Quzğunlar təəccüblənəcək dərəcədə ağıllıdır.

0

Bir cəsədin başına yığılan quzğun sürüsü o qədər də xoş olmaya bilər, ancaq əsl xoş olmayan elə bu kəlməni işlətməkdir. Hər kəs həmişə çoxbilmişlərə nifrət edib, amma quzğunlar nifrətə layiq deyil. Ölü heyvanları parçalara ayırmaq üçün istifadə etdikləri kəskin, əyri dimdiklərimi var? Bəli. Səsləri tükürpərdici gülüşəmi bənzəyir? Eynən. Lakin yalnızca üstün ağıl sahibi olmaları onları pislik simvolu etməz – sadəcə “ağıllı” edər.

Quzğunlar tapmacalar həll edir, onlara kömək etmələri üçün heyvanları aldadır və bir-birləri ilə meymuların belə çata bilmədikləri səviyyədə ünsiyyət qura bilirlər. İndi isə biz bilirik ki, onlar plan da qura bilir. Bunlar Yerin idarəsini ələ keçirmək üçün içevriliş planı deyil – bunlar sadəcə daha yaxşı qida əldə etmək məqsədli planlardır.

Bu son kəşf İsveçdə Lund Universitetində quzğunlar üzərində yoxlama aparmış iki alimdən gəlir. Onlar öz tapıntılarını “Science” jurnalında dərc etdiriblər. İndiyə kimi biz bilirdik ki, quzğunlar öz qida ehtiyacları üçün plan qura bilirlər, belə ki onlar sonradan qayıdıb götürmək üçün qida ehtiyatı toplayırlar. Ümumilikdə, sincablar da qida ehtiyatı toplayır, ancaq onlar heç də “ən ağıllı” deyillər. Onlar öz fındıqlarının 75%-ini unudur, bu zaman da milyonlarla ağac bitməsinə səbəb olurlar. Onlar təsadüfi təbiət mühafizəçiləridir və əgər sincablar bioloji olaraq qida ehtiyatı toplamağa proqramlanıblarsa, o zaman quzğunlar da heç də düşündüyümüz qədər ağıllı deyil.

Ancaq, bəlli ki, elədirlər.

Demə, quzğunlar gələcəkdə daha yaxşı yem əldə etmək üçün indi dadlı bir yemdən imtina edə bilirlər. Dadlı bir yem və içində daha yaxşı qida olacağını bildikləri bir qutunu açmaq üçün vasitə ilə üzləşdikdə, onlar həmin vasitəni seçəcək – hətta həmin anda qutu əllərində olmasa belə. Onlar bunu, tədqiqatçılar 15 dəqiqə içərisində hədiyyələrini almaq üçün əllərindəki vasitə ilə aça biləcəkləri qutunu onlara verdiklərində öyrəniblər. Hətta balaca uşaqlar belə, bəzən, hazırki bir konfeti yeməyi üstün tutur, nəinki daha çoxu üçün bir neçə dəqiqə gözləməyi.

Bu elə də təəccüblü gəlməməlidir. Quzğunlar, həmçinin, rəqiblərinin qidanı gizlətməsini izləyib, yeri yadda saxlayıb, sonradan həmin yerə gedərək qidanı oğurlaya bilir. Bundan əlavə, onlar ətli-canlı bir cəsəd tapdıqları zaman onun yerini bir-birlərinə xəbər verir və rəqiblərini qorxudub qaçırmaq üçün birləşə bilirlər. Bu bacarıq – uzaq məsafədən məlumat ötürmə bacarığı – sadəcə qarışqalarda, arılarda və insanlarda var. Bu siyahıya həmçinin insanabənzər böyük meymunlar və kiçik meymunlar da daxildir. Üstəlik, məsələ qidanın yerini gizli saxlamaq olduğu zaman, quzğunlar bir-birini aldada bilir. Onlar, həmçinin, yetəri qədər parçalanmamış cəsədin üstünə canavarları çağıra bilirlər, beləcə yırtıcı cəsədi parçalara ayırar, quşlara isə daha münasib hissələr buraxar.

Əgər bunlar da sizə quzğunları sevdirə bilmirsə, heç nə bunu edə bilməz. Bu quşlar öz yaşamları üçün ən ağıllı heyvanlardır, görünüşləri biraz qorxuducu olsa nə olar?! Onların dərrakəsi qorxuya yox, hörmətə layiqdir.

Redaktə etdi: Ziya Mehdiyev

Mənbə: POPSCİ

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar