say I am newbie to blogs and definitely loved this blog site. More than likely I’m likely to bookmark your blog post . You really have good well written articles. Regards for revealing your website.

Fashion
Guest

Merely wanna comment that you have a very nice site, I love the style it actually stands out.

Faytech NortH America-
Guest

Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

"Emery EPS
Guest

I merely need to share it with you that I am new to blogging and really valued your webpage. Very possible I am most likely to store your blog post . You undoubtedly have excellent article material. Get Pleasure From it for discussing with us your very own url post

News
Guest

Very interesting topic, thanks for posting.

John Deere Service Manuals
Guest

Hey great website! Does running a blog like this take a great deal of work? I have very little knowledge of computer programming however I was hoping to start my own blog in the near future. Anyways, should you have any suggestions or tips for new blog owners please share. I understand this is off subject however I just had to ask. Thank you!

News
Guest

Perfectly written content material , thanks for information .

~mEtroclick
Guest

MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

Projektowanie Stron Internetowych Cennik
Guest

You are my breathing in, I possess few web logs and infrequently run out from to brand.

Projektowanie Stron Internetowych Gorzow
Guest

Hello, you used to write excellent, but the last several posts have been kinda boring… I miss your tremendous writings. Past several posts are just a bit out of track! come on!

News
Guest

You have brought up a very great points , thanks for the post.

News
Guest

Utterly pent written content, regards for entropy. “The earth was made round so we would not see too far down the road.” by Karen Blixen.

John Deere Technical Manuals
Guest

Can I merely say exactly what a relief to find a person that really knows what theyre discussing on-line. You definitely know how to bring an issue to light and earn it critical. More people need to read this and see why side on the story. I cant think youre not more well-known since you absolutely possess the gift.

News
Guest

Somebody necessarily assist to make seriously posts I would state. That is the very first time I frequented your web page and to this point? I surprised with the analysis you made to make this particular publish incredible. Excellent task!

Kindergeld 2018 Zmiany
Guest

I’ve been absent for a while, but now I remember why I used to love this blog. Thank you, I will try and check back more frequently. How frequently you update your web site?

Fashion
Guest

I got what you mean , regards for putting up.Woh I am happy to find this website through google. “Do not be too timid and squeamish about your actions. All life is an experiment.” by Ralph Waldo Emerson.

airline flights
Guest

Heya i’m for the first time here. I came across this board and I find It truly useful & it helped me out a lot. I hope to give something back and help others like you aided me.

News
Guest

Very interesting subject , thankyou for putting up. “It is much easier to try one’s hand at many things than to concentrate one’s powers on one thing.” by Quintilian.

OLX Maszyny Rolnicze Ciagniki
Guest

I believe this site contains some really wonderful info for everyone :D. “Nothing great was ever achieved without enthusiasm.” by Ralph Waldo Emerson.

News
Guest

I like the valuable information you provide in your articles. I’ll bookmark your weblog and check again here regularly. I am quite sure I will learn lots of new stuff right here! Best of luck for the next!

OLX Maszyny Budowlane
Guest

Some really good blog posts on this website, appreciate it for contribution. “A liar should have a good memory.” by Quintilian.

News
Guest

You have brought up a very superb points , thankyou for the post.

www.5aswiss.com
Guest

Whats Going down i’m new to this, I stumbled upon this I have discovered It positively useful and it has helped me out loads. I’m hoping to give a contribution & aid different customers like its helped me. Great job.

http://bestresearchpapers.net
Guest

Super-Duper blog! I am loving it!! Will come back again. I am bookmarking your feeds also

News
Guest

Thank you for the good writeup. It in fact was a amusement account it. Look advanced to far added agreeable from you! However, how can we communicate?

better health
Guest

Wow, amazing blog layout! How lengthy have you ever been running a blog for? you make blogging glance easy. The entire look of your web site is fantastic, as smartly as the content material!

Home Improvement
Guest

Somebody necessarily assist to make significantly articles I would state. That is the first time I frequented your web page and thus far? I amazed with the analysis you made to create this actual put up extraordinary. Magnificent task!

Pozycjonowanie i Optymalizacja
Guest

great points altogether, you just received a brand new reader. What might you suggest in regards to your put up that you made some days in the past? Any positive?

Home Improvement
Guest

Absolutely composed written content, appreciate it for information. “The bravest thing you can do when you are not brave is to profess courage and act accordingly.” by Corra Harris.

Gartentore Aus Polen
Guest

I dugg some of you post as I cerebrated they were very useful very helpful

jak zgrzewac rury pp stabi
Guest

As soon as I observed this internet site I went on reddit to share some of the love with them.

shopping channel
Guest

I¡¦ve been exploring for a little for any high-quality articles or weblog posts on this sort of space . Exploring in Yahoo I at last stumbled upon this site. Studying this info So i¡¦m happy to show that I have an incredibly good uncanny feeling I came upon just what I needed. I so much indisputably will make sure to don¡¦t fail to remember this website and provides it a look on a continuing basis.

http://brandsfavor.com
Guest

Great post. I was checking continuously this blog and I am impressed! Very useful information specially the last part 🙂 I care for such info much. I was seeking this particular info for a long time. Thank you and best of luck.

Home Improvement
Guest

F*ckin’ amazing things here. I am very satisfied to peer your post. Thank you a lot and i am taking a look ahead to touch you. Will you please drop me a mail?

consultarnumero.com
Guest

Wow! Thank you! I continually needed to write on my blog something like that. Can I include a part of your post to my blog?

http://historicdowntownmocksville.com
Guest

Usually I do not learn post on blogs, but I would like to say that this write-up very forced me to take a look at and do so! Your writing taste has been surprised me. Thanks, very great article.

News
Guest

Real nice style and design and fantastic content , nothing else we require : D.

TravelPhotography
Guest

Usually I don’t learn post on blogs, but I wish to say that this write-up very pressured me to check out and do so! Your writing style has been amazed me. Thanks, very great article.

SportsUniforms
Guest

Whats Going down i am new to this, I stumbled upon this I’ve discovered It positively helpful and it has helped me out loads. I am hoping to contribute & aid different customers like its aided me. Great job.

odziez bhp
Guest

I really like your writing style, excellent information, thanks for putting up : D.

Home Improvement
Guest

Thank you for sharing excellent informations. Your web-site is so cool. I’m impressed by the details that you have on this blog. It reveals how nicely you perceive this subject. Bookmarked this website page, will come back for more articles. You, my friend, ROCK! I found simply the info I already searched all over the place and simply could not come across. What a great site.

Home Improvement
Guest

Magnificent beat ! I wish to apprentice while you amend your website, how can i subscribe for a blog site? The account helped me a acceptable deal. I had been a little bit acquainted of this your broadcast offered bright clear concept

SellMyHouse
Guest

You actually make it seem so easy with your presentation but I find this matter to be actually something that I think I would never understand. It seems too complex and very broad for me. I’m looking forward for your next post, I’ll try to get the hang of it!

DesignBedroom
Guest

Excellent read, I just passed this onto a colleague who was doing a little research on that. And he just bought me lunch since I found it for him smile Therefore let me rephrase that: Thank you for lunch!

EmergencyHealth
Guest

Excellent goods from you, man. I have understand your stuff previous to and you’re just too magnificent. I really like what you have acquired here, certainly like what you’re saying and the way in which you say it. You make it entertaining and you still take care of to keep it wise. I can’t wait to read far more from you. This is really a wonderful website.

ManagementAccounting
Guest

Thank you a bunch for sharing this with all of us you actually know what you are speaking about! Bookmarked. Kindly additionally talk over with my site =). We can have a hyperlink alternate contract between us!

Sandaly Lanqier 40c235 Jeans
Guest

hi!,I love your writing very so much! share we be in contact extra about your article on AOL? I require a specialist on this house to solve my problem. Maybe that’s you! Looking ahead to peer you.

Health
Guest

Very interesting subject, appreciate it for posting.

kiosk
Guest

MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

AccountingDegree
Guest

Hello There. I found your blog using msn. This is a really well written article. I’ll make sure to bookmark it and come back to read more of your useful information. Thanks for the post. I’ll certainly comeback.