Duyğuların psixologiyası

77

Duyğu bir psixi proses olmaq etibarilə, cisimlərin, hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlərimizə təsir edən nə varsa, bunların hamısı qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər  vasitəsi ilə beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s. keyfiyyətini hiss edirik.
Beləliklə də, duyğular obyektiv reallığın hissi inikası olub, hal-hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrı- ayrı əlamətlərinin inikasından ibarət olmasıdır.
Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu zamanı çıxar­dığı səsi, əlimizin ağrısını, arının rəngini əks etdiririk. Duyğunun fizioloji əsasını, akademik İ.P.Pavlovun dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan analizatorlar təşkil edir. Ona görə də, İ.P.Pavlov analizatorları duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur: 1) periferik şöbə. Bu hissə reseptor adlanır. Reseptorun funksiyası xarici qıcığı  qəbul etmək, xarici enerjiniı sinir prosesinə çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. Bunlara afferent (mərkəzəqaçan) və efferent  (mərkəzdənqaçan) sinirlər daxildir: 3) analizatorun beyin qabığı şöbəsi. Bunu analizatorun mərkəzi şöbəsi, nüvəsi də adlandırırlar. Bu şöbənin funksiyası periferik şöbədən gələn impulsları təhlil etməkdən ibarətdir. Hər bir analizatorun mərkəzi şöbəsinin özünə məxsus yeri var. O beyin qabığında müxtəlif yerlərdə yerləşir. Məsələn, görmə duyğusunun analizatorlarının mərkəzi şöbəsi beyin qabığının ənsə payında yerləşir. Eşitmə duyğusunun analizatorunun mərkəzi şöbəsi beyin qabığının sağ və sol gicgah payındadır. Duyğunun əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin tamlığı, birlikdə fəaliyyət göstərməsi zəruridir. Həmin hissələrdən biri sıradan çıxarsa duyğu alınmaz.
Analizatorlar fəal bir orqandır. O qıcıqlandırıcının təsiri altında daima özünü yenidən qurur. Ona görə də, demək lazımdır ki, duyğu passiv proses deyil. O həmişə özündə hərəkət komponentlərini də birləşdirir və reflektor xarakteri daşıyır.
Duyğuların insanın həyatında əhəmiyyəti əvəzolunmazdır. Bunu başa düşmək üçün aşağıdakılara diqqət yetirmək kifayətdir.

  • Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil    edir. Gerçək aləm­ ­haqqında ilkin məlumatı duyğular vasitəsilə əldə edirik. Duyğulardan kənarda heç bir idrak prosesi yoxdur.
  • Duyğular təkcə bizim biliklərimizin mənbəyi deyil, həm də hiss və emosiyalarımızın da mənbəyidir.

Qızıl gülün ətri bizdə müsbət hiss və emosiya yaradırsa, çürümüş ətin üfunətliliyi mənfi emosional halın yaranmasına səbəb olur.
Duyğuların insanın həyatında rolunu göstərmək üçün bu faktı xatırlamaq yerinə düşər.
Məşhur həkim Botqin öz klinikasında belə bir hadisə ilə rastlaşmışdır: Xəstə bütün duyğulardan məhrumdur. Onun ancaq bir gözü azacıq görmə qabiliyyətini saxlamışdır. Bir də əlinin üstə kiçik bir sahədə dəri duyğusu hələlik qalır. Həkim göstərir ki, əgər xəstə həmin görən gözünü yumursa, əlindəki hissiyyatın qaldığı sahəyə heç kim toxunmursa, bu zaman xəstə huşa gedir, xarici aləmlə heç bir əlaqəsi qalmır.

Duyğuların təsnifatı

Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif prinsiplər əsasında aparırlar. Bunlardan biri duyğuları reseptorların yerləşməsnə görə təsnif etməkdən ibarətdir. Müasir fizioloji və psixoloji ədəbiyyatda reseptorları üç qrupda birləşdirirlər: ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar.
Ekstreoseptorlar bədənin xarici səthində yerləşir. Ekstreoseptorların yaratdığı duyğular da ekstreoseptiv və yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, iybilmə, dadbilmə və dəri duyğuları daxildir.
İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli qişasında yerləşir. Bunlara isə intreoseptorlardeyilir. İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili duyğular adlanır. Üzvü duyğular bu reseptorlarla bağlı olan duyğulardır.
Nəhayət üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda, onları birləşdirən vətərlərdə yerləşir. Bunları isə proprioseptorlar adlandırırlar. Bu reseptorlarla bağlı olan duyğular proprioseptivduyğular adlanır. Hərəkət duyğusu və müvazinət duyğuları bu bölgəyə daxildir.
Duyğuların reseptorların bilavasitə qıcıqlandırıcılarla təmasından asılı olaraq kontakt və distant  duyğulara da ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur:
1) kontakt duyğular. Dad və dəri duyğusu kontakt duy­ğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına bilavasitə təsiri zamanı əmələ gəlir.
2) distant duyğular. Bunlara görmə, eşitmə və iybilmə duyğularını aid etmək olar. Bu duyğu­­ların əmələ gəlməsi üçün qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir.
Bu təsnifata uyğun olaraq duyğuların ayrı- ayrı növlərini qısaca nəzərdən keçirək.
Görmə duyğusu. Bu duyğu rənglərin və işığın inikasından ibarətdir. Biz iki cür rəngi duyuruq: xromatik və axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün rənglərini əhatə edir. Xromatik rəngləri görmə duyğusu 380 milli mikrodan 780 milli mikrona qədər uzunluqda olan elektromaqnit dalğalarının görmə üzvünə, gözə təsiri zamanı əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında bənövşəyi, ən uzun elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq. Hansı uzunluqda olan dalğa hansı rəngi yaradır? Bunu aşağıdakı cədvəldən görə bilərik:

Dalğanın uzunluğu Müvafiq uzunluqda olan dalğanın yaratdığı rənglər
380 – 450
480
500
521
540 – 560
572
600 – 650
650 – 780
Bənövşəyi
Mavi
Göy
Yaşıl
Yaşıl
Sarı
Çəhrayı
Qırmızı

Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə yarasa korluğu baş verir.
Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından ibarətdir. Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu və tembirini yaradır. Səsin ucalığı dalğanın tezliyi, quruluğu dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır. İnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan səsləri eşidə bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir.
İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoş yaxud xoşagəlməz olması baxımından fərqləndirirlər. İybilmə duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində yerləşir. Bu hissədə yerləşən hüceyrələr müxtəlif  iylərə qarşı çox həssas olur. Cisimlərin havada uca bilən mikroskopik hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ gəlir.
Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud tüpürcəkdə həll olunması nəticəsində onların ağız boşluğunda dad reseptorlarına təsiri zamanı əmələ gəlir. P.P.La­zarevin nəzəriyyəsinə görə, ağız boşluğunda dörd növ dad reseptorları yerləşir. Elə bu reseptorlar da dörd növ dad duyğusunun yaranmasına səbəb olur: şirinlik, acılıq, duzluluq, turşluluq duyğuları.
Dilin selikli qişasının müxtəlif sahələrinin həm eyni, həm də müxtəlif dad qıcıqlandırıcılarına həssaslığı cür­bəcürdür. Məsələn adamın dilinin ucu şirinə, ətrafı  turşuya, kökü acıya daha həssasdır.
Dəri duyğuları. Xarici aləmin cisimlərinin bir sıra xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma,  temperatur, ağrı duyğuları.
Toxunma (lamisə) duyğusu vasitəsilə biz predmetlərin dərinliyini, bərkliyini, yumşaqlığını, kələkötürlülüyünü, yaxud səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmişdir. Bu nöqtələr dilin ucunda, barmaqların ucunda, bədənin digər hissələrinə nisbətən daha sıx yerləşmişdir. Dəri duyğuları hərəkət duyğusu ilə sıx surətdə əlaqədardır. Korlar hərfləri toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar.
Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur.
İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə toxunduqda əmələ gəlir.
Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır.
Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq.
Dəri duyğularının hər birinin özünə məxsus reseptorları vardır.  Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa nöqtələr ağrı duyğularını yaradır.
Əzələ-hərəkət duyğuları. Bədənin ətraf üzvlərinin vəziyyətini, hərəkətini, bu hərəkətin istiqamət və surətini, bu zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara deyilir. Əzələ-hərəkət duyğuları insanın həyatında böyük rol oynayır. Əmək fəaliyyəti zamanı olduqca mürəkkəb hə­rəkətlərin icrası, bu hərəkətlərin tənzim olunması hərəkət duyğusunun sayəsində mümkün olur. Əzələ-hərəkət duy­ğu­su görmə qav­­rayışında, lamisə qavrayışında müstəsna dərəcədə əhəmiyyət daşıyır.
Müvazinət duyğuları. Bu cür duyğular başın və bədənin fəzadakı vəziyyə­tinin inikasından ibarət olub, bədənin hərəkətinin istiqamətini, kordinasiyasını saxlamağa xidmət edir. Bu duyğunun reseptoru daxili qulaqda yerləşən yarım­dairəvi kanalcıqların içəri­sindəki endolimfa və bu kanalcıqların divarında olan sinir uclarıdır. Bədənin vəziyyəti dəyişdikdə endolimfa hərəkətə gəlir və kanalın divarında olan sinir uclarını qıcıqlandırır. Bununla da biz bədənimizin vəziyyətini əks etdiririk.
Üzvü duyğular daxili üzvlərin vəziyyətinin daxilindəki dəyişmələrin ini­kasından ibarətdir. Bu duyğular aclıq, susuzluq, toxluq, ürək bulanması haq­qında, bədənin sağlamlıq və xəstə  vəziyyətdə daxili üzvlərində baş verən ağrılar haqqında xəbər verir. Üzvi duyğuların reseptorları daxili üzvlərin səthində, selikli qişasında yerləşən sinir uclarından ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil edir.

Duyğuların ümumi qanunauyğunluqları

Hər bir duyğuya xas olan xarakterik cəhətlərlə yanaşı bütün duyğulara aid olan ümumi cəhətlər də mövcuddur. Son psixoloji ədəbiyyatlarda bu ümumi cəhətlərin aşağıdakılardan ibarət olduğu göstərilir.
Keyfiyyət cəhəti. Bu, bir duyğunu başqa duyğulardan fərqləndirən cəhət olub duyğuya xas olan modallıq xüsusiyyətidir.
Duyğunun intensivliyi duyğulara xas olan başqa bir ümumi cəhət olub, təsir edən başqa qıcıqlandırıcının qüvvəsi və reseptorun funksional vəziyyəti ilə müəyyən edilir.
Duyğuların davamlılığı onun zaman xarakteristikasından ibarətdir. Bu da hiss üzvlərinin funksional vəziyyətindən, qıcıqlandırıcının gücü və təsir müddətindən asılıdır. Nəhayət, duyğulara aid olan ümumi cəhətlərdən biri də duyğuların məkan lokallığıdırBu o deməkdir ki, reseptorların göndərdikləri siqnalların təhlili imkan verir ki, biz qıcıqlandırıcının hansı məkandan təsirini də əks etdirək. Başqa sözlə, işığın haradan düşdüyünü, istinin haradan gəldiyini, yaxud, bədənimizin hansı hissəsinə mexaniki təsirin olduğunu əks etdiririk.
Duyğulara aid olan qanunauyğunluqlardan biri də  həssaslıq və onun ölçülməsi məsələsidir.
Həssaslıq analizatorun duyma qabiliyyətidir. Mütəxəssislər həssaslığın iki növünü qeyd ediblər: mütləq və fərqləndirmə həssaslığı. Mütləq və fərqləndirmə həssaslığı duy­ğunun mütləq və fərqləndirmə həddləri ilə ölçülur.
Duyğunun mütləq aşağı həddi zorla duyğu əmələ gətirə bilən qıcıqlan­­dı­rıcının ənkiçik kəmiyyəti ilə müəyyən edilir. Bu kəmiyyət nə qədər kiçik olarsa həssaslıq bir o qədər yüksək olar. Bu, duyğunun mütləq həddi və həssaslıq arasında tərs mütənasib asılılıq olduğunu göstərir. Bunu riyazi olaraq belə ifadə etmək olar:

E = 1/p

Burada  E-mütləq həssaslıq, P isə qıcıqlandırıcının mütləq hədd kəmiyyətidir.
Duyğuların aşağı həddi müvafiq analizatorun mütləq həssaslıq səviyyəsini müəyyən edir. Yəni  P-nin kəmiyyəti nə qədər kiçik olarsa E-nin göstəricisi bir o qədər yüksək olar və ya əksinə.
Mütləq həssaslığın aşağı duyğu həddi ilə yanaşı yuxarı duyğu həddi də vardır. Duyğu yaratmaqda davam edən ən yüksək qıcıq qüvvəsinə və ya kəmiyyətinə həssaslığın yüksək mütləq həddi deyilir. Məsələn, eşitmə duyğusunda səs dalğasının 20 hersə bərabər olan kəmiyyəti duyğunun aşağı mütləq həddi hesab olunursa, 20 000 hersə bərabər kəmiyyəti bu duyğuda yuxarı mütləq hədd kimi qəbul olunmuşdur. Həm aşağı, həm də yuxarı hədd kəmiyyətləri insanın fəaliyyətinin xarakterindən, onun yaşından, reseptorun funksional vəziyyətindən, qıcıqlanmanın qüvvəsindən və davamlılığından asılı olaraq dəyi­şilir.
Fərqləndirmə həddi, fərqləndirmə həssaslığı məsələsi də duyğulara xas olan qanunauyğunluqlardandır. İnsan nəinki müəyyən kəmiyyətdə olan qıcığı duyur, eyni zamanda təsir edən qıcıqların kəmiyyət dəyişmələrini də duyur. Fərqləndirmə həssaslığı və fərqləndirmə həddi də buradan irəli gəlir. Qıcıqlandırıcılar arasında güclə duyğu əmələ gətirə biləcək fərq kəmiyyətinə fərqləndirmə həddi deyilir. Ən  kiçik fərq kəmiyyətini duyma qabiliyyəti isə fərqləndirmə həssaslığı adlanır. Belə bir təcrübəyə nəzər salaq. Əgər bizə min şamlıq işıqla təsir edilirsə, sonradan onun üzərinə 0,5; 0,8; 0,9 şam əlavə edilərsə, bu əlavələrin heç biri bizdə yeni duyğu, yəni fərqləndirmə duyğusu əmələ gətirməyəcəkdir. Əgər bir şam əlavə edilərsə biz işığın gücləndiyini duyacağıq. Deməli görmə duyğusu üçün fərqləndirmə həddi 1/100-ə   bərabərdir. Beləliklə də alman fizioloqu E. Veber müəyyən etmişdir ki, duyğunun intensivliyi təsir edən qıcığın kəmiyyətinin mütləq artımından deyil, ilkin təsir edən qıcığın kəmiyyəti ilə artım arasında olan nisbətdən asılıdır. Bu nisbət müxtəlif anali­zatorlar  üçün müxtəlifdir. Məsələn,  görmə analizatorları üçün  təxminən 1/100-ə, eşitmə ana­­­­­­­­­li­zatoru üçün 1/10-ə, toxunma analizatoru üçün 1/30-ə bərabərdir.
Alman fiziki Q.Fexner Veberin eksperimentlərindən çıxış edərək duyğunun intensivliyi ilə qıcığın qüvvəsi arasındakı olan asılılığı aşağıdakı düsturla ifadə etmişdir:

S = K Lg J + C

Burada S-duyğunun intensivliyi, J-qıcığın quvvəsi, K və C isə sabit  kəmiy­­­yətləri ğöstərir. Bu düstur göstərir ki, duyğunun intensivliyi qıcıqlandırıcınınqüvvəsinin loqarifmasına mütənasibdirBaşqa cür desək qıcığın qüvvəsi həndəsi silsilə üzrə artdıqda duyğunun intensivliyi ədəbi silsilə ilə artır. Bu qanuna Veber-Fexner qanunu deyilir.
Duyğulara aid qanunauyğunluqlardan adapta­­si­ya, sen­sibilizasiyasinesteziya, ardıcıl surətlərhaqqında da danışmaq lazımdır.
Adaptasiya (alışma) duyğu üzvlərinin qıcıqlandırıcılara uyğunlaşması nəticəsndə həssaslığın dəyişməsinə deyilir. Məsələn  qaranlıq otağa daxil olarkən ilk saniyələrdən heç nəyi görmürük, getdikcə otaq sanki işıqlaşır, artıq otaqdakı əşyaları görə bilirik. Bu o deməkdir ki, duyğu üzvümüz-gözümüz qıcıqlandırıcıya, qaranlığa uyğunlaşır və nəticədə onun həssaslığı artır.
Adaptasiya hadisəsilə bağlı həssaslıq azala bilər. Məsələn sinif otağında tədricən hava ağırlaşır. Otaqdakılar adaptasiya prosesi baş verdiyinə görə bunu duymurlar, ancaq otağa yenicə daxil olan adam otağın havasının ağır olduğunu söyləyir. Bu isə iy duyğusu orqanının həssaslığının aşağı düşməsi ilə bağlıdır. Adaptasiya hadisəsi üç şəkildə baş verir:

  • Qıcıqlandırıcıların fasiləsiz təsiri nəticəsində duy­ğunun tamamilə yoxa çıxması kimi;
  • Güclü qıcıqlandırıcıların təsiri nəticəsində duyğuların kütləşməsi kimi;
  • Zəif qıcıqlandırıcıların təsiri altında həssaslığın artması kimi.

Duyğuların qarşılıqlı təsiri və sensibilizasiya. Duyğuların intensiv­­­­liyi təkcə qıcıqlandırıcının qüvvəsindən və adaptasiya səviyyəsindən asılı deyil, eyni zamanda həmin vaxta başqa  qıcıqlandırıcıların  hiss üzvlərinə olan təsirlərindən də asılıdır. Başqa hiss üzvlərinin qıcıqlanması nəticəsndə digər analizatorun həssaslığının dəyişməsinə duyğuların qarşılıqlı təsiri deyilir. Ümumiyyətlə, bizim analizatorlar sistemimiz az və çox dərəcədə bir-birinə təsir edir, bir vəziyyətdə həssaslığın aşağı düşməsinə, başqa vəziyyətdə həssaslığın artmasına səbəb olur. Məsələn, müəyyən olunmuşdur ki, eşitmə qıcıqlanmasının təsiri altında görmə analizatorlarının həssaslığı dəyişir. Eyni  zamanda gözə işığın təsiri səslərin daha gur eşidilməsnə səbəb olur.
Analizatorun   qarşılıqlı təsiri ilə yanaşı mümarisələr də həssaslığın artma­sına səbəb olur. Analizatorların qarşılıqlı təsiri və mümarisələr nəticəsində həssaslığın artmasına sensibilizasiya deyilir.
SinesteziyaDuyğu ilə  bağlı bu qanun daha az ümumiliyə malikdir. Bu hadisə ən çox özünü  rəngli eşitmə deyilən xüsusiyyətə malik insanlarda göstərir. Rus bəstəkarı  A.N.Skryabin musiqiyə qulaq asarkən onun gözü qarşısında rəng çalarları yaranır, rəng duyğusu əmələ gəlirmiş. Duyğularımızda  sinesteziyanın olmasını dilimizdə olan, «yumşaq səs», «soyuq rəng» kimi ifadələrdə də görə bilərək.
Ardıcıl surətlər. Həyati faktlardan aydın gördüyümüz kimi, duyğular qıcıqlandırıcıların təsiri kəsildikdən sonra dərhal yox olub getmir. Həmin qı­cıqlandırıcıları bu və ya digər səviyyədə hələ də duymaqda davam edirik, baş­­­­­­­­qa sözlə onların surəti bizim tərəfimizdən hələ də duyulur. Bu hadisə elmdə ardıcıl surətləradı ilə qəbul olunmuşdur. Ardıcıl surətlər həm müsbət, həm də mənfi xarakter daşıya bilir. Adətən müsbət ardıcıl surətlər özlərinin aydınlığı və rəngarəngliyinə görə ilkin qıcığa uyğun gəlir. Məsələn, bir üzün­də quş, o biri üzündə qəfəs şəkli çəkilmiş kardon parçanın iki ucundan  bağlanmış iplə fırlatsaq biz quşu qəfəsin içində duymağa başlayarıq. Bu ona ğörə baş verir ki, kardon parçasının o biri üzü gələnə qədər hələ bizim gözümüzün tozlu qişasında quşun şəkli qalır. Nəticədə qəfəs şəkli ilə üst-üstə düşdüyünə görə biz quşu qəfəsdə görməyə başlayırıq.
Mənfi ardıcıl surətlərə gəldikdə bunu rəngli görmə duyğularında aydın müşahidə edirik. Məsələn, əgər ağ vərəq üzərinə qırmız rəngli kağız parçasını qoysaq və müəyyən müddət gözümüzü  ona dikdikdən sonra qırmızı rəngli kağızı götürsək onun yerində açığı göy yaşıl rəng görməyə başlayacağıq. Bu ona görə baş verir ki, ağ rəng üzərindəki qırmızı rəngə baxdıqda gözün tozlu qişasında həmin rəngi  duyan qəbuledicilər yorulur, daha az həssas olmağa başlayır. Ona görə də sonradan torlu qişanın həmin hissəsinə ağ işıq düşdükdə digər qəbuledici elementlər yüksək duyma qabiliyyətlərini saxladıqlarına görə biz göy-yaşıl rəng görürük. Bu halı neqativ şəkillərə baxdıqda da müşahidə edə bilirik. Məsələn, neqativ insan şəklinə baxdıqdan sonra ağ lövhəyə baxsaq orada adamın həqiqi pozitiv surətini görə bilərik.
Ardıcıl surətlər hadisəsi təkcə görmə deyil, eşitmə, temperatur, ağrı, dadbilmə duyğularında da qıcıqlandırıcıların təsiri kəsildikdən sonra da özlərini göstərə bilirlər.

Qaynaq: Byramov Ə.S , Əlizadə Ə.Ə, psixologiya -Bakı 2002
prof. S.İ.Seyidov ,prof .M.Ə.Həmzəyev
Redaktə etdi- Aytac Hüseyn

Leave a Reply

77 Comments on "Duyğuların psixologiyası"

Notify of
avatar
Sort by:   newest | oldest | most voted
check my source
Guest

I simply want to tell you that I am just beginner to blogging and certainly liked this website. Most likely I’m want to bookmark your website . You amazingly have good writings. Thanks a bunch for sharing your web site.

#metroclicK
Guest

MetroClick specializes in building completely interactive products like Photo Booth for rental or sale, Touch Screen Kiosks, Large Touch Screen Displays , Monitors, Digital Signages and experiences. With our own hardware production facility and in-house software development teams, we are able to achieve the highest level of customization and versatility for Photo Booths, Touch Screen Kiosks, Touch Screen Monitors and Digital Signage. Visit MetroClick at http://www.metroclick.com/ or , 121 Varick St, New York, NY 10013, +1 646-843-0888

&Faytech North AMerica
Guest

Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

Emery EPS$
Guest

I merely intend to tell you that I am new to posting and undeniably admired your post. Most likely I am going to save your blog post . You undoubtedly have amazing article information. Delight In it for swapping with us your main website webpage

News
Guest

I conceive you have remarked some very interesting points , appreciate it for the post.

Tractor Workshop Manuals
Guest
After representation whatsoever of your blogposts I moldiness say i pioneer this particularised one to generally be top nick. I mortal a weblog also and necessary to repost a few shear of your articles on my own diary tract. Should it be alright if I use this as daylong I private reference your web diary or create a incoming linkage to your article I procured the snipping from? If not I make and could not do it without having your tolerance . I hump collection starred this article to cheep and zynga calculate motivated for publication. Anyway revalue it either… Read more »
Projektowanie Stron Internetowych Gorzow
Guest

Hey, you used to write fantastic, but the last few posts have been kinda boring… I miss your tremendous writings. Past few posts are just a little bit out of track! come on!

Tworzenie Stron WWW Gorzow
Guest

certainly like your web site however you need to check the spelling on several of your posts. Several of them are rife with spelling issues and I find it very bothersome to tell the truth nevertheless I’ll definitely come again again.

News
Guest
I needed to write you the bit of remark to finally thank you very much once again on the precious concepts you have discussed above. It’s certainly shockingly generous of people like you in giving publicly precisely what a lot of folks might have made available as an e-book to help make some money on their own, principally seeing that you could have tried it in the event you decided. These creative ideas also served to be a fantastic way to fully grasp other people have similar fervor just as my very own to find out significantly more when it… Read more »
News
Guest

Hello, you used to write excellent, but the last several posts have been kinda boring… I miss your great writings. Past few posts are just a little bit out of track! come on!

News
Guest

I reckon something genuinely special in this website.

Zwrot Podatku
Guest

But wanna remark that you have a very decent website , I enjoy the style it actually stands out.

Fashion
Guest

Pretty nice post. I just stumbled upon your blog and wished to say that I have really enjoyed browsing your blog posts. After all I’ll be subscribing to your feed and I hope you write again soon!

Tractor Workshop Manuals
Guest

Only a few blogger would discuss this topic the way you do…-:`

Zwrot Podatku
Guest

Some truly good posts on this internet site , thanks for contribution.

kitchen remodel ideas
Guest

Good ¡V I should definitely pronounce, impressed with your site. I had no trouble navigating through all tabs as well as related info ended up being truly simple to do to access. I recently found what I hoped for before you know it at all. Reasonably unusual. Is likely to appreciate it for those who add forums or anything, website theme . a tones way for your client to communicate. Nice task..

News
Guest

Thank you for sharing superb informations. Your web site is very cool. I am impressed by the details that you’ve on this website. It reveals how nicely you understand this subject. Bookmarked this website page, will come back for extra articles. You, my friend, ROCK! I found just the info I already searched everywhere and simply couldn’t come across. What a great site.

News
Guest

I truly enjoy studying on this web site , it has got good blog posts. “The great secret of power is never to will to do more than you can accomplish.” by Henrik Ibsen.

Maszyny Rolnicze Podkarpackie Sprzedaz
Guest

I do agree with all of the concepts you’ve offered to your post. They’re really convincing and will certainly work. Nonetheless, the posts are too short for starters. May you please lengthen them a little from subsequent time? Thank you for the post.

News
Guest

I have been absent for some time, but now I remember why I used to love this website. Thanks, I’ll try and check back more often. How frequently you update your site?

http://blogcabinca.org
Guest

Hello.This article was really fascinating, especially since I was browsing for thoughts on this matter last Thursday.

http://bestresearchpapers.net
Guest

Very good written post. It will be supportive to anybody who employess it, including myself. Keep doing what you are doing – looking forward to more posts.

http://aoflibrary.net
Guest

Well I really liked reading it. This subject provided by you is very practical for correct planning.

Fashion
Guest

You could definitely see your skills in the work you write. The arena hopes for more passionate writers like you who are not afraid to mention how they believe. Always follow your heart. “Experience is a good school, but the fees are high.” by Heinrich Heine.

mental health
Guest

you are in reality a excellent webmaster. The site loading velocity is incredible. It sort of feels that you’re doing any unique trick. Furthermore, The contents are masterpiece. you have performed a great activity on this matter!

Home Improvement
Guest

I together with my friends were reading through the best information and facts found on the blog and then at once got an awful suspicion I never expressed respect to the website owner for those techniques. These ladies appeared to be as a result excited to see all of them and now have absolutely been tapping into them. Appreciate your genuinely so helpful and then for picking out this sort of beneficial resources millions of individuals are really desperate to discover. My personal honest regret for not expressing appreciation to earlier.

Pozycjonowanie Sklepu
Guest

What i do not realize is in reality how you’re not really a lot more neatly-appreciated than you might be now. You’re very intelligent. You know therefore considerably on the subject of this subject, produced me for my part consider it from a lot of varied angles. Its like men and women are not interested unless it is one thing to do with Woman gaga! Your own stuffs outstanding. All the time take care of it up!

Home Improvement
Guest

hi!,I really like your writing very a lot! percentage we keep in touch extra approximately your article on AOL? I need an expert in this area to solve my problem. May be that is you! Looking forward to peer you.

Gartentore Aus Polen
Guest

Nice read, I just passed this onto a friend who was doing some research on that. And he actually bought me lunch because I found it for him smile Therefore let me rephrase that: Thanks for lunch! “We have two ears and one mouth so that we can listen twice as much as we speak.” by Epictetus.

shopping centre
Guest

I’m really impressed with your writing skills and also with the layout on your blog. Is this a paid theme or did you customize it yourself? Either way keep up the nice quality writing, it is rare to see a great blog like this one these days..

montaz rur pex
Guest

I gotta bookmark this web site it seems very beneficial invaluable

www.columbusgis.com
Guest

Its like you read my mind! You appear to know a lot about this, like you wrote the book in it or something. I think that you could do with a few pics to drive the message home a little bit, but instead of that, this is excellent blog. A fantastic read. I’ll definitely be back.

chanelpascher.com
Guest

Wow! This could be one particular of the most beneficial blogs We have ever arrive across on this subject. Basically Fantastic. I’m also an expert in this topic therefore I can understand your effort.

Home Improvement
Guest

Hello, Neat post. There is a problem together with your web site in internet explorer, could test this… IE nonetheless is the market leader and a big element of other folks will leave out your magnificent writing because of this problem.

odziez bhp
Guest

I gotta bookmark this site it seems invaluable very beneficial

healthexpo2015.net
Guest

Hello my family member! I want to say that this article is awesome, great written and come with almost all vital infos. I would like to look extra posts like this .

News
Guest

Thank you for sharing excellent informations. Your web site is very cool. I am impressed by the details that you have on this web site. It reveals how nicely you perceive this subject. Bookmarked this web page, will come back for more articles. You, my friend, ROCK! I found just the info I already searched all over the place and just could not come across. What an ideal web-site.

BeautyStore
Guest

Definitely believe that which you stated. Your favorite justification seemed to be on the internet the simplest thing to be aware of. I say to you, I definitely get irked while people think about worries that they just don’t know about. You managed to hit the nail upon the top and also defined out the whole thing without having side-effects , people could take a signal. Will likely be back to get more. Thanks

BusinessCasual
Guest

Fantastic goods from you, man. I’ve understand your stuff previous to and you’re just extremely magnificent. I really like what you have acquired here, certainly like what you’re saying and the way in which you say it. You make it enjoyable and you still take care of to keep it smart. I can’t wait to read far more from you. This is actually a tremendous site.

PgaLeaderboard
Guest

Keep functioning ,impressive job!

Home Improvement
Guest

I’ve been browsing online more than three hours today, yet I never found any interesting article like yours. It is pretty worth enough for me. In my opinion, if all site owners and bloggers made good content as you did, the web will be much more useful than ever before.

Home Improvement
Guest

Its great as your other blog posts : D, thanks for posting . “It takes less time to do things right than to explain why you did it wrong.” by Henry Wadsworth Longfellow.

RealEstateSchool
Guest

Thank you for another informative website. Where else may I get that kind of information written in such an ideal means? I’ve a project that I am simply now working on, and I have been at the glance out for such info.

DesignBedroom
Guest

Thank you for another magnificent post. Where else may anyone get that kind of information in such an ideal means of writing? I have a presentation next week, and I am on the search for such info.

Jeansowe Buty Na Koturnie
Guest

Thank you for sharing excellent informations. Your site is so cool. I’m impressed by the details that you’ve on this web site. It reveals how nicely you perceive this subject. Bookmarked this website page, will come back for extra articles. You, my friend, ROCK! I found simply the info I already searched everywhere and just could not come across. What a great site.

displays
Guest

Faytech North America is a touch screen Manufacturer of both monitors and pcs. They specialize in the design, development, manufacturing and marketing of Capacitive touch screen, Resistive touch screen, Industrial touch screen, IP65 touch screen, touchscreen monitors and integrated touchscreen PCs. Contact them at http://www.faytech.us, 121 Varick Street, New York, NY 10013, +1 646 205 3214

Health
Guest

Thank you, I’ve just been searching for information about this subject for a while and yours is the greatest I have discovered till now. However, what concerning the conclusion? Are you positive concerning the supply?

AboutLaw
Guest

Thank you for the auspicious writeup. It in fact was a amusement account it. Look advanced to far added agreeable from you! However, how could we communicate?

Mustang Cizmy
Guest

I simply couldn’t depart your website prior to suggesting that I actually loved the standard information an individual supply on your visitors? Is going to be again continuously to check up on new posts.

Home Improvement
Guest

I do not even know how I ended up here, but I thought this post was good. I don’t know who you are but definitely you’re going to a famous blogger if you are not already 😉 Cheers!