Yunan mifologiyasında ən geniş yayılmış və çox tanınan əsatirlər arasında Herakl çoxgüman birinci yer alır.Heraklın 12 qoçaqlığı barədə növbəti dəfə yazı olacaq,indi isə onun bu 12 qoçaqlığı niyə etməsi ilə tanış olaq.

Fiv çariçası Alkmenanın toyuna az qalmış quldurlar onun atasını və qardaşlarını öldürmüşdülər.Bunu görən Alkmena gələcək əri olmalı Amfitriondan ata və qardaşlarının qatillərindən qisas almasını xaiş etdi.Amfitrion yola çıxdı və uzun axtarışlardan sonra quldurları tapıb öldürdü.Fiv çarının axtarışlarda olduğu müddətdə baş tanrı Zevs Alkmenaya aşiq olur və yalana əl atmağı qərara alır.Gecə o,Amfitrionun görkəmini alır və Alkmenaya qisası almasını deyir.Alkmena buna inanır və Zevs istəyinə nail olur:gecəni Alkmeona ilə keçirir(bəzən bu “gecənin” 3 gecə davam etməsi də qeyd olunur).Amfitrion qayıtdıqdan bir müddət sonra Alkmena başa düşür ki,bətnində biri Zevs digəri Amfitrondan olan iki uşaq daşıyır.

Zevs olimp tanrılarına deyir ki,onun qanından olan doğulan növbəti uşaq bütün Yunanıstan hökmdarı olacaq.Hera bunu eşitdikdə Nikippa adlı Arqos çariçasının vaxtdından əvvəl doğuşunu çağırdı.Heranın hiyləsini  görən Zevs sözünün üstündə durdu və yeni doğulan Evrisfeyin(o,həqiqətən Zevs nəslindən idi) gələcəkdə hökmdar olacağını qəbul etdi.

Alkmena isə bir müddət sonra iki oğlan – İfikl və Herakl doğdu.Hera bundan qəzəblənib qardaşların üzərinə ilan göndərdi.Lakin balaca Herakl ilanı əlləriylə boğub öldürdü.

Zevs ilə Hera razılaşmaya gəldilər ki,Herakl ölümsüz olacaq,qəhrəman kimi tanınacaq,amma bunun üçün böyüdükdə Miken çarı olacaq Evrisfeyin xidmətində olmalıdır.

Tintoretto.Süd yolunun əmələ gəlməsi

Oğlunun daha güclü,sağlam böyüməsini istəyən Zevs Hermesdən xaiş etdi ki,gecələr Heraklı Heranın yanına süd əmməyə gətirsin.Hermes bir neçə gecə bunu Hera yatanda ondan xəbərsiz edirdi,lakin bir dəfə ağrı hiss edən Hera oyandı və Heraklə gördükdə onu qəzəblə itələdi.Bu zaman uşağın ağzından tanrı südü güclü axınla göyə töküldü və Süd yolu əmələ gəldi.

Herakl sağlam böyüyür,günü-gündən güclənirdi və bir dəfə təsadüfən öz musiqi müəllimini-Apollonun oğlu Lini öldürdü.Bundan qorxan Amfitrion Heraklı dağlara,çobanların yanına qoyun otarmağa göndərdi.

Heraklın olmadığı müddətdə Fivi manlar işğal etmişdilər və Fivin çarı olan Kreont onlara çoxlu vergi verməli olurdu.Damarlarında Zevs qanı axan Herakl Afinadan kömək istəyir manlara qalib gəldi və Kreont bunun əvəzində ona təşəkkürünü bildirmək üçün qızı Meqaranı Herakla ərə verdi.Heraklın belə güclənməsi və yüksəlməsini görən Hera artıq qəzəbini saxlaya bilmirdi və Herakla dəlilik göndərdi.Herakl sarayını yandırır,oğullarını öldürür və Meqaranı ağər yaralayır.Amfitrionu öldürməyək istəyəndə Afina onu daşla vurdu və Herakl huşunu itirdi.Ayıldıqda hərəkətlərində dəhşətə gələn Herakl günahlarını necə yumasını öyrənmək üçün orakulun yanına gedir və orakul ona deyir ki,Miken çarı Evrisfeyin xidmətində olsun.

Farnezli Herkules

Heranın köməyi ilə hökmdar olan Evrisfeyə yaxşıhökmdar demək olmazdı.Sarayında qızıl gizlənən Evrisfey qorxaq idi və Herakl onun yanına gələndə ondan qorxub ehtiyatlanır.O,qərara alır ki,yarıtanrını özündən uzaqlarda saxlasın.Həqiqətən də ,qoçaqlıqları zamanı Herakl çox uzaq yerlərə gedir,bəzən ölüm ilə həyat arasında qalır.

Qədim yunanlarda Herakl kultu çox geniş yayılmış idi.Yunan mədəniyyətində roma mifologiyasına keçən Heraklın oradakı adı Herkules idi.Herakl adının mənası Heraya tərif,alqış deməkdir.Aqata Kristi özünün  ən məşhur detektiv qəhrəmanı Erkül Puaronu(Herkules adının fransız variantı) mifik Herakla əks olaraq balaca və ağıllı yaratmışdır(mifologiyada Herakl çoxgüclü,lakin elmlərə qabiliyyətsiz kimi təsvir olunur).1947-ci-ildə o, “Herkulesin 12 qoçaqlığı” adlı 12 novella yazır.

Bundan başqa,yunanların ilkin mərhələdə səma obyektlərini-qalaktikamız Süd yolunun əmələ gəlməsini mifologiya ilə izah edirdilər.Qalaktika sözünün mənası da qədim yunancadan süd deməkdir.

12 qoçaqlıq barədə növbəti dəfə.