Balinalarda burun dəliyinin (Nostril) təkamülü

107
oikkılkılkılkl

Balinalar çağımızda təkamülü haqqında ən geniş məlumata sahib olduğumuz canlılardandır. Tapılan qalıqlar, ətraflı genetik və morfoloji , həmçinin bu qrupa daxil olan və hal-hazırda yaşayan nümayəndələrinin geniş yayılması təkamül tarixi haqqında dəqiq məlumatlar əldə etməyimizi asanlaşdırır. Misal olaraq dəniz məməlilərinin quru məməlilərindən inkişaf etdiyini bilirik. Çünki məməlilər quruda təkamül keçirmiş canlılardır və dəniz məməliləri su mühitinə sonradan uyğunlaşmışdır. Balinaların arxa ayaq sümükləri heç bir funksiya yerinə yetirmir və onurğaya bitişik deyil. Buna baxmayaraq orqan olaraq itirilməmişdir. Mahiyyətini itirmiş həmin arxa ayaq tapıntıları sayəsində təkamülün müzakirəsinə ehtiyac qalmır.
Balinaların təkamülüylə bağlı əldə etdiyimiz məlumatlar təkcə bunlardan ibarət deyil. Delfin və ya balina dedikdə ağlımıza ilk olaraq nəfəs almaq üçün su səthinə çıxan və burnuna keçən suyu püskürüb yerinə təmiz oksigen dolduran sevimli dəniz canlıları gəlir. Burun dəliklərinin yeri isə olduqca maraq doğurur. Bir çox məməlilərdə burun başın önündə yerləşir, balina və delfinlərdə isə bu dəlik başın üst nahiyəsindədir. Balinaların əcdadlarında da burun dəliyinin başın önündə olduğunu fərz edə bilərik (bu fərziyyə tapıntılarda öz təsdiqini tapır). Bu zaman sözü gedən dəliyin başın önündən üzərinə gedişi mərhələsində təkamül keçirtmiş bir çox ara keçid növləri olmalıdır. Bu ara növlərin burunları bəzilərində başın önündə, ön nahiyəyə yaxın, üst nahiyəyə yaxın, digər növlərdə isə başın üzərində olmalıdır. Sual yarana bilər ki, bəs bu ara keçidlərin qalıqları tapılıbmı? Bəli, həm də bütün detalların aydın göründüyü qalıqlar bunlardır. İndi isə addım addım bu qalıqları nəzərdən keçirək:

 

1-ci şəkildə dəniz məməliləri ilə eyni mənşəyə malik olan və bir Mesonychid olan Andrewsarchus görürük.Burun başın önündə yerləşmişdir.

Bir Mesonychid olan Anrewsarchus

2-ci şəkildəki nümunə isə bir növ ön balinadır (Artiocetus clavis). Burun dəliyinin yavaş yavaş başın üzərinə doğru istiqamətləndiyini görə bilərik.

Artiocetus Clavis

3- cü şəkildəki növbəti qalıq məşhur Dorudontideae ailəsindəndir (Dorudon atrox). Burun dəliyi burun arakəsməsindən biraz daha yuxarıdadır.

Dorudontidae ailəsindən olan Dorudon Atrox

4-cü şəkildə Squalodon var. Köpək balığı və ya dişli balina da deyə bilərik. Burun dəliyi başın üzərinə daha yaxındır.

Köpək balığı və ya dişli balina (Squalodon)

5-ci şəkildə və nəhayət müasir delfin kəlləsi. Burun dəliyi başın üst nahiyəsindədir, göz yuvalarının üstündə qabarıqlıq şəklində inkişaf edib.

Müasir delfin kəlləsi

Bəs bu canlılar fərqli zaman və ərazilərdə yaşayıb, belə bir fərziyyə yaradacaq şəkildə düzülmüş ola bilərmi? Bu qalıqlara nəzər yetirdikdə ara növlərin sadəcə pilləli inkişaf edən xüsusiyyətləri deyil, yaşadıqları zamanlar da uyğun gəldiyi görünür. Belə ki, hər biri əvvəlkindən sonra yaşamışdır. Yaşadıqları zamanlar arasında ziddiyət yarana bilər. Əgər təkamül olmasaydı və bu keçidlər müstəqil növ olsaydı, delfin Dorudon ilə eyni zamanda yaşamalıydı. Hətta ondan daha əvvəl yaşaya bilərdi. Ancaq bu növlərin pilləli yaşayıb məhv olduğunu və olmasını düşündüyümüz sırada olduqlarını görürük. Təkamül prosesi məntiqli, məqbul və bir-birini izləyən prosesdir, pilləli dəyişimi göstərir. Nəticə etibarı ilə təkamül çox güclü və ahəngli təbiət qanunudur. Bu və bunun kimi nümunələrdə göründüyü kimi təkamül nəzəriyyəsi məqsədəuyğundur. Təkamülün dəlilləri isə saymaqla bitməz.
Bu siyahıdan əlavə bir çox pillələrdə vardır. Məsələn, təkamülün düzgünlüyünü yoxlamaq üçün siz də bir sınaq edin:
Təkamül haqqında heç bir məlumatınız olmadığını fərz edin və şəkildə göstərilən Prosqualodon cinsini yuxarıda uyğun gələn yerə yerləşdirin, sonra yenidən geri gəlib oxumağa davam edin.

Prosqualodon

Əgər düzgün məntiqlə yanaşsanız, Prosqualodon’u Dorudon ilə Squalodon arasına yerləşdirəcəksiniz. Çünki kəllə quruluşu bu cür uyğun gəldi. Bu “məntiqli” yanaşmadır, bəs “doğru” olanı necə təyin edək? Bunu qalıqların tapıldığı süxurları radiometrik metodlarla nəzərdən keçirərək edə bilərik. Beləliklə, nə zaman yaşadıqlarını təyin etmiş olacağıq. Bu zaman Prosqualodo’nun 28.4-16 milyon il, Dorudon’un 40.4-33.9 milyon il , Squalodon’ un isə 14 milyon il əvvəl Neogendə (Orta Miosen) yaşadığını öyrənəcəyik. Yaşadıqları zamanlar da üst-üstə düşmüş olur. Buradan çıxan nəticədə: gördüyümüz kimi təkamül biologiyasının ən üstün cəhətlərindən biri də birdən çox müxtəlif məlumat mənbələrinin eyni nəticəni təsqiqləməsidir.

Bu məqalə “Evrim Ağacı“ndan tərcümə edilmişdirhttp://evrimagaci.org/photo/tr/balinalarda-nostril-burun-deligi-evrimi

Mənbələr və faydalı ədəbiyyat:

  1. Whaleopedia
  2. UC Berkeley
  3. Evolution of Cetaceans

Müəllif: ÇMB

Tərcümə etdi: Aysel Əliquliyeva

Redaktə etdi:Ziya Mehdiyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin