Qravitasional lensləşmə: Ümumi nisbiliyin dəlillərindən biri

0
Just as a wanderer in the desert can experience mirages, when light from remote objects is bent by the warm air hovering just above the sand, we may also see mirages in the Universe. The mirages we see with a modern telescope like the Hubble Space Telescope do not arise from oases, but instead from remote clusters of galaxies - huge concentrations of mass.

Bir cismin arxasındakı cismi, qarşısındakı cisim yerində qalmaqla, görə bilərikmi?

Eynşteynin nisbilik nəzəriyyəsinə görə, əlbəttə ki, bu mümkündür. Eynşteyn fəza-zaman toxumasının büküldüyünü, bu bükülmənin də qravitasiyaya (cazibəyə) səbəb olduğunu deyirdi. 4 tərəfdən dartılan bir parça düşünün. Bu parçanın mərkəzinə ağır bir cisim, məsələn, kürə qoyulduğunu fərz edin. Bu kürənin ətrafına bir qəpik ataq. Düzgün atsanız, qəpik kürənin ətrafında dövr edəcək. Müəyyən müddətdən sonra ona yapışacaq. Fəza-zaman toxumasında da vəziyyət oxşardır. Günəş kimi ağır cisimlər Yer kimi kiçik cisimləri ətrafında dönməyə vadar edir. Çünki fəza-zamanı ən çox bükən ən ağır olandır. Bildiyimiz kimi, işıq da fəza-zamanda hərəkət edir. Fəza-zaman “parça”sının bükülməsi ona da təsir edəcək. İşıq hər zaman düz xətt üzrə hərəkət etməz. İşıq, bükülmüş bölgədən keçərkən qövsvari olaraq qıvrılacaq. İşıq bu qövsvari qıvrılmasından dolayı ağır cisimlərin arxasındakı cisimləri göstərə bilər. Çünki görmə prosesimiz cisimlərdən əks olunan işığın gözümüzdəki retina adlı bölgəsinə dəyib onu xəbərdar etməsiylə baş verir.

Hətta Albert Eynşteyn ümumi nisbilik nəzəriyyəsini isbatlamaq üçün Günəş tutulmasını buna görə gözləmişdi. Belə ki, Ay Günəş işıqlarının önünü böyük ölçüdə kəsəcəkdi. Bununla da alimlər Günəşin arxasından gələn digər kosmik işıqların qövsvari qıvrılıb-qıvrılmadığını müəyyən edə biləcəkdi. Noyabrın 6-sı 1919-cu ildə Günəş tutulması zamanı çəkilən fotolar bunu (işığın əyilməsini) isbat etdi. Təbii ki, bu Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə də dəlil sayılır. Elmi mənbələrdə bu hadisəyə “Qravitasional lensləşmə” deyilir və qravitasiya gücü böyük olan cisimlərin (qara dəliklər də daxil) ardındakı hadisələri göstərir.

Yazdı: Sübhan Qulu

Mənbə: http://www.spacetelescope.org/science/gravitational_lensing/

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin