Körpə sincablar erkən doğulduğu zaman ölmə ehtimalı daha azdır.

0

Əgər siz gözəl bir qırmızı sincab balasısınızsa, ən yaxşısı mart ayında doğulun.

Erkən doğulan quş qurdu alır, erkən doğulan sincab evi. Guelph Universitetindən tədqiqatçılar ortaya çıxarıb ki, il ərzində erkən doğulan sincabların sağ qala bilmə ehtimalı daha çoxdur – böyük ehtimalla, bu ona görədir ki, gecikmiş rəqibləri hələ yuvada körpə ikən, onlar evə sahib olacaqlar. Jurnalın baş müəllifi David Fisher deyir: “Əgər qonşularınızdan tez doğulmusunuzsa, yuvanı birinci tərk edə və qida ehtiyatı toplamaq üçün boş yerlər tapa bilərsiniz”

Fisher və onun yoldaşları Kanadanın Yukon ərazisində 2600 qırmızı sincab üzərində tədqiqat aparıb. 1989-2015-ci illər arasında onlar yeni doğulmuş balaların sağ qalma və ilk aylarda böyümə göstəricilərini ölçüblər.  Nəticələr “Evolution” jurnalında dərc olunub.

Qırmızı sincab balaları, əsasən, Mart və May ayları arasında doğulur. Körpələr yuvanı təxminən 70 günlüklərində tərk edirlər. Balalardan biri ananın ərazisini miras götürür, digərləri isə yuvanı tərk edir və doğulduqları yerdən təxminən 90 metr (300 feet) məsafədə yeni boş ərazilər axtarır.

Yeniyetmələrin sadəcə 26%-i ilk qışlarından sağ çıxa bilirlər. Araşdırma göstərir ki, bu göstərici onların qida ehtiyatı üçün tapdıqları ərazidəki havadan da asılıdır. Balanın doğum vaxtı bu mübarizədə ona üstünlük verir, xüsusən, ətrafda ərazi tapmağa çalışan sincabların sayının çox olduğu yerdə doğulubsa. Böyümə sürətinin yuxarı olması da kömək edir, çöx güman, ona görə ki, belələri yuvanı daha tez tərk edə bilir vəya onların ölçüsünün böyük olması rəqiblərini qorxudur və çəkindirir.

Bu araşdırma bizə sadəcə sizə şirin körpə sincab şəkilləri göstərməyimizə kömək etmir, müəlliflərə görə ,həmçinin ekoloqların on illərdir üzərində mübahisə etdikləri ideyaya dəstək verir. Çoxsəviyyəli seçmə teoriyası belə bir fikir irəli sürür ki, təkamül yalnızca fərdlər üzərində işləmir, həmçinin qrup səviyyəsində də baş verir. Məsələn, maralı tuta bilmək üçün birlikdə çalışmağı daha yaxşı bacaran canavar sürüsü daha böyük ehtimalla sağ qala biləcək və genlərini ötürə biləcək.

Fisher deyir ki, araşdırma göstərir ki, bütün balalarda doğum vaxtı, böyümə sürəti və digər sincabların qonşuluq münasibətinə təsiri (məsələn, əhali sıxlığı) kimi xüsusiyyətlər hər bir fərdin adaptasiyası və sağ qalmasına təsir edir.

Həmçinin, maraqlıdır ki, qrup müşahidə edib ki, bu təsirlər tənha yaşamağa çalışan növlərdə də keçərlidir – normalda,bu,ancaq qatı müəyyənləşdirilmiş qruplarla yaşayan sosial heyvanlarda daha çox sezilir. Tədqiqat çoxsəviyyəli seçmə nəzəriyyəsini dəstəkləyir və bu nəzəriyyənin gələcəkdə indi olduğundan daha geniş yayılacağını güman etməyə əsas verir.

Mənbə: POPSCİ

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar